AZ RU EN
Xəbərlər
08.05.2014
Harvard və Türkiyədən professorlar ATU-da qonaq oldu
Bu gün bir sıra nüfuzlu ali məktəblərin nümayəndələri Azərbaycan Tibb Universitetinin qonağı olub. Nümayəndə heyətinə
Daha ətraflı...
07.05.2014
ATU-da Heydər Əliyevin 91 illiyinə həsr olunmuş konfrans keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 iliyinə həsr edilmiş konfrans keçirildi. "Təbabətin aktual problemləri" mövzusundakı tədbirdə həmçinin ATU əməkdaşlarının elmi-tədqiqat işlərinin yekun müzakirəsi baş tutub.
Daha ətraflı...
06.05.2014
Səhiyyə naziri ATU-nun Stomatoloji Tədris Mərkəzinə baxış keçirdi
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib. Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətizdirilən avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.
Daha ətraflı...
05.05.2014
ATU-nun “Tədris Terapevtik Klinikasında robotlar yaşayır”
Surxay Musayev: "Real həkim olanda belə şansları olmayacaq"
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında robot xəstələr "yaşayır". Əslində, robot olan bu qurğular insanın bütün xüsusiyyətlərini özlərində daşıyırlar. METİ adlı robotları (Medical Education Technologies sözlərinin abreviaturasıdır) əslində cansız məxluq kimi qələmə vermək də olmur. Tələbələr onlar üzərində praktika keçir, sözün əsl mənasında onları öldürüb-dirildirlər.
Daha ətraflı...
03.05.2014
Sabirabad sakinləri pulsuz müayinə olunub
Deputatın təşəbbüsü ilə rayonda xeyriyyə aksiyası keçirilib
Daha ətraflı...
03.05.2014
TIKA ilə birgə seminar davam edir
Türk İşbirliyi və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan Tibb Universiteti ilə birgə keçirdiyi "Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri" mövzusunda təşkil olunmuş seminar bu gün də davam edir.
Daha ətraflı...
02.05.2014
Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş, Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılışı bu gün baş tutub
Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün "I Beynəlxalq Tibb Konqresi"nin açılışı baş tutub. Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən konfansın açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndi.
Daha ətraflı...
02.05.2014
ATU-da TİKA ilə birgə ana və uşaq xəstəliklərinə dair seminar keçirilib
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, Türk İşbirliyi və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan Tibb Universiteti ilə birgə keçirdiyi "Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri" mövzusunda seminar keçirilib.
Daha ətraflı...
01.05.2014
Tibb Universitetində daha bir beynəlxalq tədbir olacaq
Mayın 2-3-də Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün I Beynəlxalq Tibb Konqresi keçiriləcək.
Daha ətraflı...
01.05.2014
Pakistan Səfiri ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanlığının nümayəndələrini qəbul edib
Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Khalid Usman Qaiser Xarici Tələbələrlə iş üzrə dekanlığının nümayəndələrini qəbul edib. Görüş zamanı dekan Gülər Seyidova Universitetin Rektoru akademik Əhliman Əmiraslanovun ehtiram və salamlarını səfirə çatdırıb. O, Tibb Universitetinin rektor, akademik Əhliman Əmiraslanovun səyləri nəticəsində sürətlə inkişaf etdiyini, artıq Avropa Universitetləri səviyyəsinə çatdığını bildirib.
Daha ətraflı...
17.04.2014
Tədris-Terapevtik Klinikada uşaq xəstəliklərinə dair beynəlxalq konfrans
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında "Pediatriyanın aktual problemləri"nə həsr olunmuş elmi-praktik konfrans və seminar işinə başlayıb. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutur.
Daha ətraflı...
17.04.2014
Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında protokol imzalandı
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) İran İslam Respublikasının Təbriz Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Təbriz Tibb Universitetinin rektoru Doktor Məhəmmədhüseyn Sumi, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin və Tehranın səhiyyə sahəsində digər tanınmış mütəxəssisləri iştirak ediblər.
Daha ətraflı...
14.04.2014
Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb
Milli Məclisin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüş keçirib. Bundan əvvəl o, Saatlı rayonunda da seçicilərlə görüşmüşdür. 65 saylı dairədən deputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.
Daha ətraflı...
12.04.2014
Əhliman Əmiraslanov Saatlıda seçiciləri ilə görüşüb Sakinlərin pulsuz müalicəsi və müayinəsi ilə bağlı tapşırıqlar verib
Bu gün, aprelin 12-də millət vəkili, 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Saatlı rayonundan olan seçiciləri ilə görüş keçirib. Rayonun Yeni Azərbaycan Partiyasının binasında baş tutan görüşdə Saatlı İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP rayon təşkilatının sədri Lütfəli Şıxəliyev də iştirak ediblər.
Daha ətraflı...
11.04.2014
“5 günlük rezident ol” layihəsinin iştirakçılarına sertifikat verildi
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov "5 günlük rezident ol" layihəsini uğurla başa çatdıran tələbələrlə görüşüb.
Daha ətraflı...
07.04.2014
Əhliman Əmiraslanov tələbələrlə görüşdü
Ötən həftə Azərbaycan Tibb Universitetinin rəhbərliyi tələbələrlə görüş keçirib. Hər gün müxtəlif fakültələr üzrə təşkil olunan görüşlərdə rektor, akademik Əhliman Əmiraslanov tələbələrin universitetdəki təhsil səviyyəsi ilə bağlı fikirlərini öyrənib, onların sosial durumu ilə maraqlanıb. Görüşlər stomatologiya, pediatriya, müalicə profilaktika I və müalicə profilaktika II, həmçinin tibbi profilaktika və tibbi biologiya fakültələrində baş tutub.
Daha ətraflı...
04.04.2014
ATU-da xarici qonaqlarla görüş olub
Dünya ölkələrinin müxtəlif sahələr üzrə tanınmış tibb alimləri, professorlar Azərbaycan Tibb Universitetinin qonağı olublar. ATU rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə Amerika-Avstriya Fondunun Direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski, Kolumbiya univrsitetinin klinik pediatriya üzrə professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digər əməkdaşları iştirak ediblər.
Daha ətraflı...
03.04.2014
Tibb Universitetində Rentgenologiya-Radiologiya təlimi keçiridildi
Aprelin 2-də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında "Rentgenologiya-Radiologiya (pediatric, obstetric and ginocology imaging abdominal radology) " təlimi keçirildi.
Daha ətraflı...
19.03.2014
Novruz bayramı təbriki
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov universitetin əməkdaşlarını və tələbələrini xalqımızın qədim və milli bayramı Novruzun gəlişi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, onlara əmin amanlıq, bol-bol sevinc, firavanlıq və işlərində uğurlar arzulayır.
Daha ətraflı...
17.03.2014
Amerikada təhsil alan rezident Anar Qocayev tələbələrlə görüşdü
4 il ərzində Azərbaycan Tibb Universitetində oxuyan Anar Qocayev hazırda ABŞ-ın nüfuzlu tibb universitetində rezidentura təhsili alır. Bu günlərdə Bakıda olan Anar Qocayev ATU-ya gəlib. Universitetin rektoru, akademik Əhliman Əmiraslanov Amerikada təhsil alan A.Qocayevi qəbul edib. Rektor ATU məzununun təhsili ilə maraqlanıb, ona uğurlar arzulayıb.
Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33   34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı