AZ RU EN
MODERNIZING UNDERGRADUATE MEDICAL EDUCATION IN EU EASTERN NEIGHBOURING AREA (MUMEENA)

www.mumeena.eu

516664-TEMPUS-1-2011-1-UK-TEMPUS-JPC
Avropa İttifaqının Şərqi Avropanın Qonşu Ölkələrində Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsi

- Açılış konfransı
30 yanvar - 1 fevral, 2012-ci il tarixində Tbilisi şəhərində keçirilən konfransda ATU və NDU, o cümlədən Boyuk Britaniyanın Leeds universiteti - Leeds Institute of Medical Education, University of Leeds, UK (UoL), Niderlandın Utrecht universiteti - University Medical Center, Medical Faculty, Utrecht University, Netherlands (UMC), İspaniyanın Granada universiteti - Faculty of Medicine, University of Granada, Spain (UGR), İtaliya, Milandan Universita Cattolica del Sacro Cuore, (UCSC), Tbilisi Dövlət universiteti (TSMU), Tbilisi Dövlət Universiteti (TSU), Ukrayna Milli Bohomolets universiteti, İvano-Frankovsk Milli Tibb universiteti iştirak etmişlər. Aşağıdakı istiqamətlərdə müzakirələr aparılıb: Azərbaycan, Gürcustan, Ukrayna universitetlərinin inteqrasiya olunmuş kurrikulumlarının tibb proqramlara təkmilləşdirilməsi, tədrisə və təhsilə yeni, Avropa Tibbi Təhsil Assosiasiyası və Tibbi Təhsil üzrə Dünya Federasiyası standartlarına uyğun yanaşma və yeni məzmunun gətirilməsi (məs, Geriatriya, Səhiyyənin Təşkili, təcrübəyə dayanıqlı tədris və Tədqiqat vərdişləri metodologiyasının tətbiqi), Azərbaycan, Gürcustan, Ukraynada müəllim heyətinin təlim mərkəzlərinin yaradılması. Konfrans zamanı müxtəlif universitetlərin nümayəndələrindən ibarət qruplar yaradılmış, onların daxilində müzakirələr aparılmışdır. Nümayəndə heyətimiz yazılı şəkildə təkliflərini irəli sürmüşdür. Konfransda tibb universitetlərinin tələbələrinin sosiologiya, psixologiya, informatika, hüquq, xarici dillər kimi fənnləri daha ətraflı öyrənmələrinin zəruri olması vurğulanmışdır

- Utrext universitetində seminar
2012-ci ilin mart ayının 20-23 tarixində Niderland Krallığının Utrext universitetində MUMEENA çərçivəsində növbəti görüş-seminar keçirilmişdir. Seminar zamanı Niderlandın tibbi təhsil sistemi, magistr, bakalavr səviyyələrində tələbələrin hazırlanması üçün tibbi kurrikulum haqda ətraflı məlumat verilmiş, partnyor universitetlərin nümayəndələri üçün Klinik Əsaslanma (CBCR) metodikası ilə tədrisin nəzəri və təcrübi əsasları üzrə təlim təşkil olunmuş, seminarın sonunda layihənin Şərqi Avropa ölkələri üçün inkişaf planı hazırlanmışdır.

- Leeds Universitetində seminar
Müəllimlərin Təkmilləşdirilməsi üzrə seminar (Faculty Development Training) 23 - 27 aprel 2012-ci ildə Birləşmiş Krallığın Leeds Universitetinin tərəfindən təşkil olunmuşdur. Seminarda Leeds Universitetinin tibb təhsili üzrə ekspertləri mühazirələr ilə çıxış etmiş, bu sahədə olan təcrübələri ilə bölüşmüşlər. Sonra Ukrayna, Gürcüstan və Azərbaycan tibb universitetlərində Müəllimlərin tədris mərkəzinin yaradılması imkanları müzakirə olunmuş, hər bir ölkədən gəlmiş nümayəndə heyəti öz prezentasiyaları ilə çıxış etmişlər.

- Granada Universitetində seminar
4-6 iyun 2012-ci il tarixində İspaniyanın Granada Universitetində növbəti seminar keçirilmişdir. Təlimdə tibb universitetlərində "Tədqiqat bacarıqları" (Research Skills/Public Health training in Granada, Spain) -nın tədris olunması üzrə mühazirələr oxunmuş, təcrübi məşqələlər keçirilmişdir.

- Ukraynanın Boqomolets adına Milli Tibb Universitetində konfrans
26-28 Noyabr, 2012-ci il tarixində növbəti konfrans keçirilmişdir. Konfrans zamanı tibbi təhsilin təkmilləşdirilməsi, tələbələrdə klinik təfəkkürün inkişaf etdirilməsi, tədqiqat bacarıqlarının öyrədilməsi və tərəf-müqabili universitetlərdə Müəllimlərin Təlim Mərkəzinin yaradılması müzakirə olunmuşdur.

- Romada Tədqiqat Bacarıqları/ictimai Sağlamlıq üzrə seminar
3-7 İyun, 2013-cü il tarixində Romada Università Cattolica del Sacro Cuore (UCSC) Tədqiqat Bacarıqları/ictimai Sağlamlıq üzrə seminar keçirilmişdir. Seminarda Azərbaycan Tibb Universitetinin İctimai Sağlamlıq kafedrasının müəllimləri iştirak etmişlər, bu sahədə İtaliya universitetlərində mövcud olan proqram və tədris materialları ilə tanış olmuşlar.

- MUMEENA Bakı konfransı
21-23 Oktyabr,2013 -cü il tarixində Azərbaycan Tibb Universitetində MUMEENA layihəsinin növbəti "Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər" mövzusunda konfransı keçirilib.

Universitetimizin rektoru, akademik Əhliman Əmiraslanov konfranda giriş sözü ilə çıxış edərək, bu tədbirin vacib sahəyə həsr olunduğunu və konfransın davam edəcəyi 3 gün ərzində tanınmış Avropa universitetlərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılacağını bildirmişdir: "Azərbaycan Tibb Universitetinin rəhbərliyi TEMPUS proqramı və digər beynəlxalq layihələr çərçivəsində xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı alqışlayır və bu cür konfransların təşkilinə həmişə dəstək göstərmişdir. Belə ki, belə tədbirlər tibb təhsilinin dünyada əldə olunmuş nailiyyətlərindən yararlanmağımıza imkan yaradır".
Tədbirdə həmçinin Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva, Avropa İttifaqının Tempus Proqramının Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, TEMPUS layihəsinin Koordinatoru Böyük Britaniyanın Leeds Universitetinin Tibb Təhsili İnstitutunun direktoru, professor Trudi Roberts, ATU-nun Tədris Şöbəsinin müdiri dosent Nəsimi Qasımov çıxış etmişlər.
Daha sonra konfrans MUMEENA layihəsinin ATU üzrə rəhbəri, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova və Leeds Universitetinin əməkdaşı Anne-Marie Reydin koordinatorluğu ilə, Gürcüstan, Ukraynadan tərəfdaş universitetlərinin və Böyük Britaniya, Niderland, İspaniya, İtaliyadan koordinator universitetlərinin nümayəndələrinin, tibb universitetinin müxtəlif kafedralarının əməkdaşları və tələblərinin iştirak etdikləri mühazirələr, seminarlar və maraqlı diskussiyalarla davam etdirilmişdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı