AZ RU EN
ATU - nun 2013 - cü il hesabatı

U N İ V E R S İ T E T İ N   5-I L L I K 

F Ə A L I Y Y Ə T I   H A Q Q I N D A

H E S A B A T 

B A K I  - 2 0 1 3

Özünütəhlil komissiyası 2012-ci ilin oktyabr-2013-cü ilin mart aylarında Universitetin idarə olunması, tədris, tədris-metodik, elmi-tədqiqat və müalicə-diaqnostik fəaliyyəti, kadr təminatı, beynəlxalq əməkdaşlıq, maddi-texniki baza, sosial-məişət şəraiti, maliyyə təminatı, mütəxəssis hazırlığının məzmunu, strukturu və Dövlət Təhsil Standartlarının tələblərinə uyğun hazırlanma keyfiyyətini təhlil etmişdir.

Aparılmış özünütəhlil nəticəsində komissiya aşağıdakıları müəyyənləşdirmişdir:

 

1. Universitetin fəaliyyətinin təşkilati-hüquqi təminatı və idarə olunması

Azərbaycan Tibb Universiteti Azərbaycan SSRİ Xalq Komissarları Soveti­nin 1930-cu il 19 iyun tarixli 287/99 nömrəli qərarı ilə BDU-nun tibb fakultəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu kimi yaradılmış, Azərbaycan SSRİ Ali Sovetinin 29 aprel 1957-ci il tarixli fərmanı ilə İnstituta görkəmli dövlət xadimi, həkim və yazıçı Nəriman Nərimanovun adı verilmiş, Respublika hökumətinin 1991-ci il 4 fevral tarixli 94 nömrəli qərarı ilə bu ali təhsil müəssisəsi universitet statusu almışdır.

"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13.07.2000-ci il tarixli fərmanına əsasən ATU özünüidarəetmə prisipi əsasında fəaliyyət göstərir (Forma 1).

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 50 saylı 24.09.2002-ci il tarixli Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinə əsasən ATU dövlət ali tibb təhsili müəssisəsi kimi qeydə alınmışdır. Identifikasiya kodu №1198672. (Forma 1). 

ATU-nun idarə olunması Azərbaycan Respublikasının Təhsil Qanununa, Ali təhsil müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmr və sərəncamlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi aktlarına, universitetin Nizam­naməsinə və universitetin ali idarəetmə orqanının - Elmi Şurasının qərarlarına müvafiq olaraq həyata keçirilir.

Universitetdə özünütəhlil aparılarkən Azərbaycan Res­pub­likası Nazirlər Ka­bi­ne­tinin "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiqi barədə 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı əldə rəhbər tutulmuş və ondan irəli gələn tələb və müddəalara, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş meyarlara əməl olunmuşdur.

Universitetin idarəetmə orqanları Elmi Şura və Rektorluqdur. Elmi Şura müvafiq Əsasnamənin tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Elmi Şuranın tərkibi 107 nəfərdən (4 akademik (onlardan 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü), 83 elmlər doktoru, 20 elmlər namizədi) ibarətdir. Elmi Şuranın iş planları və protokol­larının təhlili göstərir ki, müzakirəyə çıxarılan məsələlər ümumilikdə universitetin cari və perspektiv inkişafının həllinə yönəlmişdir.

Elmi Şura və Rektorluq universitetin fəaliyyətinin idarə edilməsini tədris şöbəsi, fakültə, kafedra və digər struktur bölmələri ilə birlikdə əlaqəli şəkildə həyata keçirir.

Universitetin Nizamnaməsinə, rektorun əmr və sərəncamlarının tələblərinə müvafiq olaraq tədris və tədris-metodiki işlərlə əlaqədar fəaliyyətin koordinasiyası tədris işləri üzrə prorektor, elmi işlərin koordinasiyası elmi işlər üzrə prorektor, ümumi işlərin koordinasiyası ümumi işlər üzrə prorektor, xarici əlaqələrlə bağlı fəaliyyətin koordinasiyası isə beynəlxalq əlaqələr üzrə prorektor, kliniki fəaliyyət klinikaların rəhbərləri tərəfindən həyata keçirilir.

Mal-material alınmasını, bina və avadanlıqların cari və əsaslı təmirini, həmçinin digər təsərrüfat işlərini təsərrüfat işləri üzrə prorektor həyata keçirir.

Universitetdə kargüzarlıq işi normativ-hüquqi aktlara uyğun yerinə yetirilir.

Universitetin tərkibində struktur bölmə kimi 7 fakültə, 77 kafedra, tədris, tədris-metodiki və innovasiyalar, elm, kadrlar, beynəlxalq əlaqələr, xüsusi, hərbi səfərbərlik, redaksiya-nəşriyyat, mətbuat, rezidentura şöbələri, xarici tələbələrlə iş üzrə dekanliq, istehsalat təcrübəsi dekanliğı, elmi-tədqiqat mərkəzi, 2 sahə elmi-tədqiqat laboratoriyası, virtual test mərkəzi, inoformasiya və kommunikasiya texnologiyaları mərkəzi, müasir tələblərə cavab verən elektron kitabxana, mətbəə, idman kompleksi və üzgüçülük hovuzu, tədris-terapevtik klinika, onkoloji klinika, stomatoloji klinika, Nabran "Şəfa" istirahət mərkəzi, şəhər tipli tələbə poliklinikası və mülki müdafiə qərargahı fəaliyyət göstərir.

Universitetdə 400 çarpayılıq tədris-terapevtik klinikası, 100 çarpayılıq onkoloji klinika, müasir stomatoloji klinika ölkə əhalisinə yüksək ixtisaslı diaqnostik və müalicə yardımı həyata keçirilir. Bu klinikalardan universitetin 25 kafedrası tədrisin səmərəli keçirilməsi, professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin aparılması üçün istifadə edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi (AR NK-nın 2 mart 2011-ci il 36 nömrəli qərarı ilə bakalavr səviyyəsi) ixtisaslarının (proqramlarının) siyahısı"na  uyğun olaraq Universitetdə 2009-2010-cu tədris ilindən bakalavriat səviyyəsində 7 ixtisas üzrə (müalicə işi, pediatriya, hərbi həkim işi, tibbi profilaktika, stomatologiya, əczaçılıq, tibbi biologiya), (Nazirlər Kabinetinin 2 mart 2011-ci il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" qərarı ilə Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə "pediatriya" və "tibbi biologiya" sözləri çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2012-ci il tarixli 314 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 2009-cu il tarixli 8 nömrəli qərarında dəyişiklik edərək "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların təsnifatınin təsdiq edilməsi"na  uyğun olaraq 4 ixtisas üzrə (müalicə işi, hərbi həkim işi, tibbi profilaktika, stomatologiya) mütəxəssis, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2005-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarında dəyişiklik və əlavələr edilməsi barədə qərarına əsasən HS 190701 "Hərbi feldşer işi", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisasların siyahısı"na  uyğun olaraq 40 ixtisas üzrə həkim-mütəxəssis, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarının (ixtisaslaşmaların) təsnifatı"na  uyğun olaraq 1 ixtisas - əczaçılıq, 5 ixtisaslaşma  üzrə mutəxəssis hazırlığı aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 57 nömrəli 23 iyul 2010-cu il tarixli "Rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında" əmrin 4.1. bəndinə əsasən tibbi profilaktika fakultəsində təhsil 5 illik proqramdan 6 illiyə keçirilmişdir.

İxtisaslar üzrə mütəxəssis hazırlığı fakültələr arasında aşağıdakı kimi bölüşdürülmüşdür:

I. I Müalicə-profilaktika fakültəsində 070101 - müalicə işi ixtisası üzrə 1689 nəfər tələbə təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (professor A.Y.Qazıyev) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 29 nəfərdən ibarətdir (18 nəfər professor, 9 nəfər dosent, 1 nəfər assistent və 1  nəfər  tələbə).

Fakültənin tərkibində 16 kafedra fəaliyyət göstərir (Tibbi biologiya və genetika, fəlsəfə, I mamalıq-ginekologiya, oftalmologiya, dəri-zöhrəvi xəstəliklər, nevrologiya və tibbi genetika, I daxili xəstəliklər və reanimatologiya, II daxili xəstəliklər, I cərrahi xəstəliklər, III cərrahi xəstəliklər, insan anatomiyası, onkologiya, klinik farmakologiya, məhkəmə təbabəti, I daxili xəstəliklərin propedevtikası, neyrocərrahiyyə). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Tibbi biologiya və genetika kafedrasında (kafedra müdiri professor C.Ə.Nəcəfov) 2 nəfər professor, 5 nəfər dosent, 7 nəfər baş müəllim, 7 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 10308 saat təşkil edir.

Fəlsəfə kafedrasında (kafedra müdiri professor Q.C.Əliyev) 5 nəfər  dosent, 5 nəfər baş müəllim vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 2089 saat təşkil edir.

I mamalıq-ginekologiya kafedrasında (kafedra müdiri professor E.M.Əliyeva) 10 nəfər  dosent, 32 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 15977 saat təşkil edir.

Oftalmologiya kafedrasında (kafedra müdiri professor P.İ.Musayev) 4 nəfər  dosent, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6381 saat təşkil edir.

Dəri-zöhrəvi xəstəliklər kafedrasında (kafedra müdiri əvəzi professor Z.H.Fərəcov) 1 nəfər professor, 3 nəfər  dosent, 12 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6314 saat təşkil edir.

Nevrologiya və tibbi genetika kafedrasında (kafedra müdiri professor Ş.İ.Mahalov) 1 nəfər professor, 6 nəfər  dosent, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7938 saat təşkil edir.

I daxili xəstəliklər və reanimatologiya kafedrasında (kafedra müdiri professor İ.S.İsmayılov) 3 nəfər professor, 7 nəfər  dosent, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 12535 saat təşkil edir.

II daxili xəstəliklər kafedrasında (kafedra müdiri professor V.Ə.Əzizov) 1 nəfər professor, 13 nəfər  dosent, 18 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 15637 saat təşkil edir.

I cərrahi xəstəliklər kafedrasında (kafedra müdiri professor N.Y.Bayramov) 4 nəfər professor, 7 nəfər  dosent, 9 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7492 saat təşkil edir.

III cərrahi xəstəliklər kafedrasında (kafedra müdiri professor Ə.M.Məmmədov) 2 nəfər professor, 8 nəfər  dosent, 13 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8739 saat təşkil edir.

İnsan anatomiyası kafedrasında (kafedra müdiri professor V.B.Şadlinski) 3 nəfər professor, 11 nəfər  dosent, 8 baş müəllim, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 16664 saat təşkil edir.

Onkologiya kafedrasında (kafedra müdiri akademik Ə.T.Əmiraslanov) 3 nəfər professor, 7 nəfər dosent, 13 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8875 saat təşkil edir.

Klinik farmakologiya kafedrasında (kafedra müdiri professor A.B.Baxşəliyev) 3 nəfər professor, 4 nəfər  dosent, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5236 saat təşkil edir.

Məhkəmə təbabəti kafedrasında (kafedra müdiri professor M.O.Bünyatov) 1 nəfər professor, 2 nəfər  dosent, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5107 saat təşkil edir.

I daxili xəstəliklərin propedevtikası kafedrasında (kafedra müdiri professor Y.Z.Qurbanov) 2 nəfər professor, 3 nəfər  dosent, 12 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7655 saat təşkil edir.

Neyrocərrahiyyə kursunda (kurs müdiri dos. S.Ə.Etibarlı) 1 nəfər  dosent, 7 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4024 saat təşkil edir.

 

II. II Müalicə-profilaktika fakültəsində 070101 - müalicə işi ixtisası üzrə 1722 nəfər tələbə təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (dosent T.M.İsmayılov) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 35 nəfərdən ibarətdir (15 nəfər professor, 15 nəfər dosent, 1 nəfər tibb elmləri doktoru, 1 nəfər assistent, 1 nəfər baş müəllim və 1  nəfər  tələbə).

Fakültənin tərkibində 17 kafedra fəaliyyət göstərir (normal fiziologiya, tibbi fizika və informatika, II mamaliq-ginekologiya, ağ ciyər xəstəlikləri, urologiya, travmatologiya və ortopediya, III daxili xəstəliklər, ümumi cərrahliq və anesteziologiya, II cərrahi xəstəliklər, uşaq xəstəlikləri, şüa diaqnostikası və terapiyası, II daxili xəstəliklərin propedevtikası, psixiatriya, yoluxucu xəstəliklər, ailə təbabəti, fizioterapiya və idman təbabəti, mülki müdafiənin tibb xidməti). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Normal fiziologiya kafedrasında (kafedra müdiri professor A.M.Məmmədov) 16 nəfər  dosent, 2 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11495 saat təşkil edir.

Tibbi fizika və informatika kafedrasında (kafedra müdiri professor Z.H.Tağıyev) 1 nəfər professor, 11 nəfər  dosent, 12 nəfər baş müəllim, 5 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11364 saat təşkil edir.

II mamaliq-ginekologiya kafedrasında (kafedra müdiri professor H.F.Bağırova) 1 nəfər professor, 6 nəfər  dosent, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8289 saat təşkil edir.

Ağ ciyər xəstəlikləri kafedrasında (kafedra müdiri professor N.Abbasov) 2 nəfər  dosent, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8003 saat təşkil edir.

Urologiya kafedrasında (kafedra müdiri akademik S.B.İmamverdiyev) 1 nəfər professor, 3 nəfər dosent, 7 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 3797 saat təşkil edir.

Travmatologiya və ortopediya kafedrasında (kafedra müdiri professor Ə.Y.Əhmədzadə) 1 nəfər professor, 4 nəfər dosent, 12 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5792 saat təşkil edir.

III Daxili xəstəliklər kafedrasında (kafedra müdiri professor Məmmədhəsənov R.M.) 12 nəfər  dosent, 16 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 12982 saat təşkil edir.

Ümumi cərrahliq və anesteziologiya kafedrasında (kafedra müdiri professor Ç.M.Cəfərov) 4 nəfər professor, 7 nəfər dosent, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 9781 saat təşkil edir.

II Cərrahi xəstəliklər kafedrasında (kafedra müdiri akademik B.A.Ağayev) 2 nəfər professor, 5 nəfər  dosent, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6528 saat təşkil edir.

Uşaq xəstəlikləri kafedrasında (kafedra müdiri professor N.C.Quliyev) 2 nəfər professor, 9 nəfər  dosent, 20 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11260 saat təşkil edir.

Şüa diaqnostikası və terapiyası kafedrasında (kafedra müdiri professor B.Ə.Baxşiyev)  3 nəfər dosent, 11 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6524 saat təşkil edir.

II Daxili xəstəliklərin propedevtikası kafedrasında (kafedra müdiri professor C.T.Məmmədov) 2 nəfər  dosent, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5610 saat təşkil edir.

Psixiatriya kafedrasında (kafedra müdiri professor G.Ç.Gəraybəyli) 3 nəfər professor, 6 nəfər dosent, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 10083 saat təşkil edir.

Yoluxucu xəstəliklər kafedrasında (kafedra müdiri professor Əliyev N.N.) 9 nəfər  dosent, 9 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 15287 saat təşkil edir.

Ailə təbabəti kafedrasında (kafedra müdiri dosent M.S.Salihov) 4 nəfər  dosent, 15 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 9519 saat təşkil edir.

Fizioterapiya və idman təbabəti kafedrasında (kafedra müdiri professor Musayev Ə.V.) 1 nəfər professor, 3 nəfər dosent, 6 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5571 saat təşkil edir.

Mülki müdafiənin tibb xidməti kafedrasında (kafedra müdiri polk. Ələkbərov M.Z.) 3 nəfər baş müəllim, 1 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 3380 saat təşkil edir.

 

III. Pediatriya fakültəsində 050802 -  pediatriya ixtisası üzrə 690 nəfər tələbə təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (dosent N.İ.Nağıyev) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 31 nəfərdən ibarətdir (1 akademik, 20 nəfər professor, 6 nəfər dosent, 1 nəfər assistent və 1  nəfər  tələbə).

Fakültənin tərkibində 13 kafedra fəaliyyət göstərir (patoloji fiziologiya, I uşaq xəstəlikləri, II uşaq xəstəlikləri, uşaq yoluxucu xəstəlikləri, uşaq cərrahlığı, uşaq xəsətliklərinin propedevtikası, cərrahi xəstəliklər, daxili xəstəliklər, patoloji anatomiya, histologiya, neonatologiya, immunologiya, kliniki allergologiya). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Patoloji fiziologiya kafedrasında (kafedra müdiri professor S.C.Əliyev) 2 nəfər professor, 5 nəfər dosent, 2 nəfər baş müəllim, 12 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11156 saat təşkil edir.

I Uşaq xəstəlikləri kafedrasında (kafedra müdiri akademik A.Ə.Namazova) 1 nəfər professor, 5 nəfər dosent, 20 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8983 saat təşkil edir.

II Uşaq xəstəlikləri kafedrasında (kafedra müdiri professor A.A.Əyyubova) 1 nəfər professor, 6 nəfər dosent, 12 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5816 saat təşkil edir.

Uşaq yoluxucu xəstəlikləri kafedrasında (kafedra müdiri professor N.M.Hüseynova) 7 nəfər  dosent, 11 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7271 saat təşkil edir.

Uşaq cərrahlığı kafedrasında (kafedra müdiri professor Ç.B.Quliyev) 1 nəfər professor, 5 nəfər dosent, 11 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7347 saat təşkil edir.

Uşaq xəstəliklərinin propedevtikası kafedrasında (kafedra müdiri professor İ.İ.İsayev) 5 nəfər dosent, 11 nəfər baş müəllim, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5979 saat təşkil edir.

Cərrahi xəstəliklər kafedrasında (kafedra müdiri professor M.Y.Nəsirov) 5 nəfər professor, 4 nəfər dosent, 11 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5731 saat təşkil edir.

Daxili xəstəliklər kafedrasında (kafedra müdiri professor Ə.A.Hidayətov) 1 nəfər professor, 3 nəfər dosent, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6604 saat təşkil edir.

Patoloji anatomiya kafedrasında (kafedra müdiri professor Ə.B.Həsənov) 1 nəfər professor, 8 nəfər dosent, 4 nəfər baş müəllim, 3 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 10276 saat təşkil edir.

Histologiya, embriologiya, sitologiya kafedrasında (kafedra müdiri professor E.K.Qasımov) 1 nəfər professor, 4 nəfər dosent, 8 nəfər baş müəllim, 11 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11922 saat təşkil edir.

Neonatologiya kafedrasında (kafedra müdiri professor S.Ş.Həsənov) 3 nəfər  dosent, 13 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4945 saat təşkil edir.

İmmunologiya kursunda (kurs müdiri professor G.M.Nəsrullayeva) 1 nəfər dosent, 3 nəfər assistent vəzifəsində çalışır. Kursun illik ümumi dərs yükü 2304 saat təşkil edir.

Kliniki allerqologiya və immunologiya kursunda (kafedra müdiri professor L.İ.Allahverdiyeva) 2 nəfər  dosent, 3 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 2954 saat təşkil edir.

 

IV. Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində 070103 - tibbi profilaktika, 050808 tibbi biologiya ixtisası üzrə 385 nəfər tələbə təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (dosent A.M.Məmmədov) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 28 nəfərdən ibarətdir (17 nəfər professor, 9 nəfər dosent və 2  nəfər  tələbə).

Fakültənin tərkibində 9 kafedra fəaliyyət göstərir (uşaq və yeniyetmə gigiyenası, kommunal və qidalanma gigyenası, ictimai sağlamliq və səhiyyənin təşkili, mikrobiologiya və immunologiya, epidemiologiya, ümumi gigiyena və ekologiya, bioloji kimya, Azərbaycan dili, rus dili). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Uşaq və yeniyetmə gigiyenası kafedrasında (kafedra müdiri dosent S.A.Gürzəliyev) 1 nəfər professor, 5 nəfər  dosent, 3 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 3232 saat təşkil edir.

Kommunal və qidalanma gigiyenası kafedrasında (kafedra müdiri dosent İ.R.Əhmədov) 1 nəfər professor, 3 nəfər  dosent, 1 nəfər baş müəllim, 2 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 2217 saat təşkil edir.

İctimai sağlamliq və səhiyyənin təşkili kafedrasında (kafedra müdiri professor R.Ə.Çobanov) 2 nəfər professor, 3 nəfər dosent, 2 nəfər baş müəllim, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8537 saat təşkil edir.

Mikrobiologiya və immunologiya kafedrasında (kafedra müdiri professor Z.Ö.Qarayev) 4 nəfər professor, 8 nəfər dosent, 8 nəfər baş müəllim, 7 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 12154 saat təşkil edir.

Epidemiologiya kafedrasında (kafedra müdiri professor İ.Ə.Ağayev) 1 nəfər professor, 7 nəfər dosent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4195 saat təşkil edir.

Ümumi gigyena və ekologiya kafedrasında (kafedra müdiri professor M.A.Kazımov) 8 nəfər dosent, 5 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7835 saat təşkil edir.

Bioloji kimya kafedrasında (kafedra müdiri professor A.M.Əfəndiyev) 2 nəfər professor, 11 nəfər dosent, 8 nəfər baş müəllim, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 16738 saat təşkil edir.

Azərbaycan dili kafedrasında (kafedra müdiri dosent A.F.Miriyev) 1 nəfər professor, 5 nəfər dosent, 2 nəfər baş müəllim, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 14062 saat təşkil edir.

Rus dili kafedrasında (kafedra müdiri professor T.A.Xəlilova) 3 nəfər dosent, 11 nəfər baş müəllim, 7 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8500 saat təşkil edir.

 

V. Stomatologiya fakültəsində 070104 - stomatologiya ixtisası üzrə 865 nəfər tələbə təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (professor Z.İ.Qarayev) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 19 nəfərdən ibarətdir (11 nəfər professor, 7 nəfər dosent, 2 nəfər assistent və 1  nəfər  tələbə).

Fakültənin tərkibində 9 kafedra fəaliyyət göstərir (ortopedik stomatologiya, ağız və üz çənə cərrahoyyəsi, uşaq stomatologiyası, terapevtik stomatologiya, qulaq, burun, boğaz xəstəlikləri, stomatologiya, operativ cərrahliq və topoqrafiq anatomiya, xarici dillər, bədən tərbiyəsi və idman). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Ortopedik stomatologiya kafedrasında (kafedra müdiri professor E.E.Kərimov) 1 nəfər professor, 7 nəfər dosent, 28 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 12174 saat təşkil edir.

Ağız və üz çənə cərrahoyyəsi kafedrasında (kafedra müdiri professor Ç.R.Rəhimov) 3 nəfər professor, 3 nəfər dosent, 15 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8862 saat təşkil edir.

Uşaq stomatologiyası kafedrasında (kafedra müdiri professor R.Q.Əliyeva) 4 nəfər dosent, 18 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 8552 saat təşkil edir.

Terapevtik stomatologiya kafedrasında 11 nəfər dosent, 26 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 12393 saat təşkil edir.

Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında (kafedra müdiri professor Ə.M.Talışınski) 2 nəfər professor, 2 nəfər dosent, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6365 saat təşkil edir.

Stomatologiya kafedrasında (kafedra müdiri professor Hüseynova T.H.)  2 nəfər dosent, 6 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 2776 saat təşkil edir.

Operativ cərrahliq və topoqrafiq anatomiya kafedrasında (kafedra müdiri . professor L.A.Məmmədov) 3 nəfər dosent, 3 nəfər baş müəllim, 5 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7157 saat təşkil edir.

Xarici dillər kafedrasında (kafedra müdiri dosent Məmmədova Z.Ş.) 2 nəfər dosent, 8 nəfər baş müəllim, 14 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 17867 saat təşkil edir.

Bədən tərbiyəsi və idman kafedrasında (kafedra müdiri professor K.Ə.Kəbirlinski) 1 nəfər professor, 1 nəfər dosent, 10 nəfər baş müəllim, 10 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 11100 saat təşkil edir.

 

VI. Əczaçılıq fakültəsində 050806 - əczaçılıq ixtisası üzrə 351 nəfər tələbə, 060801 əczaçılıq ixtisası üzrə 21 magistr təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - dekan (professor T.A.Süleymanov) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 25 nəfərdən ibarətdir (15 nəfər professor, 7 nəfər dosent, 2 nəfər baş müəllim və 1  nəfər  tələbə).

Fakültənin tərkibində 9 kafedra fəaliyyət göstərir (Əczaçılığın texnologiyasi, iqtisadiyyatı və təşkili, farmakoqnoziya və botanika, farmakologiya, əczaçılıq kimyası, biofiziki və bioüzvi kimya, ümumi və toksikoloji kimya, Azərbaycan tarixi, iqtisadiyyat və hüququn əsasları, latın dili). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Əczaçılığın texnologiyasi iqtisadiyyatı və təşkili kafedrasında (kafedra müdiri professor M.N.Vəliyeva) 5 nəfər dosent, 9 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 7962 saat təşkil edir.

Farmakoqnoziya və botanika kafedrasında (kafedra müdiri professor Y.B.Kərimov) 2 nəfər professor, 1 nəfər dosent, 3 nəfər baş müəllim vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4231 saat təşkil edir.

Farmakologiya kafedrasında (kafedra müdiri professor M.M.Qəniyev) 3 nəfər professor, 9 nəfər dosent, 3 nəfər baş müəllim, 8 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 9086 saat təşkil edir.

Əczaçılıq kimyası kafedrasında (kafedra müdiri professor H.M.Əliyev) 1 nəfər professor, 3 nəfər dosent, 3 nəfər baş müəllim vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4373 saat təşkil edir.

Biofiziki və bioüzvi kimya kafedrasında (kafedra müdiri professor D.B.Tağıyev) 3 nəfər professor, 4 nəfər dosent, 5 nəfər baş müəllim, 1 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6484 saat təşkil edir.

Ümumi və toksikoloji kimya kafedrasında (kafedra müdiri professor Q.B.İskəndərov) 7 nəfər dosent, 3 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4602 saat təşkil edir.

Azərbaycan tarixi kafedrasında (kafedra müdiri professor F.N.Məmmədov) 2 nəfər dosent, 1 nəfər baş müəllim, 2 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 3684 saat təşkil edir.

İqtisadiyyat və hüququn əsasları kafedrasında (kafedra müdiri dosent Y.X.Vəliyev) 1 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 1481 saat təşkil edir.

Latın dili kafedrasında (kafedra müdiri dosent B.M.Hüseynov) 3 nəfər dosent, 8 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6280 saat təşkil edir.

 

VII. Hərbi tibb fakültəsində 070102 - hərbi həkim işi ixtisası üzrə 462 nəfər tələbə və kursant, HS 191701 hərbi feldşer işi üzrə 98 kursant təhsil alır. Fakültənin fəaliyyətinə onun Elmi Şurası və sədri - fakultə rəisi (t/x polkovnik-leytenant t.e.d. Quliyev R.İ.) rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 11 nəfərdən ibarətdir.

Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir (hərbi terapiya, tibbi profilaktika, hərbi cərrahiyyə, tibb xidmətinin təşkili və taktikası). Həmin kafedraların ümumi dərs yükü və professor-müəllim heyəti aşağıdakı kimidir:

Hərbi terapiya kafedrasında (kafedra müdiri t/x polk. Quliyev R.İ.) 1 nəfər baş müəllim, 3 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 3149 saat təşkil edir.

Tibbi profilaktika kafedrasında (kafedra müdiri t/x polk-leyt. Meybəliyev F.T.) 2 nəfər baş müəllim, 6 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 5028 saat təşkil edir.

Hərbi cərrahiyyə kafedrasında (kafedra müdiri t/x polk. Babayev F.) 1 nəfər baş müəllim, 6 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 4327 saat təşkil edir.

Tibb xidmətinin təşkili və taktikası kafedrasında (kafedra müdiri t/x polk. Hüseynov C.) 2 nəfər baş müəllim, 4 nəfər assistent vəzifəsində çalışır. Kafedranın illik ümumi dərs yükü 6098 saat təşkil edir.

Universitetdə həkim-mütəxəssis hazırlığı 34 ixtisas üzrə rezidentura şöbəsinin (şöbə müdiri dosent R.M.Məmmədov) rəhbərliyi ilə həyata keçirilir. Təhsil əyani formadadır. I ildə 140, II ildə 136 həkim təhsil alır.

 

Universitetin özunutəhlil komissiyasının rəyi: təhsil müəssisəsinin idarə olunması təhsil müəssisəsinin nizamnaməsinə, mövcud qanunvericiliyə və Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

        

2.      Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu

Universitetdə 3 ixtisas qrupu üzrə mütəxəssis hazırlığı aparılır. 01 oktyabr 2012-ci il tarixə əyani təhsil alan orta ixtisas, bakalvriat, tibb təhsilinin əsas təhsili üzrə, magistraturada tələbələrin ümumi sayı 6297 nəfər olmuşdur.

Son beş ildə digər təhsil müəssisələrindən universitetin müxtəlif ixtisaslarına köçürülən tələbələrin sayı aşağıdakı kimi olmuşdur: 2008-2009-cü tədris ilində 3; 2009-2010-cü tədris ilində 8; 2010-2011-ci tədris ilində 3; 2012-2013-cü tədris ilində 1 nəfər.

Son beş ildə universitet daxilində bir ixtisasdan digərinə köçürülənlərin sayı 50 nəfər olmuşdur. Bu illərdə akademik məzuniyyətə gedənlər 126 nəfər, akademik məzuniyyətdən qayıdanlar 68, təkrar kursda qalanlar 16, tələbələr sırasına bərpа olunanların sayı 124, tələbələr sırasından xaric olunanların sayı 562 nəfər olmuşdur.

 

Universitetin özunutəhlil komissiyasının rəyi: təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

 

3. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi

ATU-da tədris prosesi Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirliklərinin əmr və göstərişlərinə, Universitetin Nizamnaməsinə uyğun olaraq idarəetmə kompleks sistemi formasında təşkil edilmişdir. Tədris prosesinin birbaşa təşkilini universitetin əsas tədris-elmi struktur bölmələri kimi kafedralar və fakültə dekanları tədris-metodik və innovasiya şöbəsi və mərkəzi metodik şura ilə qarşılıqlı əlaqəli şəkildə həyata keçirirlər. Kafedraların fəaliyyətinə tədris işləri üzrə prorektor, fakültə dekanları, tədris-metodik və innovasiya şöbəsi nəzarət edirlər.

Azərbaycan Respublikası Nazırlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli əmrilə təsdiq olunmuş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) təsnifatı"na və Azərbaycan Respublikası Nazırlər Kabinetinin 24 dekabr 2012-cu il tarixli 314 nömrəli əmrilə təsdiq olunmuş "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisaslarin təsnifatı"na və Azərbaycan Respublikası Nazırlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 13 nömrəli əmrilə təsdiq olunmuş "Orta ixtisas təhsili üzrə ixtisaslarının təsnifati"na uyğun aşağıdakı 8 ixtisas üzrə mütəxəssis hazırlanmışdır:

050801 Müalicə işi                             - 070101 - yeni

050802 Pediatriya

050804 Tibbi-profilaktika    - 070103 - yeni

050805 Stomatologiya                       - 070104 - yeni

050806 Əczaçılıq

050808 Tibbi biologiya

050803 Hərbi həkim                           - 070102 - yeni

040702 Hərbi feldşer

 

Azərbaycan Respublikası Nazırlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli əmrilə təsdiq olunmuş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına"na uyğun aşağıdakı 1 ixtisas - 5 ixtisaslaşma üzrə mütəxəssis hazırlanmışdır:

060801 Əczaçılıq 

- Əczaçılıq kimyası

- Farmakoqnoziya

- Əczaçılıq texnologiyası

- Toksikoloji kimya

- Əczaçılığın təşkili

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında" 57 nömrəli 23.07.2010-cu il tarixli əmri ilə təsdiq edilmiş "Baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı"na uyğun aşağıdakı 34 ixtisas üzrə həkim-rezident hazırlanır:

060901 Anesteziologiya və reanimatologiya

060902 Ümumi cərrahiyyə

060903 Neyrocərrahiyyə

060904 Plastik cərrahiyyə

060905 Ürək-damar cərrahiyyəsi

060906 Uşaq cərrahiyyəsi

060907 Otolarinqologiya

060908 Travmatologiya və ortopediya

060909 Onkologiya

060910 Urologiya

060911 Oftalmologiya

060912 Mamaliq-ginekologiya

060913 Psixiatriya

060914 Nevrologiya

060915 Terapiya

060916 Kardiologiya

060917 Nefrologiya

060918  Qastroentrologiya

060920 Dermatovenerologiya

060921 İmmunologiya

060922 Allerqologiya

060923 Yoluxucu xəstəlikləri

060924 Revmatologiya

060925 Endokrinologiya

060928 Ftiziatriya

060930 Pediatriya

060931 Şüa terapiyası

060932 Şüa diaqnostikası

060933 Stomatologiya

060934 Üz-çənə cərrahiyyəsi

060935 Sosial gigiyena və səhiyyənin təşkili

060936 Gigiyena

060937 Mikrobiologiya

060940 Epidemiologiya

Bu ixtisasların tədris prosesi baza təhsil proqramları əsasında hazırlanmış və universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilmişdir.

Tədris planlarının tərtibində fənn bölümləri üzrə saatların optimal nisbəti nəzərə alınmışdır. Tələbələrin auditoriyada maksimal tədris yükü həftədə 30-35 saata qədərdir. 

Bakalavr təhsil səviyyəsində nəzəri tədris müddəti semestrlərdə 15 həftə, son semestrdə 10 həftədir. Semestrdə imtahanların sayı bir qayda olaraq 8-dən çox deyildir. Tədris dövründə tətil müddəti təhsil proqramına uyğun olaraq ixtisaslar üzrə dəyişir: 30-50 həftədir.

Ali tibb təhsili ixtisasları və hərbi fedşer ixtisası üzrə Yekun Dövlət Attestasiyası yekun buraxılış dövlət imtahanı ilə, əczaçılıq ixtisasi üzrə isə buraxılış işinin müdafiəsi ilə tamamlanır.

Tədris məşğələlərinin əsas növlərinə auditoriya (mühazirələr, seminarlar, təcrübə məşğələləri, laboratoriya dərsləri) və auditoriyadan kənar iş (tələbələrin sərbəst işi) daxildir.

Tədris edilən fənn proqramlarında Avropa Kredit Transfer Sisteminə keçilməsi ilə əlaqədar müəyyən dəyişikliklər edilmişdir. Fənn proqramlarının hamısı Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və qrif alınmışdır. Son vaxtlar qrifi olmayan iki fənnin ("İmmunologiya" və "Kliniki allerqologiya və immunologiya") proqramı isə Təhsil Nazirliyi tərəfindən qrif alınmışdır.

Universitetin bütün kafedralarında mühazirələrin və bəzi praktik məşğələlərin kompyuter təminatını nəzərə alaraq bütün fənnlər üzrə mühazirə materiallarının elektron variantları hazırlanmış və istifadə edilir.

Universitetdə semestr imtahanlarının test üsulu ilə keçirilməsinə kömək məqsədilə "Test tapşırıqlarına olan tələblər, onların tərtibi qaydaları və ekspertizası" adlı metodik tövsiyyələr nəşr edilmiş (2012-ci il) və müəllimlərin istifadəsinə verilmişdir. Bundan əlavə bu mövzuda bütün kafedraların test hazırlayan ekspert müəllimləri ilə treninqlər keçirilmişdir.

ATU-nun tədris və tədris-metodiki informasiyasının əsas mənbəyi olan kitabxanasının ümumi sahəsi 1,700 kv. metr olmaqla, hər tələbəyə düşən faydalı sahə 2.6 kv.m., oxu zalları vardır. Universitetin kitabxana fondunda cəmi 813008 nüsxə ədəbiyyat mövcuddur ki, ondan 557332 dərsliklər, 7461 bədii ədəbiyyat, 248215 digər nəşrlər, 12002 latın qrafikası ilə çap olunmuş ədəbiyyatlar təşkil edir.

2012-ci il oktyabrın 1-nə kitabxananın oxucularının sayı 9748 nəfərdir ki, bunların 1215 nəfəri professor-müəllim, 8533 nəfəri tələbələrdir.

Universitetdə tədris vəsaitlərinin təminat bazasını yaratmaq və ondan səmə­rəli istifadə olunmasını təmin etmək məqsədi ilə tədris şöbəsi tərəfindən müvafiq işlər həyata keçirilir. Bu işlərə aşağıdakılar daxildir:

-universitetin profilinə uyğun mövcud ən yeni dərslikləri və dərs vəsaitlərini müəyyənləşdirərək onların alınmasına nail olmaq;

-universitetin əməkdaşları tərəfindən hazırlanacaq və ya tərcümə ediləcək tədris vəsaitlərinin perspektiv və cari planını tərtib etmək;

-universitetdə mövcud olan və istifadəsinə ehtiyac duyulan dərslik və dərs vəsaitlərinin hər birindən minimum sayda universitetin mətbəəsində çoxaldılmasını müəyyənləşdirmək;

-kafedraların əməkdaşları tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlərin (dərsliklərin, dərs vəsaitlərinin, mühazirə mətnlərinin) elektron kitabxanada və universitetin rəsmi saytında yerləşdirilməsini təmin etmək.

ATU-da tədris prosesinin təşkilinin klassik və innovasiyalı formaları tətbiq olunur: interaktiv mühazirələr, praktik və seminar məşğələləri, laboratoriya işləri, xəstələrlə bilavasitə iş, istehsalat və tədris təcrübələri, elmi-tədqiqat işi, buraxılış işləri, kurslararası sessiya attestasiyaları və yekun dövlət attestasiyası tətbiq olunur.

Universitetin maddi-texniki bazası tədris həftəsini bir növbəli və 5 günlük iş rejimi ilə həyata keçirməyə imkan verir. Şənbə günü akademik gün hesab edilir və xüsusi iş rejiminə müvafiq olaraq klinikalar, kafedralar, kitabxana, oxu zalları, idman kompleksi fəaliyyətlərini davam etdirirlər.

İmtahanların keçirilmə müddəti tədris prosesinin qrafikinə uyğun aparılır. Sessiyalardakı imtahanların sayı tədris planlarına müvafiq olaraq müəyyənləşdirilir.

Tədris planına müvafiq olaraq universitet tələbələrin təcrübə keçməsi üçün Səhiyyə Nazirliyi qarşısında qaldırdığı vəsadətə uyğun olaraq respublikanın tibb müəssisəsində lazımi şərait yaradır. Əczaçılıq ixtisasında iki növ (tədris və istehsalat) təcrübələrin keçirilməsi nəzərdə tutulur.

Universitetdə tədris və istehsalat təcrübələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında" 10 sentyabr 2008-ci il tarixli 221 №-li qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə müvafiq olaraq universitetin rektoru tərəfindən təsdiq edilmiş "Azərbaycan Tibb Universitetində təcrübələrin təşkili və keçirilməsi Qaydaları"na əsasən həyata keçirilir. Son beş tədris ilində müalicə-profilaktika fakultələrinin III, IV, V kurs tələbələri tədris planına və istehsalat təcrübəsi proqramına uyğun olaraq Bakı şəhərinin müalicə profilaktika müəssisələrində, elmi-tədqiqat institutlarında - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamaliq və Ginekologiya İnstitutlarında, həmçinin akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, çoxprofilli şəhər kliniki xəstəxanalarında təcrübə keçmişlər. Hər iki fakultənin IV kurs tələbələri 14 şəhər poliklinikasında, eləcə də tibbi sanitar hissələrdə təcrubə keçiblər. V kurs müalicə-profilaktika tələbələri üçün respublika ərazisində olan mərkəzi rayon xəstəxanalarindan, həmçinin şəhər səhiyyə şöbələrindən və Naxçıvan Muxtar Respublikası və onun rayonlarından təcrübə bazası kimi istifadə edilmişdir.

Pediatriya fakultəsi tələbələri üçün uşaq kliniki xəstəxanalarından, respublika uşaq xəstəxanasından, eləcə də uşaq poliklinikalarından istifadə edilmişdir.

Tibbi-profilaktika və tibbi-biologiya fakultəsinin tələbələri üçün Gigiyena Epidemioloji Mərkəzlərdən, Respublika Taun Əleyhinə stansiyadan təcrübə bazası məqsədilə istifadə olunmuşdur.

Stomatologiya fakultəsi tələbələri üçün Uşaq Stomatoloji Mərkəzindən, uşaq stomatoloji poliklinikalarından, eləcə də son dövrlərə qədər iri yaşlıların stiomatoloji poliklinikalarından təcrübə bazası məqsədilə istifadə olunmuşdur.

Əczaçılıq fakultəsi tələbələri üçün kliniki xəstəxanalar nəzdində apteklərdən, "Azərfarm" və "Elit", "Liderfarm" apteklər şəbəkəsindən təcrübə bazası məqsədilə istifadə olunmuşdur.

Tibb Univeristetinin onkolji, stomatoloji, tədris-terapevtik klinikaları, ATU-nun kliniki biokimyəvi laboratoriyası, elmi-tədqiqat mərkəzlərindən baza məqsədilə geniş istifadə olunmuşdur.

Tələbələri istehsalat təcrübəsinə göndərərkən təcrübə və baza rəhbərləri ilə universitet rəhbəhinin görüşləri küçirilmiş, qayşıda duran vəzifələr baza rəhbərlərinin iştirakı ilə geniş şərh olunmuş və təcrübənin səmərəli keçirilməsi üçün çatişmazliqların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir. Hər bir bazaya univeristet rektoru tərəfindən imzalanmış əmrə əsasən aidiyyatı olan kafedralardan rəhbərlər təyin olunmuşlar.

Yay və qış istehsalat təcrübəsinin nəticələri fakultə elmi şuralarında, mərkəzi metodiki şurada bir qayda olaraq hər tədris ilində - noyabr ayına Böyük Elmi Şurada müzakirə olunmuşdur.   

            Azərbaycan-Alman tibbi əməkdaşlıq cəmiyyəti və Təbib tələbələrin ictimai birliyi xətti ilə, xüsusən Tibb Univerisitetinin xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrin genişlənməsi baxımından hər il universitet tələbələrindən 250-300 yaxın tələbə istehsalat təcrübəsinin Türkiyə Cumhuriyyəti Universitet klinikalarında, həmçinin Avropa ölkələrində istehsalat təcrübəsi keçirlər.

Universitetin özunutəhlil komissiyasının rəyi: universitetdə tədris prosesinin təşkili Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

4. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti

ATU-nun tələbə kontingentinin formalaşması təsdiq olunmuş qəbul planlarına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarının nəticələrinə görə həyata keçirilir. 2008/2009-2012/2013-cü tədris illərində universitetə tələbə qəbulu barədə məlumatlar aşağıdakı cədvəldə verilmişdir.

Tədris illəri

Bakalavriat

Magistratura

plan

faktiki

Plan

faktiki

2008/2009

1020

1017

10

10

2009/2010

940

932

10

10

2010/2011

940

935

10

10

2011/2012

950

941

10

10

2012/2013

965

939

10

10

 

Tədris illəri

Hərbi feldşer

Rezidentura

plan

faktiki

Plan

faktiki

2008/2009

50

50

-

-

2009/2010

50

50

-

-

2010/2011

50

50

-

-

2011/2012

50

50

148

148

2012/2013

50

50

143

143

 

ATU-da fənlər üzrə tədris materialının və informasiyanın mənimsənilməsi cari, aralıq və yekun nəzarəti formalarında həyata keçirilir. Universitetdə orta ixtisas,  bakalavr, ali tibb təhsilinin əsas təhsili üzrə tələbələrin biliklərinin seminarlar, laboratoriya və praktiki məşğələlərdə qiymətləndirilməsi çoxballı qiymətləndirilmə sisteminin tələblərinə uyğun olaraq həyata keçirilir.

Komissiya tərəfindən ATU-nun attestasiyaya təqdim olunmuş bakalavr səviyyəsinin 8 ixtisası üzrə əyani şöbənin sonuncu kurs tələbələrinin bilik səviyyəsini yoxlamaq məqsədi ilə hər bir ixtisas üzrə 6 fənni əhatə edən 60 sualdan ibarət test tapşırıqları hazırlanmış və 2013-cü il fevralın 20-22-də imtahan keçirilmişdir. Tələbələrin bilik səviyyəsinin attestasiya zamanı əldə olunan nəticələr imtahan aparılan fənlər üzrə aşağıdakı kimi olmuşdur:

Sıra sayı

İxtisas və fənlərin adları

Tələbə kontingentinin sayı

Sorğuda iştirak edən tələbələr

Əla qiymət alanlar

Yaxşı qiymət alanlar

Kafi qiymət alanlar

Qeyri-kafi qiymət alanlar

sayı

%-lə

sayı

%-lə

sayı

%-lə

sayı

%-lə

Sayı

%-lə

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

1

Müalicə işi - I Müalicə-prof.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farmakologiya

258

252

97.7

147

58.3

72

28.6

22

8.7

11

4.4

 

Patoloji fiziologiya

258

252

97.7

156

61.9

71

28.2

16

6.3

9

3.6

 

Patoloji anatomiya

258

252

97.7

145

57.5

81

32.1

17

6.7

9

3.6

 

Cərrahi xəstəliklər

258

252

97.7

147

58.3

68

27

26

10.3

11

4.4

 

Daxili xəstəliklər

258

252

97.7

142

56.3

69

27.4

30

11.9

11

4.4

 

Mama-ginekologiya

258

252

97.7

137

54.4

49

19.4

34

13.5

32

12.7

2

Müalicə işi - II Müalicə-prof.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farmakologiya

267

260

97.4

150

57.7

72

27.7

26

10

12

4.6

 

Patoloji fiziologiya

267

260

97.4

132

50.8

90

34.6

26

10

13

4.6

 

Patoloji anatomiya

267

260

97.4

144

55.4

70

26.9

27

10.4

19

7.3

 

Cərrahi xəstəliklər

267

260

97.4

148

56.9

67

25.8

25

9.6

20

7.7

 

Daxili xəstəliklər

267

260

97.4

133

51.2

95

36.5

14

5.4

18

6.9

 

Mama-ginekologiya

267

260

97.4

137

52.7

76

29.2

26

10

21

8.1

3

Pediatriya

 

 

 

 

 

 

 

 

 

 

 

 

Uşaq xəstəlikləri

196

185

94.4

85

45.9

76

41.1

15

8.1

9

4.9

 

Uşaq yoluxucu xəstəlikləri

196

185

94.4

90

48.6

64

34.6

27

14.6

4

2.2

 

Uşaq cərrahlığı

196

185

94.4

83

44.9

58

31.4

27

14.6

17

9.1

 

Nevrologiya

196

185

94.4

71

38.4

81

43.8

23

12.4

10

5.4

 

Mama-ginekologiya

196

185

94.4

26

14.1

70

37.8

71

38.4

18

9.7

 

Qulaq, burun, boğaz xəstəlikləri

196

185

94.4

60

32.5

70

37.8

37

20

18

9.7

4

Tibbi-profilaktika

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mikrobiologiya və immunologiya

47

47

100

26

55,4

16

34

4

8,5

1

2,1

 

Epidemiologiya

47

47

100

35

74,5

12

25,5

 

 

 

 

 

Əmək gigiyenası

47

47

100

26

55,3

19

40,5

1

2,1

 

 

 

Uşaq və yeniyetmə gigiyenası

47

47

100

18

38,5

21

44,6

7

14,8

1

2,1

 

Qidalanma gigiyenası

47

47

100

33

70,2

13

27,6

1

2,1

 

 

 

Yoluxucu xəstəliklər

47

47

100

27

57,5

16

34

4

8,5

 

 

5

Tibbi-biologiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

Biokimya

30

29

96,7

18

62,1

10

34,5

1

3,4

 

 

 

Biofizika

30

29

96,7

18

62,1

9

31

2

6,9

 

 

 

Biotexnologiya

30

29

96,7

20

69

8

27,6

1

3,4

 

 

 

İmmunologiya

30

29

96,7

22

75,9

7

24,1

 

 

 

 

 

Mikrobiologiya

30

29

96,7

19

65,5

10

34,5

 

 

 

 

 

Patoloji fiziologiya

30

29

96,7

23

79,3

6

20,7

 

 

 

 

6

Stomatologiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farmakologiya

214

199

93

107

53.7

52

26.1

9

4.5

31

15.5

 

Patoloji fiziologiya

214

199

93

42

21.1

79

39.7

32

16

46

23.1

 

Uşaq stomatologiyası

214

199

93

67

33.6

79

39.7

27

13.5

26

13

 

Ortopedik stomatologiya

214

199

93

78

39.2

82

41.2

17

8.5

22

11

 

Terapevtik stomatologiya

214

199

93

104

32.2

65

32.6

13

6.5

17

8.5

 

Ağız və üz-çənə cərrahiyyəsi

214

199

93

61

30.6

87

43.7

18

9

33

16.5

7

Hərbi həkim işi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farmakologiya

50

50

100

10

20

15

30

25

50

-

 

 

Patoloji fiziologiya

50

50

100

6

12

7

14

37

74

-

 

 

Cərrahi xəstəliklər

50

50

100

10

20

18

36

22

44

-

 

 

Daxili xəstəliklər

50

50

100

8

16

13

26

29

58

-

 

 

Tibb xidmətinin təşkilinin taktikası

50

50

100

12

24

12

24

26

52

-

 

 

Tibbi-profilaktika

50

50

100

14

28

9

18

27

54

-

 

8

Əczaçılıq

 

 

 

 

 

 

 

 

 

 

 

 

Farmakologiya

80

76

95

11

13,7

42

52,5

21

26,3

2

2,5

 

Farmakoqnoziya

80

76

95

30

37,5

36

45

10

12,5

 

 

 

Əczaçılıq kimyası

80

76

95

13

16,2

39

48,6

22

27,5

2

2,5

 

Toksikoloji kimya

80

76

95

24

30

31

38,7

21

26,3

 

 

 

Əczaçılığın təşkili

80

76

95

33

41,2

36

45

7

8,8

 

 

 

Əczaçılıq texnologiyası

80

76

95

43

53,8

23

28,7

10

12,5

 

 

9

Əczaçılıq (magistr)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əczaçılıq kimyası

10

9

90

8

80

1

10

 

 

 

 

 

Əczaçılığın təşkili

10

9

90

9

90

 

 

 

 

 

 

 

Əczaçılığın texnologiyası

10

9

90

9

90

 

 

 

 

 

 

 

Farmakoqnoziya

10

9

90

9

90

 

 

 

 

 

 

 

Toksikoloji kimya

10

9

90

8

80

1

10

 

 

 

 

10

Hərbi feldşer işi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Feldşer işi

46

46

100

7

15

11

24

23

50

5

10.9

 

Hərbi gigyena

46

46

100

12

26

9

19.6

19

41

6

13

 

Hərbi epidemiologiya

46

46

100

9

19.6

13

18.3

20

43.5

4

8.7

 

TXTT

46

46

100

5

10.9

13

28.3

26

56.5

2

4.3

 

Ümumi hərbi hazırlıq

46

46

100

7

15

10

21.7

25

54.3

4

8.7

 

Hərbi qanunvericilik

46

46

100

8

17.4

8

17.4

27

58.7

3

6.5

Tələbələrin imtahanlarda davamiyyəti 96,2%, müvəffəqiyyət göstəricisi 93,6%, əla qiymət alanlar 43,1%, yaxşı qiymət alanlar 34,9%, keyfiyyət göstəricisi 78,1% təşkil etmişdir. Universitet üzrə cəmi 31 tələbə (2,5%) qeyri-kafi qiymət almışdır.

2011/2012-ci tədris ilində universiteti 1089 nəfər bitirmişdir. Onlardan 41 nəfəri diplom işi (layihəsi) müdafiə etmiş, 1048 nəfəri dövlət imtahanı vermişdir. Dövlət imtahanı verən 1094 nəfər tələbədən 194 nəfəri (17.7%) əla, 579 nəfəri yaxşı (53%), 321 nəfəri kafi (29.3%) almış və 1 nəfəri (2.2%) qeyri-kafi qiymət almışdır. Universitet üzrə buraxılış qruplarında keyfiyyət göstəricisi 70.6% təşkil etmişdir.

Son beş ildə buraxılışın sayı 5784 nəfər olmuşdur. Təcrübə və işədüzəltmə şöbəsinin fəaliyyəti (2008-2012-ci illər) dövründə məzunlara olan tələbat 6469 nəfər, həmin illərdə məzunların buraxılışı isə 5768 (89.1%) nəfər olmuşdur. Həmin dövrdə işə göndərilənlərin sayı 3778 nəfər (65.4%), işlə təmin olunanların sayı 2629 nəfər (45.5%), ixtisas üzrə işləyənlər 1120 nəfər (19.4%), işə düzəlmək üçün növbədə dayananların sayı isə 1006 nəfər olmuşdur.

ATU-nun məzunları dövlət ali icraedici orqanlarda, ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, müxtəlif şirkətlərdə, banklarda, maliyyə və vergi idarələrində, aqrotexservis müəssisələrində, elektrik təchizatı idarələrində və digər xidmət sahələrində çalışırlar.

 

Universitetin özunutəhlil komissiyasının rəyi: təhsil proqramları üzrə hazırlığın məzmununa görə təhsil müəssisəsi Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

Gələcəkdə tibb təhsilinin modul sisteminə keçilməsi və bacarıqların tədrisi və qiymətləndirilməsi prosesinin bütün ixtisaslarda həyata keçirilməsi tövsiyə olunur.


5.
  Kadr təminatı

ATU-da 2012/2013-cü tədris ilində ştatda olan professor-müəllim heyəti 1435 nəfər təşkil etmişdir. Onlardan 149 elmlər doktoru, professor, 412 dosent elmlər namizədidir.

Universitetdə ştatda işləyən professor-müəllim heyətinin tərkibi aşağıdakı kimidir.

Pedaqoji heyətin ümumi sayı  1435     nəfər

Əsas müəllim heyəti   1435  nəfər

Elmlər doktoru 167 nəfər

Elmlər namizədi 809 nəfər

Elmi dərəcəsi olmayan 461 nəfər

Akademik

Professor

Dosent

Dosent

Baş müəllim

Assistent, müəllim

Dosent

Baş müəllim

Müəllim

Assistent, müəllim

5

146

16

396

76

337

-

59

46

356

Universitetdə saat hesabı ilə işləyən professor-müəllim heyətinin tərkibi aşağıdakı kimidir.

Saat hesabı ilə işləyənlərin sayı 31 nəfərdir.

Elmlər doktoru  5  nəfər

Elmlər namizədi  1 nəfər

Elmi dərəcəsi olmayan 25  nəfər

Akademik

Professor

Dosent

Dosent

Baş müəllim

Assistent, müəllim

Baş müəllim

Assistent, müəllim

2

3

-

-

-

1

-

25

 

Son beş il ərzində ATU-nun müəllimləri tərəfindən 5 elmlər doktoru və 25 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

Ştat müəllimlərinin orta yaşı 55-dir.

Ümumiyyətlə professor-müəllim heyətinin yaş tərkibi aşağıdakı kimidir:

Yaşı

Sayı (nəfərlə)

22-30

45

31-40

258

41-50

323

51-65

463

65-dən yuxarı

302


            Professor-müəllim heyətinin ixtisas üzrə və pedoqoji cəhətdən təkmilləşməsi diqqət mərkəzində saxlanılır. Son 5 ildə 229 əməkdaş xarici ölkələrdə və Azərbaycanın universitetlərində ixtisasartirma kursu keçmişlər.

Universitetimizə isə xüsusi göndərişlə müraciət edən 410 nəfər universitetin müxtəlif kafedralarında ixtisasartırma kursu keçmişlər.


Özunutəhlil komissiyasının rəyi: kadr təminatı ali tibb təhsili aparmaq üçün Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

Komissiya universitetin pedoqoji heyətinin yaş tərkibinin təhlilində orta yaşın yuxarı olduğunu qeyd edir. Yaxın dövr ərzində yaşlı nəslin mükəmməl ixtisas və pedoqoji hazırlıqlı, Avropa dillərini mükəmməl bilən, xaricdə və universitetdə hazırlanan gənc nəsillə əvəzlənməsini əsas məqsəd kimi qarşıya qoyur.  


6. Elmi - tədqiqat fəaliyyəti

Elmi-tədqiqat işlərinin planı hər il Tibb Universitetin Elmi şurasında təsdiq edilir və plana uyğun formada aparılır. Kafedralar, Elmi-Tədqiqat Mərkəzi və  laboratoriyalarda aparılan elmi-tədqiqat işləri kadr hazırlığının profilinə uyğun həyata keçirilir. Əldə edilən nəticələr tədris prosesində və klinikalarda tətbiqini tapır.

ATU-nun professor-müəllim heyəti elmi mövzuların planlaşdırılmasında Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müdafiə Nazirliyi və başqa nazirlik və müəssisə xətti ilə elmin prioritet istiqamətləri üzrə müasir tələblərə cavab verən tədqiqat işlərinə və kompleks proqramına üstünlük verir.

Tibb Universiteti "Əhalinin sağlamlığının qorunması" haqqında Azərbaycan Respublibası qanununu yerinə yetirərək təbabət və əczaçılıq sahəsində 4 elmi istiqamət, 10 problem üzrə 68 mövzu yerinə yetirir.  Bunlardan aktual problemlərə aid olan Azərbaycanda bədxassəli şişlərin yayılması, diaqnostikası və müalicəsi, ürək-damar sisteminin əsas xəstəliklərinin müalicəsi və reabilitasiyaı, qarın boşluğu üzvlərinin xəstəliklərinin patofizioloji mexanizmlərinin öyrənilməsi və cərrahi müalicəsinin təkmilləşdirilməsi, hamiləlik zamanı və hamiləlikdən kənar dövrdə qadın sağlamlığının mühafizəsi, uşaq ölümünün səbəbləri olan əsas xəstəliklərin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi, əhalinin sağlamlığının formalaşdırılmasında sosial, gigyenik və ekoloji əsasları və s. mövzular təşkil edir.

Aparılan elmi-tədqiqat işlərinin elmi istiqamətləri

1)      Azərbaycan Respublikası əhalisinin sağlamlığının və xəstəliklərinin regional xüsusiyyətləri: monitorinq, epidemiologiya, müalicə və profilaktik üsullarının təkmilləşdirilməsi

2)      Respublikada ana və uşaqların sağlamlığının monitorinqi, çox yayılmış xəstəliklərinin müalicəsi və profilaktikası üsullarının təkmilləşdirilməsi

3)      Azərbaycanda ekoloji və təbii amillərinin orqanizmə təsir mexanizminin öyrənilməsi, yeni dərman preparatlarının kompleks müalicə və reabilitasiya üsullarının işlənib hazirlanması

4)      Hüceyrə, toxuma və orqaların normada və patologiyada funksional və morfoloji xüsusiyyətləri

Bu işlərin yerinə yetirilməsində 75 kafedra, Elmi-Tədqiqat Mərkəzi və 2 Problem Elmi-Tədqiqat Laboratoriyasının 1459 (1249 professor-müzllim heyəti) əməkdaşı iştirak edir. Bunlardan 3 nəfər AMEA-nın həqiqi üzvü, 4 nəfər AMEA-nın müxbir üzvü, 161 nəfər elnlər doktoru, o cümlədən 119 nəfər professor, 854 nəfər fəlsəfə doktoru, o cümlədən 336 nəfər dosentdir. Universitetin professor-müəllim heqəti, elmi işçiləri və əməkdaşları daim dövlətin diqqət və qayğısını hiss etmiş, müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Onlardan 32 əməkdar elm xadimi, 48 əməkdar həkim, 42 əməkdar müəllim, 3 əməkdar bədən tərbiyəsi və idman xadimi, 3 fəxri bədən tərbiyəsi və idman işçisi, 1 əməkdar əczaçi, 1 əməkdar jurnalist, 2 nəfər Azərbaycan Respublikası Milli Məclisin deputatıdır.

Xarici komplekləşdirmə əsasında yerinə yetirilən işlər

Elmi yaradıcılıq müqavilələri ilə Azərbaycan Tibb Universiteti Rusiya Tibb Elmləri Akademiyasının Milli Onkoloji Mərkəzi, Elmi-Tədqiqat Farmakologiya və Pediatriya İnstitutları, Seçenov adına Moskva Tibb Akademiyası ilə və s. komplekləşdirmə əsasında elmi işlər aparır.

Daxili komplekləşdirmə əsasında yerinə yetirilən işlər

Univeristetdə nematik elmi-tədqiqat işləri üçün 5 problem üzrə daxili komplekləşdirmə əsasında perspektiv elmi istiqamətlər müəyyən edilmişdir.

- Həzm sisteminin cərrahi xəstəlikləri

- Azərbaycanda uşaq ölümünün səbəbləri və onun qarşısının alınması

- Əhalinin sağlamlığının formalaşmasının sosial, gigyenik və ekoloji əsasları

- Diş xəstəlikləri - kariyes və ağırlaşmaları. Parodont xəstəlikləri

- Təbii, sintetik bioloji fəal maddələr və metalkompleks birləşmələrinin tədqiqi, dərmanların marketinqi, alınma və standartlaşma üsullarının təkmilləşdirilməsi

Elmin inkişafının təməl şərtlərindən biri onun maliyyələşdirilməsidir. Təhsil müəssisəsinin əsas elmi-tədqiqat işlərinin maliyyə mənbəyi dövlət büdcəsidir. Maliyyə vəsaiyinin bir hissəsi qrant şəklində ölkə üçün birinci dərəcəli əhəmiyyəti olan sahələrə (prioritet) və bununla yanaşı beynəlxalq məlumat bazalarına daxil olan jurnallarda nəşr olunan məqalələrin aid olduğu sahələrə yönəldilməlidir və bu sahələr dəstəklənməlidir.

Son dövrdə elmin inkişafı istiqamətində görülən ən mühüm işlərdən biri də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasıdır. Bu qurumun əsas məqsədi elmin inkişaf strategiyasının müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə, Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsinə və ölkədə elm sahəsində dünyamiqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin tezliklə həyatda öz tətbiqini tapmasına xidmət etməkdir.

Tibb Universitetinin 7 kafedrasının 26 əməkdaşı Elmin İnkişafı Fondu 2010-2012-ci illər üçün qrant layihələri müsabiqəsinin qalibləri olmuşdur.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Elmin İnkişafı Fondu tərəfindən gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi elan olunaraq keçirilmiş müsabiqənin nəticələri 2012-ci il mart ayında elan olunmuşdur. Gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsi çərçivəsində Azərbaycan Tibb Universitetindən 3 layihə qalib gəlmişdir. Bu layihələr üzrə ATU-dan 7 gənc alim və mütəxəssis elmi tədqiqatlar aparmışlar. Qalib layihələr sırasında 1 layihə fundamental-tətbiqi xarakterli, 2 layihə maddi-texniki təminat xarakterlidir.

ATU-da aparılan elmi-tədqiqat işlərinin səmərəliliyi

2012-ci ildə elmi-tədqiqat işlərinin nəticələri 23 monoqrafiyada (2-si xaricdə), 24 dərslik, 61 dərs vəsaitində, 6 kitabça və sorğu ədəbiyyatında, 6 elmi əsərlər məcmuəsində, 319 elmi iş xaricdə, 718 respublikada, 32 metodik növsiyyədə, 1 ixtiraya Avrasiya patentində öz əksini tapmışdır. 2008-2012-ci illərdə 231 adda dərslik və dərs vəsiti, 96 adda monoqrafiyalar və kitabçalar, 794 adda xaricdə və 1796 adda respublikada nəşr olunan jurnal məqalələri, 1150 adda xarici və 2151 adda respublikada konfrans materialları, 226 adda proqramlar və metodik materiallar nəşr edilmiş, 22 ixtiraya (onlardan 17 Azərbaycan, 4 Avrasiya, 1 Ukrayna) patent alinmişdir.

Bütünlükdə nəşr sahəsində həyata keçirilmiş tədbirlər və çap edilmiş materiallarəsasən yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsinə yönəldilmişdir.

Son zamanlar elmin səviyyəsi dünyanın nüfüzlu elmi jurnallarında (beynəlxalq məlumat bazalarına daxil olan) SCİ (elmi istinad gətirmə) çap olunmuş məqalələrin, bu məqalələrə başqa müəlliflər tərəfindən istinad olunması hallarının və dünyanın aparıcı elmi mərkəzlərində çıxış etmək üçün dəvətlərin sayından çəlli olur. 2012-ci ildə univeristetin əməkdaşları tərəfindən xaricdə 119 məqalələr dərc edilmişdir. 2012-ci ilin nəticələrinə gürə 5 Azərbaycanlı alimin elmi tədqiqatlarının beynəlxalq şəbəkədə yerləşdirilməsi yüksək qiymətləndirilir. Sevindirici haldır ki, bu siyahıda ATU-nun histologiya kafedra mudirinin də adı var.

Elmi-pedoqoji kadrların hazırlanması. Ixtisaslaşdırılmış Şuraları və doktoranturanın işi haqqında

2012-ci ildə başa çatmış elmi-tədqiqat işləri üzrə 5 elmlər doktoru və 32 fəlsəfə doktoru müdafiə olunmuşdur.

2008-2012-ci illərdə ATU-nun əməkdaşları tərəfindən 34 doktorluq və 204 fələsəfə doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Hal-hazırda ATU-da 1 doktorluq və 4 fəlsəfə doktorluq dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar fəaliyyət göstərir. Doktorluq dissertasiyalar Şurası:

- "mamaliq və ginekologiya"

- "travmatologiya və ortopediya"

- "cərrahliq"

-  "urologiya" ixtisasları birləşdirilmiş İxtisaslaşdırılmış Şuradır.

Fəlsəfə doktorluq dissertasiyaları müdafiə üzrə Şuralar:

- "daxili xəstəliklər"

- "kardiologiya"

- "pediatriya"

- "allerqologiya, immunologiya"

- "insan anatomiyası"

- "patoloji fiziologiya"

- "farmakologiya"

- "bioloji kimya"

- "mikrobiologiya"

- "gigiyena"

- "epidemiologiya"

- "yoluxucu xəstəliklər"

- "otorinolarinqologiya"

- "sinir xəstəlikləri"

- "psixiatriya"

- "stomatologiya" ixtisasları birləşdirilmiş İxtisaslaşdırılmış Şuralardır.


Doktorantura və dissertantura

2012-ci ildə doktoranturaya 3 ixtisas üzrə 4 əyani doktorant qəbul olmuşdur. Tibb üzrə elmlər doktoru hazırlığı üzrə doktoranturaya 1 ixtisas üzrə 1 əyani doktorant qəbul olunmuşdur. 2012-ci ildə universitetin dissertanturasına müsabiqə 7 ixtisas üzrə 7 həkim qəbul olunmuş, onlardаn 2 nəfəri xarici ölkə vətəndaşıdır.

2008-2012-ci illərdə doktoranturada (aspirantura) 167 həkim təhsil alırlar. 

Universitetin müəllim heyəti elmi-tədqiqat işlərində iştirak edir və bu sahədə tələbələrlə birgə iş aparır. Universitetdə elmi seminarlar fəaliyyət göstərir və hər il tələbə elmi cəmiyyətinin konfransı keçirilir.

Tələbələrin elmi işləri Tələbə Elmi Cəmiyyəti vasitəsilə həyata keçirilir. Yarandığı gündən professor-müəllim heyəti tərəfindən TEC-in xətti ilə gənc kadrların hazırlanmasına xüsusi diqqət verilir, onlara ən təcrübəli müəllimlər təhkim edilir.

2011-2012-ci tədris ilində universitetdə təhsil alan 5490 tələbələrdən 1000 nəfərinə yaxın TEC-nin üzvü olmuşdur ki, bu da tələbələrin ümumi sayının 20%-ni təşkil edir.

2012-ci il may ayında Türkiyə dövlətinin Samsun şəhərinin Ondokuzmayıs Universitetindl keçirilən tibb tələbələrinin Beynəlxalq konqresində 40 tələbə iştirak etmişdir. Endoskopik Eyitim dərnəyinin təşkilatı dəstəyi ilə Uluslararası XI Beynəlxalq konqresdə 3 tələbəmiz iştirak etmiş, sertifikata layiq görülmüşdür.

Ölkəmizdə Azərbaycan Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilmiş "Müstəqilliyimiz əbədidir, daimdir, dönməzdir" adlı müsabiqəsində Tibb Universitetinin bir qrup tələbəsi elmi tədqiqat işləri ilə iştirak etmişdir.

21 dekabr 2012-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş "İlin ən yaxşı tələbə elmi tədqiqatçısı adı uğrunda" müsabiqə keçirilmişdir. Müsabiqəyə 6 elmi məqalə daxil edilmişdir. Konfransda 5 tələbə ən yaxşı tələbə elmi tədqiqatçısı adına layiq görülmüş və xüsusi mükafatlarla mükafatlandırılmışdır.

Keçirilmiş elmi-metodik və praktik konfranslar

Azərbaycan tibb elminin müasir dünya tibb elminə inteqrasiyasında universitetimizin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması və belə ölkələrdə keçirilən elmi konfarns və simpoziumlara dəvət almaları mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildə ATU-nun elmi-pedoqoji heyəti müntəzəm olaraq xarici ölkələrdə keçirilən 79 adda müxtəlif elmi konfrans, konqress və simpoziumlarda 134 nəfər (55-ə qədər məruzə edilmişdir) iştirak etmişdir.

2012-ci ildə aşağıda göstərilən beynəlxalq elmi tədbirlər simpoziumu.

1. Azərbaycan - Türkiyə Təcili Tibb Yardım simpoziumu.

2. II Bakı Beynəlxalq Humanitar Forumun "Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya" mövzusunda dəyirmi masa.

3. Allerqologiya, İmmunologiya və İmmunoreabilitasiya üzrə IV Azərbaycan Milli konqresi.

4. "Urologiya və andrologiyanın nailiyyətləri" mövzusunda Urologiya andrologiya assosiasiyalarının VI simpoziumu.

Azərbaycan tibb elmində müstəsna xidmətləri olan görkəmli alimlərin, həkim və pedoqoların yubileylərinin keçirilməsi universitetdə artiq bir ənənəyə çevrilib. Universitetin əməkdaşları aşağıda göstərilən konfrans və yubileylərinin işinin təşkilində aktiv iştirak etmişlər.

1. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, prof. Ümnisə Musabəyovanın 110 illik yubileyinə həsr edilmiş konfrans.

2. Əməkdar elm xadimi, prof. Tağı Tağızadənin xatirisinə həsr olunmuş elmi-praktik konfrans.

3. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir.

4. Professor Həsən Sultanovun 80 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans.

5. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin 80-cı Yubiley elmi konfransı.

6. "İlin ən yaxşı tələbə elmi tədqiqatçısı" adı uğrunda müsabiqə.  

2008-2012-ci illərdə aşağıda göstərilən Beynəlxalq və yubiley Elmi konfranslar keçirilmişdir:

2008-ci ildə:

1. XI Beynəlxalq Avrasiya Cərrahiyyə qastroenterologiya konqresi.

2. Allerqologiya, immunologiya və immunoreabilitasiya üzrə III Azərbaycan Milli konqresi.

3. Azərbaycan xalqının ümummilli lideri Heqdər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Xalqa, Dövlətə, Vətənə sədaqət nümunəsi" mövzusunda elmi konfrans.

4. Görkəmli ictimai xadim prof. Z.T.Quliyevanın 85 illiyinə həsr olunmuş "dəyirmi masa".

5. Ə.t.x., prof. H.M.İsazadənin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi konfrans.

6. Prof Z.A.Zeynalovanın anadan olmasının 75 illiyinə həsr olunmuş elmi konfrans.

7. Ə.e.x., prof. R.Ə.Əsgərovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi konfrans.

8. Ə.e.x., prof. A.Ə.Axundbəylinin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans.

9. Ə.e.x., prof. T.Ə.Tağızadənin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi konfrans.


2009-cu ildə:

1. Klinik mikrobiologiya, immunologiya və infeksion xəstəliklər üzrə III Avrasiya Beynəlxalq konqresi.

2. T.e.d. Ə.T.Ağayevin anadan olmasının 65 illiyinə həsr olunmuş "İctimai sağlamlıq və səhiyyə" mövzusunda elmi konfrans.

3. T.e.d., prof. İ.M.Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans.

2010-cu ildə:

1. ATU-nun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.

2. ATU-nun insan anatomiyası kafedrasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans.

3. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87 ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan səhiyyəsi, Ulu öndərin yüksək ixtisaslı tibb kadrların hazırlanmasında rolu" mövzusunda keçirilən "dəyirmi masa".

4. "Stomatologiaynın aktual priblemləri" mövzusunda XVI Beynəlxalq Stomatoloji konfrans.

2011-ci ildə:

1. XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroenterologiya konqresi.

2. Turkdilli ölkələrin "Tibbdə yeni nailiyyətlər" adlı I tibb konqresi.

3. "Androloji, uroloji və uşaq cərrahi xəstəliklərin müalicəsində təcrübəmiz" mövzusunda Azərbaycan Androloqlarının IV simpoziumu.

4. I Bakı Beynəlxalq Humanitar Forumun "Biotexnologiyalar və etikanın problemləri" mövzusunda bölmə iclası.

5. TEMPUS Proqramına qoşulan partnyor univeristetlərin Beynəlxalq konfransı.

6. Akademik Ə.Ə.Namazovanın anadan olmasının 85 illiyinə həsr olunmuş yubiley yığıncağı.

7. Respublika Dövlət mukafatı laureatı prof. T.Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans.

8. "Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88 ildönümünə həsr olunmuş beynəlxalq konfrans.

9. Görkəmli ixtisasçı alim, AMEA-nın müxbir üzvü prof. A.Ə.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş yığıncaq.

10. Ə.e.x., prof. N.C.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  konfrans.

11. Azərbaycan Respublikasının Mustəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans.

12. ATU-nun Tələbə Elmi Cəmiyyətinin 80-ci il yubileyinə həsr olunmuş yekun elmi konfrans.

Universitetin özunutəhlil komissiyasının rəyi: universitet əməkdaşlarının elmi-tədqiqat fəaliyyəti, elmi-pedoqoji kadrların hazırlığı, elmi şuraların fəaliyyəti və başqa işləri Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.


7.  Beynəlxalq əlaqələr

1996-cı ildən ATU Dünya Ali Məktəbləri Assosiasiyasınn Beynəlxalq Registrinə daxil olunub. 2002-ci ildən Avropa Universitetləri Assosiasiyasının (EUA), Qara Dəniz universitetləri Şəbəkəsinin  tam, Avropa Birliyi, Mərkəzi və Şərqi Avropa və  Şərqi Asiya ölkələri arasında ali təhsil sahəsində TEMPUS-TASİS proqramı üzrə  Trans-Avropa əməkdaşlığının, üzvüdür.

Beynəlxalq əlaqələr şöbəsi universitetin struktur bölməsi olub, 2007-ci ildə NEROA (Azərbaycan Universitetlərində Beynəlxalq Əlaqələr Şəbəkəsinin Qurulması) layihəsi çərçivəsində təşkil olunmuşdur.

Şöbənin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

  • Respublikamızda təmsil olunan xarici ölkə səfirlikləri və nümayəndəlikləri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi;
  • Xarici ölkələrin qabaqcıl universitetləri ilə elm, təhsil və mədəniyyət sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən sazişlərin, müştərək elmi layihələrin hazırlanması, onların həyata keçirilməsinə nəzarət;
  • Beynəlxalq elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkili;
  • Universitetin müxtəlif beynəlxalq lahiyələrdə iştirakının təmin edilməsi;
  • Tələbə, rezident və magistr mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi;
  • Xarici mütəxəssislərin universitetimizə dəvət olunması, müxtəlif ixtisaslar üzrə universitet əməkdaşları və tələbələr üçün mühazirələrin təşkili;
  • Universitetin xarici əlaqələr sahəsində fəaliyyətinə aid sənədləşmə işlərinin aparılması

Hal-hazırki dövrə qədər  universitetimiz  

ABŞ -nın Atlanta, Corc Vaşinqton, Şərqi Karolina, Oklahoma, Tomas Cefferson, Filadelfiya Universitetləri; 

Almaniyanın - Berlin Vivantes   Humbolt Klinikası, Berlin Alman Ürək İnstitutu, Hermann-Hesse Kolleci, Berlin, Bonn, Borstel, Şarite, Haydelberq, Zigen, Frayburq, Aaxen, Hohenhaym,   Universitetləri;

Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti

Belarusiyanın Dövlət Tibb UNiversiteti

Belçika - Kempen universiteti

Böyük Britaniyanın  - Leeds, Vestminster, Northampton Universitetləri, 

Bolqarıstanın  Sofiya Tibb universiteti, Varna Universiteti;

Çin Respublikasının Yangtze Universiteti

Fransanın - Nise Sophia- Antipolis, Brest , Montpelye, Versal  Universitetləri;

Gürcüstanın - Tbilisi Dövlət Tibb Universiteti, Tbilisi Dövlət Universiteti,  Kutaisi Dövlət Universiteti;

İtaliyanın - Genoa, La Sapienza, L'Akvilla,  Universita Cattolica del Sacro Cuore  Universitetləri;

İspaniyanın Granada ,  Mursiya Universitetləri

 Koreyanın  Xalq Təbabəti və  Ewha qadın universitetləri

Litva - Vilnus, Kaunas Universitetləri;

Macarıstanın Szeged Universiteti

Misir Ərəb Respublikası - İskəndəriyyə, Mansura, Qahirə, Ain-Şəms, Menya, Ain-Helvan Universitetləri;

Polşanın  - Tibb Akademiyası, Polşa Texniki Universiteti;

Rusiyanın - M.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Tibb Elmləri Akademiyasının akademik  N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzi,  Stavropol Tibb Akademiyası, Seçenov adina Moskva Dovlet Tibb Universiteti; Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyası, Moskva Pediatriya və Uşaq cərrahiyyəsi üzrə ETİ, Ural Dövlət Tibb universiteti, Volqoqrad Tibb universiteti;

Şimali Kiprin  Yaxın Doğu Universiteti

Səudiyyə Ərəbistanının Cassim, Taibah, Kral Xalid, Muhammad İbn Said İslam Universitetləri

Türkiyənin  Ankara, Başkent, Ege, Gazi, İstanbul, Hacettepe, Çukurova, Yeditepe, Ondokuz Mayıs, Qars Qafqaz, İnönü, Giresun, KOÇ, İzmit Kocaeli Universitetləri;

Yunanıstanın  Afina Texniki, Trace Universitetləri

Niderland Krallığının  Utrecht və  Maastrixt   universiteti,

Ukraynanın Milli Bohomolets universiteti, Donetsk və İvano-Frankovsk Milli Tibb universitetləri,  Bunkovin  Dövlət Tibb Universiteti 

Qazaxıstanın Şərqi Qazaxstan Dövlət Universiteti, Semey Tibb Universiteti  ilə əlaqələr qurulmuş, müxtəlif layihələr və sazişlər çərçivəsində əməkdaşlıq aparılır.

Universitetimiz eyni zamanda dünyanın UNESCO, İSESCO, DAAD, USAİD, European Council, British Council, Dünya Bankı,Türkiyənin Yüksək Öğrətim Kurumu kimi tanınmış beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

ATU-nun tələbləri "Tələblər Azad Sahibkarlıq Fəaliyyətində" beynəlxalq proqramı üzrə çempionatlarda müntəzəm iştirak edirlər. 2012-ci ilin aprel ayında keçirilən   VII respublika çempionatında tələbələrimiz qalib olmuş, Sentyabr ayında ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək SİE Dünya Kubokunda ölkəmizi təmsil etmişlər.

Universitetimizin tələbələri Tibb tələbələri assosiasiyasının beynəlxalq federasiyasının  (İFMSA) aktiv üzvləridir. Hər il onlarla tələbəmiz federasiyanın təşkil etdiyi mübadilə programında iştirak edərək xarici klinikalarda klinik və elmi təcrübə keçirlər.

Universitetimizin rəhbərliyi mütəmadi olaraq xarici ölkələrərin səfirləri,  yüksək rütbəli dövlət məmurları ilə görüşür. Belə ki, yalnız son bir il ərzində Niderland Krallığının, Türkiyənin, İranın,  Pakistanın, İraqın, İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri,  İsrail Missiya rəhbərinin müavini ilə görüşlər keçirilmişdir.

Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz, Kars Kafkaz Universitetinin rektoru Sami Özcan, Əhməd Sanıç, İtaliyanın La Sapienza universitetinin, Türkiyənin  Hacettepe, İnönü  Universitetinin, Almaniyanın Rostok Universitetinin rektorları ; ABŞ-ın Oklahoma Milli Qvardiyasının komandanı general-leytenant Mayls Dirinq, Türkiyə Afyon Universitetinin və Giresun Universitetinin rektorları, Donetsk Tibb Universitetinin nümayəndə heyəti, Avstriya  Tətbiqi Elmlər Universiteti nümayəndələri,  Almaniyanın Ziegen universietinin professorları , Koreya Eva Qadın Universitetinin nümayəndə heyəti; Rumıniyanın sabiq prezidenti Emil Konstantineskunun xanımı Rodika Karaçu, İsraildən Nobel mükafatı laureatı prof Ada Yonat  univeritetimizə səfər  etmişlər  və keçirilmiş əksər  görüşlərdə elm və  təhsil sahəsində gələcək  əməkdaşlığın təməli qoyulmuşdur.

Universitetimiz indiyə qədər Avropa şurasının mailiyyələşdirdiyi Tempus proqramının 5 layihəsinin iştirakçısı olmuşdur. Hazırda 3 layihə uğurla davam etdirilir. 

1. MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsi. Layihə üzrə Tbilisi, Niderland, İngiltərə, İspaniyada tibb universitetinin müəllimlərinin iştirakı ilə görüş və seminarlar keçirilmiş, aşağıdakı istiqamətlərdə müzakirələr aparılıb: Azərbaycan, Gürcustan, Ukrayna universitetlərinin inteqrasiya olunmuş kurrikulumlarının tibb proqramlara  təkmilləşdirilməsi, tədrisə və təhsilə yeni, Avropa Tibbi Təhsil Assosiasiyası və Tibbi Təhsil üzrə Dünya Federasiyası standartlarına uyğun yanaşma və yeni məzmunun gətirilməsi (məs, Geriatriya, Səhiyyənin Təşkili, təcrübəyə dayanıqlı tədris və Tədqiqat vərdişləri metodologiyasının tətbiqi), Azərbaycan, Gürcustan, Ukraynada müəllim heyətinin təlim mərkəzlərinin yaradılması.  Cari ilin fevral ayında  MUMEENA layihəsinə koordinatorluq edən Leeds Universitetinin nümyəndə heyəti: professor Anne-Marie Reid, professor Richard Fuler  , Elaine Brock    sahə monitorinqi (layihə çərçivəsində aparılmış işlərin yoxlanılması)  məqsədilə Azərbaycan Tibb Universitetinə səfər etmişlər. Səfərin ilk günü ATU-nun rektoru akademik  Əmiraslanov  nümayəndə heyətini qəbul etmişdir.  Görüşdə layihə çərçivəsində görülmüş işlər haqda məlumat verilmiş, universitetlər arasında daha geniş əməkdaşlığın istiqamətləri müzakirə olunmuşdur.

2. TEMPUS proqramı çərçivəsində hazırda iştirak etdiyimiz daha bir layihə:

DoQuP - Documentation of Quality Assurance of Study Programs (Tədris proqramlarının keyfiyyətin yoxlanması). layihə üzrə tədris proqramlarının keyfiyyətin yoxlanması şöbəsinin yaradılması nəzərdə tutulur. İndiyə qədər layihə çərçivəsində Genuya Universiteti; Bişkek Universiteti, Astana Universiteti, Bratislava Universitetində görüşlər keçirilmiş, tədris proqramlarının keyfiyyətin yoxlanmasına dair bir sıra müzakirələr aparılmışdır.

3."Development of the e-learning and distance learning courses and assessment in Biomedical Sciences in the Southern Caucasus"- Cənubi Qafqazda biologiya-tibb elmlərinin elektron təhsil üsulu ilə öyrənilməsi və inkişafı layihəsi  2010-2013 illəri ahətə edir.  

Layihə çərçivəsində iki təlim modulun istafadəsi nəzərdə tutulur:

1.Mutimedia kursları;

2. Distance learning.

ATU-nun üç müəllimi Böyük Britaniya (Vestminister Universiteti) və İtaliya (L'Aquilla University) Universitetlərində e-learning treninqlərdə iştirak etmişdir. İmmunologiya laboratoriyası üçün  avadanlıq alınmışdır.

Univerisitet 2012-ci ildə (4 may 2012-ci il Batumi şəhəri, Gürcüstan Respublikası) Qafqaz Universitetlər Birliyinə üzv qəbul olunmuşdur.

7.1. Elmi-praktik konfranslar, simpoziumlar və seminarlar:

Mütəmadi olaraq universitetimizin klinikalarında xarici mütəxəssislərin iştirakı ilə konqreslər, təlimlər, seminarlar keçirilir.

Professor-müəllim heyətinin  təbabətin müxtəlif sahələri,  xarici dillər, sübuta dayanıqlı təbabət və tibbi statistikanin əsasları üzrə bilik və təcrübələrinin  artırılması üçün universitetimizdə mütəmadi olaraq müxtəlif təlimlər, seminar və mühazirələr təşkil olunur.

Xarici dillər kafedrasında müxtəlif fənnləri ingilis dilində tədris edən müəllimlər üçün bir neçə il ərzində ardıcıl olaraq xarici dil kursları təşkil olunmuşdur. Həmçinin 2009-cu ildə ABŞ  Səfirliyi Təhsil Departamenti və Qlobal Soros Net Beynəlxalq Təşkilatının Bakı ofisinin dəstəyi ilə ABŞ-dan gəlmiş təcrübəli mütəxəssislər universitetimizin əməkdaşları üçün  təmənnasız olaraq ingilis dilindən 2 illik təlim keçmişlər.

Eyni zamanda Türkiyə Universitetlərinin mütəxəssislərinin iştirakı ilə universitetimizdə müxtəlif mövzular üzrə mühazirələr təşkil edilmişdir. Belə ki, İstanbul Universitetinin farmakologiya, ginekologiya və stomatologiya üzrə mütəxəssisləri professorlar Türkeş Sandalı, Mubit Soyman,  İstanbulda fəaliyyət göstərən Con - Hopkins Klinikasının aparıcı mütəxəssislərindən kardiocərrah Əhməd Tufan və neyrocərrah M.Hikmətoğlu  universitet əməkdaşları qarşısında elmi-təcrübi mühazirələrlə çıxış etmişlər.

2012-ci ilin yanvar  və  fevral aylarında ATU-nun Tədris-Terapevtik klinikasında müxtəlif kafedraların əməkdaşlarının iştirakı ilə  Rusiya Tibb Akademiyasının professorları   V.V.Vlasov,  M.V.Avksentyeva,  S.L.Plavinski  tərəfindən "Sübutlu Təbabət" və "Tibbi epidemiologiya və statistikanın əsasları" mövzusunda 5-6 günlük təlimlər keçirilmişdir. Tədbir ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsini həyata keçirən Abt associates təşkilatının dəstəyi ilə təşkil olunmuşdur. Seminarların sonunda iştirakçılar sertifikatlarla təltif olunmuşlar.

4 Aprel, 2012-ci il tarixində ATU-nun Tədris Terapevtik Klinikasında Universitetin Erasmus Mundus  proqramı üzrə tibb tələbələri, rezidentlər və müəllimlər üçün seminar keçirilmişdir. Tədbirdə Erasmus Mundus Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi Elgün Məmmədov, Azərbaycan Dillər Universitetinin əməkdaşı Ülkər Bayramova  təqdimat ilə çıxış etmişlər. Elgün Məmmədov  proqramın məqsədi haqda geniş məlumat  vermiş,  onun əsasən Avropada ali  təhsil sahəsində birgə əməkdaşlığın qurulması, tələbə, magistr, müəllim  mübadiləsi üzrə müştərək  layihələrin  işlənib hazırlanmasına  xidmət etməsini vurğulamışdır.

5 aprel 2012-i il tarixində  ATU-nun müxtəlif kafedra əməkdaşlarının iştirakı ilə qrant proqramları üçün təkliflərin  hazırlanması üzrə təlim keçirilmlşdir. Təlimdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun   2010-cu il üzrə I qrant müsabiqəsinin qalibləri təkliflərinin yazılması, layihə büdcəsinin tərtibatı qaydaları haqda təcrübələri  ilə bölüşmüşlər.

13-15 aprel 2012-ci il - Türk Təcili yardim (ATUDER) dərnəyi nin dəstəyi ilə ATU-nun TTK-da Təcili Tibbi Yardım üzrə konfrans keçirilmişdir.

16-19 aprel,  2012-ci il -  Oklahoma Milli Hərbi Hava Qüvvələrinin Profilaktik Tibbi Sağlamlıq Qrupunun 3 müəllimi  tərəfindən   "Səhra şəraitində sanitariya və bioloji sağlamlıq" mövzusunda Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris mərkəzində təlim keçirilmişdir.

4 may 2012-ci il tarixində  Universitetimizdə «Frankofoniya» günü keçirilmişdir.

Bir neçə ildir ki, ənənəvi olaraq Fransanın respublikamızdakı səfirliyi Belçika, İsveç və digər ölkələrlə birgə Fransız dili bayramı münasibətilə «Frankofoniya» günləri adı altında bir sıra mədəni-kütləvi silsilə tədbirlər keçirirlər.

15-16 May 2012-ci il - USAİD -in maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi layihəsinin dəstəyi ilə Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrasının əməkdaşları, tələbə və rezidentlərinin iştirakı ilə vərəmlə mübarizəyə dair  seminar keçirilmişdir.

"Biz tibbi yaxşı öyrənmək üçün nələr etməliyik" Ege Universitetinin professoru İbrahim Durak  ATU-əməkdaşları üçün təlim keçmişdir.  

12 iyun 2012-ci il

Azərbaycan Psixiatriya Assosiasiyasının dəvətilə  psixiatr Norman Sartorius ATU-nun Tədris-Terapevtik Klinikasında "Psixi sağlamlıq sahəsində stiqma (damğa) ilə mübarizə" mövzusunda mühazirə oxumuşdur.

3-7 sentyabr 2012-ci il
ATU-nun Tədris-Terapevtik klinikasında USAİD -in maliyyələşdirdiyi  Azərbaycanda Səhiyyənin Gücləndirilməsi layihəsinin dəstəyi və Vilnüs Universiteti əməkdaşlarının iştirakı ilə "Pediatriyada təxirəsalınmaz vəziyyətlər" mövzusunda təlim keçirilimişdir.

30 sentyabr 2012 ci il
ATU-da  Azərbaycan- Alman tibbi təlim kurslarının açılışı olmuşdur.

7 oktyabr 2012 ci il
Nobel mükafatı laureatı Ada Yonat ATU-də mühazirə oxumuşdur.

15-19 oktyabr 2012-ci il
"Mamaliq kliniki praktikasında  anesteziya ve intensiv terapiya" mövzusunda Vilnyus Tibb Universitetinin professorlarının  iştirakı ilə təlim keçirilmişdir.

1-6 Noyabr, 2012.  Koreyanin Eva Qadın universitetinin professor-müəllimlərindən ibarət nümayəndə heyəti bakıda səfərdə olmuş, tibb təhsili istiqamətində əməkdaşlıq çərçivəsində mühazirə və seminarlarda iştirak etmiş, azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmışlar.

Noyabr 2012-ci il
Amerikalı alim, professor Kurt Oster, Almaniya  Hannover universitetinin professoru M.Voqt  ATU-nun əməkdaşları və tələbələri üçün  mühazirə oxumuşlar.

Hacettepe Universitetinin təşkilatmılığı ilə  " Uroloji cərrahiyədə patoloji amillər " mövzusunda simpozium keçirilmişdir.

7.2. Xaricdə seminarlar, konfranslar, simpoziumlar
Universitetimizin əməkdaşları müntəzəm olaraq müxtəlif  xarici ölkələrdə keçirilən elmi konfranslar, simpozium, seminarda iştirak edir, qabaqcıl klinikalarda təcrübə keçirlər. Əməkdaşlarımız ABŞ, Kanada və Avropa ölkələrinin Cənubi Qafqaz üzrə keçirdikləri beynəlxalq tədbir və proqramlarında fəal iştirak edirlər.

 2010-cu ildə universitetimizin əməkdaşları Gürcüstanın Bakuriani regionunda keçirilən "Cənubi Qafqazda Sağlamlıq siyasəti" ,  25-28 martda Tbilisidə "Cənubi Qafqaz regionunda səhiyyənin inkişaf perspektivləri" adlı VI-cı Beynəlxalq konfransda iştirak etmişlər. 2012-ci il 10-12 sentyabr tarixində Tbilisi şəhərində  "Cənubi Qafqaz ölkələrində tibb təhsili" mövzusunda Amerika Avstriya Fondunun Saltsburq seminarları keçirilmişdir. Universitetimizin müəllimlərindən ibarət nümayəndə heyəti tədbirin iştirakçısı olmuş, prezentasiya ilə çııxış etmişlər. 

7.3.Tələblərlə iş

Tələbələrimiz hər il müxtəlif  Beynəlxalq proqramlarda fəal iştirak edərək xarici dövlətlərin universitetlərində təqaüdlə təhsil almaq hüququ qazanırlar. Hazırda azərbaycanlı tələbələr Türkiyə, ABŞ, Almaniya, Fransa, Yaponiya və s. ölkələrdə müxtəlif dillərldə ixtisasları  üzrə təhsil alır və ya təhsilini davam etdirirlər.  Belə ki,  son 5 ildə Türkiyənin İstanbul, Ankara, Qazi, Ondokkuz Mayıs universitetlərinə 105 tələbəmiz, o cümlədən 2009-cu ildə 51 nəfər, 2010-cu ildə 9 nəfər, 2011-ci ildə 23 nəfər, 2012-ci ildə 22 nəfər tibb, stomatologiya, əczaçılıq fakültələrində təhsillərini davam etdirmək üçün   göndərilmişlər.

2012-ci ildən Beynəlxalq əlaqələr şöbəsində xarici dilləri bilən fəal tələbələrdən ibarət dərnək təşkil olunmuşdur. Tələbələrimiz müxtəlif  beynəlxalq tədbirlərdə fəal iştirak edir, xarici universitetlərdə təhsil alan yaşıdalrı ilə əlaqə yaradır,  mütəmadi olaraq informasiya və təcrübə  mübadiləsi aparırlar.

Azərbaycan Tibb Universitetinin tələbələri 16-18 Mart tarixində Gürcüstanın Bakuriani şəhərində təşkil olunmuş "Birinci Beynəlxalq Qış Seminar-məktəbi"nin "İctimai sağlamlıq" mövzusunda seminarında iştirak etmiş, diplom və kubokla təltif olunmuşlar.

2012-ci ilin fevral ayında ABŞ-ın Oklahoma Universitetini tələbəsi Azərbaycan Tibb Universitetində 1 aylıq rotasiya keçmişlər həmin ilin iyul ayında  İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tələbələri yay istehsalat təcrübələrini ATU-nun klinikalarında keçmişlər .

Son illərdə xarici ölkələrdə yay istehsalat təcrübəsində iştirak edən tələbələrimizin sayı  get-gedə  artır və  istehsalat  təcrübəsinin  coğrafiyası genişlənir.  2008-09 tədris ilində  117  tələbəmiz Türkiyə, Norveç, Fransa, Avstriya, İslandiya, Çexiya, İtaliyada, 2009-10 tədris ilində  60 nəfər Türkiyə, Almaniya, İtaliyada ; 2010-11-ci ildə  171 nəfər Türkiyə, Almaniya, İslandiya, Latviya, Macaristan, Rumıniya, Slovakiya, İtaliya, Amerikada; 2011-2012 tədris ilində 243 nəfər Türkiyə, Rusiya, Almaniya, Amerika, Polşa, İslandiya, Latviya, Macaristan, Sloveniya, İsrail, İspaniya, Malta, Serbiya, Çexiya, İtaliya, Avstriyada təcrübə keçmişlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə sektorunun islahatlar lahiyəsi çərçivəsində Azərbaycanda baza tibb təşkilinin mövcud vəziyyətinin araşdırılması, gələcək inkişaf üçün təklif və məsləhətlər üçün İngiltərə London Univeristetindən professor Susan Dilli və professor Parveen Kumar, Azərbaycanda diplomdansopnrakı tibbi təhsil üzrə təklif və məsləhətlər üçün isə professor Devid Qordon 2010-cü ildə universitetdə bir ilə yaxın vaxtaşırı iş aparmışlar.

Azərbaycanda baza tibb təhsili və diplomdamsonrakı təhsil üzrə müasir vəziyyət qiymətləndirilmiş, gələcək üçün coxqiymətli təklif və tövsiyyələrini vermiş, 10 dekabr 2012-ci il tarixdə iki universitet arasinda video konfrans keçirilmişdir.   

Universitetin əczaçılıq fakultəsinin II kurs magistrı Qarayev Elnur Eldar oölu Fransanın Marsel Araliq Dənizi Universitetinin əczaçılıq fakultəsini farmakoqnoziya və homoepatiya laboratoriyasına təhsilini davam etdirmək, həmçının magistr dissertasiya işinin müəyyən franqmentlərini tamamlamaq məqsədilə elmi ezamiyyətə göndərilmişdir.

Özunutəhlil komissiyasının rəyi: universitetdə beynəlxalq əlaqələrin yaradılması, beynəlxalq proqramlarda iştirakı, xarici ölkə vətəndaşlarının universitetdə təhsilinin təşkili, tələbələrimizin xarici ölkə universitetlərində tədrisinin təşkili, xarici ölkədə konfrans və konqreslərdə iştirak yüksək qiymətləndirilir və Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

Tövsiyə: gənc alimlərin dünyanın aparıcı jurnallarında məqalələrin nəşrini artirmaq məqsədilə tədbirlər planının işlənilib həyata keçirilməsi.


8. Maddi - texniki baza

Azərbaycan Tibb Universiteti inzibati binaya, 5 tədris binasına, 3 klinikaya, elmi-tədqiqat mərkəzinə, elmi kitabxanaya, 500 yerlik akt zalına, 240 yerlik kompyüter imtahan mərkəzinə, 80 yerlik müasir internet zalına, 6 yataqxanaya, idman kompleksi və üzgüçülük hovuzuna, Nabran istirahət düşərgəsinə, nəşriyyata, mətbəəyə, "Təbib" qəzetinə, "Sağlamliq", "Azərbaycan əczaçılıq və farmokoterapiya", "Azərbaycan psixiatriya" jurnallarına, tələbə poliklinikasına, mərkəzi qazanxana şəbəkəsinə, qaraja, tələbə yeməkxanalarına və bufetlərə malikdir. Universitetin bütün tədris binalarındakı kafedralar sürətli internetlə təmin olunmuşdur. Bundan başqa tədris bazası kimi Səhiyyə Nazirliyinin müalicə profilaktika müəssisələri, aparıcı sahələr üzrə Elmi-Tədqiqat İnstitutları, Gigiyena Epidemiologiya Mərkəzləri, Diaqnostika və Müalicə Mərkəzləri, Müdafiə Nazirliyinin hərbi hospitallarından da istifadə olunur. Universitetin klinik kafedraları universitet klinikalarinda və yuxarida qeyd olunan tibb müəssisələrində yerləşir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli Sərəncamının tələblərinə uyğun və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının dəstəyi ilə 2010-cu ildə dünyanın aparıcı klinikaları ilə rəqabət ede biləcək 400 çarpayılıq tədris-terapevtik klinikası istifadəyə verilmiş, 500 çarpayılıq cərrahi tədris korpusunun istifadəsi isə 2013-cü ilin sentyabr ayına planlaşdırılır.

Yuxarida qeyd olunan Sərəncama müvafiq olaraq bütün tədris binaları əsaslı təmirdən çıxmış, yeni laboratoriya ləvazimatları və auditoriya avadanlıqları ilə təmin olunmuş, bütün dərs otaqlarınra multi-media sistemi qurulmuş, kafedralar 1400-dən çox kompyüterlə təmin olunmuşdur.

 Universitetin ümumi sahəsi 170934,5m2-dir. Bunun da 151814,4m2   faydalı sahədir. Tədris prosesini təmin edən bina və sahələrin ümumi həcmi 141586,1m2,  kitabxana xidməti üçün ayrılan sahə 2628m2 ,  tibbi xidmət üçün - 269.8m2,  iaşə xidməti üçün - 392.7m2 təşkil edir.

Tədris prosesinin normal gedişini təmin etmək üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) vasi­­tə­lərindən səmərəli istifadə edilir, auditoriya və laboratoriyaları kompüter texnikası ilə təmin olunur.

Universitetdə ixtisas fənlərinin tədrisini müasir tələblər səviyyəsinə yüksəltmək, tədris prosesinin yeni formalarının tətbiqini təmin etmək, İKT vasitələri və kompüter otaqlarının daha müasir texniki avadanlıqlarla təmin edilməsi həyata keçirilir.

Universitetdə müasir tipli kompüterlə təchiz olunmuş  37 kompüter sinfi təşkil olunmuşdur. Bundan başqa universitetdə  kifayət qədər nəşr avadanlıqları olan mətbəə fəaliyyət göstərir.

Tədris prosesinin ümumi proqram təminatına aşağıda göstərilən proqramlar daxildir: MS DOS; Windows XP; Windows 7; Microsoft Office paketi; Turbo Pascal; AutoCad və s.

Müasir multimedia vasitələrinin tətbiqi nəticəsində tədrisdə öz effektivliyi ilə ənənəvi vasitələrdən daha çox effektli olan elektron dərsliklərdən, elektron mühazirələrdən geniş istifadə olunur. Həmin dərslər kompüter və proyektor vasitəsi ilə aparılır. Həmçinin son illərdə ABŞ-ın Oklahoma və Boston Universitetliləri ilə  ATU-nun tələbə-müəllim heyəti arasında çoxlu sayda telekörpü və onlayn mühazirələr təşkil olunub.

Gün ərzində fasiləsiz işləyən internet xətti tələbələrə və müəllim heyətinə dünya informasiya məkanında olan məlumatların alınmasını və operativ informasiya mübadiləsini təmin edir.

Universitetdə informasiya təminatının səmərəliliyini artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmışdır. Həmçinin universitetin www.atu.edu.az adlı saytı fəaliyyət göstərir. 2009-cu ildə universitetdə elektron kitabxana yaradılıb. ATU-nun Elektron kitabxanasına http://amulib@mail.ru ünvanından daxil olmaq olar.

Universitetdə informasiya təminatının səmərəliliyin artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmışdır. Həmçinin universitetin Web səhifəsi hazırlanmış,                  

qeydiyyatdan keçirilmiş, müasir tələblərə cavab verən elektron kitabxananın yaradılmışdır.

   Univeristetdə insan anatomiyası kafedrasının nəzdində 1930/1931-ci dərs ilində anatomiya muzeyi yaradılmışdır. Ilk illər bir otaqda fəaliyyət göstərən muzey hal-hazırda 550 kv.m. sahəsi olan 6 böyük eksponat zalından ibarətdir. Muzeydə 4000-dən cox nadir eksponat toplanmışdır. MDB məkanında fəaliyyət göstərən muzeylər içərisində ən böyük ərazi və eksponat sayına malikdir. Son 5 ildə muzeydə xarici ölkələrdən 30-dan cox nümayəndə heyəti olmuş, eksponatlarla yaxından tanış olmuşlar və rəy kitabına öz müsbət təəssuratları haqqında qeyd aparmışlar.

   Muzey tədris prosesində, elmi-tədqiqat işində, nəinli univeristetin professor-müəllim heyəti və tələbələrinə yaxindan kömək edir, hətta rəssamliq akademiyasının, tibb kolleclərinin, tam orta məktəblərin yuxarı sinif şagirdləri də tez-tez muzeydə olurlar və materiallardan istifadə edirlər.  


   Azərbaycan Tibb Univeristetinin stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında yaradılmışdır. Bu klinikanın yaranması stomatologiya fakultəsinin açılma tarixi - 1954-cü ildən bu günə qədər ən önəmli və yadda qalan hadisələrdən biri olmaqla, Azərbaycan Tibb Univeristetinin açılmış klinikalarının ilkidir. Stomatologiya fakultəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Stomatoloji klinikada terapevtik, cərrahi, ortopedik, uşaq stomatologiyası kafedraları və müalicə, pediatriya tibbi-profilaktika fakultələrinin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. Univeristetin stomatoloji klinikasının əsas fəaliyyət istiqaməti yüksək ixtisaslı həkim-dtomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidməti təmin etməkdən ibarətdir.

   Bu məqsədlə 4 mərtəbəli ərzisi 5040 kn.m. tədris-klinik bina xaricdən və daxildən əsaslı təmir olunmuş, Yaponiya, Almaniya, Turkiyə, Slovakiya, Braziliya, Koreya və s. istehsalı olan avadanliqlar və yeni stomatoloji qurğularla təchiz olunmuşdur.

   Yeni tədris otaqları açılmış, köhnələri müasir stomatoloji klinikanın tələblərinə uyğun əsaslı təmir olunmuşdur.

   Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsulları ilə əvəz olunmuşdur.

   Ümumiyyətlə, stomatologiya kafedralarında və klinikada 194 professor-müəllim heyəti çalışır, onlardan 11 nəfəri tibb elmləri doktoru, professor, 26 nəfəri dosent, 75 tibb elmləri namizədi çalışır. Bu gün klinikada stomatologiya fakultəsinin 836 tələbəsi təhsil alır, 17 həkim-rezident rezidentura kursu keçir, 7 xarici həkim-stomatoloq ixtisasartirma kursunu keçirlər, II, III, IV kursların tələbələri istehsalat təcrübəsi keçirlər.  

   Azərbaycan Tibb Univeristetinin onkoloji klinikası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2006-cı il tarixli 250 nömrəlı qərarı ilə yaradılmışdır. Klinika 18 iyun 2007-ci ildən fəaliyyət göstərir. Onkoloji klinika 100 çarpayılıq olmaqla, 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, amaliyyat-anestezioloji şöbədən və treninq mərkəzindən təşkil olunmuşdur. Klinikada müalicə işi, pediatriya və stomatologiya ixtisasları üzrə tələbələrin və müvafiq rezidentura ixtisasları üzrə hazırlıq aparılır. Buradan onkologiya kafedrası bütövlükdə, biokimya, daxili xəstəliklər, şüa diaqnostikası və histologiya kafedrası tədris bazası kimi istifadə edir. Kilnikada 1 akademik, 5 professor, 7 dosent, 30 nəfərdən cox yüksəkixtisaslı mütəxəssis ölkə əhalisinə müasir onkoloji yardım göstərməklə tədris fəaliyyəti ilə məşğul olur. İl ərzində klinikada 25000-dən cox ambulator, 9000 stasionar müyinə və müalicə alırlar.     

    Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, respublikada analoqu olmayan tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən, unikal bir universitet klinikasıdır.2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə klinikanın təməlqoyma mərasimi keçirilmiş,2010-cu il oktyabrın 1-də isə rəsmi açılışı olmuşdur.

   Klinikanın 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya  şöbəsində  terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun  diaqnostikası, müalicəsi, reablitasiyası aparılır. Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir angioqrafiya, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, fibroqastroskopiya, fibrobronxoskopiya, kolonoskopiya, rektomonoskopiya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya, hemosorbsiya, plazmafarez , hemodializ, qaraciyərin və  böyrəklərin birbaşa punksion biopsiya  aparatları, eləcə də, klinik biokimyəvi, mikrobioloji (bakterioloji, mikoloji, virusoloji, parazitoloji), immunoloji, allerqoloji, hematoloji tədqiqatları, həmçinin genetik müayinələri (polimerazalı zəncirvari reaksiya, elektroforez, sekvenləşdirmə və s.)  aparmaq üçün laborator avadanlıqlar quraşdırılmışdır. Reanimasiya və İntensiv terapiya şöbəsi ən müasir avadanlıqlar, o cümlədən süni tənəffüs aparatları,   defibrilyatorlarla təchiz olunmuşdur.

Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli, 400 çarpayılıq stasionar şöbələrə, Konsultativ Diaqnostik Poliklinikaya malik bu çoxprofilli klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir.

Klinikada stasionar müalicə alan xəstələrdən başqa, gündə 300-350 xəstəyə (ayda 7500-8000 xəstə) ambulator, konsultativ-diaqnostik və müalicəvi yardım göstərilməsinə şərait yaradılmışdır. Klinikanın konsultativ-diaqnostik poliklinika şöbəsinin rahat müayinə otaqlarında gündə vətəndaşlar bütün  daxili xəstəliklər, uşaq xəstəlikləri, nevrologiya, endokrinologiya, nefrologiya, kardiologiya, allerqologiya  və  digər istiqamətlərdə hərtərəfli müayinə oluna bilirlər.

Tədris Terapevtik Klinikada  21 tibb elmləri doktoru,106  tibb üzrə fəlsəfə doktoru, o cümlədən 18  professor, 42 dosent,10 əməkdar elm xadimi, 11 əməkdar həkim, bütövlükdə  200-dən çox yüksək ixtisaslı həkim xəstələrin müalicəsi və müayinəsi ilə məşğul olur.

Klinikada müalicə işi ilə yanaşı tədris prosesi də təşkil olunmuş, 16 klinik kafedra yerləşdirilmişdir.Eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, (gün ərzində 640 х 3=1920 tələbə),  bir gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 100-ə qədər dərs otağında universitetin III-VI kurs tələbələrinə terapiya, pediatriya, nevrologiya, ailə təbabəti, klinik farmakologiya, fizioterapiya, şüa diaqnostikası,anesteziologiya və reanimasiya fənləri tədris olunur.Beləliklə, bir gün ərzində klinikada 3000-3500 tələbə dərs keçir. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir.

Müasir maddi-texniki bazaya malik Kinika tamamilə kompyuterləşdirilmişdir. 250 kompyuteri, HİS,LİS və PAKS sistemlərini özündə birləşdirən kompyuter şəbəkəsi bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləmə və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir.   

Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Tədris prosesinin əyaniliyni artırmaq məqsədilə 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik, Amerikadan gətirilmiş robot simulyatorlar quraşdırılaraq Tibbi treninq mərkəzi yaradılmışdır.

Havalandırma, isitmə, soyutma sistemləri tam avtomatlaşdırılmış, təhlükəsizliyə nəzarət etmək üçün müşahidə kameraları quraşdırılmışdır.

Universitetin özunutəhlil komissiyasının rəyi: universitetin maddi-texniki bazası ilə təminatı yüksək qiymətləndirilir və Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

Qısa müddət ərzində tədris-cərrahiyyə korpusunun istifadəyə verilməsi, həmin binada bacarıqların tədrisi laboratoriyalarının yaradılması və 2 saylı yataqxananın təmirinin tezliklə başa çatdırılıb istifadəyə verilməsi üçün görülən işlər təqdirəlayiq hesab olunur.


9. Tərbiyə işlərinin təşkili

Universitetin qlobal perspektiv iş planının tərkib hissəsi kimi ATU-nun professor müəllim heyətinin və tələbə ictimaiyyətinin həyat və fəaliyyətinin bütün sahələrini özündə əks etdirən iş planı işlənib hazırlanmışdır.

Universitetdə aparılan tədris prosesinin əsas istiqamətlərindən biri olan təlim-tərbiyə və gənclərin vətənpərvərlik, dövlətçilik, xüsusilə də milli-mənəvi dəyərlər zəminində gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə işi təşkil edir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Universitet əməkdaşları və tələbələr arasında tərbiyə işlərinin, respublikada mövcud siyasi-iqtisadi durum, ərazi bütövlüyününü toxunulmazlığı, dini və milli ənənələrə hörmət, tələbələrin beynəlmiləlçilik ruhunda tərbiyə edilməsi zəminində daima mütəşəkkil şəkildə aparılmışdır.

Professor-müəllim heyətinin, tələbələrin, respublikanın dövlət, elm, mədəniyyət, incəsənət xadimləri, yazıçı və şairləri, əmək və müharibə veteranları ilə görüşlərinin ədəbi-bədii gecələrin keçirilməsi müntəzəm olaraq təşkil edilmişdir.

Tələbələrlə rektorluğun və ictimai təşkilatların, müvafiq dekanlıqların professor-müəllim heyətinin görüşlərinin keçirilməsi və bu görüşlərdə universitetin tarixi, strukturu, tədris və təlim-tərbiyə işlərinin təşkili, daxili intizam qaydaları barədə söhbətlər aparılmışdır.

Universitetdə vətəndaşları təhsil alan ölkələrin səfirlikləri və nümayəndələri ilə daimi əlaqələr yaradılmış və onlarla tələbələrin görüşlərində beynəlxalq birgə yaşayış qaydaları müzakirə edilmişdir.

Tələbə gəncləri Milli ruhda tərbiyə etmək məqsədilə milli dəyərlərimizin, adət və ənənələrimizin geniş tətbiqi mütəmadi olaraq təşkil edilmişdir.

Tələbələrlə və əməkdaşlar arasında hüquq pozuntusuna, cinayətkarlığa, rüşvətxorluğa, narkomaniyaya, siqaret çəkməyə qarşı mütəmadi olaraq ciddi mübarizə aparılmışdır.

Azərbaycan Respublikasının müstəqil gələcəyini təmin etmək məqsədilə tələbələr arasında vətənpərvərlik, torpağa bağlılıq, hərbi bilikləri dərindən öyrənmək kimi hisslərin təbliğinə xüsusi diqqət yetirilmişdir.

Universitetdə aparılan tərbiyə işlərinin əsas tərkib hissəsindən biri kimi müntəzəm olaraq Universitet rəhbərliyi və ictimai təşkilatlarla birgə «Milli dirçəliş günü», «Qayıdış», «20 yanvar faciəsi», «8 mart», «Novruz bayramı», «Dünya Azərbaycanlılarının həmrəyliyi günü» və «Konstitusiya günü», «Azərbaycan Türkiyə dostluq günü», «Qurban və Ramazan bayramlar», «2 Fevral Gənclər günü», «Respublika günü» eləcə də Universitetdə təhsil alan xarici ölkə vətəndaşlarının milli bayramları tələbələr və əməkdaşları tərəfindən qeyd edilmişdir.

Hər il sentyabrın 15-də birinci dərslər «Bilik gününə» həsr olunur və burada Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirələr təşkil edilir.

Artıq 3 ildir ki, ardıcıl Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Qazı Universiteti arasında «Xocalı Soyqırımı»barədə Türkiyənin TRT və Azərbaycan İctimai TV-nin köməkliyi ilə canlı bağlantılı «Tele-körpü» keçirilir.

2011-ci ildə Azərbaycan «Xocalı Soyqırımının Tanıtma» İctimai Birliyi tərəfindən ATU-nun rektoru akademik Əhliman Əmiraslanov «Milli mənəvi dəyərlərimizin qorunmasında, cəng nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna xidmətlərinə» və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinə lazımı dəstək göstərdiyinə görə həmin birliyin şəhid Şöhrət Həsənov adına diplom ilə təltif olunmuşudr.

Müntəzəm olaraq Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli faciələri zamanı Şəhid olanların xatirəsi əziz tutulur, tələbələrə vətənpərvərlik və qəhramanlıq ruhu aşılamaq məqsədilə tədbirlər keçirilir.

Azərbaycan Tibb Universitetinin tarixində 2010-2011-ci il tədris ili Universitetin professor-müəllim və tələbə kollektivinin xatirəsində ən fərəhli, ən sevindirici və əlamətdar hadisələrlə dolu tədris ili kimi qalmışdır. Universitetin yaranmasının 80 illik yubileyi ərəfəsində cəmi 3 il əvvəl prezident İlham Əliyein sərəncamı ilə tikintisinə başlanan Tədris-Terapevtik Klinikasının binasının tikintisi tam başa çatdırılmış, ən müasir avadanlıqlarla təchiz olunmuş və təntənəli surətdə istifadəyə verilmə mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva bu mərasimdə iştirak elmişlər.

Eyni zamanda həmin ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə universitetimizin 85 nəfər əməkdaşı ölkəmizin orden və medallarına,  fəxri adlara və Prezident təqaüdünə layiq görülmüşlər.

Respublikamızda müntəzəm olaraq keçirilən «Təhsil və karyera» sərgisində Universitetimiz daim özünəməxsus Pavilyon təşkil etməklə iştirak edir və maraqlı eksponatlarla çıxış edir.

 Universitetimizdə Tələbə Elmi Cəmiyyətinin elmi konfransının keçirilməsi artıq 10 illərlə ənənə şəklini almışdır. Bunun məntiqi nəticədir ki, 2011-ci ilin may ayında Türkiyənin Samsun şəhərində 19 Mayıs Universitetlərdə keçirilən Tibb tələbələrinin Beynəlxadq Konqresində 41 nəfərdən ibarət böyük bir tələbə heyətimiz iştirak etmiş, onlar diplomlarla təltif olunmuşdur.

Universitetimizin zəngin maddi-texniki bazasıünın mövcudluğunun, müasir idman kompleksinin fəaliyyətinin göstəricisidir ki, 2011-ci ildə Universitetimizin tələbə idmançıları Ali məktəb tələbələrinin «X Respublika Universiadası» idmanının 10 növü üzrə 20 il dalbadal qalib çıxmış və kuboklarla təltif olunmuşlar.

Azərbaycan Tibb Universitetində rektorun xüsusi əmrinə əsasən hər il tələbə qrupları üzrə Tyutorlar təyin olunur. Onlar tələbələrlə sıx əlaqədə işləyərək tədris və təlim-tərbiyə prosesində müvəffəqiyyətlə çalışaraq «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası qanununun təhsil sahəsində icrasını təmin etmək məqsədilə tələbələrin qanunvericiliyə, vətənə, xalqa milli adət-ənənələrimizə, ümumbəşəri dəyərlərə, insan hüquqlarına hörmət ruhunda tərbiyə edilməsi naminə müntəzəm olaraq görüşlər, disputlar keçirilir.

1933-cü ildən nəşr olunmağa başlayan və universitet həyatını müntəzəm olaraq işıqlandıran «Təbib» qəzeti bu gün də müvəffəqiyyətlə dərc olunur.

Universitetin nəzdində 10 illiklərlə fəaliyyət göstərən və respublikamızda və ondan kənarda özünə məxsus ad qazanan «Çinar» rəqs ansamblı öz işini müvəffəqiyyətlə davam etdirir, hər il yeni-yeni tələbə dəstəsini özünə cəlb edir.

Tələbə gənclərdən ibarət «Şən və hazırcavablar komandası ESKULAP» müvəffəqiyyətlə fəaliyyət göstərir.

Universitetin tələbə yataqxanalarında yaşayan tələbələrin məişət qayğılarını daha dərindən öyrənmək məqsədilə Universitet rəhbərliyi, dekanlar, dekan müavinləri, ictimai təşkilatların nümayəndələri və  professor-müəllim heyətindən ibarət daimi cədvəl əsasında fəaliyyət göstərən təşviqat qrupları yataqxanalarda vaxiaşırı görüşlər keçirir, söhbətlər aparırlar, müvafiq problemlərin yerində həll olunmasına səy göstərirlər.

ATU-da «Fövqəladə hallarda özünü necə aparmalı» mövzusunda təcrübi təlim keçirilmiş və bu  zaman tələbələrə nəzəri biliklərlə bərabər fövqəladə hallar zamanı istifadə olunan texniki avadanlıq və onların istifadə qaydaları barədə məlumatlar verilmişdir.

Universitetimizdə mütəmadi olaraq tələbələrin əl işlərinin rəsm sərgisi keçirilir. «İstedad sorağında» başlığı altında 16 tələbənin 160 əsəri sərgiyə qoyulmuşdur. Sərgi 2 gün davam etmişdir. Əsərləri ilə seçilən 3 tələbəmizə  pul mükafatı təqdim edilmişdir.

YAP Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblər arasında yaradıcı tələbələrin sərgisində tələbələrimizin rəsm əsərləri və əl işləri birinci yerə layiq görülmüşdür.

Hər il universitet daxilində fakultələr arası futbol yarışları keçirilmişdir. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün intellektual yarışların («Kim, Harda, Nə zaman» və «Debat Klub») təşkil edilmişdir. Tələbələr arasında narkomaniya, alkoqolizm, siqaret çəkmə və digər neqatif meyllərə qarşı profilaktik tədbirlər məqsədi ilə «Ağ ölüm» adlı Narkomaniyaya yox deyək devizi altında keçirilən tədbir, «Siqaretsiz həyat» adlı maarifləndirici tədbir keçirilmişdir.

Universitetin THİK-si «5 günlük rezident ol» adı altında layihə həyata keçirilmişdir. Layihədə 50 tələbə 16 kafedrada, bilik və bacarığını artırmaq məqsədi ilə təcrübə keçmişdir.

Hər il yay tətilində tədrisdə fərqlənən tələbələrimizi ATU-nun Nabranda yerləşən «Təbib» istirahət mərkəzinə getmələrini təşkil edilir.

Mütəmadi olaraq uşaq evlərinə tələbələrlə birlikdə kollektiv səfərlər təşkil edilir, mənəvi yardım məqsədilə onların qarşısında konsert proqramları ilə çıxışlar təşkil edilir. 

Universitetin özunutəhlil komissiyasının rəyi: universitetdə aparılan təlim-tərbiyə işləri, gənclərin vətənpərvərlik, dövlətçilik, müstəqillik, milli mənəvi dəyərlərin aşılanması istiqamətində aparılan işlər Dövlət Təhsil  Standartlarının tələblərinə uyğundur. 


10. Sosial-məişət şəraiti

10.1. İstirahətin səmərəli təşkili

Azərbaycan Tibb Universitetində tələbə-gənclərin hərtərəfli forma­laş­­dırılması, mədəni həyatın yaxşılaşdırılmasında fəal iştirakın təmini, professor-müəllim heyəti və tələbələrin istirahətlərinin səmərəli təşkili məqsədyönlü şəkildə həyata keçirilir.

Son illər Respublikamızda təhsilə olan dövlət qayğısının nəticəsində universitetin bütün korpusları, o cümlədən yataqxanalar əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilmişdir. Bunun nəticəsi olaraq 1022 nəfər tələbə hal-hazırda yataqxanada yaşayir. Yataqxanada tələbələrin istirahətini təşkil etmək məqsədilə, istirahət otağı, oxu zalı və yeməkxana fəaliyyət göstərir. Tələbələrin asudə vaxtını təşkil etmək üçün "Çinar" rəqs ansamblı və "Şəfa" xalq çalğı alətlər ansamblı fəaliyyət göstərir. O cümlədən müəllim və tələbə heyəti universitetin idman zalından səmərəli istifadə edirlər. Burada idmanın 17 növü üzrə məşqlər aparılır. 

Azərbaycan Tibb Univeristetində işləyən əməkdaşların müalicə məqsədilə həmkarlar komitəsi tərəfindən 27 əməkdaşa sanatoriya və kurortlara yollayışlar verilmişdir. Əməkdaşların yay istirahətini təşkil etmək üçün hər il 700 nəfər müəllım və tələbə heyəti Nabranda yerləşən "Təbib" istirahət düşərgəsinə yol vərəqələri verilir.  

Universitetin Həmkarlar İttifaqı Komitəsinin daxili imkanları hesabına 2012-ci tədris  ilində 600 nəfərdən artıq əməkdaşa maddi yardım edilmiş və universitetin ictimai həyatında fəal iştirak edən 100 əməkdaşa pul mükafatları verilmişdir. 


10.2.Tibbi xidmət

ATU-nun professor-müəllim heyətinə və tələbə heətinin tibbi xidməti digər ali məktəblərin tibbi xidmətindən təmami olaraq fərqlənir. Çünki universitetdə tələbə poliklinikası, tədris-terapevtik klinika, stomatoloji klinika və onkoloji klinika fəaliyyət göstərir. Professor-müəllim və tələbə heyətinin istənilən vaxt müayinədən keçirilməsi üçün hüç bir problem yoxdur.

 

10.3.İctimai iaşə xidməti

Universitetdə professor-müəllim heyətinin və tələbə kontingentinin iaşə xidmətinə ciddi fikir verilir. Universitetin bütün tədris korpuslarında o cümlədən yataqxanalarda yemakxana və bufet xidməti təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, həmin yeməkxanalarda ərzaqların qiymətinə daim nəzarət edilir.

Universitetin tədris korpuslarının həyətində yaşıllıq və istirahət üçün bütün şərait yaradılaraq tələbələrin istifadəsinə verilmişdir. 

Özunutəhlil komissiyasının rəyinə görə universitetdə sosial məişət səraiti Dövlət Təhsil Standartlarının tələblərinə əsasən uyğundur.

Lakin məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların yaxin vaxtda boşaldılması üçün müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələ qaldirilması və binanın təmir olunaraq ehtiyacı olan tələbələrin istifadəsinə verilməsi tövsiyə olunur. 



11. ATU-nun maliyyə təminatı

Azərbaycan Tibb Univеrсitеtinin 2008-2012-ci illər üzrə dövlət büdcəsində xərclər smetası (təhsil bölməsi üzrə, manat)
                                                              

Mаddə

Xərc maddələrinin adı

2008

2009

2010

Büdcə

Dövlət sifarişi

2011

Büdcə

Dövlət sifarişi

2012

Büdcə

Dövlət sifarişi

211100

Ştatda olan işçilərin əmək haqqı

5526161,20

8555542,78

8817191,98

121007,59

8322777

600000

6842815,13

1750422,27

212100

Dövlət sosial müdafiə fonduna ayırmalar

1194703,31

1879950,50

1931385,61

26548,96

1831011

131454,92

1488998,31

315266,28

221100

Dəftərxana və təsərrüfat xərcləri

145000,00

91843,17

89608,00

 

111207,71

3334,65

109727,20

1986,60

221200

Mətbəə xərcləri

2997,20

4854,23

4669,01

 

 

 

 

 

221310

İdarənin digər xərcləri

2622,42

34998,48

33307,57

20000,00

148576,62

 

79429,59

 

222200

Xarici ezamiyətlər

 

2466,59

3750,81

 

 

 

 

 

223100

Yanacaq və sürtkü materiallarının alınması

3825,00

3825,00

2665,51

 

4978,18

 

 

 

223200

Digər nəqliyyat xidmətləri

1000,00

857,28

427,16

 

12135,12

 

2175,48

 

224100

Elektrik enerjisi haqqının ödənilməsi

70000,00

6999,50

67140,00

 

128735,33

 

83894,89

11040,73

224200

Qaz haqqının ödənilməsi

130000,00

87962,87

70288,21

 

73688,70

 

48719,22

14577,18

224300

Su haqqının ödənilməsi

91999,99

86821,67

89606,32

 

98153,30

 

58856,44

7194,40

224500

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

20000,00

19374,00

19480,00

 

19244,58

 

17606,77

 

224600

Digər кommunal xidmətləri haqqının ödənilməsi

10000,00

10000,00

9740,00

 

19622,20

 

44699,20

 

224700

Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər

5000,00

5000,00

4870,00

19999,00

12207,25

 

9598,58

 

224810

Ölкədaxili tеlеfon danışıq haqlarının ödənilməsi

1094,15

1000,00

955,89

 

14594,49

 

14810,88

 

224910

Poçt xidmətlərinin ödənilməsi

743,90

1500,00

 

 

272,22

 

13478,52

 

224920

İntеrnеt xidmətləri haqqının ödənilməsi

 

 

861,81

 

1317,80

 

 

 

 

225200

Yumşaq invеntar, yataq ləvazimatları və xüsusi gеyimlərin alınması

5000,00

4564,00

4860,00

 

 

 

 

 

225100

Dərman sarğı ləvazimatları və materiallarının alınması

 

 

 

 

 

 

15549,20

 

225411

İnventarın alınması

 

 

 

48000,00

 

 

 

 

225412

Avadanlığın alınması

 

 

 

 

26440,24

 

31752,86

 

225413

Digər alışlar və xidmətlər

 

 

 

 

1537,20

 

13705,28

 

271150

Digər təqaüdlər (fəxri ada görə)

21200,31

20667,00

23797,00

 

26541,35

7585

26906,05

7510

274300

İş qabuliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

20000,00

35699,70

29519,40

 

33138,89

9535,33

36191,92

8232,24

274700

Tələbələrə vеrilən təqaüdlər

1407955,63

1651987,96

1498323,00

24920,00

1258725,8

165385

440226,27

544912,95

274830

Diğər müavinət və transfеrtlər

 

 

 

 

1356,0

90

1485

 

282100

Sair xərclər

2200,00

4400,00

4140,00

 

60406,40

406100

36783,17

2506,99

282230

Sosial-mədəni və məişət təyinatlı obyекtlərin əsaslı təmiri

 

 

 

 

 

 

1409172,04

 

282260

Əsaslı təmiri

9791,00

10000,00

 

47924,52

454674,00

 

 

 

282300

Bank xərcləri

22224,93

32996,65

32926,01

250,00

41023,00

2521,60

34651

6927,56

311220

Digər maşın və avadanlıqlar

39931,20

39993,74

39785,86

 

99843,56

 

1850

 

314400

İstehsalda istifadə olunmayan qeyri maddi aktivlər

 

 

 

 

58649,00

 

 

 

2008-2012-ci illər üzrə əldə еdilən cəmi gəlirlər

8733450,24

12689305,02

12779299,35

 

308651,06

 

12860857

 

1326006,50

 

10863083

2670577,20

 

Azərbaycan Tibb Univеrsitеtinin 2008-2012-ci illər üçün büdcədənкənar vəsaitlərin gəlir və xərclər smetası, manat

Mаddə

Gəlir və xərclərin adı

2008

2009

2010

2011

2012

 

2008-2012-ci illər üzrə əldə edilən gəlir

 

 

 

 

 

 

O cümlədən təhsil haqqından əldə edilən gəlir

4082836,56

3846088,33

5236174,79

6159218,02

6133727,12

 

Xərc:

4082085,49

3846088,33

5236174,79

6135802,14

6133727,12

211200

Ştatdankənar işçilərin əmək haqqı

3414,40

6518,40

8322,80

7730

6496

211300

Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri

1855752,07

2176449,40

2528503,50

3240308,75

4238388,40

221100

Dövlət social müdafiz fonduna ayırmalar

896891,96

500139,30

550749,29

702840,14

987356,73

221200

Dəftərxana və təsərrufat xərcləri

67201,56

3015,05

442753

10000,00

8891,20

221310

Mətbəə xərcləri

11599,20

8600,00

43119,44

20000,00

11812

222200

İdarənin digər xərcləri

80272,89

38818,93

68978,85

154000,00

 

223100

Cari təmir

74866,95

47150,00

89999,46

 

27761,86

223200

Ölkədaxili ezamiyyətlər

12546,72

16118,92

14278,29

 

21236,08

224100

Yanacaq və sürtkü materiallarının alınması

28857,50

21311,00

19211,00

38000,00

21016,72

224200

Digər nəqliyyat xidmətləri

10809,53

4250,88

18459,26

10000,00

8944,70

224300

Elektrik enerjisi haqqının ödənilməsi

121206,74

88062,34

118533,84

100000,00

57745,18

 

Digər kommunal xidmətləri haqqının ödənilməsi

16076,83

6123,00

11817,00

 

510

224600

Kommunal və kommunikasiya xidmətləri  ilə bağlı digər xərclər

16752,06

 

46857,48

 

1501,30

 

 

 

 

 

 

 

224810

Ölкədaxili tеlеfon danışıq haqlarının ödənilməsi

15690,23

17634,73

16509,45

9000,00

6449,34

224910

Poçt xidmətlərinin ödənilməsi

218,20

 

 

 

27,20

224920

İntеrnеt xidmətləri haqqının ödənilməsi

1240,50

462,00

2029,00

36000

615,00

 

225200

Ərzaq məhsullarının alınması

6000,01

 

 

 

 

225100

Dərman və sarğı ləvazimatları alınması

5566,48

5992,16

4997,30

30000,00

7630,34

225411

İnventarın alınması

79965,06

199602,90

311688,22

120000

181176,61

225412

Avadanlığın alınması

160570,59

43972,35

273215,88

100000

1306,73

225413

Digər alışlar və xidmətlər

45581,02

72998,21

84345,10

40000,00

84863,64

271150

Sair xərclər

65823,50

67876,82

3295,90

637838,39

1593,60

274300

Sosial-mədəni və məişət təyinatlı obyекtlərin əsaslı təmiri

393816,00

338891,00

998175,03

839400,00

441418,30

274700

Bank xərcləri

7370,25

7954,24

9531,72

10684,86

12249,90

274830

İstehsalda istifadə olunmayan qeyri maddi aktivlər

960,00

2380,00

5000,00

 

 

282100

Digər maşın və avadanlıqlar

103035,24

171766,70

4130,05

30000,00

4736,29


2012-ci ildə tələbələrdən daxilolma vəsait 6133727 manat olmuş və aşağıdakı istiqamətlərdə istifadə edilmişdir:

  • əmək haqqı xərcləri və sosial ödəmələr - 5232241 manat;
  • rabitə xərcləri - 7092 manat;
  • bank xidmətləri xərcləri - 12250 manat;
  • cari və əsaslı təmir xərcləri - 469180 manat;
  • maddi texniki vəsaitlərin alınması və bərpa xərcləri - 272083 manat;
  • kommunal xərclər - 59756 manat;
  • yanacaq və digər nəqliyyat xərcləri - 29961 manat
  • digər xərclər - 51164 manat.

Universitetdə müstəqil elmi-tədqiqat işlərinin aparılmasından ötrü büdcədən  vəsait ayrılmışdır. ATU-da təhsil alan hər bir tələbəyə sərf edilən vəsait 2500 manatdır.

2012-ci ildə təhsil xidmətlərinə çəkilən xərclərin universitetin ümumi gəlirində xüsusi çəkisi 100% təşkil edir.

ATU-da maliyyə təminatı tədris prose­sinin təşkili üçün minimal normanı ödəyir.

Universitetdə dövlət büdcəsi və büdcədənkənar vəsaitlərin istifadəsinə nəzarət etmək məqsədilə elmi şurada xüsusi komissiya yaradılmış və komissiya müvafiq qanunçuluq çərçivəsində fəaliyyət göstərir.

 

Universitetin özünütəhlil komissiyasının apardığı araşdırmaya əsasən universitetin maliyyə təminatı Dövlət Təhsil Standartlarının tələblərinə əsasən uyğundur.

NƏTİCƏLƏR

Azərbaycan Tibb Universitetinin özünütəhlil komissiyası qeyd edilənlərə əsasən aşağıdakı nəticəyə gəlir:

1. Azərbaycan Tibb Universitetinin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normativ-hüquqi sənədlərə və Dövlət Təhsil  Standartlarının tələblərinə uyğundur.

2. Azərbaycan Tibb Universitetinin idarəetmə sistemi, tədris sənədləri, struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili mövcud qanunveri­ciliyə və ATU-nun Nizamnaməsinin tələblərinə uyğundur.

3. Mütəxəssislərin hazırlanma keyfiyyəti yüksəkdir və Dövlət Təhsil  Standartlarının tələblərinə uyğundur.

ATU-da elmi-tədqiqat işlərinin vəziyyəti, beynəlxalq əməkdaşlıq fəaliyyəti, maddi-texniki baza Dövlət Təhsil  Standartlarının tələblərinə uyğundur.

ATU-da sosial-məişət şəraiti və maliyyə təminatı Dövlət Təhsil  Standartlarının tələblərinə əsasən uyğundur.

Özünütəhlil komissiyasının yekun rəyi: Azərbaycan Tibb Universitetinin fəaliyyəti Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur.

Komissiyanin sədri:
Prof. S.C.Əliyev
Komissiyanin üzvləri:

Prof.R.M.Məmmədhəsənov

Prof.M.Y.Nəsirov

Prof.C.N.Musayev

A.Y.Quliyev

A.B.Əşrəfov

Dos.H.V.Qasımov

Prof.A.İ.Qurbanov   

Prof.H.K.Muradov

Dos.R.M.Məmmədov

Dos.G.M.Seyidova

Dos.R.İ.Qabulova

Prof.V.Ə.Əzizov

Prof.F.Y.Talıbov

Prof.M.X.Əliyev

Prof.S.A.Əliyev

Dos.H.M.Qəhrəmanov

Dos.T.S.Quliyeva

Ptof.Ə.M.Məmmədov         

Dos.Ə.İ.Mikayılov               

Dos.S.A.Əliyeva

Dos.A.A.İsayev

Prof.A.A.Əyyubova

Dos.S.İ.Əhmədova

Prof.Ç.B.Quliyev

Dos.R.N.Rzayev

Prof.M.A.Kazımov

Dos.İ.R.Əhmədov

Prof.A.M.Əfəndiyev

Dos.Ç.Q.Bayramov

Prof.E.M.Nəsrullayeva

Prof.E.M.Ağayeva

Dos.A.M.Səfərov

Dos.H.Y.Şirəliyev

Prof.Ç.R.Rəhimov

Dos.R.V.Şadlinskaya

T.e.n.T.İ.Talıbova

Prof.M.N.Vəliyeva

Prof.Q.B.İskəndərov

Prof.H.M.Əliyev

Prof.H.B.Kərimov

T/x polk.-leyt. F.T.Mehbəliyev

T/x polk. F.H.Babayev



FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı