AZ RU EN WEBMAIL
3 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

 

  

MM rəhbər heyəti ilə keçiriləcək

3 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Obyektdə yaradılmış Səhiyyə xidmətinin dəstə, briqada və digər qurumların  təşkili və fəaliyyəti. Qurumları hazır vəziyyətə gətirməkdə Rəhbər heyətin rolu və vəzifələri.

 

Tədrisin məqsədi: Dinləyicilərə mülki müdafiə qüvvələrinin təşkil edilməsini və hazır vəziyyətə gətirilməsi qaydalarını öyrətmək.

 

Keçirildiyi yer: Tədris sinfi.

 

Vaxt: 2 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması 5 dəq.

 

1-ci tədris sualı: Mülki müdafiə qüvvələrinin təşkili və fəaliyyəti - 40 dəq;

2-ci tədris sualı: Mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi qaydaları və bu işdə rəhbər heyətin rolu və vəzifələri - 40 dəq;

 

Məşğələyə yekün vurulması 5 dəq.

 

Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının  30    

                       dekabr 1997-ci il tarixli 420 – 1 Q saylı qanunu;

                   2) Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 sentyabr 1998-ci         

                       il tarixli 193 saylı qərarı;

                   3) H Ocaqovun «Mülki Müdafiə» kitabı;

                   4) Hərbiləşdirilməmiş MM qüvvələrinin təşkili, təqribi imkanları və      

                        təchizatına dair əsasnamə.

Əyani vəsait: Videoproyektor, prezentasiya və  stendlər.

 

 

1-ci tədris suali: Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin

təşkili

Mülki Müdafiə qüvvələri - mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və içra hakimiyyəti başçilarının tabeliyində olmaqla, təsərrüfat obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən ibarətdir.

            Mülki müdafiə qüvvələri - fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri icra etmək üçün yaradılır.

             Mülki müdafiə qüvvələrinin əsasını - hərbiləşdirilməmiş dəstələr təşkil edir. Bunlar. sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin sayca ən böyüyüdür.

            Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşdirilməmiş ümumi və xüsusi təyinatlı mülki müdafiə dəstələri, bilavasitə, həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir.

            MM üzrə resrublikamızın qanununa əsasən, mülki müdafiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçivan Muxtar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.

            Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əsyalarla, texnika və nəqliyyat vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların daxili imkanları hesabına təchiz olunurlar.

            Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər.

            Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

              Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:

  - Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə  dəstələrinə bölünürlər.

  - Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

  - Ümumi məqsədli MM dəstələri - zədələnmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

              Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.

  - Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə - kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.

  - Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə  edən və s.) - ixtisaslaşdırılmış dəstələr yaradılır.

              Hazırlıq  dərəcəsinə görə,  hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqlı (hazırlığa gətirilmə vaxtı 6-8 saat), qalan dəstələr isə, gündəlik (ümumi) hazırlıqlı olurlar (hazırlığa gətirilmə vaxtı 24 saat).

 

Rayonun mülki müdafiə dəstələri

       MM Qüvvələrinə ümumi rəhbərliyi Rayon İHB həyata keçirir.  Mövcud qanunvericilərin icrası ilə əlaqədar, rayonlarda(şəhərlərdə), qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq,  adətən, sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM qüvvələri yaradılır:

- Xilasetmə qüvvələri;

- Kəşfiyyat qüvvələri;

- Radioasiya, kimyəvi müşahidə postları;

- Rabitə qüvvələri;

- Tibb qüvvələri;

- Yanğınsöndürmə qüvvələri;

- İctimai asayişin təhlukəsizliyi qüvvələri;

- kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə qüvvələri və vasitələri.

              Kənd yerlərindəki müalicə - profilaktika, rayon və şəhərlərin tibb müəssisələrinin bazasında:

  • ilk tibbi yardım dəstələri;
  • ixtisaslahdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);

     şəhər, rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin bazasında isə:

  • epidemiya əleyhinə dəstələr;

epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli istiqamətlər üzrə, o cümlədəndə, bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri yaradılır.        

MM dəstələri istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə cəlb edilirlər.

            Dəstələrin ştat üzrə şəxsi heyət və əmlakla təchizatı - təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbatı nəzərə alınmaqla, MM qüvvələrinin təşkili  sxemlərinə və təchizat normasına müvafiq olaraq, obyektlərin MM qərargahları tərəfindən yaradılır.

              Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları  axtarmaq, ucqunlar altından, dağıdılmış sığınacaq və binarardan  çixarmaq, həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək, habelə, onları zədələnmə ocağından təxliyyə etmək üçün nəzərdə tutulur.

              Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10 saat) ərzində, aşağıdakı işlərdən birini görə bilər:

  • zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
  • qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;
  • 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.

               Həmin işləri yerinə yetirmək  üçün, dəstə (komanda), adətən, mühəndis texnikası, o cümlədəndə,  kənd təsərrüfatı texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla gücləndirilir.

Kəşfiyyai qrupu - 3-5 manqadan ibarət olur.

              Bu qrupun əsas vəzifələri 30-40 dəqiqə ərzində, 500 metrədək məsəfəyədək, zədələnmə oçağının:

  • Hüdudlarını;
  • dağıntıların xarakterini və miqdarını;
  • radiasıyanın səviyyələrini;
  • zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü;
  • 8-12 ədəd mühafizə qurğusunun yeri və vəziyyətini müəyyən etməkdir.

           Kəşfiyyat, o cümlədəndə, mühəndis kəşfiyyatı bölmələri:

  • yanğınların yerini və ölçülərini:
  • dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir;
  • texnika və nəqliyyatın hərəkəti üçün, yararlı olan marşrutları və onların vəziyyətini müəyyən edir;
  • harada yaralıların olduğu barədə məlumat toplayır və başqa işləri icra edir.

              Kəşfiyat qrupu - adamların, texnikanın, əmlakın, ərzağın, alafin və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o cümlədəndə,  digər işlərədə cəlb oluna bilər.

              Zərərsizləşdirmə komandası (qrupu) – 2 və daha çox qrupdan (manqadan) ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur.

              Bir iş növbəsində (10 saat, ərzində) - zərərsizləşdirmə komandası (qruru):

  • 350-600 min m2 sahəni;
  • 80-120 min m2 tikilini;
  • Bərk örtüklü, eni 6 metr olan 24 (12 km) km yolu;
  • 200 ədəd avtomaşını dezaktivasiya etmək imkanına malikdir.

              Ümumiyyətlə, hərbiləşdirilməmiş MM qüvvələrinin təyinatı, təchizatı və təyinatları üzrə fəaliyyətlərinə dair əsas göstəricilər, müvafiq sənədlərlə (əsasnaməyə) əsasən tənzimlənir.

 

2-ci tədris sualı: Mülki müdafiə qüvvələrinin hazır vəziyyətə

gətirilməsi qaydaları və bu işdə rəhbər heyətin rolu və vəzifələri

         Mülki müdafiə qüvvələrinin hazırlığa gətirilmə vaxtı - mövsümdən (qış, yay), habelə, iş və işdən kənar vaxt nəzərə alınmaqla, obyektlərin mülki müdafiə planlarında  öz əksini tapır.

         Belə ki, hərbiləşməmiş mülki müdafiə qüvvələrini hazır vəziyyətə gətirmək üçün:

- hərbiləşməmiş mülki müdafiə qüvvələrinin toplanış yerini təyin etmək;

- tabel əmlakının verilməsi yeri və müddətini müəyyənləşdirmək;

- təyinat yerinə hərəkət etmək üçün, hərəkətə gəlmə vaxtını, marşurutunu və   

  çatma müddətini təyin etmək lazımdır.

Hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazırlığa gətirilmə müddəti:

  • yüksək hazırlıqlı qüvvələr üçün:

- iş vaxtı - 1 saatadək;

- işdən kənar vaxtı isə - 2 saatdəkdir.

  • ümumi hazırlıqlı qüvvələr üçün isə, 6 saatadəkdir.

 

     İlin yay mövsümü istisna olmaqla, qış vaxtı, xüsusən də, gecə saatlərında, hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi  üçün əlavə, vəziyyətdən asılı olaraq, rəhbərlik tərəfindən vaxt aylırır.

     Hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi vaxtı, tədris ilinin birinci və ikinci yarımilinin ilk iş günü, əlavə iş saatları ayrılmamaqla, obyektin mülki müdafiə qərargah rəisi tərifindən keçirilən xəbərdarlıq toplanışı üzrə məşq zamanı dəqiqləşdirilir.

     Bu xəbərdarlıq toplanışı üzrə məşqlərə, əlavə iş günü və ya saatı sərf olunmadan, tədris ili ərzində, ən azı 2 dəfə kesirilir.

       Hərbiləşməmiş mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanış üzrə keçirilən məşqə dair aşağıdakı sənədlər tərtib olunmalıdır:

- xəbərdarlıq toplanış üzrə məşqə cəlb olunan iştirakçiların (MM qüvvələrinin   

  komandir-rəis və şəxsi heyətinin) siyahısı;

- məşq iştirakçılarının qeydiyyat siyahısı;

- xəbərdarlıq sxemi (iş vaxtı və işdən kənar vaxtlar nəzərə alınmaqla);

- xəbərdarlıq toplanış üzrə, məşqin keçirilmə planı;

- obyekt rəhbərinin əmri.

     Ümumiyyətlə, tədris ili ərzində təsərrüfat obyektlərində keçirilən təlim və məşqlərdən əlavə olaraq, hərbiləşməmiş mülki müdafiə qüvvələrinin hazırlığı bu tədbirlərə hazırlıq dövrü keçirilən sıra baxışları zamanı da dəqiqləşdirilir.

MM ərazi-istehsalat  prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, MM-nin bütün tədbirləri həm İcra Hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirliklər, idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.

Yerlərdə MM-yə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:

- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə- müvafiq icra hakimiyyəti başçıları;

- təsərrüfat sahələrində-nazirlər, baş idarələrin rəhbərləri;

- təsərrüfat birliklərində və obyektlərində həmin birlik və obyektlərin rəhbərləri.

 

MM-nin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların

vəzifə borcuna daxildir. Onlara rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları yerinə yetirirlər.

    MM ümumxalq işidir və onun tədbirlərinə respublikanın bütün maddi ehtiyatları və əhalisi cəlb olunur.

    MM-nin tədbirlərini planlaşdırmaq, təşkil etmək və onların icrasına nəzarət etmək üçün yerlərdə MM qərargahları yaradılır.MM sistemində təsərrüfat obyektləri mühüm yer tutur.

    Bütün MM tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə, idarə, müəssisə, təhsil müəssisəsi və təsərrüfatlar nəzərdə tutulur.

    Təsərrüfat obyektlərində, tədris müəssisələrində MM-nin təşkil edilməsi və vəziyyəti üçün obyektin rəhbəri məsuliyyət daşıyır. MM tədbirlərinin yerinə yetirilməsi barədə onun əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.

    Obyektlərdə MM fəhlə, qulluqçu və tələbələr (şagirdlər) qabaqcadan fövqəladə hadisələrin zədələyiciamillərindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq, vaxtında qəza-xilasetmə və digər təxirəsalınmaz işlər görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.

   Obyektin rəhbərinə MM üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, qərargah üzrə və s.) olur.

Obyektin rəhbərliyinin nəzdində MM qərargahı yaradılır. Qərargah MM-nin idarəetmə orqanı olub, obyektdə MM məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah MM üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.

   MM-nin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə MM xidmətləri yaradılır.Obyektlərdə xidmətlərin böyük rolu vardır. Onlar obyektin şöbələri, bölmələri əsasında yaradılır.Xidmətlərin rəisləri obyektin baş mütəxəssislərindən, istehsalat bölmələrinin rəhbərlərindən təyin edilir

   MM-nin xidmətləri yerli şəraiti, lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır.

   MM-nin əsas xidmətləri bunladır: rabitə və xəbərdarlıq, tibbi, yanğından mühafizə, sığınacaq və daldalanacaqlar, maddi-texniki təchizat, kimya və rdiasiyadan mühafizə və s.

   Müvafiq baza və ehtiyac olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidməti də yaradılır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı