AZ RU EN
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ 2015-Cİ İLDƏ APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN MÜHÜM NƏTİCƏLƏRİ

Problem: Azərbaycanda bədxassəli şişlərin yayılması, diaqnostikası və müalicəsi

 İlkin şiş toxumasındakı kapilyarların miqdarı ilə metastazların yaranması arasında korelyativ əlaqə mövcud olduğundan, 1 mmsahədə damar sıxlığı 100-dən artıq olarsa, metastatik potensial dəfələrlə artır. Şişlərdə mikrodamarların miqdarının müəyyən edilməsi, metastazlaşmağa meylli olan xəstələrin risk qrupunu ayırd etməyə imkan verir ki, bu da öz növbəsində bu xəstələrdə daha intensiv terapiyanın aparılmasına əsas yaradır.

İcraçılar: akademik Ə.T.Əmiraslanov, tibb ü.e.d. H.K.Muradov,  tibb ü.f.d. N.V.Qasımov.

 

Problem: Qarın boşluğüzvlərinin xəstəliklərinin patofizioloji mexanizmlərinin öyrənilməsi və cərrahi müalicəsinin təkmilləşdirilməsi

Canlıdan qaraciyər transplantasiyasında billiar ağırlaşmaların qarşısının alınmasında sümük iliyi mənşəli autoloq mezinximal kök hüceyrələrin qaraciyərə birbaşa köçürülməsi ağır dərəcəli sirrozlarda koaqulopatiyanı tənzimləyir.

İcraçılar:  AMEA-nın müxbir üzvü N.Y.Bayramov, tibb ü.f.d.R.A.Məmmədov, tibb ü.f.d.N.A.Zeynalov

 

Problem: Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması

  Azərbaycan populyasiyasında  diferensə olunmayan birləşdirici toxuma displaziyası sindromlu uşaqlarda fenotipik əlamətlərin təzahürü yaşdan asılıdır. Stiqmalar kiçik məktəb yaşlı uşaqlarda əsasən  sümük, böyük məktəb yaşlı uşaqlarda isə dəri və əzələ sisteminin dəyişikliyi ilə özünü biruzə verir. Belə xəstələrdə miokardın bioelektrik sabitliyinin vəziyyətinin dəyişməsi yaşın və displaziyanın dərəcəsindən  asılı olaraq QT max, dQT, QTc.max və QTc parametrlərinin qiymətlərinin çoxalması ilə səciyyələnir.

İcraçılar: tibb ü.e.d.İ.İ.İsayev, tibb ü.f.d.S.Q.Xanməmmədova, tibb ü.f.d.Ş.S.Mustafayeva

 

Problem: Təbii, sintetik, bioloji fəal maddələrin tədqiqi, dərmanların marketinqi, alınma və standartlaşma üsullarının təkmilləşdirilməsi

  Azərbaycan florasından Juglans regia yarpaqları və yetişməmiş meyvələrindən yüksək bioloji fəallığa malik olan xinon-yuqlonla zəngin ekstrak alınmış, patentləşdirilmiş, həmçinin Cephalaria procera bitkisinin çiçəklərindən apigenin, lüteolin, kversetin, simarozid, qiqantozid A və kversimeritrin alınmış və identifikasiya edilmişdir.

İcraçılar: əcz.ü.e.d. T.A.Süleymanov, əcz.ü.e.d. İ.S.Mövsümov, əcz.ü.f.d. C.Y.Yusifova.

 

Problem: Müxtəlif üzv və sistemlərdə norma və patologiyada baş verən morfoloji və funksional dəyişikliklərin xüsusiyyətləri

  Azərbaycan florasına aid olan kasnı və çılpaq biyan kökündən alınmış fitopreparatların eksperimental şəkərli diabetinin müalicə kompleksinə daxil edilməsi qaraciyərin limfodrenajını fəallaşdırır. Bunların digər farmakoloji preparatlarla birgə istifadə edilməsi limfotrop effekti gücləndirməklə qaraciyərin morfofunksional vəziyyətinə əlverişli təsir göstərir.

İcraçılar: tibb ü.e.d. S.C.Əliyev, AMEA-nın müxbir üzvü Y.C.Məmmədov, tibb ü.e.d.M.X.Əliyev

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı