AZ RU EN
Qəbul qaydaları

AZƏRBAYCAN RESPUBLİKASINDA BAZA ALİ TİBB TƏHSİLİ ƏSASINDA HƏKİM MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASI MƏQSƏDİ İLƏ REZİDENTURAYA
QƏBUL QAYDALARI
(2012/2032-Cİ TƏDRİS İLİ ÜÇÜN)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)2012/2013-ci tədris ili üçün Azərbay1can Respublikasıdabaza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbulu mərkəzləşdiriolmiş şəkildə test üsulu ilə aşağıdakı qaydalara əsasən həyata keçirir:

ÜMUMİ MÜDDƏALAR
1. Rezidentkuraya qəbu olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda dicər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul oluna bilməzlər.
2. Rezidenturaya qəbul həkimin baza ali tibb təhsilinə uyğun (bitirdiyi fakultəyə müvafiq olan) ixtisaslar üzrə aparılır.
ƏRİZƏ QƏBULU
3. Həkimlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi İnternet-saytında «Həkimin elektron ərizəsi»ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK-a) aşağıdakı sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər:
- Səxsiyyəti təsdiq edən sənədin əslini:
• AzərbaycanRespublikasının vətəndaşları səxsiyyət vəsiqələrini;
•əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Milli pasportlarını və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqələrini.
- Baza ali tibb təhsili haqqında sənədi:
• Azərbaycan Respublikasının ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər ali təhsil haqqında diplomun əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abuturiyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayışı (forma 60_ 1M);
• Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərəfindən verilən,təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən müəyyən edilmiş formada arayışı (forma 60- 2M)4
• Xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyindən verilən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə» ni;
• Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən verilən «Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə»ni.
Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün «Həkimin elektron ərizəsi» formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.

İXTİSAS SEÇİMİ
4. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçimində iştirak etmək üçün həkimin qəbul imtahanından topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
Həkim, baza ali tibb təhsili istiqamətinə uyğun olan (bitirdiyi fakultəyə müvafiq olan) rezidentura ixtisaslarını seçir, İnternet səhifəsindəki müvafiq elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisas seçimini təsdiqləyir.
Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və həkim topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerməşdirilir.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslara yerləşdirmə aparıla bilər.

MÜSABİQƏ ŞƏRTLƏRİ
5. Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılır. Yerləşdirilmə həkimin öz ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir.
6.Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox həkimi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;
-ixtisas yfənləri üzrə test imtahanından toplanılan bal.

DİGƏR MÜDDƏALAR
7. Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
8. Həkim müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilər.
9. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Həkim öz yzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana Mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarı ilə «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nı 06 sentyabr 2010-cu il tarixli 164 nömrəli qərarı ilə isə «Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı»nı təsdiq etmişdir. «Qaydalar»da rezidentura təhsilinin məzmunu, proqramın strukturuna qoyulan tələblər, təhsil müddəti, təhsilin dövlət hesabına və ya ödənişli əsasla aparılması, təhsil proqramında auditoriya saatlarında həftəlik dərs yükü (6 saatdan çox olmamaqla), təhsil proqramlarının təsdiqi qaydaları, rezident rəhbərlərinə qoyulan tələblər, rezidentin attestasiyası və s. öz əksini tapmışdır. Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılacaq bazaların - təhsil, elm müəssisələri və aparıcı klinikaların təyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 23 iyul 2010-cu il tarixli 57 nömrəli əmri ilə rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil, elm müəssisələri və klinikaların siyahısı təsdiq edilmişdir: 2011/2012-ci tədris ilində bazalarn sayı 10-dan 2012/13-cü tədris ilində 28-ə çatdırılmışdır.

Bunlar aşağıdakılardır:
1. Azərbaycan Tibb Universiteti
2. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi
3. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
4. Ə.Əliyev adına ADHT İnstitutu
5. Milli Onkologiya Mərkəzi
6. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
7. B.Eyvazov adına ET Hematologiya və Transfüziologiya İnstitutu
8. Kliniki Tibbi Mərkəz
9. Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyi
10. ET Mamalıq və Ginekologiya İnstitutu
11. K.Fərəcov adına ET Pediatriya İnstitutu
12. Neyrocərrahlıq xəstəxanası
13. ET Ağ Ciyər xəstəlikləri institutu
14. Mərkəzi Neytçilər xəstəxanası
15. akad. M.Cavadzadə adına Respublika Uroloji xəstəxanası
16. Akkad. C.M.Abdullayev adına ET Kardiologiya institutu
17. ET Travmatologia İnstitutu
18. Akkad M.Ə.Mirqasımov ad. Respublika Klinik Xəstəxanası
19. Respublika Endokrinoloji Mərkəz
20. Respublika Narkoloji Mərkəz
21. Respublika Gigiyena -Epidemiologiya Mərkəzi
22. Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanası
23. Respublika Talassemiya mərkəzi
24. Mərkəzi Klinik Xəstəxana
25. Respublika Diaqnostika Mərkəzi
26. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
27. 1 saylı Respublika Psixiatriya xəstəxanası
28. Respublika Dəri-Zöhrəvi Dispanseri

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı