AZ RU EN WEBMAIL
Xəbərlər
24.08.2019
Tibb Universiteti IMFSA-nın toplantısında təmsil olunub

Avqustun 1-7-də Çinin Taypey şəhərində Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (International Federation of Medical Students’ Associations – IFMSA) 68-ci Ümumi Assambleyasının Avqust Görüşü baş tutub. 100-dən artıq ölkədən 1000-ə qədər tibb tələbələrinin iştirak etdiyi tədbirdə “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin nümayəndəsi Asiman Hadizadə Azərbaycanı təmsil edib.

Daha ətraflı...
22.08.2019
BƏƏ-dən olan tələbələrin ATU-da praktikası yekunlaşıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) RAK Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri ATU-da praktika keçib. 3 həftə davam edən praktika zamanı 3-cü və 4-cü kurs tələbələri ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə işi üzrə biliklərini artırıblar. Qonaq tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda iştirak ediblər, treyninq mərkəzlərində keçirilən tədbirlərə qatılıblar.

Daha ətraflı...
21.08.2019
Ağır erektil disfunksiyası olan xəstənin cinsi fəaliyyəti bərpa olunub

Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi zəifliyinin aradan qaldırılması üzrə unikal əməliyyat icra olunmuşdu. Klinikada növbəti belə əməliyyat uğurla icra olunub. ATU-nun urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının səyi ilə ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub və onun cinsi fəaliyyəti bərpa olunub. 

Daha ətraflı...
19.08.2019
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

Rektor ATU-da qeydiyyat prosesini izləyib

 

Daha ətraflı...
19.08.2019
ATU-nun rəhbər şəxsləri Yay məktəbində imtahanın gedişini izləyiblər

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək prosesin gedişi ilə bağlı onların fikirlərini öyrəniblər. 

Daha ətraflı...
16.08.2019
Stavropol Dövlət Tibb Universitetinin tələbələri ATU-da praktika keçiblər

Stavropol Dövlət Tibb Universitetinin müalicə və pediatriya fakültəsinin IV və V kurs tələbələri Azərbaycan Tibb Universitetində (ATU) praktika keçiblər. Praktika keçən tələbələrə universitet rəhbərliyi tərəfindən sertifikartlar təqdim olunub.

Daha ətraflı...
15.08.2019
SEVİMLİ QİDALAR XƏRÇƏNGDƏN QORUYUR

Sirr deyil ki, insan sağlamlığının bir göstəricisi onun nə cür qidalanmasıdır.  Sağlam qidalanma insan bədənini möhkəmləndirir, immuniteti artırır, bir çox xəstəliklərdən uzaq qalmaq üçün profilaktik tədbirlər keçirilməsini təmin edir.

 

Daha ətraflı...
15.08.2019
ATU həkimlərinin növbəti uğuru: Anası ilə qan uyğunsuzluğu olan uşaq sağ qaldı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında çox çətin və mürəkkəb keçən hamiləlik sağlam uşağın dünyaya gətirilməsi ilə sonlandırılıb. Klinikanın  neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı deyir ki, bətn daxilində ana və uşağın rezus uyğunsuzluğunun çox ağır forması aşkarlanıb. Və bu səbəbdən dölə, ana bətnində 3 dəfə qan transfuziyası icra olunub. Lakin buna baxmayaraq, hamiləliyin son 2 həftəsində xəstəliyin kritik həddə çatması səbəbilə döl təcili olaraq xaric edilib:

 

Daha ətraflı...
07.08.2019
ATU-da Yay semestri 10-dan çox fənn üzrə keçirilir

Azərbaycan Tibb Universitetində (ATU) iyulun 15-dən start götürən Yay semestri (yay məktəbi) fəaliyyətini davam etdirir. ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, məktəbin təşkilində əsas məqsəd  akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.

Daha ətraflı...
05.08.2019
ATU əməkdaşı Cocuq Mərcanlıda elmi praktik konfransda iştirak edib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Hərbi səhra döyüş travması simpoziumu və travma kursu keçirilib. Tədbirdə respublikanın müxtəlif tibb müəssisələrindən 200-ə yaxın həkim iştirak edib. Elmi-praktik konfransın iştirakçıları arasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru  Cəmil İskəndərov da olub.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı