Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
UNİVERSİTET / İctimai təşkilatlar / Tələbələrin Həmkarlar İttifaqı komitəsi / Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Kərimli Elvin Hacı oğlu 14 avqust 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə Bakı şəhəri 281 saylı orta məktəbdə oxuyub.

2000-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinə daxil olub, 2004-cü ildə həmin fakültənin bakalavr, 2006-cı ildə isə magistr pilləsini bitiribdir. 2010-cu ildə farmakoqnoziya və botanika kafedrasında baş laborant vəzifəsinə təyin olunubdur. 2012-ci ildən həmin kafedrada assistent, 2018-ci ildən baş müəllim  vəzifəsinə seçilib və hal hazırda həmin vəzifədə çalışır.

Kərimli E.H. 09.06.2017-ci il tarixindən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini yerinə yetirir. 2017-ci ildə əczaçılıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Əczaçılıq kimyası, farmakoqnoziya» ixtisasında dissertasiya işini müdafiə etmişdir.

Kərimli E.H. 25 elmi məqalə və tezisin, həmçinin 1 ixtiranın müəllifidir.

Kərimli E.H. ATU-nun Böyük Elmi Şurasının üzvüdür. Respublika Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsidir.

İşlədiyi müddət ərzində: Tələbə Həmkarlar İttifaqı komitəsinin nəzdində  Debat, brain mania, tedex, intellektual  klublar fəaliyyət göstərir. Həmçinin tələbələrin asudə vaxtının, onların qış və yay istirahətinin təşkili, tələbələrin yataqxana ilə təmin edilməsi, aztəminatlı tələbələrə yardım edilməsi, müxtəlif tədbirlərin keçirilməsi, istedadlı tələbələrin istiqamətləndirilməsi, tələbə elmi cəmiyyətlərə tələbələrin cəlb edilməsi onlarla məşğul olunması, tələbə yeməkxanalarına və yataqxanalara nəzarət edilməsi və s. Apelyasiya imtahanlarında ekspert kimi iştirak edilməsi. Bu işlərin təşkili ilə Tələbə Həmkarlar İttifaqı komitəsi məşğul olur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı