AZ RU EN WEBMAIL
5 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

 

 

 

MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək

5 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Fərdi tibb mühafizə vasitələri və onlardan istifadə qaydaları.

 

Tədrisin məqsədi: Dinləyicilərə Fərdi Mühafizə vasitələri haqqında məlumat vermək.

 

Keçirildiyi yer:  Tədris sinfi

 

Vaxt:1 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü.

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.

 

1-ci tədris sualı: Fərdi mühafizə vasitələrindən istifadə edilməsi və onların təsnifatı -  20 dəqiqə.

 

2-ci tədris sualı: Tibb fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları - 20 dəq.

 

Məşğələyə yekün vurulması - 5 dəq.

 

Ədəbiyyat: 1) Ocaqov H.O.-“Defensioligiya” Bakı-2006-cı il.

 

1-ci tədrissualı: Fərdi mühafizəvasitələrindən

istifadə edilməsivə və onların təsnifatı

Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi mühafizə vasi­tələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji si­lah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radiaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterialoji vasitələrlə (BV) zəhər­lənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilas­etmə işləri aparmalı olacaqlar.

      

2-ci tədris sualı: Tibbi fərdi mühafizə vasitələri və onlardan

istifadə qaydaları

Tibbi fərdi mühafizə vasitələri (TFMV) - fəvqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım gös­tərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyilə adam­ların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyiei amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterialoji vasitələr) təsirinə qarşı orqanizmin dayanaqlığıını (müqavimətini) artırmaq müm­kündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir.

Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsi­ni zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı maddədir. Bu həbləri şüa­lanmadan (MM dəstələri radioktiv zəhərlənmə zonasına girməz­dən) 30-40 dəq əvvəl qəbul etmək məsləhətdir.

Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan (kompleksion) maddələrdən, adsorbentlərdən, kalium-yodid maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qar­şısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.

Antidotlar(zəhər əleyhinə dərman) ZM-n təsirinin qarşı­sını alan və ya zəiflədən maddələrdir. Sinir iflicedici (fosforlu-üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıq­landırıcı ZM-yə qarşı antidotlar vardır.

Fosforlu üzvi maddələr (FÜM) əleyhinə - afin, taıen, atropin və s., şianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və arsin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar mövcuddur.

Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi yardım vasi­təsi kimi istifadə etmək mümkündür.

Bakteriya əleyhinə maddələr - spesifik və qeyri-spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasi­tələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aid­dir. Bu vasitələrin bəziləri fərdi aptekçədə (AИ-2 fərdi aptekçəsində) cəmlənmişdir.

Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi aptekçə  AИ-2, kimya əleyhinə fərdi paket ИПП-8 və fərdi sarğı paketi aiddir.

AИ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı şüa­lanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar (tibb dər­manları) olur. Aptekçə narıncı rəngli plastik kütlə materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində plastik kütlə şpris- tübiki və dərman penalları yerləşdirilmişdir (şəkil 1.)

Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zamanı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol məh­lulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tübikvasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə şprıs- tübik aptekçədən çıxarılıb ayrı saxlanılır).

Fosforlu-üzvi maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bır həbini “Kimyəvi həyəcan” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır.

Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 №-li dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verər­kən qəbul edirlər.

İonlaşdıncı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə l №-li dərman (sistamin) işlədi­lir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birində 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalan­ma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər. Budərmanlarınsəmərəliliyi 50% təşkiledir.

5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə l №-li dərman- tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu dərmanı bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təciliqeyri- spesifıkprofilaktikvasitəolaraq, habelə yara və yanıq yoluxma­larının profilaktikası məqsədilə).

6-Cı bölmədə radiasiya əleyhinə 2 №-lidərman (kalium- yodid) penalıyerləşir. Bu dərman radioaktiv çöküntülər düşər­kən, xüsusən radioakttiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təh­lükəsi olarkən 10 günərzində, gündə 1 həb qəbul edilir.

Orqanizm şüalanmasının, ürəkbulanması və qusma ilə mey­dana çıxan ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dər­manından istifadə edilir, bu dərman 7-ci bölmədəki göy rəngli penalda yerləşir.

Fərdi kimyəvi paket (ИПП - 8) - dəri səthinin ZM damcıları və ya dumanı ilə, habelə radioaktiv maddə və bakterialojı vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, bu sahələrə toxunan pal­tar hissələrini qismən sanitariya təmizlənməsindən keçirmək (təmizləmək) üçündür. Bu paket içərisində hər cür ZM-ni zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir (şəkil 2.)

Bir sıra ZM, xüsusən fosforlu üzvi maddələr, hətta fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi bilavasitə zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətindən asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə təsir göstərəndən sonrakı 5 dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son dərəcədə səmərəli olacaqdır.

Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ qanaxmaları dayandırmaq üçün işlədilir (şəkil 3.)

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı