AZ RU EN
Elmi-Tədqiqat Mərkəzinin 2015 - ci il hesabatı

2015-ci ildə Elmi-Tədqiqat Mərkəzində 16 nəfər, o cümlədən Universitet əməkdaşlarından 13 nəfər, Səhiyyə Nazirliyi idarəsindən 3 nəfər tədqiqat işləri aparmış­lar.

Tədqiqatçılar ETM-ə aşağıdakı müəssisələrdən ezam olunmuşdurlar.

  1. Ümumi cərrahi xəstəliklər kafedrası.
  2. Mikrobiologiya və immunologiya kafedrası.
  3. Uşaq yoluxucu xəstəlikləri kafedrası.
  4. Patoloji anatomiya kafedrası.
  5. III cərrahi xəstəliklər kafedrası
  6. Ailə təbabəti kafedrası.
  7. İnsan anatomiyası kafedrası.
  8. II Mamalıq Ginekologiya kafedrası.
  9. Ağız-üz çənə cərrahiyyəsi kafedrası.
  10. Histologiya və embriologiya kafedrası.
  11. Terapevtik stomatologiya kafedrası.
  12. Ak.Topçubaşov adına elmi cərrahi mərkəzi.
  13. Ak.C.Abdullayev adına ET Kardiologiya İnstitutu.
  14. ET Travmatologiya və Ortopediya İnstitutu.
  15. ET Mamalıq Ginekologiya İnstitutu.

  Bu göstərilən idarələrdən ETM-ə 16 nəfər tədqiqatçı ezam olunmuşdur ki, onlardan 5 nəfəri doktorluq, 11 nəfəri isə fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün dissertasiya üzərində tədqiqat işi aparırlar.

Hesabat ilində aparılan tədqiqat işlərindən 3 başa çatmış,  12-si isə 2015-ci ildə davam etdiriləcəkdir.

Mövzu: Qaraciyərin köçürülməsində reperfuzion sindromun nəticələri və ona uyğunlaşma reaksiyasının tənzimlənməsi (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər - prof.Q.Ş.Qarayev). İcra müddəti - 2011-2015-ci illər. Tədqiqat başa çatmış və tamamlanmış hesabat təqdim edilmişdir.

Məqsəd: Reperfuzion sindrom zamanı yaranmış metabolitlərin hepositlərə təsirini  müəyyənləşdirmək və onun zədələyici təsirini neytrallaşdırmaq yollarının araşdırılması.

Nəticə: Müəyyən edilmişdir ki, xronik ekzogen intoksikasiya qaraciyərin zülal sintezedici funksiyasına neqativ təsir göstərməklə qanda zülal mübadiləsinin harmonik  vəziyyətini pozur. Qaraciyərin zülal sintezedici funksiyasında yaranmış dishormonik vəziyyətlə yanaşı zəif də olsa qaraciyərin qan təhcizatında  müəyyən qədər defisit yaradır. Yaranmış vəziyyət qaraciyərin sirroz önü vəziyyəti kimi qiymətləndirilmişdir.

Belə bir fonda qaraciyər arteriyasını sıxmaqla 10 və 30 dəqiqə müddətində işemiya modeli yaradılmış və qeyd olunan müddətlər başa çatdıqda reperfuziya aparılmışdır. Reperfuziyadan sonra qaraciyərin zülal sintezedici funksiyasının pozulmasının daha da dərinləşməsi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, reperfuziya zamanı qaraciyərin zülal sintezedici funksiyasının pozulmasında qaraciyər toxumasında antioksidant müdafiə sisteminin sönükləşməsi nəticəsində yüksək intensivliklə meydana çıxan oksidativ stress durur. Qaraciyərin zülal sintezedici funksiyasının pozulması sayəsində toxumanın energetik imkanları azalır ki, bu da hepositlərin strukturunda baş vermiş dəyişikliklərdə özünü göstərir.

Hesabat dövründə 28 məqalə və tezis çap olunmuşdur ki, onların 12-si xarici ölkə mətbuatında nəşr edilmişdir. Aparılan tədqiqatların nəticəsində 1 fəlsəfə doktorluğu dissertasiyası başa çatdırılmış, 2-ci isə başa çatmaq üzrədir.

Mövzu: Təcrübə heyvanlarının orqanizminə ozonun təsirinin farmako-toksikoloji öyrənilməsi, hipoksik sindromun modelləşdirilməsi, dərman preparatlarının ozonlaşdırılması, onların aktivliyinin öyrənilməsi. Azər-baycan florası əsasında hazırlanmış orijinal fitokompozisiyanın farmako-adaptogen xüsusiyyətlərinin aşkarlanması. 3,5-diəvəzolunmuş izok-sazolların sintezi və bioloji fəallığının öyrənilməsi (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər - prof.R.A.Axundov). İcra müddəti - 2011-2015-ci illər).

Məqsəd: Heyvanlar üzərində ozonun müxtəlif konsentrasiyalarda təsirini  öyrənmək. Ozonun təsiri altında qan formalı elementlərinin sərbəst və peroksid oksidləşmə lipidlərin dəyişilməsinin öyrənilməsi, Azərbaycan florası əsasında adaptoqen aktivliyə malik  fitokompozisiya təqdim  etmək, β,γ-dixlorprenilketonların yeni izoksazol törəmələrinə çevrilməsi üçün effektiv sintez üsullarının işlənib hazırlanması, sintez olunmuş  birləşmələrin bioloji fəallığının öyrənilməsi.

Nəticə: Təcrübələrin nəticələri göstərir ki, qapalı mühitin (sınaq qəfəsin) ozonlaşdırılması onun içərisində olan təcrübə heyvanlarının uyğunlaşma qabiliyyətini yüksəltməklə yanaşı fiziki davamlığını (durumunu) artırır. Ozonun müxtəlif  qatılıqları şəraitində ağ təcrübə siçanlarının 15,0 dəqiqəlik birdəfəlik tənəffüs ekspozisiyasından 1,5-3,0 dəq sonra kapillyar qan nümunələrinin ümumi mikroskopik və selektiv sitokimyəvi analizlərinə əsasən, ozonun sınaq kamerasında müxtəlif qatılıqları siçanlarda qan formalı elementlərində anomal-patoloji dəyişikliklər törətmir.  Ozonun 0,5; 1,0; 2,0 və 3,0 mq/m³ qatılıqları şəraitində ağ  siçanların 15 dəqiqəlik birdəfəlik tənəffüs ekspozisiyasından 1,5-3,0 dəq. sonra kapillyar qanı nümunələrinin ümumi mikroskopik və selektiv sitokimyəvi analizlərinə əsasən, ozonun sınaq kamerasında 0,5; 1,0 və 2,0 mq/m³ qatılıqları siçanlarda qan formalı elementlərində anomal-patoloji dəyişikliklər törətmir. Ozonun sınaq kamerasında qatılığının 3,0 mq/m³-ə qədər artırılması periferik qan formalı elementlərində, ilk növbədə – eritrositlərdə, qismən az hallarda isə – leykositlərdə və trombositlərdə anomal xarakterli örtük-sitoplazma dəyişikliklərinə səbəb olur.

Həmçinin müəyyən edilmişdir ki, Azərbaycanın bitki-dərman resursları əsasında yeni rozxmelisporitsa fitokompozisiyasının aşkarlanmış xüsusiyyətləri adaptogen, aktoprotektor və əkshipoksik vasitə qismində tətbiq edilə bilər. Əldə edilən məlumatların məcmusu ehtimal etməyə imkan verir ki, rozxmelisporitsanın əkshipoksik aktivliyi ilə bərabər aşkarlanmış iş qabiliyyətinin, oriyentir-təftiş aktivliyinin və motivasiya davranışının artması bu kompozisiyanı hipoksiya, orqanizmin dezadaptasiyası, depressiyalar, xronik yorğunluq sindromu və s. fonunda MSS-nin pozulması hallarında funksiyalarının yaxşılaşması məqsədinə xidmət göstərir.

Hesabat dövründə 2 dissertasiya mudafiyə  olunmuşdur (biologiya üzrə 1 elmlər doktoru və 1 fəlsəfə doktorluğu), 2 monoqrafiya,  48 məqalə və  tezis cap olunub (onlardan 21 xarici ölkələrdə), 1 qrant və 1 Azərbaycan Respublikasının patenti alınıb. 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı