AZ RU EN
Xəbərlər
08.12.2017
Gələcəyin cərrahiyyəsi Azərbaycanda yaranır

Azərbaycan Tibb Universitetində (ATU) prof. Çingiz Rəhimovun rəhbərlik etdiyi alim və mütəxəssis qrupu ən muasir rəqəmsal texnologiyalardan istifadə metodlarını rekonstruktiv cərrahiyyədə tətbiq edir. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları virtual reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər.

Daha ətraflı...
07.12.2017
ATU-nun Elmi Şurası yeni tərkibdə ilk iclasını keçirdi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) yeni tərkibdə şura üzvlərinin iştirakı ilə Böyük Elmi Şuranın növbəti iclası keçirildi. Tədbirdə rektor, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək Şurasının yeni tərkibini iştirakçılara təqdim etdi. Onun sözlərinə görə, “Ali Təhsil Müəssisəsinin Elmi Şurası haqqında «Əsasnamə»yə əsasən, Elmi Şuranın tərkibi hər 5 ildən bir seçilir. Əsasnaməyə görə, Elmi Şuranın tərkibi ali təhsil müəssisəsində tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılmalıdır.

Daha ətraflı...
07.12.2017
ATU-nun Tədris Terapevtik Klinikasının nevroloqu V Kliniki Neyrofizioligiya və Neyroreabilitasiya konfransına qatılıb

Klinikamızın nevroloqu, professor Sədaqət Hüseynova V Kliniki Neyrofizioligiya və Neyroreabilitasiya konfransına qatılıb Klinikamızın nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən V Kliniki Neyrofiziologiya və Neyroreabilitasiya konfransına qatılıb.

Daha ətraflı...
07.12.2017
ATU-nun əməkdaşı Kanadada toplantıda ölkəmizi təmsil edib

Bu yaxınlarda Kanadanın Viktoriya şəhərində (British Columbia ştatı) Amerika Tiroidologiya Assosasiyasının növbəti toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşı Lalə Ağabəyli bu il keçirilən toplantıda ölkəmizi təmsil edib. ATU-nun nümayəndəsi bu mötəbər toplanrıda poster məruzəsi ilə çıxış edib.

Daha ətraflı...
05.12.2017
Yeditepe Universitetinin Xəstəxanasının nümayəndə heyəti ATU-nun qonağı olub

Bu gün Türkiyənin Yeditepe Universitetinin Xəstəxanasından gələn nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Qonaqlarla görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin fəaliyyəti, tədris sahəsində islahatlar və qurumun artan beynəlxalq əlaqələri haqqında məlumat verib.

Daha ətraflı...
05.12.2017
ATU-nun əməkdaşları Qubada maarifləndirmə görüşləri keçiriblər

Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları 28-30 noyabr 2017-ci il tarixlərində kənd sakinləri arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirici iş aparmaq üçün Quba rayonunda olublar. Onlar əhali arasında tibbi maarifləndirmə işlərinin təşkili ilə bağlı rayonun bəzi kəndlərinin sakinləri ilə görüşüblər.

Daha ətraflı...
05.12.2017
ATU-nun Tədris Terapevtik Klinikasının Dializ Mərkəzi ABŞ-ın tanınmış jurnalında qeydiyyata alınıb

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının “Dializ mərkəzi” Amerikanın “Dialysis and Transplantation” jurnalının “Dializ mərkəz”lərinin siyahısında qeydiyyata alınıb.

Daha ətraflı...
04.12.2017
Ortopedik stomatologiya kafedrasında tələbələr üçün aktual mövzuda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında müxtəlif aktual mövzularda elmi seminarların keçirilməsi artıq ənənə halını alıb. “Metalsız keramika altında dişlərin yonulması” mövzusundakı növbəti tədbir dekabrın 2-də baş tutub.

Daha ətraflı...
04.12.2017
II müalicə-profilaktika fakültəsinin TEC-nin aktiv tələbələri ilə görüş keçirilib

Bu günlərdə ATU-nun II müalicə-profilaktika fakültə dekanı ilə fakültə TEC-nin aktiv tələbələri ilə görüşü keçirilib. Görüşdə fakültə dekanı İsrail Məhərrəmbəyli, tələbə dekanı Məhərrəm Alimli, II müalicə-profilaktika fakültəsi TEC-in sədri Aidə Qasımova, koordinator Aqqul Məmmədzadə, IV Beynəlxalq Tibb Konqresinin koordinatorları Ramil Hüseynzadə və Orxan İsgəndərov iştrak ediblər.

Daha ətraflı...
01.12.2017
ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir riskli cərrahi əməliyyat icra edilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasının  həkimləri növbəti riskli və uğurlu əməliyyata imza atıblar. 

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı