AZ RU EN
Xəbərlər
26.04.2017
ATU-nun Tədris Cərrahiyyə Klinikasında takayasu damar xəstəliyindən əziyyət çəkən qadın ana olub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağır hamiləlik uğurla başa çatıb. Takayasu damar xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Vüsale Cəbrayılova analıq sevincini yaşayıb.

Daha ətraflı...
26.04.2017
ATU rəhbərliyi Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.

Daha ətraflı...
25.04.2017
ATU-da oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş “İnsanlara nur bəxş edən alim” tədbir keçirilib.
Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi tamam olur.

Daha ətraflı...
25.04.2017
Miomanın xaric edilməsindən sonra yaranan fəsadlar

Laparoskopik miomektomiyanın hansı fəsadları olur? Bu barədə ATU-nun Tədris-Cərrahiyyə Klinikasının ginekologiya üzrə cərrah-endoskopisti, ali dərəcəli həkim Fərhad Sultanov məlumat verib.

Daha ətraflı...
25.04.2017
ATU-da aprel ayının Böyük Elmi Şura iclası keçirildi

Aprelin 25-də Böyük Elmi Şuranın növbəti iclası keçirilib. Yığıncağı açan  Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə bildirib ki, universitet ictimaiyyətinə ağır itki üz verib. Bu günlərdə ortopedik stomatologiya kafedrasının məsləhətçi-professoru Elxan Kərimov dünyasını dəyişib. Mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra   “Azərbaycan Tibb Universitetində 2016/2017- cı tədris ilində təsərrüfat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr ” barədə inzibati- təsərrüfat işləri üzrə prorektor Aydın Vəliyevin məruzəsi dinlənilib.

 

Daha ətraflı...
21.04.2017
Türkiyəli kardioloq-aritmoloq ATU-nun Tədris-Terapevtik Klinikasının qonağı olub

Kardiologiya şöbəsinin müdiri Fərid Əliyevlə görüşən Enes Elvin Gül ürək-damar mərkəzinin iş fəaliyyəti ilə tanış olub, yaradılan şəraitin müasir standartlara cavab verdiyini və gələcəkdə Azərbaycanda çalışmaq niyyətində olduğunu bildirib.

Daha ətraflı...
19.04.2017
ATU-da tələbə elmi konfransı keçirilib

Bu günlərdə ATU-nun tibbi-profilaktika fakültəsinin 41-ci tələbə-elmi konfransı keçirilib. Konfrans 3 bölmə üzrə fəaliyyət göstərib. Bunlar mikrobiologiya və immunologiya, epidemiologiya, yoluxucu xəstəliklər və ftiziatriya bölməsi; gigiyena bölməsi və biokimya bölməsidir.

Daha ətraflı...
19.04.2017
Qadınların təhsilli olması daha vacibdir

Tibb Universitetində qadınların müasir cəmiyyətdə roluna həsr edilmiş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün və gələcəyimizin dayağıdır” mövzusunda tədbir keçirilib.

Daha ətraflı...
18.04.2017
“Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda böyüməkdə olan nəslin sağlamlığının qorunması məsələləri, bu istiqamətdə görülən maarifçilik tədbirləri müzakirə olunub.

Daha ətraflı...
18.04.2017
ATU - da “Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda konfrans keçirilib.

Daha ətraflı...
17.04.2017
“Strateji hədəfimiz – təhsilin keyfiyyətinin artırılmasıdır”

ATU-nun rektoru Gəray Gəraybəyli universitetdə tətbiq olunan yeniliklərdən danışdı

Bir il öncə Azərbaycan Tibb Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli bütün karyerasını həsr etdiyi doğma universitetin rektoru təyin olundu.

Daha ətraflı...
17.04.2017
ATU nümayəndəsi İspaniyada elmi-tədqiqat işi aparıb

Beynəlxalq əlaqələrin güclənməsinə, kadrların bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirən Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri mütəmadi olaraq xarici dövlətlərdə staj keçir, təcrübələri artırırlar. ATU-nun ümumi və toksikoloji kimya kafedrasının assistenti  Kəmalə Bədəlova  altı ay müddətində İspaniyanın nüfuzlu universitetində çalışıb. 

Daha ətraflı...
14.04.2017
ATU-da “İnterstisial Ağciyər Xəstəlikləri” mövzusunda tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “İnterstisial Ağciyər Xəstəlikləri” mövzusunda tədbir keçirilib.

Daha ətraflı...
14.04.2017
ATU-nun Tədris Terapevtik Klinikasında süd vəzi xərçəngində ən effektiv metod haqqında məruzə dinlənildi

Mammoloq-radioloq Günel Qəmbərova: "Süd vəzisində olan problemi Mammoqrafiya müayinəsi ilə aşkar edin"

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Mammoqrafiya müayinəsi, erkən müayinənin qadınların həyatına müsbət istiqamətdə təsirləri ilə bağlı” məruzə edildi.

Daha ətraflı...
13.04.2017
Tədris Cərrahiyyə Klinikasında onurğa beyninin boyun nahiyəsində ağır əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında onurğa beyninin boyun nahiyəsində ağır cərrahiyyə əməliyyatı aparılıb. 60 yaşında kişi üzərində həyata keçirilən əməliyyat uğurla başa çatıb. Əməliyyatı icra edən doktor Fərid Qaralovun sözlərinə görə, pasient son 5-6 aydır getdikcə artan tetraparez (əl və ayaqlarda gücsüzlük) şikayəti ilə klinikaya müraciət edib.

Daha ətraflı...
13.04.2017
Cibuti Səhiyyə Naziri ATU-da qonaq oldu

Cibuti Səhiyyə Nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.

Cibutinin Səhiyyə Naziri Dr. Cama Elmi Okieh, Səhiyyə Nazirliyinin nümayəndələri, Cibutinin ölkəmizdəki səfiri Məhəmməd Ali Kamil, o cümlədən Azərbaycandakı Cibutidəki səfiri Elman Abdullayevin daxil olduğu nümayəndə heyəti ilə ATU rektoru, professor Gəray Gəraybəyli arasında bir çox məsələlərlə bağlı müzakirə aparılıb.

Daha ətraflı...
13.04.2017
ATU-nun 4-cü kurs tələbələri “Diyetologiya” elminin ilk dərsini keçiblər

ATU-nun 4-cü kurs tələbələri nəzəri və praktik olaraq (rasional qida və müalicəvi üsulla 65 kq arıqlayan pasient üzərində) Diyetologiya elminin ilk dərsini keçiblər.

Daha ətraflı...
12.04.2017
Azərbaycanda autizmli uşaqların sayı artır

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 2 aprel Ümumdünya autizm gününə həsr olunmuş “II Azərbaycan Autizm Paneli” adlı tədbir keçirilib.

Daha ətraflı...
11.04.2017
ATU-da Bursa Medikabıl Xəstəxanasının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib

Bu gün Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən Medikabıl Xəstəxanasının nümayəndələrinin iştirakı ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında konfrans keçirilib.

Daha ətraflı...
11.04.2017
Əməkdar artistin mədə kiçiltmə əməliyyatı uğurla başa çatıb

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həyata keçirilən cərrahiyyə əməliyyatları uğurla davam edir. Piylənmənin müalicəsində tətbiq olunan konservativ metodlar öz effektivliyini göstərsə də, çox zaman alınan nəticə qısamüddətli olur.

Daha ətraflı...
 1    2    3    4    5   6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı