AZ RU EN
2012-ci ilin fevral ayında ABŞ-ın Oklahoma Universitetini tələbəsi Azərbaycan Tibb Universitetində 1 aylıq rotasiya keçmişlər.

2012-ci ilin fevral ayında ABŞ-ın Oklahoma Universiteti  tibb fakultəsinin sonuncu kursunda təhsil alan 2 amerikalı tələbə - Neda Sadegi və D'Artagnan Francois Hinds ATU-nun Tədris-Terapevtik Klinikasının  və I daxili xəstəliklər və reanimatologiya  kafedrasının klinik bazası olan Klinik Tibbi Mərkəzin reanimasiya şöbələrində olmuşlar. D'Artagnan Francois Hinds həmçinin Bakı şəhərinin Baş toksikoloqu dosent İsmayıl Əfəndiyevin rəhbərliyi ilə II daxili xəstəliklər kafedrasının bazası olan Toksikologiya şöbəsində rotasiya keçmiş, bu sahədə tibbi xidmətin xüsusiyyətləri ilə tanış olmuşdur.

Amerikalı tələbələr həmçinin Mərkəzi Kllinika Xəstəxanasında olmuş, III İnvaziv kardiologiya və aritmologiya şöbəsinin müdiri, uzman həkim Fərid Əliyevin apardığı RT ablasiya əməliyyatlarında iştirak etmişlər.

İlk dəfə Azərbaycana səfər etmiş amerikalı tələbələri Azərbaycanın adət-ənənələrini daha yaxından tanış etmək  məqsədilə onlar ATU-nun  II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri Xalid Quluzadə və Ləman Əliyevanin ailəsində yerləşdirilmişdilər. Qonaqların  qarşılanması, gündəlik müşaiyət olunması, Bakının və Şəkinin tarixi və görməli yerləri ilə tanışlığı  ATU-nun aktiv tələbələri,  müalicə-profilaktika fakultəsinin  IV kurs tələbəsi Ceyhun Sanıyevin koordinasiya etdiyi qrup (Stomatologiya fakultəsinin IV kurs tələbəsi Valeh Rustəmov, MPF-I  IV kurs tələbələri Nigar Əliyeva, Sevda Həsənzadə, Pediatriya fakultəsinin  V  kurs tələbəsi  Sona Nuriyeva, MPF-II III kurs tələbəsi Kamil Mustafayev, Hərbi tibbi fakultənin IV kurs tələbələri Yadigarov Elvin, Cəfərov Pərvin, IV kurs Pediatriya fakültəsinin tələbələri Onk Müjgan, Elza Mahmudova) tərəfindən həyata keçirilmişdir.

Qonaqlar həmçininn İstedad axtarışında adlı ATU tələbələrinin rəsmlərindən ibarət sərgidə iştirak etmiş, azərbaycanlı həmkarlarının istedadlarını yüksək qiymətləndirmişlər. Fevral ayının 18-də ATU-nun Tədris-Terapevtik Klinikasında amerikalı tələbələrin azərbaycanlı həmyaşıdları ilə görüşü keçirilmişdir. Bu görüş zamanı ABŞ -da tibbi təhsil, səhiyyə sisteminin xüsusiyyətləri və s mövzulara dair diskussiyalar aparılmış, qonaqlar Azərbaycan və azərbaycanlılar haqda öz xoş təəssuratları ilə bölüşmüşlər.  

Səfərlərinin sonunda Neda Sadegi vəD'Artagnan Francois HindsATU-nun prorektoru prof. M.Nəsirov tərəfindənqəbul olunmuşlar. Görüşdə professor Nəsirov Oklahoma Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığın hər iki universitet üçün faydalı olduğunu vurğulamış və bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirmişdir.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı