AZ EN
UNİVERSİTET / Virtual Test Mərkəzi / Yay imtahan sessiyası - tələbə rəyi

Bu günlərdə imtahan verənlər arasında tibbi profilaktika və tibbi biologiya fakültəsinin tələbələri də çoxdur. Həmin fakültənin IV kurs tələbələri Fəridə Əsədli və Röya Qasımlı imtahandan öncə çox həyəcanlandıqlarını, amma sonradan suallara yaxşı cavab verdiklərini deyirlər. Röya Qasımlı əvvəlcə çox narahat olduğunu deyir: "Amma imtahan zamanı gördüm ki, suallar çətin deyil, ona görə əksəriyyətinə düzgün cavab verə bildim". Fəridə Əsədli imtahan prosesinin özünün çox yaxşı keçdiyini vurğulayır: "Çox sakit şərait yaradılıb, düşünməyə mane olan heç nə yoxdur. Testə başlayan kimi həyəcan özü keçir, sakitcə oturub sualları cavablandırırsan".
Həmin fakültənin III kurs tələbəsi Şəmsi Kazımov da imtahan nəticəsinin müsbət olacağından əmindir: "İmtahan verdiyim fənni çox xoşlayıram, ona görə böyük həvəslə hazırlaşmışdım. Mənim üçün rahat oldu".
test Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Zəminə Allahverdiyeva isə imtahanların məhz üsulu ilə keçirilməsini bəyənir: "Şifahi imtahanda bir sual ətrafında xeyli danışırdın, bəzən vacib məqamları unudurdun. Testdə isə konkret cavablar tələb edən suallar qoyulub. Elə vaxt da səmərəli keçir".
Qeyd edək ki , VTM-in iki zalında 220-dən çox kompüter yerləşdirilib. Zalları daimi nəzarət altında saxlamaq üçün onlar kameralarla təchiz olunub. Kameraların çəkdiyi görüntülər birbaşa olaraq rektorun otağındakı və VTM-dəki əsas kompüterlərə ötürülür.
İmtahan zamanı ATU tələbələri elektron şəxsi işinin kodunu daxil etməklə öz səhifəsində imtahan bölməsinə girib testdə iştirak edir. Cavablar təsdiqlənən kimi düzgün cavab variantları və yığılan balların sayı ekrana çıxır. Tələbənin səhifəsində onun haqqında zəruri məlumatlar (adı, kursu, fakültəsi, şəkli), o cümlədən verdiyi imtahanlar barədə informasiya (imtahan günü, vaxtı, davametmə müddəti, verilən cavab variantları, toplanılan bal və s.) yer alır.

 
 
 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı