AZ EN
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün sənədlərin siyahısı

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya istehsalatdan ayrılmaqla elmi tədqiqat işlərinə marağı olan tam ali təhsilli Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil pilləsinin, magistratura və ya rezidentura səviyyəsini, yaxud tibbi təhsildə həkim və həkim mütəxəsis səviyyəsini bitirən, seçdikləri ixtisasın profili üzrə internaturasız azı 2 il iş stajı olan Azərbaycan Respublikası vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir.

- rektorun adına ərizə
- kadrların şəxsi qeydiyyat vərəqəsi.
- tərjümeyi-hal
- 2 ədəd fotoşəkil
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- çap olunmuş elmi işlərin siyahısı, onların surəti və ya seçilmtiş ixtisas üzrə referat.
- ali təhsil müəsisəsinin bitirmək haqqında diplomun təsdiq edilmiş surəti. (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- şəxsiyyəti təsdiq edən sənədin surəti
- internaturanı qurtarmaq haqqında şəhadətnamənin surəti (təsdiq olunmuş)
- ordinaturanı qurtarmaq haqqında vəsiqənin surəti (təsdiq olunmuş)
- imtahan məqbul kitabçasından çıxarış.
- tibbi arayış (086 nömrəli forma)

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya daxil olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla) və fəlsəfədən ali təhsil pilləsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanı verirlər.
Qəbul imtahanlarına buraxılanlara imtahana hazırlaşmaq və imtahan vermək üçün iş yerində əmək haqqı saxlanılmaqla 30 gün əlavə məzuniyyət verilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana For foreign students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı