AZ EN
Rəhbərlik / Elmi Şura / Elmi katib

Nazim Adil oğlu Pənahov 06 dekabr 1971-ci ildə anadan olub.

1978-1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı “Qızıl Medal” ilə bitirib.

Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N.Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1993-1995 –ci illərdə Azərbaycan Tibb Universitetinin ortepedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə həmin kafedrada aspirant, 2000-2008-ci illərdə assistent olub, 2008-ci ildən indiyədək dosent vəzifəsində çalışır.

2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2009-cu ildə dosent elmi adına layiq görülüb.

2014-cü ildə tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

2012-ci ildən ATU-nun nəzdində fəaliyyət göstərən FD03.015 Dissertasiya Şurasının Elmi Katibidir.

N.Pənahov 80-dən çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, tədris-metodik tövsiyələrin, səmərələşdirici təkliflərin müəllifidir.

2016-cı il 07 noyabr tarixindən etribarən indiyədək ATU-nun elmi katibdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana International for students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı