AZ RU EN WEBMAIL
2 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

  

 

MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək

2 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Təbii fəlakətlər və qəzalar zamanı idarənin fəhlə və qulluqçularının fəaliyyəti və vəzifələri.

 

Tədrisin məqsədi: Dinləyicilərə obyektin dayanıqlığı, fəhlə və qulluqçuların fəaliyyəti və vəzifələri haqqında məlumat vermək.

 

Keçirildiyi yer:  Tədris sinfi

 

Vaxt:1 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü.

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.

 

1-ci tədris sualı: Fövqəladə Hallarda obyektin dayanıqlığı, fəhlə və qulluqçuların mühafizəsi – 20 dəqiqə.

 

2-ci tədris sualı: Təbii fəlakətlər və qəzalar zamanı obyektin fəhlə və qulluqçularının  fəaliyyəti və vəzifələri -20 dəqiqə.

 

Məşğələyə yekün vurulması - 5 dəq.

 

Ədəbiyyat: 1) Ocaqov H.O.-“FH-da Həyat Fəaliyyətinin Təhlükəsizliyi” Bakı-2002-ci il.

                   2) FHN-nin nəşri: “Özünə və başqalarına kömək etməyi bacar”

  

1-ci tədris sualı: Fövqəladə hallarda obyektin dayanıqlığı,

fəhlə və qulluqçuların mühafizəsi

Fövqəladə hallarda obyektlərin fəhlə və qulluqçularının mühafizəsi insanın iş prosesində təhlükəsizliyinin, onun səhhəti və iş qabiliyyətinin təminatına yönəldilən sosial-iqtisadi, təşkilati, texniki və müalicəvi-profilaktik tədbir və vasitələr sistemi, eləcə də qanunvericilik aktlarıdır.

Fəhlə və qulluqçuların mühafizəsi istehsalatda bədbəxt hadisələrin, qəza, partlayış və yanğınların səbəblərini aşkara çıxarıb öyrənir və bu səbəblərin aradan qaldırılması, insan üçün təhlükəsiz və əlverilşli iş şəraitinin yaradılması məqsədilə tədbir və tələblər sistemini işləyib hazırlayır.

Təbiətin mühafizəsi məsələlərinin həlli də fövqəladə hallarda obyektlərin fəhlə və qulluqçularının mühafizəsi məsələləri ilə sıx bağlıdır.

İş prosesi zamanı insan əsas mühafizə obyekti olduğundan istehsalat sanitariya tələblərinin işlənilməsi zamanı bir sıra tibbi və bioloji fənlərin tədqiqat nəticələrindən istifadə olunur.

Mühafizə problemləri həllinin uğuru çox zaman iqtisadiyyat obyektlərinin təhlükəsiz işləməsindən asılıdır və bu təhlükəsizlik öz növbəsində bir çox faktorlardan: xammalın və məhsulların fiziki və kimyəvi xüsusiyyətlərindən, texnoloji prosesin xarakterindən, avadanlığın konstruksiyası və davamiyyətindən, materialların saxlanması və daşınması şəraitindən, qəzaya qarşı mühafizə vasitələrinin təsirliliyindən və s. asılıdır.

İstehsalat personalının fəaliyyəti üçün ən böyük təhlükə texniki sistemlərdə qəza və bədbəxt hadisələrdir.

Qəza və bədbəxt hadisələrin səbəbləri təbii fəlakət, texnoloji proseslərin rejim pozulması və ya istehsalat, enerji, nəqliyyat və s. avadanlığın istismarı qaydalarının pozulması, eləcə də təhlükəsizlik texnikasına riayət edilməməsi ola bilər.

Müasir texniki sistemlər tam mənada təhlükəsiz deyil və obyektiv olaraq hər zaman özündə potensial təhlükə daşıyır, çünki onların çərçivəsində insan səhhətinə zərər vura biləcək, hətta onu məhv edə biləcək proseslər baş verir və ya obyektlər mövcuddur.

Fövqəladə hallarda fəhlə və qulluqçuların mühafizəsinin ən mühüm və mürəkkəb məsələlərindən biri də obyektlərin işinin dayanıqlığının təmin edilməsidir. Təsərrüfat obyektinin işinin dayanıqlığı dedikdə hər hansı obyektin müəyyənləşdirilmiş planlara əsasən nəzərdə tutulmuş həcm və nomenklaturada müəyyən edilmiş məhsulların istehsal imkanları və dağıldıqda bu obyektlərin bərpaya uyğunlaşdırılması kimi başa düşülür.

                       

Obyektlərin dayanıqlığına aşağıdakı faktorlar təsir göstərir:

 

- fəhlə və qulluqçuların mühafizəsinin əminlik dərəcəsi,

- obyektin enerjinin bütün növləri, su, xammal, komplektləmə məhsulları ilə fasiləsiz 

   təchizatı,

- fövqəladə vəziyyətlərdə istehsalatın xüsusi iş rejiminə keçirilməsi planının olması,

- istehsalata idarəçiliyin davamiyyət dərəcəsi,

- istehsalat əlaqələrinin etibarlılıq dərəcəsi,

- istehsalın bərpasına əvvəlcədən hazırlıq.

 

     Obyektin dayanıqlığının qiymətləndirilıməsinə mühəndis-texniki personal və MM qərargahının əməkdaşları, lazım gəldikdə isə onun işi ilə bağlı elmi-tədqiqat və layihələndirmə təşkilatlarının əməkdaşları cəlb olunur. Tədqiqatlara ümumi rəhbərliyi obyektin MM rəisi (obyektin rəhbəri) həyata keçirir. Onun əmri ilə mütəxəssislər qrupu və iş planı müəyyənləşdirilir; rəhbərlik baş mühəndisə tapşırılır.

 

Sənaye müəssisələrində adətən:

- bina və tikililər üzrə,

- kommunal-enerji şəbəkələri üzrə,

- dəzgah və texnoloji avadanlıq üzrə,

- texnoloji proseslər üzrə,

- istehsalata rəhbərlik üzrə,

- maddi-texniki təchizat üzrə müayinə qrupları yaradılır.

     Bundan başqa obyektin əsas xidmət rəhbərləri daxil olmaqla MM qərargahı qrupu yaradılır.

    

Obyektlərin dayanıqlığının artırılması məqsədilə ilk növbədə aşağıdakı məsələlər həll edilir:

- fəhlə və qulluqçuların bütün fövqəladə hallarda mühafizəsi,

- obyektlərin mühüm elementlərinin davamlığı və dayanıqlığının artırılması, texnoloji

   proseslərin təkmilləşdirilməsi,

- maddi-texniki təchizatın dayanıqlığının gücləndirilməsi,

- obyektdə idarəetmənin dayanıqlığının artırılması,

- istehsalatın bərpasına hazırlıq.

Bütün bu tədbirlər dinc vaxtı və ya hücum təhlükəsi zamanı həyata keçirilir.

Obyektlərdə əvvəlcədən istehsalatı qəzasız təcili dayandırma üsulları işlənib hazırlanır. Texnoloji prosesin şərtlərinə görə istehsalatın ayrı-ayrı sahələrini (aqreqatları, sobaları və s.) dayandırmaq mümkünsüzdürsə, onları aşağı iş rejiminə keçirirlər.Bu elementlərin işinə nəzarət üçün cavabdeh işçilər təyin olunur və onlar üçün iş yerinə yaxın bir yerdə fərdi sığınacaqlar hazırlanır.

İstehsalatın dayanıqlı idarəetməsinin təmin edilmə tədbirlərinin işlənib hazırlanması zamanı personalın 2 qrupa bölünməsi də nəzərdə tutulur:

 

a)       obyekt ərazisində yerləşən işlək növbə,

b)       şəhərətrafı zonada yerləşdirilən və istirahət edən növbə.

 

     Növbələrin sayına görə 2-3 idarəetmə qrupları da yaradılır ki, onların funksiyasına xilasetmə və təxirəsalınmaz qəza-bərpa işlərinin təşkili və onlara rəhbərlik daxildir.

     Xüsusi şəraitdə obyektin fəaliyyətinə əminli idarəetmə məqsədilə sığınacaqların birində idarəetmə məntəqəsi yaradılır.

     Dispetçer məntəqələri və radioqovşaqlar daha davamlı tikililərdə və zirzəmilərdə yerləşdirilir.

     Şəhər və şəhərətrafı idarəetmə məntəqələri arasında əminli rabitə yaradılır. MM dəstələri ştatlı radistansiyalarla təchiz edilir və bu radiostansiyaların iş rejimini müəyyənləşdirirlər.

 

2-ci tədris sualı: Təbii fəlakət və qəzalar zamanı obyektin fəhlə və qulluqçularının fəaliyyəti və vəzifələri

 

    Dinləyicilərə təbii fəlakət və qəzalar zamanı obyektin fəhlə və qulluqçularının fəaliyyəti və vəzifələrini çatdırmaq üçün ən yaxşı vəsait Fövqəladə Hallar Nazirliyinin nəşr etdiyi “Özünə və başqalarına kömək etməyi bacar” kitabıdır. Bu kitab 5 fəsildən ibarətdir və aşağıdakıları aşılayır:

 

I fəsil – Təbiət və biz

1. İnsan şəhərdən kənarda

1.1. Şimşəkdən (ildırımdan) necə qorunmalı?

1.2. İstiyə necə dözməli?

1.3. “Ağılnan” necə çimmək olar?

1.4. Vəhşi heyvanlara və ilanlara rast gələndə nə etməli?

II fəsil – Təbiət qəzəblənib

  1. 1.     Zəlzələ zamanı harada gizlənmək olar?
  2. 2.     Qonşuluqda vulkan – bu təhlükədir
  3. 3.     Daşqın zamanı nə etməli?
  4. 4.     Əgər ətrafda yanğın baş veribsə, nə etməli?
  5. 5.     Qasırğa, boran və burulğan zamanı nə etməli?
  6. 6.     Qar uçqunları, sellər və sürüşmələr nə qədər təhlükəlidir?

III fəsil – İnsan fəaliyyəti nəticəsində yaranan təbiət təhlükəlidirmi?

  1. 1.     Kimyəvi qəzalar zamanı təhlükə
  2. 2.     Radiasiya qəzaları zamanı təhlükə
  3. 3.     Yanğın təhlükəsi olan obyektlərdə qəzalar
  4. 4.     Neftin və ya mazutun dağılması zamanı nə etməli?

IV fəsil – Gündəlik təhlükəsizlik

  1. 1.     Nəqliyyatda qəzalar

            Dəmir yolunda qəzalar

            Avtomobil qəzaları

            Avia qəzalar və havada fövqəladə hallar

            Cəmi qəzası zamanı nə etmək?

  1. 2.     Evdə və küçədə təhlükəsizlik

2.1. “Məişətdə elektrik” təhlükəlidirmi?

2.2. Əgər evdə yanğındırsa?

2.3.Əgər evin uçmaq təhlükəsi varsa?

2.4. “İt dişləyəndirsə”, nə etməli?

2.5. Özünü küçədə necə aparmalı?

 

  1. 3.     Teror aktı

3.1. Teror aktı  təhlükəsi zamanı nə etməli?

3.2. Əgər sizi girov götürüblərsə?

3.3. Küçüdə atışma olduqda?

V fəsil – İlk yardımı necə göstərməli?

5.1. Ürəkgetmə (bayılma) zamanı yardım.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı