AZ RU EN
Xəbərlər
30.12.2013
ATU-nun rektoru Əhliman Əmiraslanovun bayram təbriki
Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətini, tələbələrimizi və ümumilikdə bütün kollektivimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, xoşbəxtlik, uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Daha ətraflı...
26.12.2013
Professor Tağı Tağızadənin 90 illiyi qeyd olunub
Bu gün Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, Tibb elmləri doktoru, professor Tağı Tağızadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı təntənəli mərasim təşkil olundu. Mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər qonaqlar iştirak edib
Daha ətraflı...
26.12.2013
Ən yaxşı tələbə elmi tədqiqatçı bəlli oldu
Bu gün Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib. Tədris-Terapevtik Klinikada baş tutan mərasimdə "İlin ən yaxşı tələbə elmi tədqiqatçısı" müsabiqəsinin qalibləri elan olundu.
Daha ətraflı...
23.12.2013
Alman ürək cərrahı ATU-nun fəxri qonağı oldu
Tanınmış ürək cərrahı, Berlindəki Alman Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Alman professoru ilə görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Daha ətraflı...
10.12.2013
AMEA Tibb və Biologiya bölməsi illik hesabat verdi
Azərbaycan Tibb Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tibb və biologiya elmləri bölməsinin illik hesabatına həsr olunmuş toplantı keçirilib.
Daha ətraflı...
03.12.2013
Saatlı sakinləri pulsuz müayinədən keçdi
Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə ötən həftə Saatlı rayonunda xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.
Daha ətraflı...
02.12.2013
Azərbaycan Tibb Universitetində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirildi.
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi" kampaniyası çərçivəsində tədbir keçirildi.
Daha ətraflı...
29.11.2013
Professor Bəybala Abbasovun 90 illiyi qeyd olundu
Azərbaycan Tibb Universitetində (ATU) tibb elmləri doktoru, professor Bəybala Abbasovun 90 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Daha ətraflı...
29.11.2013
Qazi Universitetinin çəkiliş qrupu Əhliman Əmiraslanovla görüşüb
Türkiyənin məşhur Qazi Universiteti Xocalı Soyqırımının daha geniş tanıdılması istiqamətində bir neçə ildir Azərbaycan Tibb Universiteti ilə ortaq layihə həya ta keçirir. Bu layihə çərçivəsində Azərbaycan Tibb Universitetinin dəvəti ilə Qazi Universitetindən gəlmiş çəkiliş qrupu Azərbaycan həqiqətləri, Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi ilə bağlı proqram hazırlamaq üçün Azərbaycanda səfərdədir.
Daha ətraflı...
29.11.2013
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan - Türkiyə nefroloji konfransı öz işinə başlamışdır.
Konfransın açılış mərasimində ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır.
Daha ətraflı...
28.11.2013
Türkiyəli rektorlar Tibb Universitetində qonaq olub
Bu gün Türkiyənin müxtəlif universitetlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Qonaqlar ATU-nun Tədris-Cərrahiyyə Klinikası ilə tanış olublar, buradakı tədris və laboratoriya otaqlarını gəziblər.
Daha ətraflı...
26.11.2013
Qazi Universitetindən qonaqlar ATU-da olub
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Ankaradakı Qazi Universitetinin nümayəndə heyəti ilə görüş baş tutub.
Daha ətraflı...
08.11.2013
Ictimai fənlər kafedrasında bayram tədbiri keçirildi
Bu gün Azərbaycan Tibb Universitetinin ictimai fənlər kafedrasında "Bayraq günü" və "Konstitusiya günü"nə həsr olunmuş tədbir keçirilib.
Daha ətraflı...
04.11.2013
Nobel mükafatçısı Ada Yonat Tibb Universitetinin qonağı oldu
Bu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin qonağı olub. Universitetlə tanışlıq məqsədilə keçirilən görüş zamanı xanım Yonat tələbələrin suallarını da cavablandırıb.
Daha ətraflı...
01.11.2013
İtaliya universitetlərinin professorları ATU-da qonaq olub
Azərbaycan Tibb Universitetində (ATU) İtaliyanın müxtəlif universitetlərin nümayəndə heyəti ilə görüş baş tutub. Görüş zamanı ATU ilə İtaliyanın Sapienza,Daniel Pommiyr və Siena Universitetləri arasına əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha ətraflı...
31.10.2013
Akademik Əhliman Əmiraslanov Ankara Universitetindən qonaqları qəbul edib
Bu gün Azərbaycan Tibb Universitetində Türkiyənin nüfuzlu Ankara Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Ankara Universitetinin rektoru Erkan İbiş iştirak ediblər.
Daha ətraflı...
21.10.2013
Bu gün Azərbaycan Tibb Universitetində “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans işinə başlayıb
Bu gün Azərbaycan Tibb Universitetində "Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər" mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Konfransda ATU rektoru Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin nümayəndələri, həmçinin İtaliya, İspaniya, Niderlanda, Gürcüstan, Rusiya, Ukrayna və digər dövlətlərin tibb universitetlərinin təmsilçiləri iştirak ediblər
Daha ətraflı...
18.10.2013
21-23 oktyabr tarixlərində Azərbaycan Tibb Universitetində
Konfransın proqramı ilə tanış ola bilərsiniz:
Daha ətraflı...
17.10.2013
Akademik Əhliman Əmiraslanov Tədris-Cərrahiyyə Klinikasında tələbələrlə görüşdü
Bir ay əvvəl Aərbaycan Tibb Universitetinin nəzdində Tədris-Cərrahiyyə Klinikasının açılışı baş tutub. 2013/14-cü tədris ilinin əvvəlindən etibarən bu müəssisədə dərslər başlanılıb.
Daha ətraflı...
14.10.2013
ATU rektoru prezident təqaüdçüsü olan tələbələrlə görüşdü
2013-2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olan tələbələrdən 26 nəfəri prezident təqaüdünə layiq görülüb. Dünən ATU rektoru, akademik Əhliman Əmiraslanov bu tələbələrlə görüşərək onları təbrik edib, Tibb Universitetini seçdiklərinə görə bu gənclərə təşəkkür edib.
Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35   36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı