AZ EN
14-28 iyul tarixlərində isə İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tələbələri yay istehsalat təcrübəsi keçmək üçün Bakıya gəlmişlər.

Rusiyanın ən qədim tibb təhsili ocağı olan  İ.M.Seçenov adına  Birinci Moskva Tibb Universiteti və Azərbaycan Tibb Universiteti arasında  əlaqələr uzun illərdir ki, mövcuddur. 2012-ci tədris  ilində bu əlaqələr növbəti  mərhələyə qədəm qoymuş, yeni keyfiyyət almışdır. Universitetlərin rektorları,  akademik Ə.T.Əmiraslanov və RTEA-nın müxbir üzvü, professor P.V.Qlıboçko arasında imzalanmış ikitərəfli əməkdaşlıq haqda saziş müxtəlif istiqamətlərdə əlaqələrin qurulması və inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Həmin Əməkdaşlıq çərçivəsində  bu ilin iyul ayında ATU-nun    tələbələri  MTU-nun klinikalarında , eyni zamanda MTU-nun 8 nəfər  tələbəsi  ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya, Endokrinologiya, Terapiya və Poliklinik şöbələrində, Onkoloji klinikada və Toksikologiya Mərkəzində yay istehsalat  təcrübəsi keçmişlər.   Qeyd etmək lazımdır ki,  rusiyalı tələbələr ilk ğündən qayğı və diqqətlə əhatə olunmuş, asudə vaxtlarında azərbaycanlı yaşıdları ilə Bakının tarixi və görməli yerlərini gəzmişlər.

İyulun 27-də ATU-nun TTK-da  İ.M.Seçenov adına  MTU-nun tələbləri ilə  görüş keçirilmişdir. Görüşdə Klinikanın direktoru professor S.Musayev, ümumi işlər üzrə  prorektor N.Xəlilov, beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Qabulova iştirak etmişlər. Görüşü giriş sözü ilə açan prof. S.Musayev Rusiyanın ən mötəbər  təhsil ocaqlarından biri olan MTU və ATU arasında əlaqələrin hələ Sovet dönəmində güclü olduğunu vurğulamış, yüzlərlə azərbaycanlı alim,  həkim və tədqiqatçının  Rusiyanın bu və digər mötəbər universitet və elmi mərkəzlərində təhsil aldığını, ordinatura, aspirantura, doktorantura keçərək  yüksək ixtisaslı kadr kimi yetişdirildiyini söyləmişdir.

Rusiyalı tələbələr   prezentasiya ilə çıxı etmiş, universitetləri haqda ümumi  məlumat vermiş, daha sonra  yay təcrübələri, Bakı və azərbaycanlılar haqda öz təəssuratlarını bölüşmüşlər.  Bakıda keçirdikləri vaxt ərzində əsil azərbaycanlı qonaqpərvərliyinin şahidi olduqlarını bildirmiş,  təcrübə keçdikləri  Tədris Terapevtik klinikanın  hər cür müasir avadanlıqla təchiz olunması ilə yanaşı, burada çalışan həkimlərin və təmasda olduqları digər klinikaların əməkdaşlarının yüksək professional və şəxsi keyfiyyətlərindən  danışmışlar.  Rusiyalı tələbələr bir daha  ATU-nun rəhbərliyinə, müəllim-tələbə kollektivinə  öz minnətdarlıqlarını bildirmiş, Azərbaycan və azərbaycanlılar  haqda şəxsi fikirlərinin formalaşmasında bu təcrübənin əvəzedilməz bir vasitə olduğunu vurğulamışlar.

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent R.Qabulova  çıxış edərək Universitetimizin Rusiya universitetləri ilə yeni başlamış tələbə mübadiləsi istiqamətində əməkdaşlığın  davam etdiriləcəyini və universitetlərası əlaqələrin gələcəkdə genişləndiriləcəyinə ümid etdiyini bildirmişdir. 

Görüşün sonunda Seçenov adına MTU-nin tələbələrinə xatirə olaraq Tibb Universitetin haqda  kitablar təqdim olunmuş və onlar sertifikatla təltif olunmuşlar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı