AZ RU EN
UNİVERSİTET / Virtual Test Mərkəzi / İmtahanların təşkili və biliklərin qiymətləndirilmə qaydaları

VTM-də Kompyuter -Test imtahanlarının  AR Təhsil Nazirliyinin "Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında əsasnamə"sinə uyğun olaraq aşağidakı qaydalara əsasən aparılır.

     

Tələbələrin biliyinin qiymətləndirilmə qaydaları:

1) Hər bir fənn üzrə imtahan üçün tələbəyə 1saat (60dəq.) vaxt verilir.

2) Hər bir sual variantında tələbəyə 50 sual verilir.

3) Hər bir doğru cavab 1 balla qiymətləndirilir.

4) Doğru olmayan bir cavab (-0.16) balla qiymətləndirilir.

5) Cavabsız suallar 0 balla qiymətləndirilir.

6) Tələbənin yekun balı olaraq cavablandırmanın yekun nəticəsinin tam ədədə qədər yuvarlaqlaşdırılmış qiyməti götürülür.

                                

 İmtahanların aparılma qaydaları:
İmtahan prosesinin gedişi Rəhbərlik tərəfindən xüsusi VEB-Kameralar vasitəsilə izlənilir və prosesin video-yazılışı aparılır. Müşahidə prosesində və ya imtahandan sonra video-yazıya baxış zamanı tələbənin aşağıdakı imtahan qaydalarını pozma halı müəyyən edilərsə, onun imtahan nəticəsi Rəhbərlik tərəfindən ləğv edilir.

1- Tələbələr imtahana gələrkən özlərilə tələbə biletii və fərdi şifrəsini (kodunu) gətirməlidirlər. Tələbə bileti və ya tələbə şifrəsi olmayan tələbə imtahan zallarına buraxılmırlar.

2- Tələbənin imtahan zalına özü ilə hər hansı bir informasiya daşıyıcısı (kitab, dəftər, konspekt,  telefon, digər elektron informasiya daşıyıcısı və s.) gətirməsi gəti qadağandır. İmtahan prosesində tələbənin əlavə informasiya vasitələrindən istifadə etdiyi müəyyənləşərsə, tələbə mtahandan çıxarılır və onun nəticələri ləğv edilir.

3- Imtahan otağına daxil olan tələbə Nəzarət Qrupunun (NQ) nümayəndəsi tərəfindən qeydiyyatdan keçirilir, hər hansı bir kompyuterin arxasında əyləşir və imtahanın sonuna qədər həmin kompyuterin arxasında oturur.

4- Tələbənin imtahan zamanı öz başına yerdəyişməsinə qəti icazə verilmir. Əgər bu hal baş verərsə, tələbə imtahandan dərhal uzaqlaşdırılır. Zərurət olarsa, tələbənin yerini yalnız admin-nəzarətçi dəyişə bilər.

5- Təlbə imtahana qədər elektron test proqramından istifadə qaydaları ilə tanış  olmalıdır. Bu məqsədlə tələbələr üçün NQ tərəfindən xüsusi treninqlər təşkil olunur.

6- İmtahan prosesində digər tələbələrlə söhbət etmək, məsləhətləşmək, onların monitorlarına  baxmaq qadağandır. İlk halda tələbəyə xəbərdarlıq edilir və təkrar belə hala yol verən tələbə  imtahandan çıxarılır.

7- İmtahan prosesində meydana çıxan hər hansı problemlə əlaqədar NQ nəzarətçisinə müraciət  edilməlidir.

8- Tələbənin kompyuteri söndürməyə, şəbəkədən ayırmağa ixtiyarı yoxdur. Kompyuterin  texniki/proqram təminatının korlanmasına tələbə səbəb olmuşsa, imtahanın nəticələri ləğv edilir, tələbə auditoriyadan çıxarılır və dəymiş ziyan tələbə tərəfindən ödənilir.

9- Başqa tələbənin şifrəsi ilə test imtahan verməyə cəhd edilərsə, bu tələbənin imtahanın nəticələri ləğv edilir və günahkarlar universitet tələbələri sırasından xaric olunma məsələsi qaldırılır.

10-Auditoriyadan xaric edilmiş və ya imtahanın nəticələrindən narazı olan tələbələrin həmin gün ərzində fakültəsinin Appelyasiya Komissiyasına müraciət etmək hüququ var.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı