AZ EN
Rəhbərlik / Tədris və müalicə işləri üzrə prorektor

Sabir Cahan oğlu Əliyev 1944-cü ildə anadan olub. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub. 1969-1972-ci illərdə N.Nərimanov adına ADTİ-də patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999-2001-ci illərdə I MPF-nin dekanı işləyib. 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəcinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin Mərkəzi Metodik Komissiyasının, Səhiyyə Nazirliyində "Patomorfologiya və patofiziologiya" üzrə komissiyanin sədri və "anatomiya, patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakultəsinin Elmi Şurasının, Azərbaycan Tibb jurnalı Redaksiya Şurasının və AMEA-da "Tibb" şurasinin üzvüdür.
1992-ci ildən YAP-ın üzvi və universitetin YAP təskilatinin sədridir.
1986-cı ildə "Səhiyyə əlaçısı", 2000-ci ildə "Respublikanın əməkdar müəllimi" fəxri adlarına layiq görülüb. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 2007-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümü üzrə akademik seçilib.
6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən "Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız" medalı ilə təltif olunub.
15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa "Şərəf və Vicdan" ordeni ilə təltif olunmusdur.
12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmusdur.
20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar elm xadimi fəxri adı almışdir.
24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən "Hippokrat" ordeni ilə təltif olunmusdur.
26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi "İbn-İ-Sina" diplomu ilə təltif olunub.
294 elmi əsərin, 6 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi-populiyar brosuna, dünyada ilk dəfə 3 dildə (azərbaycan, rus, ingilis) cap olunan patofizioloji atlas elektron-dərslik kitabının, bir neçə tədris-metodik vəsaitin müəllifidir.
Rəhbərliyi altında 14 namizədlik dissertasiyası müdafiə olunmuş, 5 namizədlik və 4 doktorluq dissertasiyalari üzərində elmi-tədqiqat işləri davam etdirilir.
Kitablar, dərsliklər və monoqrafiyalar
Elmi və ictimai məqalələr
Təltiflər
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana International for students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı