AZ RU EN WEBMAIL
ELMİ-TƏDQİQAT MƏRKƏZİ

Mövzu: Ağır metal və mikroelementlərin hormonal sistemlə qarşılıqlı əlaqəsi və onların tənzimlənməsinin patoloji prosesin inkişafına təsiri (Elmi-Tədqi­qat Mərkəzi, elmi rəhbər – prof.Q.Ş.Qarayev). İcra müddəti – 2016-2020-ci illər.

Məqsəd: Qan plazmasında dövr edən ağır metal və mikroelementləri aşkar etməklə, onların hormonal sistemlə qarşılıqlı əlaqələrinin aydınlaşdırılması, yumurtalıq hüceyrə metabolizminə təsirinin müəyyənləşdirilməsi və orqanizmə ünvanlı dərman preparatları yeritmək texnologiyasının işlənib hazırlanması.

Nəticə: 1-ci qrupa daxil olan 10 baş ağ siçovulda intakt vəziyyətində qan plazmasında ağır metalların, mikroelementlərin miqdarının və hormonların, immun göstəricilərin qatılığı, yumurtalıq və qalxanabənzər vəzi toxumasında ağır metal və mikroelementlərin miqdarı təyin edilmişdir. 2-ci qrupa daxil olan 90 baş ağ siçovulda hipoterioz modeli yaradıldıqdan sonra qalxanabənzər vəzi və yumurtalıq toxumalarında, qan plazmasında ağır metalların və mikroelementlərin miqdarı, qan plazmasında isə hormonların qatılığı və immun göstəriciləri təyin edilmişdir. 3-cü qrupa daxil olan 90 baş ağ siçovulda eyni müayinələr hiperterioz modeli yaradıldıqdan sonra aparılmışdır.

Həmçinin onların qan serumunda progesteron, testesteron, lüteyinləşdirici hormon və qalxanvari vəzi hormonlarının qatılığı təyin edilmişdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı