AZ RU EN
RƏHBƏRLİK / Tərbiyə işlər üzrə prorektor

Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci il sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1952-ci ildə Gədəbəy qəsəbə 11 illik orta məktəbin 1-ci sinfinə daxil olub, 1963-cü ildə həmin məktəbi bitirib.
1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib.
1969-1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, 1971-1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt kimi işləyib.
1974-1976-cı illərdə Azərbaycan Tibb İnstitutunun 2-ci müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.
Həmin dövrdə respublikada ixtisaslaşmış Müdafiə Elmi Şurası olmadığına görə, 1979-cu ildə Tbilisi Dövlət İnstitutuna namizədlik dissertasiyası müdafiə edib.
1977-1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.
1986-1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.
1990-cı ildə doktorluq dissertasiya müdafiə edərək, tibb elmləri doktoru adına layiq görülüb.
1990-cı ildən bu günə qədər Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində işləyir. 1993-cü ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. 1993-cü ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, 2013-cü ildən Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektorudur.

NAİLİYYƏTLƏRİ
2000-ci ildə Ümummilli lider H.Əliyev tərəfindən əməkdar elm xadimi adına layiq görülüb.
1992-ci ilin noyabrından YAP-ın üzvü, 91-lərdən biridir. YAP siyası şurasının üzvüdür.
13 may 2006-cı ildə 3-cü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.
7 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində təkrar deputat seçilib.
2005-ci ildən Azərbaycan TİBB Jurnalının baş redaktorudur.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Tibb üzrə ekspert şurasının sədri seçilib.
250-dən artıq elmi əsərin müəllifidir. Tibb Universitetinin tələbələri üçün "Daxili xəstəliklər" və "Endokrinologiya" fənlərindən dərsliklər yazıb.
1 monoqrafiya və 5 dərs vəsaitinin müəllifidir.
Əsərlərinin bir çoxu xarici ölkələrdə çap olub.
Azərbaycan baş endokrinoloqu kimi Rusiya, Almaniya, Türkiyə, Meksika, Belçika, İsrail, İran və başqa ölkələrdə keçirilən konqreslərdə Azərbaycanın endokrinologiya elmini təmsil edib.
Evlidir, 2 övladı var.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı