AZ RU EN
Əcnəbi tələbələr ücün nizam-intizam qaydaları

Azərbaycan Tibb Universitetinin yataqxanalarında yaşayan

Əcnəbi tələbələr ücün nizam-intizam qaydaları

  1. Azərbaycan Tibb Universitetinin yataqxanalarında yaşamaq hüququ yalnız  yataqxanada boş yer olduqda, Əcnəbi tələbənin şəxsi ərizəsi və  tam illik yaşama haqqı 600 AZN (ödənilən məbləğ geri qaytarılmır) ödənildikdən sonra həyata kecirilir.
  2. Təhsil müddəti başa çatdiqda, akademik məzuniyyət götürüldükdə və yaxudda Universitetdən xaric olunduqda əcnəbi tələbə 3 gün müddətində otaği boşaltmalı, yataqxanaya qəbul zamanı ona verilən bütün invertarları komendanta təhvil verməlidir.
  3. Yataqxanaya daxil olarkən tələbə mütləq giriş kartını nəzarətçiyə göstərməlidir. Giriş kartının başqa adamlara verilməsi qadağandır. Tələbə ən geci axşam saat 11:00 da yataqxanaya qayıtmalıdır.
  4. Gohumlar və kənar şəxslər yataqxanaya giriş zamanı mütləq nəzarətçiyə şəxsiyyəti təqdim edən sənəd göstərməklə xüsusi ayrılmış jurnalda qeydiyyatdan keçdikdən sonra  daxil ola bilər. Həmin şəxslərin yataqxanada qalma müddətinə və davranışına isə məsuliyyət tələbənin boynuna düşür.
  5. Universitetin yataqxanasında yaşayanlar, yataqxana rəhbərliyi tərəfindən onlara verilmiş mədəni-məişət, sanitar-təsərrüfat habelə inventarlardan istifadə etmə hüququna malik olub, onlrdan düzgün istifadəyə görə cavabdehlik dasıyırlar.
  6. Universitetin yataqxanasında yaşayanlar təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi  qaydalarına ciddi riayət etməli və müntəzəm təlimatlar almalıdırlar.
  7. Yataqxanada ümumi istifadə olunan otaqlarda olarkən, hər kəs sakitliyə, səliqə-sahmana riayət etməli, qaza, suya və işığa qənaət etməli, mebel və basqa avadanlıqlara doğma münasibət besləməlidir.
  8. Hər bir kəs otağında və yataqxananin başqa yerlərində törətdiyi  bütün xoşagəlməz hallara görə tam məsuliyyət daşıyır.
  9. Yataqxanada bir otaqdan basqa otağa ozbasına keçməyə, inventarların dasinması, otaqlarda icazəsiz istənilən formada təmirlərin aparılması, elektrik şəbəkəsində dəyişikliklərin edilməsi və 1 kBt gucündən yuxarı c ihazlarin goşulması qəti qadağandır.
  10. Saat 23:00  dan 07:00 kimi telvizorlardan, radiogəbuledicilərdən, maqnitafonlardan və basqa səsucaldıcı cihazlardan otaqlarda və basga yataqxana daxili yerlərdə istifadə etmək qadağandir.
  11. Yataqxana rəhbərliyinin icazəsi olmadan qapılarda əlavə qıfılların asılması və dəyisdirilməsi qəti qadağandır.
  12.  Yataqxanada otaqların divarlarına və ümumi yaşayış yerlərinə şəkillərin və elanların yapışdırılması qadamandır.
  13. Yataqxanada yaşayan hər kəs qonşulugda yaşayanların və otaq yoldaşlarının maraq və hüqüqlarına hörmət etməlidirlər.
  14. Yataqxanada istənilən spirtli içkilərin, narkotik və psixotrom maddələrin saxlanılması, qorunması və istifadə edilməsi qəti qadamandır.
  15. Yataqxananın ictimai və yaşayış otaqlarında, habelə balkonlarda tonqalların yandirılması  və ev heyvanlarinin saxlanılması qəti qadağandır.
  16. Yataqxanaya iri həcmli əşyaların  gətiriməsi və saxlanıması qadağandır.
  17.  Yuxarıda göstərilənlərdən hər hansından birini pozan şəxs yataqxana rəhbərliyi tərəfindən cəzalandırılacaq.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı