Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Xəbərlər
15.05.2015
Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində pulsuz müayinə həftəsi keçirilir

   Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində pulsuz müayinə həftəsi keçirilir. May ayının 10-dan 16-dək davam edən pulsuz müayinə həftəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Bu günlər ərzində ümumilikdə 300-dən çox xəstə müayinədən keçib. Müayinələr 4 yüksək ixtisaslı həkim-kardioloq, 3 rezident-kardioloq və peşəkar tibb bacıları tərəfindən aparılıb.

Daha ətraflı...
14.05.2015
Azərbaycan Tibb Universitetində rezidentlərin III elmi-təcrübi konfransı keçirildi

   Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rezidentlərin III elmi-təcrübi konfransı keçirildi.

Daha ətraflı...
13.05.2015
ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının əməkdaşları Kiprdə keçirilən 30-cu ANKEM-də iştirak ediblər

   Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının əməkdaşları 6-11 may 2015-ci ildə Kiprdə keçirilən 30-cu “Antibiotiklər və Kimyəvi reapiya Konqresi”ndə (30-cu ANKEM) iştirak ediblər.

Daha ətraflı...
13.05.2015
Tibb Universitetinin tələbələri 3751 metr yüksəklikdəki zirvəni fəth etdilər!

   Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi növbəti uğura imza atıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə yaradılan "MEDİCUS" qrupunun üzvləri "Heydər zirvəsi"nə yürüş ediblər.

Daha ətraflı...
13.05.2015
ATU rektoru Əhliman Əmiraslanov imtahanların gedişi ilə maraqlanıb

   Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov bu gün sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasiyası və digər kurslarda isə semestr imtahanları verən tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqlanıb. Rektor Əhliman Əmiraslanov imtahandan uğurla keçən tələbələri təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib.

Daha ətraflı...
13.05.2015
Serbiyanın səfiri ATU-nun qonağı oldu

   Bu gün Serbiya Respublikasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç, Belqrad Universitetinin Stomatologiya fakültəsinin dekanı Dr.Miroslov Vukadinoviç ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova, beynəlxalq əlaqələr üzrə şöbə müdiri dosent Nadir Zeynalov və stomatologiya fakültəsinin dekanı professor Zöhrab Qarayev ilə görüşüblər. 

Daha ətraflı...
12.05.2015
Türkiyəli mütəxəssislər ATU-da rezidentlər üçün seminar keçirdilər

   Bu həftə Azərbaycan Tibb Universitetində (ATU) Türkiyəli mütəxəssislərin iştirakı ilə rezidentlər üçün seminarlara start verilib. Tədbirdə Türkiyənin Cümhuriyyət Universitetinin Tibb fakültəsinin əməkdaşları iştirak ediblər.

Daha ətraflı...
08.05.2015
ATU-nun Tədris Terapevtik klinikasında Elastoqrafiya üsulunun tətbiqinə dair seminar keçirildi

   Mayın 6-da ATU-nun Tədris Terapevtik Klinikasında ultrasəs müayinəsi zamanı Elastoqrafiya üsulunun tətbiqinə dair seminar keçirildi. Seminarı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev klinikada daim yeni müasir müalicə və diaqnostika üsullarının tətbiq edildiyini və bunun xəstəliklərin vaxtında aşkar olunmasında, düzgün müalicəsində ciddi rol oynadığını qeyd edib. Qeyd olunmuşdur ki, bu üsul bütün dünyada onkologiya, endokrinologiya, qastroenterologiya və digər sahələrdə geniş tətbiq edilir, qara ciyərin, süd vəzlərinin, qalxanabənzər vəzin patologiyalarının daha dəqiq aşkarlanmasında xüsusi əhəmiyyət kəsb edir.

Daha ətraflı...
08.05.2015
Tibb Universitetində Azərbaycan-Türkiyə diş həkimləri simpoziumu keçirildi

   Bu gün Azərbaycan Tibb Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Azərbaycan-Türkiyə diş həkimləri simpoziumu keçirildi. Azərbaycan Tibb Universitetinin dəstəyi ilə baş tutan tədbirdə hər iki ölkənin mütəxəssisləri, gənc həkimlər və rezidentlər iştirak ediblər.

Daha ətraflı...
07.05.2015
Tibb Universitetinin veteran əməkdaşları təltif olundu

   Bu gün Azərbaycan Tibb Universitetində (ATU) II Dünya Müharibəsində faşizm üzərindəqələbənin 70-ci ildönümü – 9 May qələbə günü münasibətilə tədbir keçirilib. Universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə pul mükafatı və dəyərli hədiyyələrlə təltif ediliblər.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı