AZ RU EN WEBMAIL
3 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

  

 

MM qüvvələrinin şəxsi  heyəti ilə keçiriləcək

3 saylı məşğələnin

PLAN-KONSPEKTi

Mövzu: Əhaliyə təcili tibbi yardımın təşkilində tibbi, sanitariya-epidemoloji xidməti dəstə, briqada və digər qurumların yeri və vəzifələri.

 

Tədrisin məqsədi: Dinləyicilərə mülki müdafiə tibb xidməti qüvvələrinin təşkil  edilməsini və hazır vəziyyətə gətirilməsi qaydalarını öyrətmək.

 

Keçirildiyi yer: Tədris sinfi.

 

Vaxt: 2 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.

 

1-ci tədris sualı: Əhaliyə təcili tibbi yardımın təşkilində MM Tibb Xidmətinin rolu - 40 dəq;

 

2-ci tədris sualı: Mülki müdafiə Tibb Xidməti qüvvələrinin strukturu və onların vəzifələri - 40 dəq.

 

Məşğələyə yekün vurulması 5 dəq.

 

Ədəbiyyat: 1) Musayev A.H.- “Mülki Müdafiənin Tibb Xidmətinin Təşkili”.  Bakı-2011-ci il.

                   2) Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı;

                   3) H Ocaqovun «Mülki Müdafiə» kitabı;

                   4) Hərbiləşdirilməmiş MM qüvvələrinin təşkili, təqribi imkanları və təchizatına dair əsasnamə.

Əyani vəsait: Videoproyektor, prezentasiya və  stendlər.

1-ci tədris sualı: Əhaliyə təcili tibbi yardımın təşkilində

MM Tibb Xidmətinin rolu

Mülki müdafiənin tibb xidməti səhiyyə sistemində xüsusi təşkilat olub, sülh və müharibə dövründə  təbii fəlakətin nəticələrini ləğv etmək, iri istehsal qəzalarının və katastrofların tibbi təminatı üçün təyin edilmişdir.

Müasir mülki müdafiə tibb xidmətinin təşkili və fəaliyyəti əsasında müəyyən prinsipləri var ki, fövqəladə halların, ehtimal olunan müharibələrin xarakterinin, tibb elminin inkişaf səviyyəsini özündə əks etdirir. Mülki müdafiə tibb xidmətinin təşkilinin əsasprinsipləri aşağıdakılardır:

  1. MM tibb xidməti səhiyənin mövjud olan təşkilat və müəssisələri bazası əsasında təşkil olunur (ərazi-istehsalat prinsipi).
  2. TT tibb xidmətinin tərkibində hər hansı zədələnmə ojağında işləmək üçün dəstələr təşkil edilir (universal hazırlıq prinsipi).
  3. MM səhiyyə sistemində hər bir dəstə və müəssisə müəyyən tədbirləri və funksiyaları yerinə yetirmək üçün təyin edilir, zədələnənlərə tibbi yardımın köstərilməsi və müalijəsi, epidemiya əlehinə kompleks tədbirlərin aparılması (funksional təyinat prinsipi).
  4. Zədələnənlərə və xəstələrə ilk tibbi yardım köstərmək üçün (özünə və qarşılıqlı tibbi yardım) əhali arasında təşkil olunmuş sanitar postları və sanitar dəstələri jəlb olunurlar.
  5. Əhalinin müalijə-təxliyyə təminatının təşkili:

- zərər çəkmiş şəhərə vahid iki mərhələli müalijə sistemi üzrə təşkil edilir;

- zədələnənlərin və xəstələrin tə’yinat üzrə müalijə müəssisələrinə təxliyyəsi.

- MM tibb xidmətinin fəaliyyəti hərbi-tibb xidməti ilə qarşılıqlı əlaqə şəraitində  

   həyata keçirilir.

 

a) Mülki müdafiə tibb xidmətinin vəzifələri.

- ədələnmiş əhaliyə vaxtında bütün tibbi yardımın müalijənin köstərilməsi, onların əmək fəaliyyətinin tezliklə bərpa edilməsi əllilik və ölum hallarının azaldılması.

- Fövqəladə hallarda əhali arasında kütləvi yolxuju xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınması.

- Əhalinin əlverişli sanitar vəziyyətinin təmini, iri istehsalat qəzaları, təbii fəlakətlər və ya düşmən tərəfindən tədbiq edilən kütləvi qırğın silahları nətijələrinin aradan qaldırılması. Bu vəzifələri səhiyyə təşkilatları və mülki müdafiə tibb xidməti təbii fəlakət və istehsalat qəzaları zamanı kompleks təşkilatı, müalijə təxliyyə, sanitariyya-gigiyenik və epidemiya əlehinə tədbirləri yerinə yetirməklə həyata keçirir. Bu tədbirlər aşağıdakılardan ibarətdir:

- səhiyyə orqanı və müəssisələrin fövqəladə şərait recimində işləməyə hvzır olmağı;

- təbii fəlakətlər, iri istehsalat qəzaları, zədələnmə ojaqlarında səyyar tibbi dəstələrin təşkili və hazırlanması, həmçinin zədələnənlərin və xəstələrin müalijəsi üçün tibb müəssisələrinin hazırlanması;

- Zədələnmə ojaqlarında və tibbi təxliyyə mərhələlərində müalijə-təxliyyə, sanitar-

  gigiyenik və epidemiya əlehinə tədbirlərin təşkili və aparılması;

- Bütün tibbi heyətin mülki müdafiənin tibbi məsələləri üzrə öyrədilməsi;

- Mülki Müdafiə tibb xidmətinin dəstə və müəssisələrinin tibbi, təsərrüfat və xüsusi vəsaitlərlə təmin olunması;

- Fövqəladə hallarda özünə və qarşılıqlı yardım köstərmək üçün əhalinin hazırlanması.

 

b) Mülki Müdafiə Tibb Xidmətinin

təşkilatçılıq strukturu.

Mülki Müdafiə tibb xidmətinin tərkibində rəhbərlik, qüvvə və vəsaitlərin idarəetmə orqanları daxildir (sxem № 3). Mülki Müdafiə tibb xidməti səhiyyənin orqan və müəssisələrin bazası əsasında qarşılıqlı prinsip üzrə qurulur.

Mülki Müdafiə tibb xidmətinin rəisi – respublikada Səhiyyə Naziri sayılır.Şəhər və şəhər rayonlarının mülki müdafiə tibb xidməti rəisləri şəhər və rayonların müvafiq səhiyyə şöbələrinin müdirləri sayılır. Kənd rayonlarında mülki müdafiə tibb xidmətinin rəisləri, bir qayda olaraq rayon mərkəxzi xəstəxanasının baş həkimləri sayılır. Xalq təsərrüfatı obyektlərindəmülki müdafiə tibb xidmətinin rəisi tibb-sanitar hissələrinin (tibb məntəqələrin) baş həkimləri sayılır. Şəhər, rayon və xalq təsərrüfatı obyektlərin mülki müdafiə tibb xidmətinin rəisinə tabedir. Bir başa isə (ümüm məsələlər üzrə) respublika, şəhər, rayon və ya xalq təsərrüfatı obyektlərin mülki müdafiə rəisinə tabedir. Dinj dövrdə mülki müdafiə tibb xidmətin qüvvə və vəsaitlərin təşkili üzrə praktiki iş və müharibə dövrundə operativ rəhbərlik üçün şəhər və rayon səhiyyə şöbələrin nəznizdə müvafiq mülki müdafiə tibb xidməti ştatları və xəstəxana bazalarının idarəetmə orqanlarıdır. Mülki müdafiə tibb xidməti rəisləri yanında yaradılır. Mülki müdafiə tibb xidməti ştatların tərkibində daxil olan vəzifələri şəxslərin səhiyyə sistemində tutduğu funksional vəzifələri imkan verir ki, fövqəladə hallarda xidmət və təşkilatların işini təşkil edə bilsinlər.(səhiyyə, şö’bə müdirlərin müavinlərin, baş mütəxəsislər, sanitar epidemioloci dəstələrin baş həkimləri, qan köçürmə stansiyaların baş həkimləri, Qırmızı Xaç və Qırmızı Aypara komitetlərin sədrləri, aptek idarələrin müdirləri və «Tibbi Texnika» idarəsinin rəisi, sanitar aviasiyanın baş həkimi (şəhər və rayon tə’jili tibbi yardım stansiyaları). Xəstəxana baza idarələri müalijə müəssisələrinə operativ rəhbərlik etmək üçün yaradılır (onların açılma işləmə dövründə).

Mülki müdafiə tibb xidmətinin xəstəxana baza idarələri daima hazır vəziyyətdə olmalıdır ki, tədbirlərin həyata köçürülməsi kedişində əhalinin tibbi təminatı üzrə vəzifələri yerinə yetirə bilsinlər.

 

2-ci tədris sualı: MM Tibb Xidməti qüvvələrinin

strukturu və onların vəzifələri

Mülki Müdafiə tibb xidmətinin qüvvələrinə tibbi dəstələr və tibb müəssisələri aiddir.

Mülki Müdafiə tibb xidmətinin dəstələri:

- Xidmətin səyyar qüvvələri;

- Sanitar postları (SP);

- Sanitar drucinaları (SD);

- İlk tibbi yardım dəstələri;

- Təkmilləşdirilmiş tibb yardım dəstələri və briqadaları;

- Epidemiya əlehinə səyyar dəstələr;

- Təkmilləşdirilmiş epidemiya əlehinə briqadalar;

- Səhra infeksion qospitallar (SİQ);

- Epidemioloci kəşfiyyat qrupları (EKQ);

 

Tibb dəstələrin təyinatının ümumi xarakterinin xüsusiyyəti ondan ibarətdir ki, onlar bilavsitə zədələnmə oçaqlarında işləmək üçün təyin edilirlər. Bunun üçün hər dəstə əvvəljədən müəyyən olunmuşkonkret müalijə profilaktika və epidemiya əleyhinə tədbirləri yerinə yetirir. Bu dəstələr kütləvi zədələnmə ojağında tapşırıqları yerinə yetirdikdən sonra öz müəssisələrinə qayıdırlar. Mülki müdafiənin tibb dəstələri tabeçiliyindən asılı olaraq obyekt və ərazi dəstələrinə bölünürlər. Mülki müdafiə obyekt tibb dəstələrinə sanitar postları və sanitarlar drucinaları aiddir. Onlar gkonomik obyektlərdə təsərrufat və tədris  müəssisələrində yaradılır. Onları xüsusi proqramm üzrə məşqul olan fəhlələr, qulluqçular və tələbələr aiddir. Onlar dinj dövrdə fövqəladə hallarda və müharibə şəraitində zədələnənlərə və xəstələrə ilk tibbi yardım köstərmək üçün təyin olunurlar.  

Sanitar postu (SP).  4 adamdan ibarətdir. Sanitar postu rəisi və üç sanitar postçuları. Sanitar postları sülh  və müharibə dövründə ilk tibbi yardım köstərmək, sanitar-gigiyenik və epidemiya əlehinə tədbirləriaparmaq üçün tə’yin olunurlar. Onlar tibb məntəqələrində və təxliyyə tədbirləri zamanı təxliyyə yollarında zədələnənlərə və xəstələrə qulluq etməyi həyata keçirirlər. Sanitar postu , sanitar drucina kimi tabel əmlakı ilə təjhizatı nəzərdə tutulmuşdur; sanitar çantası və ya aptek, sanitar xərəkləri, xərək qayışları fərdi mühafizə vasitələri, qırmızı Aypara embleması olan qol sarğısı.

Sanitar drucinaları (SD)- Mülki müdafiənin çox saylı dəstələrindən ibarətdir. Sanitar drucinaları dinj dövrdə təbii fəlakət və istehsalat qəzalarının nətijələrini ləğv etdikdə əhaliyə ilk tibbi yardım köstərməyə, səhiyyə orqanlarının planı üzrə sanitar-gigiyenik və epidemiya əlehinə tədbirlərin yerinə yetirilməsi və əhali arasında sanitar maarifi işini aparmaqla jəlb olunurlar. Sanitar drucinaları müharibə dövründə zədələnənlərin axtarılması və onlara ilk tibbi yardımın köstərilməsi, Mülki Müdafiə tibb xidmətinin dəsitələrində və xəstəxanalar bazasının müəssisələrində işləmək, habelə sanitar-gigiyenik və epidemiya əlehinə tədbirləri yerinə yetirmək üçün jəlb olunurlar. Ştat jədvəli üzrə sanitar drucinanın tərkibinə24 nəfər daxildir, o jümlədən sanitar drucinanın komandiri, onun müavini, rabitəçi, sürüjü. Köstərilən dəstələr başda manqa komandiri. Hər manqada 4 nəfər  olmaqla 5 manqadan ibarətdir. Sanitar drucinalara avtobus və ya yük avtomobili, tabel əmlakı (fərdi apteçka, kimyəvi silah əlehinə paket, sanitar çantası, sürüjü əlehqazı, sanitar xərəkləri, su üçün flyaqa və s. Sanitar drucinaları əsas hazırlıq forması praktiki (əyani) məşqələlərdən və taktiki-xüsusi tə’limlərdən ibarətdir. Düzgün və yaxşı təşkil olunmuş iş şəraitində bir sanitar drucinası 5 saat ərzində 250 zədələnənə ilk tibbi yardım köstərə bilər.

İlk tibbi yardım dəstəsi  (İTYD) – MM tibb xidmətinin ərazi dəstələri kütləvi sanitar tiki ojağında zədələnənlərə ilk həkim yardımı köstərmək üçün təyin edilmişdir. İlk tibbi yardım dəstələri yerli səhiyyə orqanları tərəfindən şəhər və rayon kənd yerlərinin müalijə-profilaktika müəssisələri bazası əsasında yaradılır. İlk tibbi yardım dəstəsinə müalijə-profilaktik müəssisənin rəhbəri (baş həkim) heyətin komplektləşdirilməsinə və hazırlığı keyfiyətinə mə’suliyyət daşıyır.

İlk tibbi yardım dəstəsi idarə və şö’bələrdən ibarətdir. Ştat jədvəlinə körə 146 nəfər şəxsi he’yət nəzərdə tutulmuşdur, o jümlədən 8 həkim, 38 tibb bajısı və feldşer, iki sanitar drucinası–46 nəər və xidməti personal –52 nəfər.

 

İlk tibbi yardım dəstəsində səkkiz şöbə vardır: (sxem№5):

- qəbul çeşidləmə;

- əməliyyat–sarğı;

- hospital;

- zədələnənlərin təxliyyəsi;

- labolratoriya;

- zədələnənlərin qismən sanitar təmizlənməsi və onların geyimlərinin   

  dezaktivasiyası;

- tibbi təjhizat (aptek);

- təsərrüfat;

 

İlk tibbi yardım dəstəsinin təjhihatı (İTYD): dərman maddələri, profilaktik zərdablar, sarğı vasitələri, qan qrupunu tə’yin etmək üçün zərdablar, tibbi alətlər, aparatlar, həkim əşyaları, xəstələrə (zədələnənlərə) qulluq əşyaları, dezinfeksiya vasitələri və dezinfeksiya aparatları, laboratoriya əmlakı və əşyalar, fərdi mühafizəvasitələri (əlehiqaz, mühafizə geyimləri, maskaları, kimyəvi silah əlehinə paket, dozimetrik priborlar xüsusi aparatlar-radiometrik oksigen) sanitar təsərrüfat əmlaki və təsərrüfat əşyaları, habelə səyyari eleketrostansiya və radiostansiya.

Hər İTYD–şəxsi heyəti, əmlakı zədələnmə ojağında danışmaq, həmçinin zədələnənlərin və xəstələrin təxliyyəsi üçün avtonəqliyyat vasitəsi ilə təjhiz olunur. İTYD 12 iş saatı ərzində 500 nəfər zədələnənləri qəbul edə bilər, tibbi çeşidləmə apara bilər, ilk həkim yardımı köstərə bilər və təxliyyəyə hazırlaya bilər.

Təkmilləşdirilmiş tibbi yardım briqadaları (TTYB)-  tibb universitetinin məzunlarından ixtisas üzrə hazırlanmış həkimlərdən təşkil olunur və iri şəhər xəstəxanaları bazası əsasında yaradılır. Təkmilləşdirilmiş tibbi yardım briqadaları tərkibində iki ixtisaslı həkimlər, iki tibb bajısı və bir sürüjü fəaliyət köstərirlər.

Təkmilləşdirilmiş tibbi yardım briqadaları aşağıdakı profillər üzrə yaradılır: neyrojərahi, oftolmoloci, travmotoloci, döş –abdominal, yanıq toksiko-terapektiv, psixo-nevroloci və s. TTYB-rı zədələnənlərə təkmilləşdirilmiş tibbi yardım köstərmək imkarları bir başa briqadaların profilindən asılıdır. Belə ki, briqadanın jərahhi profil üzrə şəxsi he’yəti 10 saat ərzində 10-12ərrahi əməliyyatı yerinə yetirə bilər.

Təkmilləşdirilmiş tibbi yardım dəstələri (TTYD)-  TTYD – 8 təkmilləşdirilmiş tibbi yardım briqadalarındanidarəetmə orqanından (dəstənin rəisi, onun müavini sürüjü. Rabitə) idarəetm O. bir qayda olaraq mülki müdafiə tibb xidmətinin şəhərkənarı zonalarında yerləşən xəstəxanalarda işləmək üçün tə’yin olunmuşdur.

Səyyari epidemiya əlehinə dəstələr (SED)-  epidemioloci, mikrobioloci və gigiyena dəstələri, SED əsas vəzifəsi kütləvi qırğın ojaqlarında epidemiya əlehinə və sanitariya-gigiyena tədbirlərini təşkil edib aparma həmçinin əhalinin bakteriya əlehinə mühafizə tədbirlərini həyata keçirməkdir.

Səyyar epidmiya dəstəsinin tərkibində vardır: idarəetmə və 3 şöbə: sanitar-epidemioloci, laboratoriya və dezinfeksiya (sxem №4), laboratoriya şöbəsinin tərkibində bakterioloci, sanitar kimyəvi və radioloci laboratoriya vardır. Dəstənin tərkibində bir sanitar drucinası işləyir.

 Səyyari epidemiya dəstəsi aşağıdakılarla təjhiz olunur: laboratoriya ilə, dezinfeksiya-duş qurğusu ilə; laboratoriya əmlakı ilə; dozimetrik aparatlar ilə; fərdi mühafizə vasitələriilə və avtonəqliyyat ilə təjhiz olunur.

Xüsusi epidemiya əlehinə briqada (XEƏB)- taun əlehinə institutlar və stansiyaların bazasında yaradılır. Onlar xüsusi təhlükəli infeksiya ojaqlarında və geniş masştabla katastrof rayonlarında epidemiya əlehinə tədbirləri aparmaq üçün tə’yin edilmişdir. Briqadanın tərkibində idarəetmə, epidemioloci və bakterioloci şöbələr vardır. Ştat jədvəlinə görə bu briqadanın tərkibində 30 nəər nəzərdə tutulmuşdur, o jümlədən 10 nəfər epidemioloq və sanitar həkimlər: 11 nəər epidemioloqlara və sanitar həkimlərə köməkçilər .

Səhra infeksion qospitalı (SİQ)- səhiyyə orqanlarının infeksion profilli müalijə-profilaktik müəssisələrin bazası əsasında yaradılır. O. yolxuju xəstələrə təkmilləşdirilmiş tibbi yardım köstərmək və onları müalijə etmək, xüsusi təhlükəli infeksiya ojağında işləyən tibb personalına məsləhət vermək, bakterioloci vasitələri, laboratoriya indikasiyasını aparmaq üçün təyin edilmişdir. Qospitalın tərkibində açılır: qəbul diaqnostika, müalicə-diaqnostika və müalicə şöbələri, kliniki-diaqnostika və bakterioloci laboratoriyalar. Bundan başqa onun tərkibində aptek, nəqliyyat, yuyuju-dezinfeksiya ediji və təsərrüfat şöbələri, yeməkxana vardır.

Epidemioloci kəşfiyyat qruppu (EKQ)- səyyar epidemioloci dəstə kimi dövlət sanitar epidemioloci nəzarət mərkəzinin bazası əsasında yaradılır. O. infeksion ocaqların epidemioloci müayinəsi epidemioloci kəşfiyyat aparmaq, ətraf mühit obyektlərindən nümünələr kötürmək üçün tə’yin edilmişdir. Epidemioloci kəşfiyyat qruppu 3 eəfərdən, o jümlədən komandir (həkim-epidemioloq) feldşer (laborant) və sürücü sanitarlan ibarətdir. O. Dövlət sanitar-epidemioloci nəzarət mərkəzinin hesabına taun əlehinə geyimlə və nümünə kötürmək üçün ləvazimatla təjhiz olunur. Epidemioloci kəşfiyyat qrupu 1 saat müddətində 2 km2 ərazidə  ətraf mühit obyektlərindən 8-nümünə kötürmək imkanına malikdir.

Mülki Müdafiə tibb xidmətinin  əmlakı-tibbi sanitar-təsərrüfat və xüsusi əmlaka bölünür:

- dərman maddələri, antibiotiklər, antidotlar, qan preparatları, dezinfeksiyaedici maddələr, sarğı materialları, alətlər, xəstələrə qulluq əşyaları.

- Sanitar təsərrüfat əmlaki alt geyim və yataq ləvazimatı, qospitalın şəxsi he’yəti üçün geyimlər, yeməkxana və  mətbəx inventarı, mebel və s.

Xüsusi əmlak əlehqaz, respiratorlar, dəri örtüyünün mühafizə vasitələr radiostansiya və kimyəvi kəşfiyyət cihazları.

Beləlklə, mülki müdafiə tibb xidməti özünün təyinatına körə çoxsaylı müxtəlif dəstələrə və müəssisələrə malikdir. Fövqəladə hallarda əhalinin tibbi təminatının müvəfəqiyyəti onlardan düzgün istifadə edilməsindən asılıdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı