Musabəyov Zülfüqar Fərid oğlu 1961-ci ildə Bakı şəhərində anadan olub.
1979-cu ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1990-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1991-ci ildən assistent işləmiş, 2012-ci ildən hazıradək dosent vəzifəsində çalışır. Eyni zamanda 2008-ci il tarixdən universitetin psixiatriya kafedrasının tədris hissəsinin müdiri işləmişdir.
2001-ci ildən tibb elmləri namizədidir.
20-dən çox elmi əsərin müəllifidir.
Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqreslərdə iştirak etmişdir. Azərbaycan Psixiatriya Assosiyasisınin üzvüdür. |