AZ RU EN
Tədris proqramlarının idarə olunması

Şöbə əmakdaşları Universitet müellimlərinə metodik kömək məqsədilə aşağıdakı vəsaitlər hazırlamışlar:

İmtahan testlərinin tərtibinə metodik kömək məqsədilə “Test tapşırıqlarına olan tələblər, onların tərtibi qaydaları və ekspertizası” adlı metodik tövsiyələr (2012-ci il).  Burada test tapşırıqlarının müasir təhsil sistemində rolu, onların tərtib olunma qaydaları, ekspertizası və test üsulu ilə imtahanların aparılma qaydaları haqqında məlumatlar verilmişdir.

 “Kredit sistemi üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının qiymətləndirmə meyarları və qaydaları” adlı metodik təlimat (2013-cü il).

         İnnovasiya şöbəsi Tibb Unversitetində müalicə işi ixtisası üzrə inteqrasiyalı təhsil proqramının yaradılması istiqamətində fəaliyyətə başlamışdır. ATU Mərkəzi metodik Komissiyasında inteqrasiyalı təhsil proqramı hazırlamağın zəruriliyi haqqında qərar qəbul edilmiş və buna müvafiq olaraq rektor akademik Ə.T.Əmiraslanovun müvafiq əmri əsasında tərkibi 59 nəfərdən ibarət Kurikulum komissiyası yaradılmışdır. Komissiyanın tərkibinə müvafiq fənnlərin ən bacırıqlı müəllimləri daxil  edilmişdir. Kurikulum komissiyasının ilk iclasında inteqrasiyalı tibb kurikulumunun yaradılmasının zəruriliyi, onun üstünlükləri və tərtibi prinsipləri müzakirə edilmişdir. Qərara alınmışdır ki, ATU-nun müalicə işi ixtisası üzrə tədris edilən tibb fənnləri orqan və sistemlər üzrə qruplaşdırılmaqla 11 modul üzrə tədris edilsin:

I. Hüceyrə və toxuma biologiyası

II. Ümumi patologiya

III. Dayaq-hərəkət və dəri örtükləri modulu

IV. Hematologiya modulu

V. Kardiovaskulyar modul

VI. Pulmonologiya modulu

VII. Qastrointestinal sistem və metabolizm modulu

VIII. Urogenital və reproduktiv sistem modulu

IX. Endokrin sistem modulu

X. Neyrobiologiya və psixiatriya modulu

Modul tipli yeni Tibb Kurikulumu tələbələrin aldıqları biliklərin onların mövcud bilik çərçivəsinə yerləşməsini, güclənməsini və digər biliklərlə inteqrasiya olunmasını təmin edir, belə ki, kiçik və təcrid olunmuş hissələr (fənnlər) şəklində olduqda əvvəlki fənnlər sonrakılarla əlaqələnə bilmir.

Hazırda müalicə işi ixtisası üzrə I-III kurslar üçün İnteqrasiyalı Tibb Kurikulumu tərtib edilmişdir. Kurikulum Komissiyasının son iclasında (12 dekabr 2014) proqram dəyərləndirilməsi  meyarları müzairə edilmiş və müvafiq koordinatorların iştirakı ilə proqram dəyərləndirilməsi üçün ayrı-ayrı kafedralarda müzakirə olunması məqsədəuyğun hesab edilmişdir. Proqram tam hazırlandıqdan sonra Univesitet rektorunun tövsiyəsinə əsasən əvvəlcə bir neçə qrupda sınaq layihəsi kimi həyata keçirilməyə başlayacaqdır.

Şöbənin əməkdaşları Baloniya prosesi üzrə tədrisin keyfiyyətinin yüksəldilməsinə dair bəzi Beynəlxalq layihələrdə iştirak etmişlər.

İnnovasiya şöbəsi Tempus proqramı çərçivəsindəSMGR No: 517340-TEMPUS – 1-2011İT – Documentation for Quality Assurance of Study Programmes (DoQuP) – Tədris proqramlarının keyfiyyət təminatının sənədləşdirilməsi layihəsində iştirak etmişdir.  İcrası 2011-2014-cü illərdə nəzərdə tutulan və İtaliyanın Genuya Universitetinin baş koordinatorluğu ilə həyata keçirilən bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan v Tacikistanın hər birindən 5 Universitet iştirak etmişdir. Layihənin əsas məqsədi tərəfdaş ölkələrdə Avropa Keyfiyyət Təminatı standart və təlimatlarına uyğun tədris proqramlarının keyfiyyət meyarlarının sənədləşdirmə sisteminin təyin edilməsi və online tətbiqi olmuşdur. Avropa akkreditasiya agentliklərinintəcrübəsindən götürülmüş bu meyarlar tədris proqramlarının keyfiyyətini təmina etmək məqsədilə istifadə edilən ən optimal kriteriyalardır. Layihənin məqsədi tədris proqramları keyfiyyətinin yaxşılaşdırılması deyil və yalnız sənədləşdirməsindən ibarət olmuşdur. Lakin sənədləşdirmə zamanı çatışmamazlıqlar üzə çıxır və aradan qaldırılmasına şərait yaranır.

Layihənin son işçi görüşündə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsinin tədris proqramının xüsusi hazırlanmış kompüter proqram təminatı üzərində online sənədləşdirilməsi və təqdimatı icra olunub. Təqdim olunmuş tədris proqramı Müalicə-profilaktika fakültəsinin bakalavr pilləsini tam əhatə etmiş bir sənəddir. Bu tədris proqramını online formata salınması zamanı iki sənəd: Müalicə-profilaktika fakültəsi tədris proqramının dövlət standartları və ATU-nin 5 illik fəaliyyəti barəsində hesabatı ingilis dilinə tərcümə edilərək istinad məqsədilə ATU-nun vebsaytında yerləşdirilmişdir.

Tədris-metodik və innovasiya şöbəsi “Tempus” proqramı çərçivəsində MUMEENA (Qonşu şərq ölkələrində tibb təhsilinin müasirləşdirilməsi) adlı layihənin icrasında iştirak etmişdir. Layihənin icrası 2012-2014-cü illəri əhatə edir və Böyük Britaniyanın Leeds Universitetinin baş koordinatorluğu ilə həyata keçirilir. Layihənin əsas məqsədlərinə Tibb Universitetində yeni kurrikulumun yaradılmasına kömək, tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, müasir tibb təhsilinin prinsiplərini Universitet müəllimlərinə öyrətmək üçün təlim mərkəzinin yaradılması daxildir.

Təhsil islahatlarının həyata keçirilməsində Universitetin professor-müəllim heyəti bilavasitə iştirak etdiyindən, müəllimlərin müasir tibb təhsilinin prinsiplərini mənimsəməsi ən mühüm tədbirlərdəndir. Bu layihə çərçivəsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. R.Qabulova ilə birlikdə Tibb Universitetinin müəllimləri üçün “Müasir tibb təhsilinin əsasları” və “Kliniki təfəkkürün inkişaf etdirilməsi” adlı vəsaitlər hazırlamış və kütləvi tirajlarla nəşr etdirilərək Universitet müəllimlərinə paylanılmışdır.

“Müasir tibb təhsilinin əsasları” adlı vəsatdə müasir tibb təhsilinin əsas prinsipləri şərh edilmişdir. Əsas təhsil nəzəriyyələri və onların tibb təhsilində rolu, tədrisin təşkili, dərslərin (məşğələlərin və mühazirələrin) planlaşdırılması, aparılması, aktiv tədris texnikası və üsulları verilmiş, klinika şəraitində tədris, tələbələrin nəzəri biliklərinin və bacarıqlarının ən müasir qiymətləndirmə üsulları - test üsulu ilə qiymətləndirmə və bacarıqların qiymətləndirilməsi üsulları təsvir edilmişdir.

Hazırda Tədris-metodik və innovasiya şöbəsi inteqrasiyalı tədris proqramının yaradılması istiqamətində fəaliyyətini davam etdirir, hər bir fakultənin kurikulumunun tərtibi və nəşr edilməsi, eləcə  də Müalicə işi ixtisası üzrə yekun Dövlət attestasiyası üçün Bacarıq imtahanlarına (OSKİ) hazırlıq içləri ilə məşğul olur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı