AZ RU EN
Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.

2017-2018-ci tədris ilindən başlayaraq,  kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Rektorun adına ərizə (xüsusi formada)
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi
  3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və qrup həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır. Kafedra müdiri vəzifəsinə iddiaçılara xasiyyətnaməni fakültənin dekanı və həmkarlar təşkilatının sədri imzalamalıdır.
  4. Xüsusi formada tərtib edilmiş tərcümeyi-halın çap forması və elektron variantı. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti, ünvan və telefonu göstərilməlidir.
  5. ATU-nun Klinika  və Laboratoriyalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
  6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı (xüsusi formada) və sürətləri. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
  7. Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski.
  8. Şəxsiyyət vəsiqəsinin surəti

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı