AZ RU EN
Elmi plan

a) Təsərrüfat hesablı elmi tədqiqat işləri.

1. Abfarma MMC-nin “Naften karbohidrogenlərinin toksikliyi və yarasağaldıcı xüsusiyyətlərinin öyrənilməsi;”

2. Qələndər özəl klinikası. “Burunda aparılan cərrahi əməliyyat zamanı, burun qanadı, dərialtı piy toxuması, dodağın selikliqişası, burun borusunun yumşaq toxumasının ultrastrukturunun öyrənilməsi”;

b) Planlaşdırılmış ET işləri

ETM-də planlaşdırılmış Elmi Tədqiqat işləri və ondan alınmış nəticələr.

1. Qaraciyər köçürülməsində reperfuzion sindromun nəticələri və ona uyğunlaşma reaksiyasının tənzimlənməsi.

Müəyyən edilmişdir ki, reperfuzion sindromunun neqativ təsiri işemiyanın müddətidən asılıdır. Heceyrə membranın dağılmasına rəvac verən amillərdən biri qaraciyər toxumasında səthi və struktur zülal hidrosulfid qrupunun balansının dəyişməsidir.

Səthi və struktur zülal hidrosulfid qrupunun hüceyrədə pozulmuş balansını tənzimləməklə reperfuzion sindromun toxumaya dağıdıcı təsirini azaltmaq mümkündür.

Tədqiqat işi başa çatmışdır.

2. Azərbaycan ekoloji və təbii amillərinin orqanizmə təsir mexanizminin öyrənilməsi, yeni fitiopreperetları, kompleks müalicə və reabilitasiya üsullarının işlənilib hazırlanması.

Azərbaycan florası əsasında şəkərsalıcı xüsusiyyətə malik olan yeni yığımı hazırlanmış və onun farmakoloji xüsusiyyətləri öyrənilmişdir.

Tədqiqat işi başa çatmış və hesabat tərtib edilmişdir.

 

Qrant lahiyyəsi üzrə aparılan elmi tədqiqat işləri:

Elmi inkişafı fondunun 2014-cü ildə elan etdiyi müsabiqədə 3 layihədə qalıb olmuşuq

1. Eksperimentdə stress reaksiyalara məruz qalmış hamilələrdə dölün prenatal və postnatal dövrdə neyroendokrin sisteminin formalaşmasının patogenezinin tədqiqi və onun tənzimlənmə yollarının işlənilməsi.

Layihənin rəhbəri Biologiya üzrə fəlsəfə doktoru Y.B.İsmayılov.

2. Azərbaycan florası əsasında hazırlanmış  fitokompleksin hepatobilyar sistemə və pozulmuş lipid mübadiləsinə təsirinin öyrənilməsi:

Layihənin rəhbəri Biologiya üzrə fəlsəfə doktoru R.Ə. Cəfərova.

3. Qaraciyər və yumurtalıq hüceyrələri metobolizmində yaranan disfunksiolal vəziyyətin patogenezində hipotalamus nüvələrinin rolu, onların tənzimlənmə yolları.

Layihənin rəhbəri: ə.e.x. Professor Q.Ş. Qarayev

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı