AZ RU EN WEBMAIL
Müdir müavini

Məmmədzadə Gülay Faiq qızı 1984-cü ildə anadan olmuşdur. 1990-2000-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 2006-cı ildə həmin fakultəni bitirmişdir. 2006-2007-ci illərdə internaturada oxuyarkan, “Uşağların Sağlam Gələcəyi” mərkəzində könüllü kimi fəaliyyət göstərmişdir. 

 

2007-2008-ci illərdə “Bərpa Tibb Mərkəzi” – Azərbaycanda ilk psixiatrik özəl mərkəzində həkim-psixiatr vəzifəsində çalışmışdır.

 

2009-2010-cu illərdə ATU-nun Psixiatriya kafedrasında baş laborant vəzifəsində, 2010-cu ildən hal-hazıradək assistent vəzifəsində çalışır. 2013-2015-ci illərdə Cavan Psixiatrlar və Psixiatrik Rezidentlər Cəmiyyətinin sədri idi. 2015-2016-cı illərdə ABŞ-ın Boston şəhərində Harvard School of Public Health məktəbində və Boston Children’s Hospital xəstəxanasında elmi işçi vəzifəsində öz dissertasiya üzərində işləmişdir. 2018-cü ildə “Süd vəzinin xərçəngi olan pasiyentlərdə psixi sağlamlıq və həyat keyfiyyəti” mövzuda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 oktyabr 2019-cu il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

 

2019-cu ilin oktyabr ayından ATU-nun Rezindentura və Magistratura şöbəsinin müdir müavini vəzifəsini icra edir. ATU-da approbasiya şurasının məsul katibidir.

Beynəlxalq Psixo Onkologiya Cəmiyyətinin, Avropa və Dünya Psixiatriya Cəmiyyətlərinin üzvüdür.

Azərbaycan, rus, ingilis, və fransız dillərini bilir.

E-mail: gmammadzada@amu.edu.az

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı