AZ RU EN WEBMAIL
383 saylı Ə M R

A Z Ə R B A Y C A N     T İ B B     U N İ V E R S İ T E T İ   üzrə

 

383  saylı     Ə M R

                     

Bakı  şəhəri                                                                                                   “ 22 “ dekabr 2016-cı il

 

“2017-ci ildə Mülki Müdafiə (MM) üzrə hazırlığın təşkili haqqında”

 

Azərbaycan Tibb Universitetinin şəxsi heyətinin mülki müdafiə üzrə öyrədilməsini ”Mülki Müdafiə” haqqında Azərbaycan Respublikası qanununun və Nazirlər Kabinetinin 193 saylı 25.09.1998-ci il tarixli  qərarının tələblərinə uyğun olaraq təşkil etmək məqsədi ilə

                                

 

Ə M R      E D İ R Ə M

1. Yuxarıda adları qeyd olunan rəhbər sənədlərin tələblərinə müvafiq olaraq  Azərbaycan Tibb                                                                      

    Universitetində  mülki müdafiənin öyrədilməsi üzrə aşağıda göstərilən tədris qrupları  

    yaradılsın:

    - rəhbər heyətin daxil olduğu 1-ci qrup;

    - MM qüvvələrinin komandirlərinin daxil edildiyi 2-ci qrup;

    - MM qüvvələrinin daxil edildiyi 3-18-ci qruplar;

    - MM qüvvələrinə daxil edilməmiş işçilərin daxil edildiyi 19-97-ci qruplar;

    - həkimlərin daxil edildiyi 98-103-cü qruplar;

    - orta tibb işçilərinin daxil edildiyi 104-106-cı qruplar.

2. Tədris qruplarının rəhbərləri bu əmrə əlavə №-1-ə uyğun olaraq dekanlar, kafedra müdirləri, klinika MM rəhbərləri və bölmə rəisləri təyin edilsinlər.

3. Rəhbər heyətlə məşğələlər 15 saatlıq proqram üzrə təşkil edilsin və bu məşğələləri obyektin Mülki Müdafiə rəhbəri-rektor professor G.Ç.Gəraybəyli aparsın.

4. Hərbiləşdirilməmiş MM qüvvələrinin şəxsi heyəti ilə məşğələlər 15 saatlıq(9 saat ümumi və 6 saat xüsusi) proqram əsasında təşkil edilsin və MM qüvvələrinin komandirləri qrup rəhbələri təyin edilsinlər. 

5. MM qüvvələrinə cəlb olunmayan işçilərlə məşğələlər  12 saatlıq proqram əsasında aparılsın.

6. Klinikaların həkim və orta tibb işçiləri ilə MM hazırlığı “Təbii fəlakətlər və digər fövqəladə hallarda təcili tibbi yardımın təşkili” üzrə 35 saatlıq proqram əsasında aparılsın.

7. MM qərargah rəisi tədrisin təşkili və məşğələlərin əyani tədris vasitələri və lazimi ədəbiyyatlarla  təmin olunması məsələlərini həll etsin.

8. Tədris-Cərrahiyyə Klinikasında yerləşən kafedraların əməkdaşları ilə MM hazırlığının təşkili və məşğələlərin keçirilməsinə nəzarət TCK-nın Mülki Müdafiə Qərargah rəisi Zaur Əliyevə tapşırılsın.

9. Hazırlığın tədrisinə 2017-ci ilin yanvar ayının 5-dən başlansın və noyabr ayının 27-nə başa çatdırılsın.

10. Əmrlə bütün qrup rəhbərləri tanış edilsinlər.

11. Əmrin icrasına nəzarət MM qərargahının rəisinə tapşırılsın.

         

         REKTOR                                         professor G.Ç.GƏRAYBƏYLİ

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı