AZ EN
RƏHBƏRLİK / Elmi işlər üzrə prorektor

Bəylərov Rauf Oruc oğlu 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsili 1968-1978- ci illərdə 23 saylı orta məktəbdə alıb. 1978-1979-cu illərdə Respublika uroloji xəstəxanasında  sanitar vəzifəsində çalışıb. 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb və həkim-pediatr diplomunu alıb. Təhsil müddətində 2 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində çalışıb. 1985-1986-cı illərdə Bakı şəhər təcili və təxirəsalınmaz yardım stansiyasında internaturanı keçib.

1986-1989-cı illərdə Səhiyyə Nazirliyinin göndərişi ilə Əli-Bayramlı şəhərində təcili yardım stansiyasında həkim-pediatr kimi çalışıb. 1989-1992-ci illərdə Rusiyanın Moskva şəhərində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Nefroloji mərkəzdə aspiranturada olub və müvəffəqiyyətlə dissertasiyasını müdafiə edib, tibb elmləri namizədi dərəcəsinə nail olub.

1993-cü ildə Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri propedevtika kafedrasında assistent vəzifəsinə seçilib. 2007-ci ildən dosent vəzifəsində çalışır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı