Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Xəbərlər
18.06.2018
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun - səhiyyə işçilərinin peşə bayramı günüdür.
İyunun 16-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Daha ətraflı...
18.06.2018
Azərbaycan Tibb Universitetinin dəstəyi ilə ilk Milli Səhiyyə Forumu keçirilib

16 iyun 2018-ci il tarixində PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə ölkəmizdə ilk Milli Səhiyyə Forumu təşkil olunub.

Forum Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il qeyd olunan 17 iyun-Tibb işçilərinin Peşə Bayramına həsr edilib.

Daha ətraflı...
14.06.2018
Qurtuluş Günü ATU-da qeyd olundu

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək bu günün əhəmiyyətindən, bütövlükdə Azərbaycan xalqı  üçün daşıdığı önəmdən söz açıb: “Tam səmimiyyətlə demək lazımdır ki, bu, tarixi bir gündür. Həmişə belə sual sıslənir ki, şəxsiyyətləri tarix formalaşdırır, yoxsa şəxsiyyətlər tarixə təsir edir?! Mən hesab edirəm ki, bu suala Azərbaycanın yaxın tarixində cavab tapmaq mümkün olacaq”.

Daha ətraflı...
14.06.2018
Professor Vaqif Qələndər beynəlxalq konfransda çıxış edib

Bu günlərdə Türküyənin Ege Universitetində XI Rinoplastika və üz estetikası üzrə elmi konfransı keçirilib. Beynəlxalq miqyaslı toplantıda Azərbaycandan tanınmış plastik cərrah, ATU-nun ---- Vaqif Qələndər təmsil edib.

Daha ətraflı...
13.06.2018
Respublikada bu əməliyyat yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur

Azərbaycan Tibb Universitetinin mütəxəssisləri növbəti dəfə mürəkkəb hamiləliyin uğurla sonlandırılmasına nail olublar. Hamilə qadının bətnindəki körpəyə qan köçürülməsi sayəsində sağlam körpə dünyaya gəlib. Bu prosedur Avropada 1997-ci ildən, Türkiyədə 2009-cu ildən etibarən tətbiq edilir. Azərbaycanda isə yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında icra olunur.

Daha ətraflı...
13.06.2018
Tədris Terapevtik Klinikasının pediatrı məcburi köçkün uşaqların pulsuz müayinəsində iştirak edib

“Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Masazır Məcburi Köçkün Qəsəbəsində valideynlər üçün təlim keçirib. “Məcburi köçkün uşaqlarda kardiorevmotoloji yönümlü xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə baş tutan təlimdə 30 nəfər iştirak edib.

Daha ətraflı...
12.06.2018
ATU-da “Qlial beyin törəmələrinin müalicə yolları” mövzusunda tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası (TCK) və Türkiyənin İstanbul Medipol Meqa Universitet Xəstəxanası ilə birgə “Qlial beyin törəmələrinin müalicə yolları” mövzusunda seminar keçirilib.

Daha ətraflı...
11.06.2018
ATU mütəxəssisi Minskdə “Early Childhood İntervention” konfransında iştirak edib

İyunun 4-6-da Belarusun Minsk şəhərində erkən yaşlarda müdaxilə sistemlərinin və ailələrin gücləndirilməsinə həsr edilmiş “Early Childhood İntervention” adlı konfrans keçirilib.

Daha ətraflı...
08.06.2018
“Klinik Laborator Diaqnostika” kitabı təqdim olundu

Azərbaycan Tibb Universitetinin (ATU) mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları dosent Ramin Bayramlı və baş müəllim Yavər Hacısoyun “Klinik Laborator Diaqnostika” adlı yeni kitabı çapdan çıxıb.  Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında kitabın təqdimatı keçirilib.

Daha ətraflı...
08.06.2018
La Crosse Universitetinin professoru hazırladığı hesabatı ATU rektoruna təqdim edib

La Crosse Universitetinin professoru hazırladığı hesabatı ATU rektoruna təqdim edib

Rektor Gəray Gəraybəyli amerikalı professor Robert A.Jecklinlə görüşüb

ABŞ-ın Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert A. Jecklin Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Səfər zamanı professor Robert A. Jecklin ictimai səhiyyə fakültəsinin nəzdindəki kafedraların dərs proqramları ilə tanış olub. Amerikalı mütəxəssis İctimai səhiyyə fakültəsinin tibbi profilaktika ixtisasına aid olan kafedralarda dərsliklərinin yenilənməsi, dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə geniş rəy hazırlayıb.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı