AZ RU EN WEBMAIL
KONFRANS, KONQRES VƏ SİMPOZIUMLARDA İŞTİRAK

2017-ci ildə Azərbaycan Tibb Universitetinin elmi-pedaqoji heyəti müntəzəm olaraq Respublikada və xarici ölkələrdə keçirilən müxtəlif elmi konfrans, konqres və simpoziumlarda iştirak etmişlər.

Uzaq xaricdə: «IV Qastrointestinal Eidoskopiya Günləri» adlı konfrans (Türkiyə, Ankara); «Transplantasiya İmmunologiyası və Genetika» üzrə 6-cı Milli Qurultayı (Türkiyə, Antaliya); Orqan Translantologiya üzrə Avropa Cəmiyyətinin XVIII konqresi (İspaniya, Barselona); XIII Beynəlxalq Endoskopik-Laparoskopik Cərrahiyyə konqresi (Türkiyə, Antaliya); XVI Türk Kolon və Rektum Cərrahiyyə konqresi (Türkiyə, Antaliya); Anqioloqlar Birliyinin Avropa Bölümünün XXIII konqresi (Avstriya, Qrats); 18-ci Avropa Venoz Forumu (Portuqaliya, Porto); Bariatik və Metabolik Cərrahiyyə üzrə V Türk və III Aralıq Dənizi konqresi (Antaliya, Belek); «Bariatik və Metabolik Cərrahi Video Platformu» konqresi (Azərbaycan, Bakı); «3-cü Türkiyə-Azərbaycan Ortaq Hepatoloji kurs» (Türkiyə, İstanbul); 12-ci Avropa Koloproktologiya Cəmiyyətinin illik və ümumi yığıncağı  (Almaniya, Berlin); 47-ci Ümumdünya Cərrahiyyə konfransı (İsveçrə, Bazel); Endokrin Cərrahiyyə Konqresi (Türkiyə, Antalya).

I Beynəlxalq Tibb Elmləri konqresi (Türkiyə, Adnan Menderes İnstitutu); Reproduktiv Təbabət və Cərrahiyyə Cəmiyyətinin Beynəlxalq konqresi (Türkiyə, Antalya).

Avropa Seksual Tibb Cəmiyyətinin 19-cu konqresi (Fransa, Nitse); Avropa Uroloqlar Assosiasiyasının 32-ci illik konqresi (Böyük Britaniya, London);  12-ci  Beynəlxalq Endouroloji konqres (Türkiyə, Kapadokiya); Amerika Uroloqlar Cəmiyyətinin 112-ci konfransı (ABŞ, Boston); Türkiyə Androloji Cəmiyyətinin 12-ci Milli konqress (Türkiyə, Bodrum); Avropa Androloji Urologiya Assosiasiyasının Konqresi (Azərbaycan, Bakı); Avropa Uroloqlar Assosiasiyasının Urolitiaz bölməsinin 4-cü simpoziumu (Avstriya, Vyana); «İstanbul Urolitiazis Günləri» adlı toplantı (Türkiyə, İstanbul);

7-ci Otorinolarinqologiya, Audiologiya və Kommunikasiya pozğunluqları və 5-ci Estetik və Funksional Septorinoplastika və Disseksiya konqresi (BƏƏ, Dubay); IX Ulusal Larenqoloji konqres (Türkiyə, Eskişeher); IX Beynəlxalq Dil və Nitq Pozulmalar üzrə konqres (Türkiyə, İstanbul); 13-cü Avropa Pediatrik Koxliar İmplant simposiumu (Portuqaliya, Lissabon); Otorinolarinqoloqların 4-cü Avropa konqresi (İspaniya, Barselona), «Daxili qulağın erapiyası» adlı I Beynəlxalq simpozium (Mərakeş).

«Süd vəzi xərçəngi» üzrə 27-ci illik konfrans (ABŞ, Las-Veqas); «Bəzi təbii üsullarla müalicə» adlı elmi tədbir (Almaniya, Bad Homburq); Qastrointestinal Bədxassəli Şişlər üzrə ESMO-nun 19-cu Dünya konqresi (İspaniya, Barselona);

Türk Oftalmoloji Dərnəyinin 37-ci Nisan konqresi (Türkiyə, Ankara); Beynəlxalq Ofalmoloji Cəmiyyətinin 51-ci konfransı (Türkiyə, Antalya); Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin 35-ci konqresi (Portuqaliya, Lissabon);  Avropa Oftalmoloji Cəmiyyətinin konqresi (İspaniya, Barselona).

XXVII Türk Ortopediya və Travmatologiya konqresi (Türkiyə, Antalya)

Avropa Ürək Ritm Cəmiyyətinin Bahar Sammiti (Bolqarıstan, Sofiya); X Dünya Astma, Allergiya və XOAX Forumu  (ABŞ, Nyu York); 19-cu Ulusal Hipertenziya və Böyrək xəstəlikləri konqresi (Kipr); «Sərhədləri aşan hava çirklənməsinin uzunməsafəli səhiyyə aspektləri» mövzusunda 20-ci iclası (ÜST – ekspertlərinin görüşü) (Almaniya, Bonn); Avropa Kardiologiya Cəmiyyətinin «Ürək Çatışmazlığı-2017» konqresi (Fransa, Paris); Beynəlxalq Aritmi-2017» adlı konfrans (Türkiyə, İzmir); Avropa Kardiologiya Cəmiyyətinin «PCR-2017» konfransı (Fransa, Paris); Avropa Kardiologiya Cəmiyyətinin Ürək Maqnit-rezonans Tomoqrafiya konqresi (Çexiya, Praqa); Avropa Revmatoloqların konqresi (EULAR-2017) (İspaniya, Madrid); «ÜST Kimyəvi risklərin qiymətləndirmə şəbəkəsi» adlı görüş (İtaliya. Parma); Avropa  Ürək Ritm Cəmiyyətinin 2017-ci il konfransı (Avstriya, Vyana); Kardiovaskülyar Akademiyasının konqresi (Kipr);  «Amerika Torakal Cəmiyyətinin – 2017» konqresi (ABŞ, Los-Anjeles); Qaraciyərin tədqiqi üzrə Asiya-Sakit Okean Cəmiyyətinin XXVI konfransı (Çin, Şanxay);  Türk Kardioloji Cəmiyyətinin XXXIII konqresi (Türk, Antalya); Amerika Tireoidologiya Assosiasiyasının 87-ci illik konqresi (Kanada, Viktoriya);  Avropa Nefroloji Cəmiyyətinin I konqresi; VIII Emirat Kardiologiya Cəmiyyətinin konqresi (BƏƏ, Dubay); XXIV Ulusal Allerji və Klinik İmmunoloji konqress (Türkiyə, Antalya); «XXXIV Ulusal Beynəlxalq Qastroenteroloji həftəsi» adlı konqress   (Türkiyə, Antalya); «XXV Avropa Qastroenteroloji Həftəsi-2017» adlı konfrans (İspaniya, Barselona); Amerika Kardiologiya Kollecinin Orta-Şərq konfransı (BƏƏ); 

21-ci Ulusal Pediatrik Endokrinologi və Diabet konqresi (Türkiyə, Antaliya); «Ana-Döl-Neonatal Təbabət» mövzusunda I Dünya Konqresi (Böyük Britaniya, London); Avropa Pediatrik Qastroenterologiya, Hepatologiya və Qidalanma Cəmiyyətinin 50-ci yubiley görüşü (Çexiya, Praqa); Allergiya və Kliniki İmmunologiya üzrə Avropa Akademiyasının konqresi (Finlandiya, Helsinki); İmmunodefisit üzrə Avropa Cəmiyyətinin 18-ci konfransı (Böyük Britaniya, Edinburq); «Numunəvi Həkim Olmağa Doğru-5» Forum (Türkiyə, Ankara);  III Beynəlxalq Uşaq Genetik Simpoziumu (Türkiyə, Antalya); Birləşmiş Avropa Neonatoloqlar Cəmiyyətinin II konqresi (İaliya, Venesiya); Birincili İmmunçatışmazlığı üzrə III Beynəlxalq konqress (BƏƏ, Dubay); Türkiyə Pediatriya Dərnəyinin 61-ci konqresi (Türkiyə, Antalya); Türk Uşaq Allerji və Astma üzrə XII Beynəlxalq konqress (Quş adası).

25-ci Avropa Psixiatriya konqresi (İtaliya, Florensiya); 27-ci Milli Uşaq və Yeniyetmə Psixiatriyası konqresi (Türkiyə, İzmir); Bioloji Psixiatriya üzrə 13-cü Dünya konqresi (Danimarka, Kopenhagen); Avropa Uşaq və Yeniyetmə Psixiatriyası üzrə 17-ci Beynəlxalq Konqres (İsveçrə, Cenevrə), Biologiya və Tibb Elmləri üzrə I Avropa konfransı (Çexiya, Praqa).

«Müasir elm və təhsilin problemləri və perspektivləri» mövzusunda XXXII beynəlxalq konfrans (ABŞ, Boston).

«Kök hüceyrə və Regenerativ Tibb sahəsində nailiyyətlər» mövzusunda Avropa Molekulyar Biologiyanın Təşkili konfransı (Almaniya,Heidelberq);  I Beynəlxalq  Türklərin Dünyası Sosial Elmlər Simpoziumu (Türkiyə, Antaliya); 20-ci Beynəlxalq Tibb, Stomatologiya, Əczaçılıq və Laboratoriya  avadanlıqları Sərgisi (İİR, Tehran); Tələbələrin V beynəlxalq konqresi (Avstriya, Qrats); VIII Beynəlxalq Təhsilin idarə edilməsi Forumu (Türkiyə, Ankara); 29-cu Avropa Patologiya konqresi (Hollandiya, Amsterdant); Səhiyyə Hüququ üzrə Avropa Cəmiyyətinin VI konfransı (Norveç, Bergen); Məhkəmə Təbabəti üzrə XXIII Dünya konqresi (Azərbaycan, Bakı); Klinik Təbabət və İmmunoreabilitasiya üzrə XXIII Dünya konqresi (ABŞ, Nyu-York); Məhkəmə Təbabəti üzrə II Səudiyyə Ərəbistan Beynəlxalq konfransı (SƏ, Riad); Məhkəmə Təbabəti Elmləri üzrə Beynəlxalq simpozium (Çin, Şanxay); Molekulyar Təbabət və Farmakoloji tədqiqatlar üzrə VI Beynəlxalq simpozium (Pakistan, Karaçi); «Avromedica Hannover-2017» adlı Beynəlxalq konqress (Almaniya, Ştutqart); Bioetika, tibbi etika və tibbi hüquq üzrə II beynəlxalq konfrans (Çin, Makau); XXVIII Beynəlxalq Biokimya konqresi (Türkiyə, Ərzurum).

27-ci Avropa Klinik Mikrobiologiya və  İnfeksion xəstəliklər Cəmiyyətinin konqresi (Avstriya, Vyana); «Beynəlxalq konqress və Lab EXPO-2017» sərgisi (Türkiyə, Antalya).

Beynəlxalq Stomatoloji  Sərgi (BƏƏ, Dubay); Uz-çənə cərrahların XV Beynəlxalq konqresi (İİR, Tehran); «Çənə defektlərinin və atrofiyalarının auqumentasiyası metodları» üzrə elmi konfrans (İtaliya, Malta); 22-ci Cənubi Çin Beynəlxalq Tibb Sərgisi və konfransı (Çin Xalq Respublikası, Quancjou); Dünya Ağız və üz-çənə cərrahların 23-cü Beynəlxalq konfrnası  (Honq-Konq);  Türkiyə Ağız və üz-çənə cərrahların 11-ci Beynəlxalq Konqresi (Türkiyə, Antaliya); Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa Regional Təşkilatının illik yaz Plenar Sessiyası (İsveçrə, Genevrə); Türk Üz-çənə Cərrahlar Cəmiyyətinin 24-cü Beynəlxalq konqresi (Türkiyə, Bodrum); XXIII Beynəlxalq Diş Həkimliyi konqresi (Türkiyə, İstanbul);  Türk Diş Həkimləri birliyinin VII görüşü (Türkiyə, İstanbul);  German Precision in Orthodontics konfransı (Almaniya, Pforzheim); «Ağız və üz-çənə cərrahiyyəsində 3D adaptiv istehsalatın texnologiyası» konfransı (İsrail, Ajdod); «Texnologiya və təbiət elmlərində innovasiyalar» mcvzusunda Avropa konfransı (Avstriya, Vyana); Ümumdünya Stomatoloqlar Federasiyasının 105-ci illik konqresi (İspaniya, Madrid), Ümumdünya Stomatoloqlar Federasiyası və Azərbaycan Stomaoloji Assosiasiyası ilə birlikdə Ardıcıl Təhsil Proqramına uyğun olaraq İmplantologiya üzrə «Müasir implantologiyaya qiymətli töhvə – İtaliya implant-protezləmə məktəbi» XXI Beynəlxalq Stomatoloji konqress (Bakı), VII Qonşu ölkələrin stomatoloji birliklərin Platform iclası (Türkiyə, İstanbul). 

III Beynəlxalq Dərman və Əczaçılıq konqresi (Türkiyə, İstanbul); «Ailə sağlamlığı – XXI əsr» adlı XXI Beynəlxalq konfrans (Almaniya, Köln); «Müasir elmin inkişaf strategiyası» adlı konfrans (ABŞ, Çarlston).

XII Beynəlxalq Türk Dili Qurultayı (Ruminiya, Buxarest); I Beynəlxalq  Türk Mədəniyyəti Simpoziumu (İsveç, Uppsala); VIII Beynəlxalq təhsilin İdarəedilməsi Forumu (Türkiyə, Ankara).

Yaxın xaricdə: 

«Kolorektal cərrahlığın Rusiya məktəbi» adlı X Beynəlxalq konqress (Moskva); « Tibbdə innovativ tədris  texnologiyaları» mövzusu üzrə VIII Beynəlxalq konfrans (Moskva); «Tibbdə simulyasion tədris üzrə Rusiya Cəmiyyəti – «ROSOMED-2017» adlı VI qurultayı (Moskva), Dağıstan Dövlət Tibb Universitetinin 85-illik yubileyinə həsr olunmuş tədbir (Mahaçqala); Gənc Alimlərin Ukraina konfransı (Poltava),

«Sağlam Millət – XXI əsr» adlı XXI Beynəlxalq Konfrans (Gürcüstan,Tbilisi); Qafqaz ölkələri mama-ginekoloq və perinatoloqlarının II Qurultayı  (Gürcüstan,Tbilisi); Avrasiya Qerantoloqların II Qurultayı (Qazaxstan, Astana);  «Ana və Uşaq - 2017» adlı 10-cu Ümumrusiya konfransı (RF Gelincik);  «Beyn və ürək» adlı VII Beynəlxalq konfrans (Ukrayna, Berdyansk); «Beynəlxalq Tibb Günləri» adlı tədbir (Özbəkistan, Daşkənd); «Bəyaz Gecələr» - XXIII Beynəlxalq Oftalmoloji konqres (Rusiya, S.-Peterburq); TCOD-Qırğızıstan Beynəlxalq Diabet və Göz Simpoziumu (Qırğızıstan, Oş).

Rusiya revmatoloqlarının VII qurultayı (RF, Moskva); XXI illik Ümumi Rusiya gənc alimlərinin konfransı (Moskva); Qazaxstan Kardiologiya Cəmiyyətinin IX-illik konfransı (Qazaxstan, Almatı); Metabolik Sindrom Şəkərli Diabet tip 2 və ateroskleroz üzrə XII Beynəlxalq konqresi (Sankt-Peterburq);  XXIII Birləşmiş Rusiya Qastroenteroloji Həftəsi (RF, Moskva); «Müasir elmin perspekiv istiqamətləri» mövzusunda XXV Beynəlxalq Avrasiya konqresi (RF,Moskva); «Elmi tədqiqatlar: III minilliyin aktual problemləri» adlı XIV Beynəlxalq konfrans (RF, Moskva); Hepatologiya və Qastroenterologiya üzrə Milli Məktəbin 104-cü Beynəlxalq Payız Sessiyası (Moskva); Ağciyər Xəstəlikləri  üzrə Rusiya Milli Konqresi (Sank-Peterburq); Arterial Hipertaniya üzrə XIII Rusiya konqresi (Ufa); Avrasiya Kardioloqlarının Yubiley konqresi (Qırğızıstan, Bişkek); «Sankt-Peterburqda Revmatoloji Günlər» adlı tədbir (Sankt-Peterburq).

ÜST-i ekspertlərinin «Təhlükəli kimyəvi maddələr haqqında məlumatların toplanması» mövzusunda görüş (Gürcüstan, Tbilisi); «Nefrologiyanın aktual məsələlərin modifikasiyası» adlı konfrans (Gürcüstan, Tbilisi);

Neonatal/Perinatal Tibbi Forum (Litva, Vilnus); «Allerqologiya və İmmunologiyada İnnovasiya Texnologiyaları» üzrə II Beynəlxalq konqres (RF, Moskva); REA-nın ümumi yığıncağı (Moskva); Rusiya Uşaq Cərrahlarının III qurultayı (Moskva); «Pediatriya və Uşaq Cərrahiyyəsində İnnovasion texnologiyalar» adlı XVI Rusiya konqresi (Moskva); «İmmunologiya və Allerqologiyada İnnovasiya Texnologiyaları» mövzusunda II Beynəlxalq konqress (Moskva); MDB ölkələri Allerqoloq və İmmunoloqların X qurultayı (Sankt-Peterburq).

Ukrayna Neyrocərrahlar Assosiasiyasının VI Qurultayı (Ukrayna, Xarkov); «Müasir Tibbi Tədqiqalar» adlı XIII Beynəlxalq konfrans (Rusiya, Kemerovo); «Tibb Elmi və Təcrübəsində Elmi-Texniki Tərəqqinin Təsiri» mövzusunda Beynəlxalq konfrans (Kiyev).

«Gələcəyimizi Zənginləşdirək» adlı Regional Sammit (Qazaxstan, Almatı); XV «Сточиковские чтения» adlı Tibb tarixi üzrə Beynəlxalq elmi konfrans (Moskva);  «İlkin tibbi-sanitar yardımı: tarixi, vəziyyəti, perspektivləri» adlı XIV Beynəlxalq konfrans (Belarus, Minsk).

«Norma və patologiyada sinir və immun sistemlərin qarşılıqlı əlaqələri» adlı VI Beynəlxalq simpozium (S.-Peterburq); «İnsan anatomiyası fənninin tədrisinin aktual problemləri» mövzusunda Beynəlxalq elmi konfrans və Ümumrusiya  Milli anatom, histoloq və embrioloqlar Cəmiyyətinin idarə heyətinin VI plenumu (RF, Voronej); Patoloji anatomları Rusiya Cəmiyyətinin V qurultayı (Çelyabinsk); «Neyroelm – təbabət və psixologiya üçün» adlı XIII Beynəlxalq konqress (Sudak); Ekotoksikologiya üzrə VI Rusiya konfransı (Borok);

 «Klinik laborator diaqnostikasının nəzəri və praktiki məsələləri» mövzusunda XXII Rusiya konfransı (Moskva); «Təhlükəli yoluxucu xəstəliklər» mövzusu üzrə IV Ümumrusiya konqresi (Soçi).

«Stomatologiyada yeni texnologiyalar» adlı üz-çənə cərrahlarının və stomatoloqların XXII Beynəlxalq konfransı (S.-Peterburq); «NeoBiotech» Ukrayna Simpoziumu (Kiyev);  «Sağlam uşaqlar – ölkənin gələcəyi» mövzusunda ağız-üz cərrahların XXII beynəlxalq konfransı (S.-Peterburq); «Səhiyyə təcrübəsində tibb elmi» adlı Ukrayna Gənc Alimləri elmi konfransı (Poltava).

«Kimya, biologiya, tibbi birləşmələrin texnologiyasının aktual problemləri» mövzusunda 12-ci Beynəlxalq Simpozium (Özbəkistan, Daşkənd);  «Farmakoterapiyanın müasir problemləri» mövzusunda I Beynəlxalq konfrans (Ukrayna, Xarkov); «Müasir elminin aktual problemləri» mövzusunda XXIII Beynəlxalq konfrans (Moskva-Astana-Xarkov-Vyana); Polimer kompozisiyalar üzrə elmi konfrans (Belarus, Qomel).

«Müasir elminin aktual məsələləri» mövzusunda beynəlxalq konfrans (Moskva).

Respublikada:Azərbaycan Travmatoloq və Ortopedlərin II qurultayı; Azərbaycan fizioloqlarının V qurultayı; Azərbaycan Nefroloqlarının VI qurultayı; K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans; XXIII Azərbaycan Beynəlxalq Səhiyyə, XII Azərbaycan Beynəlxalq Stomatologiya və XI Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi; «Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit» adlı  Beynəlxalq elmi-praktiki konfrans; «Müasir təbiət elmlərinin aktual problemləri»; «Allerqologiyada molekulyar diaqnostika» adlı simpozium; «Kimyanın aktual problemləri» mövzusunda XI konfrans; «Bakı ürək günləri» adlı V beynəlxalq konqress; «Onko-hematologiyada yeni yanaşmalar» adlı Tibbi konfrans; H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Azərbaycanşunaslığın aktual problemləri» VIII Beynəlxalq elmi konfrans (Bakı, Slavyan Universiteti); III Beynəlxalq Həmzə Nigarı Türk Dünyası Mədəni İrsi Simpoziumu (AR, Şamaxı), «Müəllif Hüququna Hörmətin Aşılanması və Rəqəmsal mühitdə Piratçılığa və Konrafaktçılığa Qarşı mübarizə» mövzusunda Beynəlxalq konfrans, Azərbaycanın gənc alimlərinin birinci qurultayı, “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda  I Milli konfrans. 

2017-ci ildə Tibb Universitetində Azərbaycanın dövlət müsəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş «Təbabətin aktual problemləri-2017» elmi-prakiki konfrans keçirilmişdir. Konfrans materiallarında ümumilikdə Tibb Universitetinin əməkdaşları tərəfindən 185 tezis çap olunmuşdur. Plenar iclasına 4 maraq doğuran məruzə dinlənilmişdir. 29 məruzə isə 3 bölmədə, qrant və patentlər üzrə 20 poster nümayiş etdirilmişdir.

 ATU-nun rezidentlərinin ATUREK-5 konfransı keçirilmişdir. Bu konfransa 204 elmi iş təqdim edilmişdir. Müqayisə üçün ATUREK 2013-cü ildə keçirilən ilk konfransına cəmi 41 iş təqdim olunmuşdur. Qeyd edək ki, bu gün universitetimizin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tədris Terapevik, Tədris Cərrahiyyə, Onkoloji və Stomatoloji Klinikalarında, eləcə də digər ixtisas kafedralarında 30-dan çox ixtisas üzrə 650-dək rezidentimiz təcrübi və elmi biliklərini artırırlar. Konfransda 93 məruzə ilə çıxış və 97 poster çıxış edilmişdir.

2-9 noyabr 2017-ci ildə ATU-nun təşkilatçılığı ilə tələbə, rezident və gənc həkimlərin IV Beynəlxalq Tibb konqresi keçirilmişdir. Konqresə 450-dən çox elmi məqalə  və tezis daxil olmuşdur. Bunlardan 54 nəfəri xarici ölkə universitetlərində təhsil alan tələbələr, həkimlər və professorlar idi. Konqress işində həm aktiv, həm də passiv olaraq Türkiyə, Rusiya, İran, Almaniya, Özbəkistan, Meksika, Pakinstandan professorlar, həkimlər və tələbələr öz iştirakını təsdiq etmişlər. Eyni zamanda ölkəmizin müxtəlif mərkəzi xəstəxanalarında çalışan Naxçıvan MR Dövlət Universiteti Tibb faküləsinin əməkdaşları, Şirvan Diaqnostik Mərkəzin əməkdaşları, Qusar, Quba, Ağdam, Bərdə rayon mərkəzi xəstəxanalarında çalışan həkimlər də qatılmışlar.

E.L.C.D-nin rəhbəri və qurucusu İstanbul Universitetinin professoru Cavit Avçinin rəhbərliyi ilə «Laparoskopik xolesistektomiya üçün ehtiyatlı prinsiplər, öd yolu zədələnmələrində və ağırlaşmalarda strategiyalar»a aid kurs keçirildi. Kursda 43 nəfər həkim, rezident və tələbə iştirak etmişlər.        

Respublikanın beynəlxalq miqyasda artan nüfuzun və marağın nəticəsidir ki, universitetdə bir çox Beynəlxalq konqress və konfranslar, müxtəlif görüşlər keçirilir.

2017-ci ildə universitedə keçirilən konfranslar:

  1. «Robotik cərrahiyyə» adlı seminar.
  2. Azərbaycan Uroloqlar Assosiasiyasının növbəti toplantısı.
  3. XII Ümumdünya Böyrək Gününə həsr edilmiş elmi-praktik konfrans.
  4. Azərbaycan-Türkiyə III Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə konqresi.
  5. «III orqan transplantasiyası günləri» adlı seminar.
  6. «Təbabətin müxtəlif sahələrində «Kök hüceyrələrinin müasir klinik tətbiq sahəsi» adlı elmi seminar.
  7. «Kəllə əsası şişlərinin endoskopik cərrahiyyəsi» mövzusunda seminar.
  8. « ağciyər xəstəlikləri» mövzusunda simpozium.
  9. «Fetal ürək disseksiyası» adlı kurs.
  10. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş «İnsanlara nurbəxş edən alim» adlı tədbir.
  11. «Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları» mövzusunda konfrans.
  12. Kolorektal cərrahlığın aktual problemləri» mövzusunda elmi toplantı.
  13. «Azərbaycan-Türkiyə Endokrin Cərrahiyə günləri» adlı elmi tədbir.
  14. «İnterstisial «II Azərbaycan autizm paneli» adlı tədbir.
  15. «Sağlam təhsil – Sağlam millət: Görülən işlər, nailiyyətlər, perspektivlər» mövzusunda elmi-praktik konfrans.
  16. «Onko-Hematologiyada yeni yanaşmalar» mövzusunda elmi-tibbi konfrans.
  17. «Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları» və «Həkimlərin hüquqları» mövzularında seminar.
  18. «Qadınlarda çanaq dibi pozulmalarının diaqnostika və müalicəsi: yeni məqamlar» mövzusunda konfrans.
  19. «Neyrologiyanın aktual məsələləri» mövzusunda elmi-praktik konfrans.
  20. Tələbələrin və gənc həkimlərin IV Beynəlxalq konqresi.
  21. I Alman-Azərbaycan Radioloji və neyroradioloji simpozium.
  22. Ümumdünya diabet günü ilə əlaqədar seminar.
  23.  «Təbabətin Aktual Problemləri – 2017» elmi-praktik konfrans.
  24. ATU-nun rezidentlərinin V Elmi-Təcrübi konfransı (ATUREK).

Azərbaycan Tibb elmində müstəsna xidmətləri olan görkəmli alimlərin, həkim və pedaqoqlarının yubileylərinin keçirilməsi artıq universitetdə bir ənənəyə çevrilib. 2017-ci ildə aşağıda göstərilən yubiley elmi konfranslar keçirilmişdir.

  1. Görkəmli dövlət xadimi, Azərbaycanın əməkdar həkimi, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi münasibətilə keçirilən xatirə-yubiley.
  2. Əməkdar müəllim, Prezident təqaüdçüsü Zemfira Müstafa qızı Topçubaşovanın anadan olmasının 90-illiyinə həsr edilmiş konfrans.
  3. Görkəmli nevroloq, neyrocərrah, professor Surxay Heydər oğlu Axundovun anadan olmasının 120-illiyinə həsr olunmuş elmi konfrans.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı