Axtarış:
Ümumi məlumat > Nizamnamə
     Ümumi müddəalar
     1.1. Azərbaycan Tibb Universiteti (bundan sonra mətndə-ATU) dövlət universitetidir, milli təhsil sistemində aparıcı ali tibbi təhsil məktebidir. ATU qarşısında qoyulan məsələləri həll etmək üçün Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununa, "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanına və həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 191 saylı 4 dekabr 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Ozünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri haqqında" Əsasnaməyə, bu Nizamnaməyə və digər qanunvericilik aktlarının müəyyən etdiyi səlahiyyətlərə istinad edərək müvafiq funksiyalar yerinə yetirir.
     1.2. ATU təşkilati hüquqi forması; məhdud məsuliyyətli cəmiyyət.
     1.3. ATU hüquqi ünvanı: Bakı şəhəri, Bakıxanov küçəsi, 23
     1.4. ATU dövlətin, cəmiyyətin, şəxsiyyətin tələb və maraqlarının təmin olunmasına yonəldilmiş təhsil, intellektual, mədəni, social prinsiplərə uyğun vəzifələr yerinə yetirir.
     1.5. ATU-nun əsasını elmi-pedaqoji işçilər, aspirant, rezident, magistr, tələbə, müdavim və dinləyicilərin yaradıcılıq birliyi - ATU-nun akademik cəmiyyəti təşkil edir. ATU-nun akademik cəmiyyəti öz fəaliyyətini universitet təhsilininin klassik ənənələrinə müvafiq surətdə tədris və elmi-tədqiqat işlərinin, biliklərin yayılmasının akademik sərbəstliyi, universitet muxtariyyəti, demokratik özünüidarəetmə, cəmiyyət qarşisında məsuliyyət, tədris və elmi fəaliyyət proseslərinin vəhdəti, elm və təhsilin praktika ilə sıx əlaqəsi prinsipləri əsasında qurur.
     1.6. ATU-nun əsas vəzifələri aşağıdakılardır:
     - tədris prosesi ilə elmi tədqiqatların vəhdəti əsasında ali təhsil və ali təhsildən sonrakı hazırlıq vasitəsi ilə şəxsiyyətin intellektual, mədəni, fiziki və mənəvi dəyərlərə olan ehtiyacının təmin olunması;
     - humanitar və təbiət elmləri sahəsində təhsilin ali təhsil, ali təhsildən sonrakı əlavə təhsil və digər təhsil formaları əsasında cəmiyyətin dərin ixtisas-peşə biliyini yüksək mədəniyyət və vətəndaş aktivliyi ilə əlaqələndirən ali tibb təhsilli və əczaçılıq profilli mütəxəssislərə olan tələbatının təmin olunması;
     - əhalinin sağlamlığının yüksək səviyyədə təmin edilməsi və insanların ömrünün uzadılması məqsədi ilə tibbin aktual problemlərinə dair elmi-tədqiqat, müalicə və profilaktika işlərinin, innovasiya və istehsal fealiyyətinin yenidən qurulması, təşkili və aparılması, tədris prosesi və elmi tədqiqatların müvafiq maddi
     - texniki və eksperimental istehsalat bazalarının inkişaf etdirilməsi;
     - əhali arasında elmi-tibbi biliklərin, səhiyyə maarifinin təbliğ olunması.
     1.7. Qarşıya qoyulmuş məsələləri həll etmək üçün ATU qanunvericiliklə müəyyən olunmus qaydada:
     - ATU-nun Nizamnaməsini isləyib hazırlayır və müvafiq qaydada təsdiq üçün Səhiyyə Nazirliyinə təqdim edir, lazım gəldikdə ona dəyişikliklər və əlavələr edilir;
     - tərkibinə daxil olan struktur bölmələrin əsasnamələrini (nizamnamələrini), həmçinin ATU-nun və onun struktur bölmələrinin fəaliyyətini tənzim edən digər aktları təsdiq edir;
     - Respublikanın tibbi və əczaçılıq təhsil müəssisələrinin tədris plan və proqramlarırın işlənib hazırlanmasına, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də digər tədris-metodik ədəbiyyatın, həmçinin xüsusi məqsədlər üçün yaradılmış tədris-metodik birlik və şuralar çərçivəsində tibbi və əczaçılıq təhsil sistemi üçün normativ bazanın hazırlanmasına dair fəaliyyətini əlaqələndirir, universitet fənlərinin, peşə və ixtisasların siyahısını müəyyənləşdirir, tədris-metodik birliklər tərəfindən təhsilin dövlət standartlarına uyğun işlənib hazırlanmış normativ sənədləri təsdiq edir;
     - ATU-da təhsilin müasir dövlət tələbləri va dünya standartları səviyyəsində mütəxəssis hazırlığını təmin edan məzmun, forma və metodlarını müəyyən edir;
     - ATU kollektivinin üzvləri tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış intellektual mülkiyyətdən istifadə edir;
     - Azərbaycan Respublikasında tibb va əczaçılıq üzrə elmi - tədqiqat işlərinin əsas istiqamətlərinin müəyyən edilməsində və onların ehtiyat təminatının təşkilində istirak edir;
     - pullu xidmət (iş) göstərilməsindən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri (mədaxili), müxtəlif tədbirlərdə iştirak etməkdən və digər hüquqi şəxs fəaliyyətindən aldə edilan gəlirləri (dividendləri), həmçinin daxil olan könüllü ianələri məqsədyönlü səkildə xərcləyir, artıq sahələri, binaları və digər əmlakı Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla icarəyə və istifadəyə verir;
     - tabeliyində olan təşkilatları idarə edir;
     - büdcədən ayrılmış məbləğ həddində Maliyyə Nazirliyi ilə razılaşdırma əsasında əmək haqqının forma va sistemini işləyib hazırlayır, tətbiq edir;
     - öz fəaliyyətini sərbəst gəlir (mədaxil) hesabına həyata keçirən bölmələrin işçiləri üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyindən aşağı olmayan ilkin tarif dərəcəsi üzrə aylıq maaş təyin edir, onlann əmək haqqının ödənilmə qaydasını müəyyənləşdirir;
     - ATU-nun göstərdiyi pullu xidmətlərin (işlərin) bütün növləri üçün Səhiyyə Nazirliyi ilə razılaşdırılmıs tariflar və qiymətlər təyin edilir;
     - hüquqi və fiziki şəxslərlə müqavilə əsasında yaradıcılıq, maliyyə, təsərrüfat və digər əlaqələri həyata keçirir;
     - özünün şəxsi sosial bazası - idman-sağlamlıq, müalicə-profilaktika, yardımçı təsərrüfat və mədəniyyət müəssisələri şəbəkəsini inkişaf etdirir; nəşriyyat, poliqrafiya, informasiya xidmətlərini və mədəni-kütləvi fəaliyyəti həyata keçirir;
     - tibbi və əczaçılıq xidmətləri göstərir;
     - hazırkı Nizamnaməyə və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarına zidd olmayan digər fəaliyyət növlərini həyata keçirir;
     1.8. ATU çoxpilləli təhsil kompleksi olmaqla, müəyyən istiqamətlər və ixtisaslar üzrə aşağıdakı səviyyələrdə mütəxəssis hazırlayır:
     - ali təhsil, bakalavriat, magistratura;
     - əlavə təhsil (ikincili ali təhsil);
     - rezidentura (internatura, klinik ordinatura);
     - aspirantura;
     - dissertantura;
     - doktorantura;
     - orta ixtisas təhsili;
     - ixtisasartırma və yenidən hazırlama;
     1.9 ATU-nun təsis edilməsi günü universitet kollektivi tərəfindən hər il bayram kimi qeyd olunur.
     1.10 ATU-nun adında dəyişiklik Elmi Şuranın qərarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
     1.11. ATU-da əsasnamələri müəyyən olunmuş qaydada təsdiq olunan "ATU-nun Fəxri Doktoru", "ATU-nun Fəxri Professoru" və "ATU-nun Əməkdar İşçisi" yüksək adları, həmçinin "Fəxri Fərmanı" təsis edilir.
     1.12. ATU alimlərinə hər il mühüm elmi və pedaqoji nailiyyətlərə görə laureat diplomu və fəxri nişan təqdim etməklə N. Nərimanov adına mükafat verilir. Mükafatın həcmi və onun haqqında əsasnamə ATU-nun Elmi Şurası tərəfindən təsdiq olunur.
     ATU-nun tələbələrinə hər il mühüm elmi-tədqiqat işlərindəki müvəffəqiyyətlərə görə laureat diplomu və pul mükafatı verilir; pul mükafatının həcmi ATU-nun Elmi Şurası tərəfindən müəyyən edilir.
     1.13. ATU-da təlim dili Azərbaycan dilidir. Maddi-texniki baza və kadr potensialı imkan verdiyi halda təlim Azərbaycan dili ilə yanaşı xarici dillərdə də aparıla bilər.
     1.14. ATU üzərində dövlət gerbi və özünün adı həkk olunmuş möhürə malikdir, qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşdirmə aparır və hesabat verir.
     1.15. ATU hüquqi statusuna görə dövlət tədris müəssisəsidir, hüquqi şəxs olmaqla, iddiaçı və cavabdeh kimi çıxış etmək hüququna malikdir;
     1.16. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ATU dövlət büdcəsindən maliyyələşdirilir və bu funksiya Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə yerinə yetirilir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws