AZ RU EN
2015-Cİ İLDƏ UDULAN QRANTLAR

I. Layihənin adı: Eksperimentdə stress  reaksiyalara məruz qalmış hamilələrdə dölün prenatal və postnatal dövrdə neyroendokrin sisteminin formalaşmasının patogenezinin tədqiq və onun tənzimlənməsi yollarının işlənməsi.

 Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin eksperimental endokrinologiya şöbəsini rəhbəri İsmayılov Yusub Bayram oğlu

Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul  2016-cı illər.

Layihənin məqsədi: Xronik stressə məruz qalmış hamilələrin hormonal-mediator sitatusunda baş vermiş dəyişiklikləri aşkarlamaq, bu dəyişikliklərin dölün prenatal-postnatal dövrdə neyroendokrin sisteminin formalaşmasına təsirini aydınlaşdırmaq və yeni tənzimlənmə yollarını araşdırmaq.

II. Layihənin adı: Azərbaycan florası əsasında hazırlanmış fitokompleksin hepatobilliar sistemə və pozulmuş lipid mübadiləsinə təsirinin öyrənilməsi.

Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin toksikologiya  şöbəsini rəhbəri Cəfərova Rəna Ənvər qızı

Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul  2016-cı illər.

Layihənin məqsədi: Azərbaycan florası əsasında hazırlanmış fitokompleksinhepatoprotektor təsirinin tədqiqi və onun eksperimental hepatit fonunda baş vermiş lipid mübadiləsi pozulmalarına qarşı effektivliyinin müqayisəli təhlilinin qiymətləndirilməsi.

III. Layihənin adı: Qaraciyər və yumurtalıq hüceyrələri metabolizmində yaranan disfunksional vəziyyətin patogenezində hipotalamus nüvələrinin rolu və onların tənzimlənmə yolları

Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin direktoru Qarayev Qalib Şalon oğlu.

Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul  2016-cı illər.

Layihənin məqsədi: Qaraciyər hüceyrələrinin zülal sintezedici funksiyası ilə yumurtalıq hüceyrələrinin hormonal fəaliyyəti arasındakı qarşılıqlı əlaqənin tətqiqi və onların patogenezində hipotalamus nüvələrinin rolunu aydınlaşdırmaqla disbalansın tənzimlənmə yollarının öyrənilməsi.

IV. Layihənin adı: Sağlam və xəstə halda zülalların struktur-funksiya xassələrinə multidistiplinar yanaşma (Tibb qrupu)

Layihənin rəhbəri: “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Kamilova Nigar Mirbağır qızı.

Layihənin icra müddəti: 2015 – 2016-cı illər.

Layihənin məqsədi: Layihə multidistiplinardır və iki müxtəlif qrupun səylərini birləşdirir. Bu səyin məqsədi qan vasitəsilə müxtəlif xəstəlikləri, onların molekulyar mexanizmini nano-plazmondan istifadə etməklə yüksək həssaslığa malik optik sistemlərdə aşkarlamaqdır.

V. Layihənin adı: 3-cü “Şuşa” qrantı “Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibb aspektləri və həyat keyfiyyəti” mövzusunda Beynəlxalq konfrans.

Layihənin rəhbəri: “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzi, Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının dosenti Mustafayeva Aynur Hamlet qızı.

 Layihənin icra müddəti: 2016-cı ilin fevral ayı (2 gün).

Layihənin məqsədi: Dağlıq Qarabağ məcburi köckünlərinin sağlamlığın problemləri, elmi-praktik problemləri haqqında müzakirə və fikir mübadiləsi.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

“Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin ekspertlər qrupunun 2015-ci ildə gördüyü işlər haqqında: 

    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 dekabr 2013-cü il tarixli, 913 saylı əmri ilə təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılmışdır. Qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədi ilə Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birgə  “Sağlam təhsil – sağlam millət” layihəsinə start verilmişdir.

Layihənin məqsədi – təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması və tətbiqi; təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı bir formada mənfi təsir göstərən amillərin araşdırılması və onların aradan qaldırılmasına yönəlmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsidir.

   Hazırda 2015-2017-ci illər üçün nəzərdə tutulan fəaliyyət planına əsasən işlər davam etdirilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı