AZ RU EN
UNİVERSİTET / Virtual Test Mərkəzi / VTM haqqında

Son illərdə dünyanın bir çox qabaqcıl universitetlərində "Virtual Test Sistemi" layihəsi uğurla tətbiq edilir. Tələbələrin biliklərinin qiymətləndirilməsində insan-müəllim subyektivliyini və digər subyektiv faktorları  minimuma endirməklə obyektivliyin təmin edilməsi məqsədilə ATU-nun Rekotru akademik Ə.T.Əmiraslanovun əmrilə "Virtual test Mərkəzi" (VTM) yaradılmışdır. Artıq 2011-2012-cı tədris ilinin qış sessiyasından başlayaraq universitetdə imtahanlar Virtual Test üsulu ilə aparılır. VTM-də iki kompyuter zalında 250-yə yaxın kompyuter quraşdırılaraq, lokal şəbəkədə birləşdirilmiş və ümumi server vasitəsilə idarə edilir. Bu mərkəzdə bir gündə 1000 nəfərdən çox tələbə imtahan verə bilir. İmtahan prosesinin şəffaflığını təmin etmək üçün hər bir kompyuter zalında yerləşdirilmiş xüsusi veb-kameralar  vasitəsilə imtahan prosesinin vidio-yazılışı aparılır. VTM-də imtahanların mütəşəkkil keçirilməsi üçün tələbələr üçün xüsusı qaydalar və təlimatlar hazılanmışdır. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını dialoq rejimində kompyuterə daxil edir və imtahanın sonunda operativ olaraq topladığı balı bilir. Hər bir tələbənin imtahan nəticələri serverdə tələbənin şəxsi elektron arxivində yadda saxlanır.

e-mail:vtm.atu@gmail.com

 

VTM Direktoru
VTM Test qrupu
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı