AZ EN
UNİVERSİTET / İctimai təşkilatlar / Əməkdaşların Həmkarlar İttifaqı komitəsi / Çinar rəqs ansamblı

  1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda, indiki Azərbaycan Tibb Universitetində rəqs ansamblı yaratmaq təşəbbüsü irəli sürülmüşdür. Ansambla rəhbərlik etmək təklifini məmnuniyyətlə qəbul edən respublika Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi Azərbaycanda qızlardan ibarət rəqs ansamblı yaratmaq arzusu ilə tələbə kollektivinə gəldi. İnstitutda istedadlı həvəskarlar çox idi. Gələcək həkimlər rəqs kollektivinə həvəslə üzv yazılırdılar. Onları ansambla gətirən bir istək, bir arzu idi: rəqsə vurğunluq, bu sənətin qüdrətindən doğan sevinci hamıya bəxş etmək. Lakin heç kəs güman etməzdi ki, ağ xalatlı qızlar, utancaq tələbə qızlardan ibarət rəqs qrupunun şöhrəti bir vaxt Azərbaycan hüdudlarından da uzaqlara yayılacaqdır. Qızlardan ibarət rəqs kollektivinə gözəlliyi, qaməti, vüqarı təmsil edən "Çinar" adı verildi. "Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoydu. Sonra onun ifasında "Bənövşə", "Ceyran" dünyaya gəldi. "Vağzalı-Mirzəyi", "Qaval" rəqsləri ürəklərə yol tapdı. "Çinar " tez bir müddətdə lirik rəqsləri ilə özünü tamaşaçılara sevdirdi və tanıtdı. Yarandığı 3 aydan sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. Ongünlükdə müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar. Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadan qayıdanda "Çinar"a xalq ansamblı adı verildi. Tələbə rəqqasələrdən dörd Azərbaycan ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Ə. Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü.
  1970-ci il "Çinar"ın bahar ömrünə yeni qələbələr, yeni sevinclər gətirib. Bu uğurlardan ikisini xüsusilə qeyd etmək lazımdır. Həmin ilin yayında Almaniya Demokratik Respublikasında musiqi bayramı keçirilirdi. Dəvət olunmuş qonaqların arasında "Çinar" da var idi. O, alman dostlarımızı iki rəqslə salamladı. Yerli qəzetlərdə "Çinar"ın ünvanına xoş sözlər yazıldı. Ev sahiblərinin arzusu ilə "Çinar" xalq rəqs ansamblı ADR-nin səkkiz şəhərində tam proqramla çıxış etməli oldu.
1974-cü ildə "Çinar" Yuqoslaviyanın Sarayevo şəhərində keçirilən dostluq görüşündə iştirak etdi.
  "Çinar" xalq rəqs kollektivi tələbə gənclərin estetik tərbiyəsi işində uzun müddətli və səmərəli əməyinə, yüksək yaradıcılıq səviyyəsinə görə Azərbaycan Lenin komsomolu mükafatı laureatı adına layiq görüldü. Sonrakı illərdə də Çinar" xalq rəqs ansamblı neçə - neçə müsabiqədən, festivaldan üzüağ çıxıb, özünün nəyə qadir olduğunu dəfələrlə sübut edib. Çinar" xalq rəqs ansamblının yaradıcılığı haqqında C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Qızlar, rəqs edin!" sənədli filmini çəkilib. Çinar" xalq rəqs ansamblı Moskva, AFR, Polşa və Əlcəzair televiziyalarına da çəkilib.
  "Çinar" xalq rəqs ansamblı 1990-cı ildə Türkiyədə, 1991-ci ildə Almaniyada, 1992-ci ildə Kiprdə, 1993-cü ildə Türkiyədə qastrol səfərlərində olmuşdur. 1994-cü ildə Qazax və Murovun hərbi qərargahlarında konsert proqramları ilə çıxış etmişdir.
  Çinar" xalq rəqs ansamblı 45 ildən çoxdur ki, öz rəngarəng çıxışları ilə hər kəsin rəğbətini və sevgisini qazanıb.
Hal-hazırda Çinar" xalq rəqs ansamblını hazırlaşdırmaqda Əminə xanıma Çinar" xalq rəqs ansamblının keçmiş solisti, Azərbaycan Tibb Universitetinin məzunu və kiçik elmi işçisi Abdullayeva Nərgiz köməklik göstərir. 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda , indiki Azərbaycan Tibb Universitetində rəqs ansamblı yaratmaq təşəbbüsü irəli sürülmüşdür. Ansambla rəhbərlik etmək təklifini məmnuniyyətlə qəbul edən respublika Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi Azərbaycanda qızlardan ibarət rəqs ansamblı yaratmaq arzusu ilə tələbə kollektivinə gəldi. İnstitutda istedadlı həvəskarlar çox idi. Gələcək həkimlər rəqs kollektivinə həvəslə üzv yazılırdılar. Onları ansambla gətirən bir istək, bir arzu idi: rəqsə vurğunluq, bu sənətin qüdrətindən doğan sevinci hamıya bəxş etmək. Lakin heç kəs güman etməzdi ki, ağ xalatlı qızlar, utancaq tələbə qızlardan ibarət rəqs qrupunun şöhrəti bir vaxt Azərbaycan hüdudlarından da uzaqlara yayılacaqdır. Qızlardan ibarət rəqs kollektivinə gözəlliyi, qaməti, vüqarı təmsil edən "Çinar" adı verildi. "Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoydu. Sonra onun ifasında "Bənövşə", "Ceyran" dünyaya gəldi. "Vağzalı-Mirzəyi", "Qaval" rəqsləri ürəklərə yol tapdı. "Çinar " tez bir müddətdə lirik rəqsləri ilə özünü tamaşaçılara sevdirdi və tanıtdı. Yarandığı 3 aydan sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. Ongünlükdə müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar . Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadan qayıdanda "Çinar"a xalq ansamblı adı verildi. Tələbə rəqqasələrdən dörd Azərbaycan ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Ə. Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü.
  1970-ci il "Çinar"ın bahar ömrünə yeni qələbələr , yeni sevinclər gətirib. Bu uğurlardan ikisini xüsusilə qeyd etmək lazımdır. Həmin ilin yayında Almaniya Demokratik Respublikasında musiqi bayramı keçirilirdi. Dəvət olunmuş qonaqların arasında "Çinar" da var idi. O, alman dostlarımızı iki rəqslə salamladı. Yerli qəzetlərdə "Çinar"ın ünvanına xoş sözlər yazıldı. Ev sahiblərinin arzusu ilə "Çinar" xalq rəqs ansamblı ADR-nin səkkiz şəhərində tam proqramla çıxış etməli oldu.
1974-cü ildə "Çinar" Yuqoslaviyanın Sarayevo şəhərində keçirilən dostluq görüşündə iştirak etdi.
  "Çinar" xalq rəqs kollektivi tələbə gənclərin estetik tərbiyəsi işində uzun müddətli və səmərəli əməyinə, yüksək yaradıcılıq səviyyəsinə görə Azərbaycan Lenin komsomolu mükafatı laureatı adına layiq görüldü. Sonrakı illərdə də Çinar" xalq rəqs ansamblı neçə - neçə müsabiqədən, festivaldan üzüağ çıxıb, özünün nəyə qadir olduğunu dəfələrlə sübut edib. Çinar" xalq rəqs ansamblının yaradıcılığı haqqında C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "Qızlar, rəqs edin!" sənədli filmini çəkilib. Çinar" xalq rəqs ansamblı Moskva, AFR, Polşa və Əlcəzair televiziyalarına da çəkilib.
  "Çinar" xalq rəqs ansamblı 1990-cı ildə Türkiyədə, 1991-ci ildə Almaniyada, 1992-ci ildə Kiprdə, 1993-cü ildə Türkiyədə qastrol səfərlərində olmuşdur. 1994-cü ildə Qazax və Murovun hərbi qərargahlarında konsert proqramları ilə çıxış etmişdir.
  Çinar" xalq rəqs ansamblı 45 ildən çoxdur ki, öz rəngarəng çıxışları ilə hər kəsin rəğbətini və sevgisini qazanıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana International for students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı