AZ RU EN WEBMAIL
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Ali təhsil qarşısında duran ən mühüm vəzifələrdən biri müasir tələblərə cavab verən yüksək  ixtisaslı  kadrlar hazırlamaq, onlara nəzəri və  təcrübi vərdişlər aşılamaqdır. İxtisaslı mütəxəsislərin hazırlanmasında tələbə elmi işlərinin cox mühüm əhəmiyyəti vardır.

Hesabat  ilində  ATU-nun həm nəzəri, həmdə klinik bazalarında bir sıra konfranslar, elmi seminarlar  təşkil olunmuşdur.  Mart-aprel ayında bütün fakültələr də  elmi konfranslar  keçirilmiş, ən yaxşı göstəricilərə malik tələbələr IV Beynəlxalq Tibb Konqresində iştirak etmək hüququ qazanmışdır. Tədris  ilinin  birinci  yarısında  fakültə konfranslarında iştirak etmək üçün ayrı-ayrı kafedralarda elmi konfranslar kecirilmişdir.

2-3 noyabr 2017-ci il tarixində  ATU-nun təşkilatçılığı ilə tələbə, rezident və  gənc həkimlərin IV  Beynəlxalq Tİbb Konqresi keçirildi. Konqresə 450-dən cox elmi məqalə və tezislər daxil olmuşdur. Bunlardan 54 nəfəri xarici ölkə universitetlərində təhsil alan tələbələr, həkimlər və professorlar  idi. Konqres işində həm aktiv, həm passiv olaraq Türkiyə, Rusiya,  İran, Almaniya, Özbəkistan, Meksika, Pakistandan professorlar, həkimlər ve tələbələr öz iştiraklarını təsdiq etmişlər. Eyni zamanda ölkəmizin müxtəlif mərkəzi xəstəxanalarında çalışan, Naxçıvan MR Dövlət Universiteti Tibb fakültəsinin əməkdaşları, Şirvan  diaqnostik  mərkəzinin əməkdaşları, Qusar, Quba, Ağdam, Bərdə rayon mərkəzi xəstəxanalarında çalışan həkimlərdə konqresə qatılmışdırlar.

Öncəliklə Ulu Öndər Heydər Əliyevin büstü  önünə gül dəstəsi qoyularaq xatirəsi anıldı. Sonra poster bölməsində olan məruzələrə baxış keçirildi. Giriş sözü ilə ATU-nun rektoru prof.Gəray Gəraybəyli cıxış etdi. Natiq öz çıxışında belə tədbirlərin əhəmiyyətindən, beynəlxalq elmi əməkdaşlığın inkişaf prespektivliyindən danışdı və  konqresin işini açıq elan edərək tələbələrə uğurlar arzuladı. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi. Təbrik ücün kürsüyə  E.L.C.D-nin rəhbəri və qurucusu prof.Cavit Avcı dəvət olundu. O konqres iştirakcılarını təbrik etdi və İstanbul Universiteti Tibb fakültəsi adından Azərbaycan  Tibb Universitetinin rektoru prof .G.Gəraybəyliyə plaket hədiyyə verdi. Sonra Milli Məclisin deputatı Qənirə  Paşayeva söz alaraq öz təbriklərini oxuduğu universitetin kollektivinə çatdırdı və konqresin işinə uğurlar arzuladı. Rəsmi açılışdan sonra A.Zeynallı adına uşaq musiqi məktəbinin tələbələri musiqili proqramla çıxış etdilər.

 IV Beynəlxalq Tİbb Konqresi dunyanın bir çox ölkələrindən olan professor, həkim və tibb tələbələrini  bir araya gətirdi.  Konqres iş planına uyğun olaraq cərrahiyyə, pediatriya, stomatologiya, onkologiya, mikrobiologiya, histologiya, əczaçılıq, genetika, tibbi statistika və poster bölməsi  üzrə işini davam etdirdi.

Konqresdə iştirak etmək üçün dünyanın 20-dən çox universitetlərinə rəsmi dəvət göndərilmişdir. IV Beynəlxalq Tİbb Konqresində qardaş respublika olan Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi, Qazi Universiteti, İzmir Dokuz Eylül Universitetlərindən 2  elmi məqalə ilə, Rusiyadan Dağıstan Dövlət Tibb Universiteti, Kirov Dövlət Tiib Universiteti, Tümen Dövlət Tibb Universitetindən 14 elmi məqalə ilə, İrandan Məşhəd Tibb Elimləri Universiteti, İslam Azad Universiteti, Tehran Tibb Elimləri Universitetlərindən 2 məqalə ilə, Almaniya Xərcəng Konsorsiumu, Erlangen-Nürnbergin Fridrix-Aleksander Universiteti 1 məqalə ilə, Pakistan Karaçı Universitetindən 1 elmi məqalə ilə, Özbəkistandan  Daşkənd Pediatrik Tibb İnistitu­tundan  3 elmi məqalə ilə, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialından 3 məqalə ilə  professor, həkim  və tibb tələbəsi qatılmışdır. Ümumilikdə 59 həkim və tibb tələbəsi təbabət aktual problemlərinə həsr olunmuş məruzələri  ilə  konqresdə çıxış etmişdir.  Konqresdə prof. Dr. Cavit Avcı, T.e.d.Müşviq Həsənov, Prof. Dr.Rasim Gençosmanoğlu, Prof. Dr. Aydın Alper, Prof. Dr. Levent Avtanın rəhbərliyi ilə  Laparoskopik xolesistektomiya üçün ehtiyatlı prinsiplər, öd yolu zədələnmələrində və ağırlaşmalarda strategiyalara aid kurs kecirildi. Kursda 43 nəfər həkim, rezident və tələbə iştirak etmişdir.

Münsiflər heyətinin yekun rəyinə əsasən konqres iştirakçılarına sertifikat təqdim edilmişdir. Konqresin bağlanışı təntənəli surətdə ATU-nun akt zalında keçirilmişdir.  ATU-nun “Şəfa” qrupunun çıxışı ilə konqres öz işini başa catdırmışdır.

Belə tədbirlər dünyanın müxtəlıf universitetlərində təhsil alan tibb tələbələrin və dünyanın aparıcı klinikalarında çalışan həkimlərin bir-birləri ilə fikir mübadiləsi aparmaq, öz  biliklərini bölüşmək eyni zamanda universitetimizin və ölkəmizin gənc həkim və tələbələri ilə tanışmaq üçün çox gözəl fürsətdir.

Hal-hazırda 2018-cı il mart-aprel ayında bütün fakültələr üzrə növbəti konfransların keçirilməsi üçün hazırlıqlar işləri aparılır. Bu məqsədlə müəllim və tələbələrdən ibarət təşkilatı  komitə yaradılmışdır. İşlər ATU-nun TEC-nin iş planına  müvafiq qaydada  davam etdirilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı