AZ RU EN WEBMAIL
ƏSASLI KITABXANA

ATU-nun Əsaslı kitabxanasında elektron kitabxananın yaradılması işi hal-hazırda mövcud beynəlxalq elektron nəşrlərinin oxuculara təqdim olunması formasında həyata keçirilir. Kitabxananın fondunda çoxlu sayda elektron materiallar mövcuddur. Lakin elektron kitabxananın yaradılmasında maneə olaraq alimlərimizin əsərlərinin elektron variantının fondumuzda az olmasıdır.

Azərbaycan tibb elmi bu gun dünya səviyyəsində bir inkişaf yolundadır. Artıq 3-cü ildir ki, ATU-da elektron kitabxananın yaradılması üzrə işlər aparılır. İRBİS – 64  avtomatlaşdırılmış kitabxana proqramı çərçivəsində yaranmış elektron kitabxanaya ədəbiyyatlat yazılmış və elektron kataloqa salınmışdır. 2017-ci ildə kitabxana fondunun  elektron kataloquna 1587 kitab, 2900 qəzet və jurnal məqaləsi daxil edilmişdir.

Kitabxana fondları üzrə 630030 kitab fondu, onlardan əsas (elmi) fond 311158, dərslik 304629, mübadilə 14243 vardır.

Bunlardan başqa Əsaslı Kitabxananın poçtuna (E-mail: amulib@mail.ru), komp­yuter­lərə gündəlik texniki  nəzarət edilmiş, internet istifadəçilərinə köməklik göstə­ril­mişdir. 

Bu gün tibb universitetinin əməkdaşları xalqımızın sağlamlığının keşiyində dayanmaq kimi humanist bir vəzifə sahibi olduqlarını heç vaxt unutmur, yorulmadan səhiyyənin inkişafına, yeni tibb mütəxəssislərinin hazırlanmasına layiqincə xidmət göstərirlər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı