AZ RU EN
2015-Cİ İLDƏ TAMAMLANMIŞ ELMİ-TƏDQİQAT İŞLƏRİ HAQQINDA MƏLUMAT

Cərrahiyyə problemi üzrə:

Mövzu: Yeni texnologiyanın tətbiq edilməsi ilə mədə-bağırsaq traktının  cərrahi xəstəliklərinin müalicəsinin nəticələrinin öyrənilməsi (I cərrahi xəstəliklər kafedrası, elmi rəhbər – prof.N.Y.Bayramov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Həzm traktının yuxarı şöbələrdən qeyri-xoramənşəli qanaxmaların diaqnostikasında və müalicəsində yeni yanaşmalar (II cərrahi xəstəliklər kafedrası, elmi rəhbər – akad.B.A.Ağayev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Həzm sisteminin kəskin cərrahi xəstəliklərinin ağırlaşmalarının profilak-tikasi, müalicəsi və proqnozlaşdırılması (III cərrahi xəstəliklər kafedrası, elmi rəhbər – prof.M.Y.Nəsirov). İcra müddəti – 2011-2015-ci ilər.

Mövzu: Yemək borusu, mədə və bağırsaqların keçməzliyinin müasir kompleks cərrahi müalicəsi və onun nəticələrinin müqayisəli öyrənilməsi (Ümumi cərrahlıq kafedrası, elmi rəhbər – prof.Ç.M.Cəfərov). İcra müddəti – 2011-2015-ci illər. 

Mövzu: Uşaqlarda yoğun bağırsağın  anadangəlmə inkişaf qüsurları və cərrahi patologiyalarının müalicədən sonra yaxın və uzaq nəticələri (Uşaq cərrahiyyəsi kafedrası, elmi rəhbər – prof.Ç.B.Quliyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Sidik-ifrazat və cinsiyyət sistemi şişləri zamanı angiogenezin immunohistokimyəvi göstəricilərinin təyini əsasında xəstəliyin diaqnostik və proqnostik meyarlarının optimallaşdırılması (Onkologiya kafedrası, elmi rəhbər – akad.Ə.T.Əmiraslanov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Çoxsaylı və müştərək sınıqlar zamanı konservativ və cərrahi müalicəsinin nəticələrinin müqayisəli qiymətləndirilməsi (Travmatolo­giya və ortopediya kafedrası, elmi rəhbər – prof.Ə.Y.Əhmədzadə).  İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Gözün degenerativ xəstəliklərinin patogenezinin öyrənilməsi və müa-licəsinin optimallaşdırılması (Oftalmologiya kafedrası, elmi rəhbər – prof.P.İ.Musayev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Azərbaycanın Şimal və Şimal-Qərb əhalisi arasında sidik daşı xəstəliyinin yayılmasının sanitar-epidemioloji və coğrafi xüsusiyyətləri (Urologiya kafedrası, elmi rəhbər – AMEA-nın müxbir üzvü S.B.İmamverdiyev).  İcra müddəti – 2011-2015-ci illər.

Mövzu:  Ekstragenital, mamalıq və ginekoloji xəstəlikləri olan qızlarda və  qadınlarda reproduktiv patologiyanın xüsusiyyətləri (I mamalıq və ginekologiya kafedrası, elmi rəhbər – E.M.Əliyeva). İcra müddəti – 2011-2015-ci illər.                                                 

Daxili xəstəliklər problemi üzrə

Mövzu: Ürək çatışmazlığı və aritmiya ilə ağırlaşmış ürəyin işemik xəstəliyinin müasir diaqnostikası və müalicəsi (I daxili xəstəliklər və reanimatologiya kafedrası, elmi rəhbər – prof.İ.S.İsmayılov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Azərbaycan populyasiyasında ürək-qan-damar sistemi xəstəliklərinin yeni risk faktorlarının öyrənilməsi və onların korreksiya imkanları (II daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.V.Ə.Əzizov). 

İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Bəzi endokrin xəstəliklərin patogenez, klinika, ağırlaşma, müasir diaqnostika və müalicə məsələlərin öyrənilməsi (III daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.R.M.Məmmədhəsənov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Qaraciyərin xronik xəstəliklərinin Bakı şəhərində yayılması, klinik- epidemioloji xüsusiyyətləri və risk faktorları (Pediatriya fakültəsinin daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.Ə.A.Hidayətov). İcra müddəti – 2011-2015-ci illər. 

 

Mövzu: Metabolik sindromlu xəstələrdə ürəyin işemik xəstəliyinin risk amillərinin rastgəlmə tezliyinin təzahür dərəcəsi və qarşılıqlı əlaqələrinin öyrənilməsi (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof.Y.Z.Qurbanov). İcra müddəti – 2011-2015-ci illər.                               

Mövzu: ÜİX, AH-də hormonal balansın vəziyyəti, xəstəliyin klinik gedişatında rolu, müalicənin optimallaşdırılması (Klinik farmakologiya kafedrası, elmi rəhbər – prof.A.B.Baxşəliyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Dəri və selikli qişaların zədələnməsi ilə gedən xəstəliklərin patogenezində təbii, metabolik və immunoloji amillərin rolu (pemfiqus) (Dermatovene-rologiya kafedrası, elmi rəhbər – prof.Z.H.Fərəcov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Ürəyin işemik xəstəlikləri olan bronxial astmalı xəstələrin patogenetik müalicə üsulları (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof.C.T.Məmmədov). İcra 2011-2015-ci illər.

Mövzu:   Ailə həkiminin gündəlik təcrübəsində xronik xəstəliklərin müalicəsi zamanı optimal antihomotoksik preparatların müəyyən edilməsi (Ailə təbabəti kafedrası, elmi rəhbər – dos.M.S.Salihov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Xronik destruktiv ağciyər vərəminin diaqnostikasının,  profilaktikasının və kompleks müalicəsinin təkmilləşdirilməsi (Ağciyər xəstəlikləri kafedrası, elmi rəhbər – prof.N.Ə.Abbasov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Müasir şüa diaqnostik müayinə metodlarının daxili üzvlərdə gedən patoloji dəyişikliklərin erkən diaqnostikasında imkanları və perspektivləri (Şüa diaqnostikası və şüa terapiyası kafedrası, elmi rəhbər – prof.B.Ə.Baxşıyev). İcra müddəti – 2011-2015-ci illər.

 

Pediatriya problemi üzrə 

Mövzu: Uşaqlarda kardiorevmatoloji xəstəliklərin erkən diaqnostikası, hemodi­namik və mübadilə pozulmalarının korreksiyasının təkmilləşdirilməsinə müasir yanaşma (I uşaq xəstəlikləri kafedrası, elmi rəhbər –  akad. A.Ə.Namazova). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Uşaqlar  arasında respirator xəstəliklərin patogenezinin müasir aspektləri, immun göstəricilərinin korreksiyası və immunoterapiyanın effektivliyinin öyrənilməsi (II uşaq xəstəlikləri immunologiya kursu ilə kafedrası, elmi  rəhbər –  prof.A.A.Əyyubova).  İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Azçəkili yenidoğulanlarda perinatal patologiyaların erkən diaqnostikası və müalicə üsullarının təkmilləşdirilməsi (Neonatologiya kafedrası, elmi rəhbər – prof.S.Ş.Həsənov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Yenidoğulmuşlarda adaptasiya pozğunluqları və irinli-iltihabi xəstəliklərin diaqnostika, müalicə və profilaktikası (MPF-nin uşaq xəstəlikləri kafedrası, elmi rəhbər – prof.N.C.Quliyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Diferensə olunmayan birləşdirici toxuma displaziyası olan uşaqların  klinik-morfometrik xüsusiyyətləri və ürəyin bioelektrik fəallığının vəziyyəti (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof. İ.İ.İsayev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Müasir dövrdə uşaqlarda bəzi infeksion xəstəliklərin klinik-laborator xüsusiyyətləri və korreksiyaedici terapiyanın aparılması (Uşaq yoluxucu xəstəlikləri kafedrası, elmi rəhbər – prof.N.M.Hüseynova). İcra müddəti – 2011-2015-ci illər.

 

Nevrologiya problem üzrə: 

Mövzu: Azərbaycan qadınlarında epilepsiya (Nevrologiya və tibbi genetika kafedrası, elmi rəhbər – prof.Ş.İ.Mahalov). İcra müddəti – 2011-2015-ci illər.

 

Gigiyena problemi üzrə:

Mövzu: Respublikanın müxtəlif ekogeokimyəvi ərazilərində əhalinin bəzi mikro-elementlərlə təminatı və əlaqədar xəstəliklərin formalaşmasında rolunun gigiyenik diaqnostikası (Ümumi gigiyena və ekologiya kafedrası, elmi rəhbər – prof.M.A.Kazımov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Bakı şəhər təhsil müəssisələrində müxtəlif yaşlı məktəblilərin fiziki və psixi sağlamlıq vəziyyətinin tibbi-sosial aspektləri (Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası, elmi rəhbər – dos.S.A.Gürzəliyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Tikiş sənayesində əmək şəraitinin kompleks fizioloji-gigiyenik qiymət-ləndirilməsi və onların qadınların sağlamlıq vəziyyətinə təsiri  (Uşaq və yeniyetmələrin gigiyenası, əmək gigiyenası, elmi rəhbər – prof. R.H.Əliyeva). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Müxtəlif peşə qrupundan olan qadınların faktik qidalanmalarının və mikronutrient statusunun öyrənilməsi (Qidalanma və kommunal gigiyena, elmi rəhbər – dos.İ.R.Əhmədov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Əhalinin tibbi müraciətə və müalicə-profilaktika yardımına bağlılığının sosial-gigiyenik qiymətləndirilməsi və onun profilaktik davranışının təkmilləşdirilməsi (İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası, elmi rəhbər – prof.R.Ə.Çobanov). İcra müddəti – 2011-2015-ci illər.

 

Nəzəri fənnlər problemi üzrə:

 

Mövzu: İnsanın və bəzi onurğalı heyvanların borulu daxili orqanlarının vəzi və limfoid aparatının struktur-funksional səciyyələri və morfogenezinin xüsusiyyətləri (İnsan anatomiyası kafedrası, elmi rəhbər – prof. V.B.Şadlinski). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Müxtəlif mənşəli ürək-damar patologiyalarının mühüm morfoloji aspektləri (Patoloji anatomiya kafedrası, elmi rəhbər – prof.Ə.B.Həsənov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Emosional gərginliyin sistem mexanizmlərində ilkin psixofizioloji dəyişikliklərin qiymətləndirilməsi və korreksiyası (Normal fiziologiya kafedrası və PETL, elmi rəhbər – prof.A.M.Məmmədov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Şəkərli diabetin ağırlaşmalarının patogenezində limfa sisteminin rolu, limfa drenajın pozulma mexanizmləri, adekvat korreksiya üsullarının işlənib hazırlanması (Patoloji fiziologiya kafedrası, elmi rəhbər – prof.S.C.Əliyev, AMEA-nın müxbir üzvü, prof.Y.C.Məmmədov). İcra müddəti – 2011-2015-ci illər. 

Mövzu: Bədxassəli şişlər zamanı müşahidə edilən pozulmaların molekulyar mexanizmlərinin öyrənilməsi (Biokimya kafedrası, elmi rəhbər – prof.A.M.Əfəndiyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Qalxanabənzər vəzinin funksional də­yiş­mələri zamanı aşkar olunan qara-ciyər pozul­malarının biokimyəvi və genetik göstəricilərinin xüsusiyyət­ləri (Biokimya kafedrası üzrə elmi-tədqiqat laboratoriyası, elmi rəhbər –  prof.A.M.Əfəndiyev). İcra müddəti 2011-2015-ci illər.

Mövzu: Qaraciyərin köçürülməsində reperfuzion sindromun nəticələri və ona uyğunlaşma reaksiyasının tənzimlənməsi (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər – prof.Q.Ş.Qarayev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Təcrübə heyvanlarının orqanizminə ozonun  təsirinin farmako-toksikoloji öyrənilməsi, hipoksik sindromun modelləşdirilməsi, dərman preparatlarının ozonlaşdırılması, onların aktivliyinin öyrənilməsi. Azərbaycan florası əsasında hazırlanmış orijinal fitokompozisiyanın farmako-adapto­gen xüsusiyyətlərinin aşkarlanması. 3,5-diəvəzolunmuş izoksazolların sintezi və bioloji fəallığının öyrənilməsi (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər – prof.R.A.Axundov). İcra müddəti – 2011-2015-ci illər).

Mövzu: Neyro- və psixotrop fəallığı ehtimal olunan təbii və sintetik maddələrin, eləcə də müxtəlif kimyəvi qruplardan olan məlum dərman maddələrinin müqayisəli neyrofarmakoloji və neyrokimyəvi tədqiqi, antipsixotik maddələrin əlavə effektlərinin farmakoloji korreksiyası və eksperimental terapiyası metodlarının işlənib hazırlanması (Farmakologiya kafedrası, elmi rəhbər – prof.M.M.Qəniyev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu:  Müasir təhlükəsizlik vasitələri ilə təchiz olunmuş minik avtomobilləri ilə qəza zamanı xəsarətlərin xüsusiyyətləri (Məhkəmə təbabəti kafedrası, elmi rəhbər – prof.M.O.Bünyatov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Azərbaycanın müxtəlif qrup quru onurğalı heyvanlarının morfoekoloji xüsusiyyətləri və tibbi əhəmiyyəti (Tibbi biologiya və genetika diaqnosti-kası kafedrası, elmi rəhbər – prof.C.Ə.Nəcəfov). İcra müddəti  – 2011-2015-ci illər.

 

Epidemiologiya problemi üzrə: 

Mövzu: Azərbaycanda yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət siste­minin təkmilləşdirilməsi (Epidemiologiya kafedrası, elmi rəhbər – prof. İ.Ə.Ağayev). İcra müddəti – 2011-2015-ci illər.

 

Stomatologiya problemi üzrə:

Mövzu:  Əhalinin stomatoloji statusunun bərpası məqsədilə effektiv müalicə üsullarının işlənib hazırlanması  (Terapevtik stomatologiya kafedrası, elmi rəhbər – tibb e.d. A.Ç.Paşayev). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Diş sırasının qüsur və deformasiyalarının etiologiyası, patogenezi, ortopedik stomatoloji müalicəsi və profilaktikası (Ortopedik stomatologiya kafedrası, elmi rəhbər – prof.E.E.Kərimov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Anadangəlmə və qazanılmış diş-çənə anomaliyalarının (DÇA) patogenetik xüsusiyyətləri, profilaktik tədbirlərin və xəstələrin həyat keyfiyyəti səviyyəsinin təkmilləşdirilməsi (MPF-nin stomatologiya kafedrası, elmi rəhbər – prof. T.H.Hüseynova). İcra  müddəti – 2013-2015-ci illər.

Mövzu: Uşaqlarda əsas stomatoloji xəstəliklərin profilaktikasının təşkilində, parodontun iltihabi xəstəliklərinin və virusmənşəli stomatitlərin müalicə-sində yeni prinsiplərin araşdırılması (Uşaq stomatologiyası kafedrası, elmi rəhbər – prof.R.Q.Əliyeva). İcra müddəti – 2011-2015-ci illər.

 

Əczaçılıq problemi üzrə: 

Mövzu: Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması, standartlaşdırılması məqsədilə yeni səciyyəvi kimyəvi üsulların tədqiqi (Əczaçılıq kimya kafedrası, elmi rəhbər – prof.T.A.Süleymanov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Təbii mənşəli əczaçılıq məhsullarının elmi əsaslı texnologiyasının işlənib hazırlanması, əczaçılıq xidmətinin təşkilinin öyrənilməsi (Əczaçılığın texnologiyası və təşkili kafedrası, elmi rəhbər – prof.M.N.Vəliyeva). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Tərkibində bioloji fəal maddələr olan bəzi bitkilərin farmakoqnostik tədqiqi və yeni fitopreparatların hazırlanmasında istifadəsi (Farmakoqno­ziya və botanika kafedrası, elmi rəhbər – prof.Y.B.Kərimov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Saponinlərin bitki xammalı və müvafiq dərman preparatlarından alınma üsullarının işlənib hazırlanması. Saponinlərin bioloji materialdan təcrid olunma üsullarının təklif edilməsi. Bioloji obyektlərdən təcrid edilmiş saponinlərin sübutu (Ümumi və toksikoloji kimya kafedrası, elmi rəhbər – prof.Q.B.İskəndərov). İcra müddəti – 2011-2015-ci illər.

Mövzu: Funksional əvəz olunmuş aromatik sulfamidlərin, tioasetamidlərin və tərkibində etilenditioasetat kompleksonu olan  platin (II) komplekslərinin bioloji fəal liqandlarla qarışıq  liqandlı koordinasion birləşmələrinin sintezi və tədqiqi (Biofiziki və bioüzvü kimya kafedrası, elmi rəhbər – AMEA-nın müxbir üzvü, prof.D.B.Tağıyev). İcra müddəti – 2011-2015-ci illər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı