AZ RU EN WEBMAIL
ELMİ NƏTİCƏLƏRİN TƏCRÜBİ SƏHİYYƏDƏ TƏTBİQİ

Fərdi elmi nailiyyətlər: 

2017-ci ildə  Universitetimiz bir çox nailiyyətlər əldə etmişdir. Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sahəsində Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə  bir qrup universitet əməkdaşları fəxri adlara layiq görülmüşlər: ATU-nun III Daxili  xəstəliklər kafedrasının dosenti Fətəliyeva Gülər Rza Qulu qızı, Məhkəmə Təbabəti кafedrasını assistenti Mirzəyev Oleq Allahverdi oğlu, Patoloji Fiziologiya kafedrasının dosenti Pənahi Minirə Abbas qızı Azərbaycan Respub­likasının “Əməkdar müəllim” və I cərrahi xəstəliklər  kafedrasının assistenti Əliyev Rüfət Yaşar oğlu, I Daxili  xəstəliklər və reanimatologiya kafedrasının dosenti Xəlilova Könül Dəmir qızı – Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adlаrına layiq görülmüşdür.

2 may 2017-ci il tarixli ümumi yığıncağında ATU-nun fizioterapiya və idman təbabəti kafedrasının müdiri prof. Musayev Əlişir Veys oğlu (tibb ixtisasında) və normal fiziologiya kafedrasının müdiri prof.Məmmədov Arif Məmməd oğlu (fiziologiya ixtisasında) AMEA-nın müxbir üzvləri seçilmişlər.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə onkologiya kafedrasının müdiri akademik Əhliman Tapdıq oğlu Əmiraslanov «Şərəf» ordeni ilə təltif edilmişdir.

2017-ci ilin noyabrında Bakıda Elmi İnkişaf üzrə Beynəlxalq Elmlər Akademiyası (BEA) Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclasında elmin və təhsilin inkişafında nailiyyətlərə görə ATU-nun rektoru professor Gəray Çingiz oğlu Gəraybəyli akademiyanın üzvü seçilmişdir.

AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların verilməsi ilə əlaqədar AMEA-nın müxbir üzvü ATU-nun mikrobiologiya və immunologiya kafedrasının müdiri prof.Qarayev Zakir Ömər oğlu Akademiyanın Mirəsədulla Mirqasımov adına mükafatı ilə təltif olunmuşdur.

Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunu artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətlərinə görə ATU-nun I mamalıq və ginekologiya kafedrasının professoru Mahalov İslam Şərif oğluna «AMEA-nın professoru» elmi adına layiq görülmüşdür.

Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə ATU-nun kommunal və qidalanma kafedrasının professoru Qasımov Maqsud Səfər oğlu və ATU-nun Tədris-Cərrahiyyə Klinikasının Otorinolarinqologiya şöbəsinin müdiri Yusif Nadir oğlu Hacıyev «Səhiyyə əlaçısı» döş nişanı ilə təltif edilmişdilər.

28-29 mart 2017-ci ildə Maxaçqalada «Gənc alimlərin Ümumrusiya Elmi-Təhsil Forumu»nda ATU-nun tələbələri iştirak etmişlər. Tələbələrimiz tərəfindən göstərilən yüksək hazırlıq səviyyəsinə və oxuduğu təhsil ocağını layiqincə təmsil etdiklərinə görə Forumun təşkilatçı olduğu Dağıstan Dövlət Tibb Universitetinin rəhbərliyi tərəfindən  Azərbaycan Tibb Universitetinin rektoru prof. G.Ç.Gəraybəylinin ünvanına təşəkkür məktubu daxil olmuşdur.

7-8 oktyabr 2017-ci ildəTürkiyə Ankara Universiteti Tibb fakültəsi tərəfindən keçirilən «Nümunəvi Həkim Olmağa Doğru» Azərbaycan Həkimlərin 5-ci Türkiyə Forumunda ATU-nun əməkdaşlarına verdiyi dəstək və aktiv  verdiyi dəstək və aktiv iştirakına görə Universieimizin ünvanına təşəkkür məktubu daxil olmuşdur.

Universitetin beynəlxalq əlaqələri: Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır. Bu nöqteyi-nəzərdən ATU-nun Beynəlxalq Universitetlər Reyestrinə daxil edilməsi, Qara Dəniz hövzəsi ölkələri universitetləri şəbəkəsi çərçivəsində özünəməxsus yer tutması,  Avropa universitetləri sırasında tam hüquqlu üzv seçilməsi, beynəlxalq proqramlarda iştirak etməsi universitemizin getdikcə artan nüfuzuna dəlalət edir.

ATU-nun beynəlxalq əlaqələri də günün tələbləri səviyyəsində qurulur. Hazırda bu təhsil və elm ocağı dünyanın 87-yə yaxın nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir, bir sıra universitetlərlə fəal tələbə və mütəxəssis mübadiləsi aparır.

Avropa İttifaqı TEMPUS TASİS proqrammı (Biologiya və tibb sahəsində virtual laboratoriyanın inkişafı üçün mulidissiplinar innovasion mərkəzin yaradıl­ması (EMİCVL) çərçivəsində virtual laboratoriyanın inkişafı məqsədilə Sloveniyanın Lyublyana şəhərində keçirilən «İnnovativ Çoxşaxəli Mərkəzin Təşkili» layihəsi üzrə seminarda 2017-ci ildə ATU-nun immunologiya kafedrasının əməkdaşı iştirak etmişdir.  

Azərbaycan Tibb Universiteti Avropa İttifaqının Erasmus Mundus proqramının MEDEA layihəsinin beşinci ildir ki, iştirakçısıdır. Layihənin yerli koordinatoru dos. Rəhimə Qabulovadır. Avropa İttifaqının 9 ölkədən 10 universitetini, Avropaya qonşu və tərəfdaş 6 ölkədən 10 universiteti əhatə edən bu layihə çərçivəsində 2017-ci ildə İspaniyanın Santiaqo de Compostela Universitetinə ATU-nun ümumi və toksikoloji kimya kafedrasının assistenti Bədəlova Kəmalə 6 aylıq müddətində bu universitetin anali­tik kimya kafedrasının müdiri Antonio Moreda Pineironun rəhbərliyi ilə Analitik kimya, Qidalanma və Bromatologiya kafedrasında elmi-tədqiqat işi aparmışdır. Görül­müş işlərin nəticəsi olaraq ispan alimləri P.Herbello-Hermelo, P.Bermejo-Barrera və A.Moreda-Pineiro ilə birgə xüsusi posterlərlə Yunanıstanda, İraklion şəhərində keçirilən Beynəlxalq konfransda iştirak etmişlər. ATU-nun nümayəndəsi, həmçinin Azər­bay­canın İspaniya təmsilçisi qismində Dünya Azərbaycanlıları Assambleyasının Köln Forumuna qa­tıl­mışdır. Forumda müxtəlif ölkələrdə (İngiltərə, İsveç, Almaniya, Danimar­ka, Maca­rıs­tan, Hollandiya, İspaniya, Ukraina və s.) yaşayan azərbaycanlılar da iştirak etmişlər.

2017-ci ilin fevralın 23-də ATU-nun Erasmus Mundus koordinatorunun təşəbbüsü, uşaq-yeniyetmələr kafedrasının müdiri dosent Şəhla Balayevanın təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqramlar və Layihələr sektorunun müdiri Arif Nəcimov birgə beynəlxalq (Erasmus Plyus, HORİZON-2020 və digər) layihələrin işlənib hazırlanması və əməkdaşlığın qurulması məqsədilə Universitetə dəvət olunmuşdur.

2012-ci ildən etibarən MEVLANA  mübadilə proqrammı üzrə Türkiyənin 18 universiteti ilə müqavilə imzalanmışdır. Mübadilə proqramına dair aparılan sorğu nəticəsində həm qəbul edən universitet, həm də qonaq gələn alimlər bu təcrübəni yüksək qiymətləndirmiş, hər 2 tərəf üçün faydalı olduğunu bildirmişlər. Gələcəkdə bu təcrübənin davam etdirilməsi və həm də tələbə mübadiləsi istiqamətində aparılması nəzərdə tutulmuşdur. Bu  proqram üzrə tələbələr, rezidentlər, akadem personal elmi birgə fəaliyyətini nəzərdə tutur.

Hesabat ilində Türkdilli dövlətlərin əməkdaşlıq şurasının nümayəndə heyəti ATU-da qonaq olub və Erasmus Mundus, Mövlana Mübadilə proqramları, onların icrası ilə bağlı mövcud durum haqqında müzakirə aparmışlar.   

ABŞ-ın Milli Səhiyyə İnstitutu Foqarty Beynəlxalq Mərkəzinin maliyyələşdirdiyi, 2014-2019-cu illəri əhatə edən Qlobal Psixi Sağlamlıq və İnkişaf pozulmaları üzrə tədqiqatçı yetişdirmək proqramı üzrə hesabat ilində psixiatriya kafedrasının əməkdaşı (Quliyeva N.R.) Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasında uzunmüddətli təlim və ixtisaslaşma kurslarında iştirak etmişdir.

2017-ci ildə Azərbaycan Tibb Universiteti aşağıdakı ölkələrin tibb müəssisələri ilə müqavilələr bağlamışdır:

–        Koç Universieti  (Türkiyə)

–        Ural Dövlət Tibb Universiteti (Rusiya)

–        Medicabil Hospital (Türkiyə)

–        İstanbul Burguaz Universiei (Türkiyə)

–        Temple Universiteti (ABŞ)

Bu məqavilələr əsasında xarici ölkələrin ali təhsil müəssisələri ilə tələbə və mütəxəssis mübadiləsi aparılacaq, müqavilələr tədris, elm və mütəxəssis hazırlığı istiqamətinə yönəldiləcək.

Universitetin rəhbərliyi tərəfindən tibbin inkişafında böyük xidmətləri olan tanınmış alimlərlə, təhsil və səhiyyə sahəsinə rəhbərlik edən şəxslərlə vaxtaşırı görüşlər keçirilir.

Tibb Universitetində kadr hazırlığı bir neçə istiqamətdə həyata keçirilir. Belə ki, tələbə, rezidentlər, gənc həkim və mütəxəssislər qısa və uzunmüddətli təcrübə keçmək üçün dünyanın tanınmış klinikalarına göndərilirlər. Digər bir yolu tanınmış mütəxəssislərin ölkəmizə dəvət olunmasıdır. Bunun səmərəliliyi xarici ölkələrdən Azərbaycana gələn mütəxəssislərin həm çoxlu insan auditoriyasını buna cəlb etmək, həm də gələn mütəxəssislərin təcrübəsini onlarla bölüşdürməkdən ibarətdir.

Hesabat ilində ATU-ya gələn qonaqlar: Türkiyənin 11 təşkilatları tərəfindən: Koç Universiteti Xəstəxanısının direktoru Sergin Akper, Türkiyənin ölkəmizdəki səfiri  Erkan Özoral, Türkiyənin kardioloq-aritmoloq Enes Elvin Gül, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral, professor Hayati Bilgic, Qırğı­zıstan-Türkiyə Manas Universitetinin rektoru professor  Sabahattin Balci, Medipol Meqa Xəstəxanasının beyin və sinir cərrahiyyəsi şöbəsinin rəhbəri doktor Nejat Akalan, Qara­ciyər Transplantologiyası institutunun müdiri, İnönü Universitetinin professoru Sezai Yılmaz, Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinin professoru Cüneyt Kayaalp, Türkiyənin Bariatik Cərrahiyyə Assosiasiyasının sədri professor Mustafa Taşkın, Medikabıl Xəstəxanasının idarə heyətinin sədri prof.Ömər Faruk Bilgən, Türkiyənin Acıbadem Xəstəxanalar qrupunun beyin və sinir cərrahı prof.Koray Özduman. 

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananieni.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) nümayəndə heyəti, Özbəkistanda yerləşən regional mərkəzinin müdiri Füşimi Katsutoşi. ATU-nun II uşaq xəstəlikləri kafedrasının assisteni Sevinc Muxtarova  JİCA təşkilatının qrantı hesabına Yaponiyada 20 günlük treninq-seminarda iştirak etmişdir.

FransanınStrasburq Universiteti, İCD Bisness School, CEFAM Universiteti, Pol Sabatye Tuluza Universitetinin təmsilçiləri, Erasmus Mundus MEDEA layihəsinin koordinaoru Oksana Kunduzova.

Cibutinin Səhiyyə Naziri Dr.Cama Elmi Okieh, bu dövlətin ölkəmizdəki səfiri Məhəmməd Ali Kamil.

ABŞ səfirliyinin tibbi məsləhətçisi Stiv Stonhouse, ABŞ-ın Vanderbilt Universi­tetinin neonatoloqu professor Skott Guthrie.

İsrailin Ben-Qurion Universitetinin tibb fakültəsinin baş mühazirəçisi prof.Yan Press.

Dağıstan Dövlət Tibb Universitetinin terapiya fakültəsinin professoru Ali Ajubitoviç Hüseynov.

Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şenqeliya.

Türkmənistanın Azərbaycandakı səfərliyinin attaşesi cənab Atamurad Ballibayev.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Praktika Meneceri cənab Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə heyəti – baş mütəxəssis qrupunun rəhbəri Ceyson Uaver, məsləhətçi Bryus Çapman.

UNİCEF-in Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Dr.Gleen Laverack.

RusiyanınUşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyətinin üzvləri: baş elmi işçisi Marina Polenova, laboratoriya müdiri Pyotr Xramtsov və aparıcı elmi işçisi Yevgeniya Laponova. 

Belarus Respublikasının səhiyyə naziri Valeriy Malaşkonun rəhbərlik ediyi nümayəndə heyəti və Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru professor Mixail Aleksandroviç Gerasimenko və nümayəndə heyəti.

Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı İrina Tixonkova.

Bu ölkələrin təşkilatları arasında elm, təhsil sahəsində əməkdaşlığın yaradılması, o cümlədən həkim, tələbə, rezident mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı birgə fəaliyyətin icra olunması haqqında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Tibb Universitetində kadr hazırlığı məqsədilə tələbə, rezident və mütə­xəs­sisləri qısa və uzunmüddətli təcrübə keçmək üçün dünyanın tanınmış univer­sitetlərə, səhiyyə təşkilatlarına və klinikalara göndərilirlər. Bunlardan Türkiyənin İstanbul şəhərinin 1-ci Göz Xəstəxanası «Eksimer Lazer»; Florense Nightingale Xəstəxanası; İstanbul Bilim Universiteti;  Cərrah Paşa Klinikası; Türk Kocaeli Universiteti; İstanbul Universitetinin Tibb fakültəsi; İstanbul Medipol Universiteti; Koç Universiteti Xəstəxanası, Samsunq şəhəri 19 Mayıs Universiteti; İzmir şəhəri Ege Universiteti; Adana şəhəri Çukurova Universiteti; Ankara Universiteti. İran İslam Respublikası - Təbriz Universitetinin Uşaq Xəstəxanası. ABŞ-ınPensilvaniya Pitsburq Tibb Mərkəzi; Los-Anjelis şəhəri Cənubi Koliforniya Universiteti; Ohayo Əyalət Universiteti. Almaniyanın Mannhaym Tibb Universitetinin Cərrahiyyə Klinikası, Münxen Universitetinin Klinikası. Amerika-Avstriya Fondunun Açıq Tibb İnstitutu tərəfindən keçirilən Salzburq seminarları. İtaliyanın Pizza şəhərində Avropa İmmun Çatışmazlığı Cəmiyyəinin «yay məktəbi». Böyük Britaniya London şəhəri Avropa Koloproktoloqların Dərnəyi. Macarıstanın Budapeşt şəhərində İmplantologiya üzrə kursu və b.

Rusiyanın Moskva şəhəri Xalqlar Dostluğu Universitetində, Sklifasovski adına Təcili Yardım İnstitutunda, Vişnevski adına Cərrahiyyə İnstitutunda, Belarusiyanın Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Minsk şəhəri Elmi-Tədqiqat Uşaq Onkoloji, Hepatoloji və İmmunoloji Mərkəzdə, Latviyanın  Riqa şəhəri Beynəlxalq Aritmoloqların «yay məktəbi», Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Sitologiya Akademiyasının illik təlim məşğələləri, Gürcüstanın Tbilisi Tibb Universitetinin Klinik bacarıqlar və çoxprofilli stimulyasiya şöbəsi. Azərbaycan Milli Onkologiya Mərkəzində, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Tibb Assosiasiyası və ÜST-nin Səhiyyə üzrə regional Elmi-Tədqiqat Mərkəzində.

Respublikamızın beynəlxalq miqyasda artan nüfuzun və marağın nəticəsidir ki, universitetdə bir çox beynəlxalq konqress və konfranslar, müxtəlif məzmunlu görüşlər keçirilir.

2017-ci ildə elmi-tədqiqat işlərinin nəticələri 16 metodik tövsiyədə əks olunmuşdur. 

Başa çatmış elmi-tədqiqat işləri üzrə 4 doktorluq və 24 fəlsəfə doktorluq dissertasiyaları müdafiə edilmişdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı