AZ EN
UNİVERSİTET / Virtual Test Mərkəzi / VTS-dən istifadə qaydaları

Virtual Test Sistemində (VTS) işləməyin əsas qaydaları


I ADDIM: VTS-ə DAXİL OLMAQ

VTS-ə daxil olmaq ücün İnternet Explorer Browser link-in üzərində siçanın düyməsi iki dəfə sıxmaqla sistemə daxil olunur. Açılmış pəncərədə  solda görünən “alma” nişanı seçilir və onun üzərinə basmaqla “Qeydiyyatdan kecmək” pəncərəsinə keçilir.


II ADDIM: QEYDİYYATDAN KEÇMƏK

Qeydiyyat səhifəsində ardıcıl olaraq, “Test” sətrində Sessiya (Qış, Yaz  və ya Yay), “İxtisas” sətrində Fakültə və bölmə,  “Status” sətrində Kurs seçilidikdən sonra “Şifrəniz” sətrində tələbə şifrəsi (10-rəqəmli kodu) daxil edilərək “Qeydiyyatdan keçmək” düyməsi basılır. Növbəti addımdaimtahan fənni seçilir 


III ADDIM: İMTAHAN FƏNNİNİN SEÇİLMƏSİ

Qeydiyyatdan keçəndən sonra Monitorun sol tərəfində uyğun sessiyanın imtahan fənlərinin siyahısı  göstərilir. Tələbənin imtahan cədvəlinə uyğun olaraq,  bu fənlərdən birinin (və ya bir neçəsinin)  adının qarşısında  “Testə cavab vermək” düyməsi görünür.  Tələbə imtahan verəcəyi fənni seçərək “Testə cavab vermək” düyməsini sıxmaqlacavab vermək rejiminəkeçir.


IV ADDIM: TESTLƏRƏ CAVAB VERMƏK REJİMİ

Seçdiyiniz fənnin qarşısında "Testə cavab vermək" düyməsinə sıxanda aktiv pəncərə dəyişir: ekrana seçdiyiniz fənn üzrə testin mətni (sağda) və mətndəki sualların sayı qədər variantlar sırası görsənir (solda). Əgər siz bu rejimə yalnız test tapşırıqlarını oxumaq üçün daxil olubsunuzsa və hələ test suallarına cavab vermək istəmirsinizsə, o zaman, sol tərəfdə olan "Fənlər siyahisinə qayıdıram" düyməsini sıxaraq geyriyə qayıda bilərsiz.
Sol tərəfdə sualların sayı qədər seçim sətirləri yerləşib. Hər sual üzrə 5 cavab sahəsi müəyyən olunub. Siz istədiyiniz cavabı, MOUSE-in sol düyməsini sıxaraq seçə və ya seçdiyinizi dəyişə bilərsiz. Hər sual  1 doğru  cavablıdır .
Sağ tərəfdə test suallarını oxuyub, bildiklərinizi cavablandırdıqdan sonra "Əminəm və cavab verirəm" düyməsinə sıxırsız. Bununla öz cavablarınızı təsdiqləyirək, cavablarınızı sistemdə sizə məxsus olan şəxsi-elektron karta əlavə etmiş olursuz.

DİQQƏT: "Əminəm və cavab verirəm" düyməsini sıxmaqla siz bu fənn üzrə test tapşırıqlarına cavab vermiş sayılırsınız və artıq bu fənn üzrə test suallarını təkrar cavablandıra və ya cavablarınızı dəyişə bilməyəcəksiniz. Bu səbəbdən yalnız cavabınıza tam əmin olandan sonra "Əminəm və cavab verirəm" düyməsini sıxmanızı məsləhət görürük.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana For foreign students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı