AZ RU EN
Xəbərlər
16.05.2017
ATU-nun zəngin kitabxana fondundan minlərlə mütəxəssis yararlanır

Azərbaycan Tibb Universiteti zəngin kitabxanaya malikdir. Bunu kitabxanadakı ədəbiyyatın sayı, müxtəlif bölmələri əhatə etməsi də sübut edir. ATU-nun əsaslı kitabxanasının direktoru Ziyafət Eminova deyir ki, hazırda burada 687 minə yaxın (686.725) dərslik və elmi ədəbiyyat saxlanılır: “Kitabxanada yeddi şöbə fəaliyyət göstərir. Bunlar - oxuculara xidmət şöbəsi, elmi fond, dissertasiya və aftoreferatlar fondu, elmi biblioqrafiya şöbəsi, elmi kitab işləmə və kataloqlaşdırma şöbələridir”.

Daha ətraflı...
16.05.2017
ATU-nun Tədris Terapevtik Klinikanın Tibbi İnformasiya Mərkəzində treninq keçirilib

Məlumat verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Web of Science” platformasının effektiv istifadəsi üzrə “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilmişdi.

Daha ətraflı...
16.05.2017
Hirsutizm xəstəliyi - artıq tüklənmə xəstəliyinin əlamətləri nələrdir

Hirsutizm - cinsindən və yaşından asılı olmayaraq androgendən asılı terminal tüklərin izafi dərəcədə, fizioloji nahiyələrin çərçivəsindən kənara çıxmasıdır.

Daha ətraflı...
15.05.2017
Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirildi

Konfrans iki bölmədən – kliniki və xarici dillər bölmələrindən ibarət olub, müvafiq olaraq ATU-nun stomatoloji klinikasında və xarici dillər kafedrasında keçirildi. Fakültənin dekanı, professor Zöhrab Qarayev kliniki bölmədə əvvəlcə tələbə və gənc həkimlərin 1-ci, 2-ci və 3-cü Beynəlxalq tibb konqreslərində Stomatologiya fakültəsi tələbələrinin uğurlu çıxışlarını vurğulayaraq, bu gün ilk addımlarını atan gələcəyin elmi tədqiqatçılarına müvəffəqiyyət arzuladı və məruzəçilərin hamısını qalib adlandırdı.

Daha ətraflı...
15.05.2017
ATU-nun ictimai fənnlər kafedrasında TEC-nin konfransı keçirildi

İctimai fənlər kafedrasında tələbə elmi cəmiyyətinin konfransı keçirilmişdir. İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev konfransı açıq elan etdkdən sonra ictimai fənlər üzrə TEC-ə məsul şəxs, dosent Cavanşir Sadıqov tələbələrə proqrama müvafiq olaraq çıxış üçün söz verdi.

Daha ətraflı...
12.05.2017
ATU Həmkarlar İttifaqı Komitəsinin toplantısı keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) toplantısı keçirildi. Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin təlimatı ilə kafedra, yataqxana və klinikalarda nizam-intizam qaydalarının gücləndirilməsi və buna nə dərəcədə riayət olunması məsələləri müzakirə olundu. 

Daha ətraflı...
11.05.2017
ATU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş rezidentlərin 5-ci elmi-təcrübi konfransı keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (ATUREK-5) keçirilib.

Daha ətraflı...
10.05.2017
ATU-nun Tədris Cərrahiyyə klinikasında üst dodağın rezeksiya əməliyyatı aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi kafedrasının elmi-praktik istiqamətlərindən birini təşkil edən anadangəlmə və qazanılma qüsurların aradan qaldırılması tədbirləridir. Xüsusən üz-çənə nahiyəsində müxtəlif səbəblərdən (şiş götürülməsindən, travmadan sonra) yaranan toxuma qüsurlarının aradan qaldırılması yolları və bu məqsədlə istifadə olunan müxtəlif növ dilimlərlə bərpa edici əməliyyatların effektivliyi artırılır.

Daha ətraflı...
08.05.2017
ATU-da çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb.

Daha ətraflı...
08.05.2017
ATU-da ulu öndər Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Daha ətraflı...
08.05.2017
ATU-nun dosenti Rəhimə Qabulova: "Peşəkar həkim, unudulmaz müəllim"

Ölkəmizdə tibb kadrlarının yetişməsində misilsiz rolu olan, ömrünün təxminən 60 ilik dövrünü gənc həkimlərin təliminə, onların layıqli vətəndaş kimi tərbiyə olunmasına həsr etmiş ATU-nun Daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti Fatimat xanım Adıgözəlova bu gün həyatda olmasa da yaxınları, həmkarları və tələbələri doğum günü ərəfəsində onun əziz xatirəsini  yad edirlər.

 

Daha ətraflı...
08.05.2017
“Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Web of Science” platformasının effektiv istifadəsi üzrə “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib.

Daha ətraflı...
05.05.2017
Azərbaycan Tibb Universitetində imtahan nəzarətçiləri təlimatlandırılıblar

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) imtahan nəzarətçiləri ilə toplantı keçirilib.

Tədbiri açıq elan edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, profesor Sabir Əliyev bu il imtahana nəzarətin başqa formatda həyata keçiriləcəyini bildirib: “Ayrı-ayrı kafedralardan 3-4 müəllim birbaşa imtahana nəzarət etmək üçün dəvət olunub. Bəzi müəllimlər ilk dəfə imtahanda nəzarətçi qismində iştirak edəcək. Bütün nəzarətçilərdən hədsiz diqqət tələb olunur”.

Daha ətraflı...
05.05.2017
Dəri xərçənginə səbəb olan günəş şüalarından qorunmağın yolları

Günəş şüaları dərinin quruluğuna, günəş yanığına, dəri xərçənginə, günəş allergiyasına, erkən yaşlanma və ya foto yaşlanmaya, dərinin piqment dəyişikliyinə səbəb olur.

Daha ətraflı...
04.05.2017
Respublikanın baş alerqoloqu, ATU-nun terapiya kafedrasının professoru Cəbrayıl Məmmədov:

Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır.

Daha ətraflı...
04.05.2017
Tədris Terapevtik Klinikada 2 xəstənin kliniki təhlili ilə bağlı müzakirələr aparılıb

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında iki xəstənin kliniki təhlili aparılıb.
Təhlillərin əvvəlində çıxış edən direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev belə təhlilləri keçirməyin önəmindən danışıb.

Daha ətraflı...
01.05.2017
“Tibbi fiziologiyanın əsasları” kitabının təqdimatı keçirilib

Aprelin 29-da Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun “Tibbi fiziologiyanın əsasları” kitabının təqdimatı keçirilib. Nəşr Səhiyyə Nazirliyi kollegiyasının qərarına əsasən dərslik kimi təsdiq edilib.

Daha ətraflı...
28.04.2017
ATU-nun Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirildi

Today the Pharmaceutical Faculty of Azerbaijan Medical University (AMU) held a conference of the Student Scientific Society (SSS).

Daha ətraflı...
27.04.2017
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi. 
Konfransda ATU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) 2012-2017-ci illərdə görülmüş işlərinin hesabatı dinlənildi.

Daha ətraflı...
27.04.2017
ATU-nun yəmənli tələbəsi “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmada qalib olub

Azərbaycan Tibb Universitetinin (ATU) yəmənli tələbəsi Saleh Altahery Azərbaycanda ilk dəfə əcnəbi tələbələr arasında keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmada yer tutub. Əcnəbi tələbə “ən yaxşı natiq” nominasiyası üzrə təltif olunub. Qalibə mükafatı ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov təqdim edib.

Daha ətraflı...
 1    2    3    4   5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı