AZ RU EN
Xəbərlər
27.06.2014
İyunun 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tənəffüs sistemi xəstəlikləri üzrə Azərbaycan-Türkiyə səhiyyə forumu keçirilib.
Tədbir qonaqlarını salamlayan universitetin prorektoru İbrahim İsayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə səhiyyə forumu da bu tədbirlərdən biridir.
Daha ətraflı...
18.06.2014
ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat 6 yaşlı uşağın sınıq qoluna ayaqdan damar köçürülüb
Tibb Universitetinin həkimləri unikal bir əməliyyat icra ediblər. ATU-nun Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.
Daha ətraflı...
17.06.2014
ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib
Azərbaycan Tibb Universitetində Türkiyəli alimlərin iştirakı ilə telekonfrans keçirilib. Bağlantıya ATU professorları ilə yanaşı,Türkiyənin Bilim Universiteti, Şişli "FLORENCE NİGHTİNGALE" Araşdırma və uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.
Daha ətraflı...
17.06.2014
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup səhiyyə işçisi "Əməkdar Həkim", "Əməkdar Müəllim" və "Əməkdar Tibb İşçisi" fəxri adları ilə təltif olunub.
Daha ətraflı...
12.06.2014
Əhliman Əmiraslanov: “Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu”
Bu gün Azərbaycan Tibb Universitetində "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tibb sahəsində tanınmış mütəxəssislər və digər qonaqlar iştirak ediblər.
Daha ətraflı...
06.06.2014
Tibb Universiteti İstanbul Bilim Universiteti ilə memorandum imzaladı
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib. Tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak edirdilər.
Daha ətraflı...
05.06.2014
Tələbələr üçün CBCR metodikası üzrə təlimlər keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında MUMEENA layihəsi çərçivəsində müxtəlif kurs tələbələri üçün CBCR (Klinik təfəkkürün inkişaf etdirilməsi) metodikası üzrə təlim baş tutub. İngilis dilində keçirilən tədbirdə layihənin ATU üzrə koordinatoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos.Rəhimə Qabulova, Cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər.
Daha ətraflı...
05.06.2014
Tibb təhsilində islahatlar mövzusunda təlim keçirildi
4 iyun 2014 il tarixində ATU-nun TTK-nın Məlumat Mərkəzində müəllimlər üçün "Tibb təhsilində islahatlar" mövzusunda təlim keçirildi. Tədbirin əvvəlində giriş sözü ilə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri dos. Rəhimə Qabulova və Tədris Metodik və İnnovasiyalar şöbəsinin müdiri prof A.Qurbanov çıxış edərək son illər Azərbaycan Tibb universitetində tibb təhsili sahəsində həyata keçirilən innovasiyalar və həmçinin bu işə dəstək olan MUMEENA layihəsi çərçivəsində aparılan işlər barədə məlumat verildi.
Daha ətraflı...
03.06.2014
Tibb Universitetinin sonuncu kurs tələbələri dövlət imtahanı verir
Bu gün Azərbaycan Tibb Universitetində dövlət imtahanlarına start verilib. Digər ali məktəblərdən fərqli olaraq, ATU-nun tələbələri məzun adını qazanmaq üçün həm test ilə imtahandan keçir, həm də praktikada öz biliklərini nümayiş etdirirlər. Belə ki, imtahan verən tələbələr ATU klinikalarında xəstələri müayinə edib diaqnoz qoymaqla sınaqdan keçirlər.
Daha ətraflı...
02.06.2014
III Azərbaycan Plastik Cərrahiyyə Günləri başa çatdı
Azərbaycan Tibb Universitetində "III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu" keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya və digər ölkələrin tanınmış plastik cərrahları iştirak edirdi. Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Daha ətraflı...
02.06.2014
ATU-da imtahanlar başladı
İyunun 2-dən etibarən Azərbaycan Tibb Universitetində yay imtahan sessiyasına start verilib. ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun 4 aprel 2014-cü il 171T saylı əmrinə əsasən, imtahanlar bir ay ərzində davam edəcək.
Daha ətraflı...
29.05.2014
Universitetimizin “Enactus” komandası üzvlərin qəbulunu elan edir.
"Enactus" - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən sosial -iqtisadi layihə yarışmasıdır. Hər il ənənəvi olaraq universitet komandaları arasında Milli Yarış keçirilir. Yarışmada ölkənin bir çox universitetləri öz layihələrini təqdim edir və qalib gələn komanda ölkəni təmsil etmək üçün Dünya Kubokuna yollanır.
Daha ətraflı...
29.05.2014
Tibb Universitetinin professorları AMEA müxbir üzvlüyünə namizəddir
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanovun iştirakı ilə bu bölmənin ümumi geniş yığıncağı baş tutub. Toplantıda AMEA Rəyasət Heyəti üzvləri də iştirak ediblər.
Daha ətraflı...
27.05.2014
Tibb Universitetinin ilk klinikası Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir
Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında yaradılıb. Bu müəssisə universitet nəzdində açılan ilk klinikadır.
Daha ətraflı...
23.05.2014
Əhliman Əmiraslanov: “Yüksək ixtisaslı rezidentlər hazırlamağa imkanımız var” ATU rezidentlərinin 2-ci elmi-təcrübi konfransı keçirilib

Əhliman Əmiraslanov: "Yüksək ixtisaslı rezidentlər hazırlamağa imkanımız var"
ATU rezidentlərinin 2-ci elmi-təcrübi konfransı keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Rezidentlərin 2-ci elmi-təcrübi konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyublar.

Daha ətraflı...
22.05.2014
Rektor Əhliman Əmiraslanov xarici texnologiya şirkətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan Tibb Universiteti (ATU) Türkiyədən növbəti qonaqları qəbul edib. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tibb sahəsində nüfuzlu "Elsevier" və Gemini LTD şirkətlərinin təmsilçiləri ilə görüşüb.
Daha ətraflı...
22.05.2014
Rektor attestasiya komissiyasının sədrləri və üzvləri ilə görüşüb
ATU rektoru, akademik Əhliman Əmiraslanov 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşüb.
Daha ətraflı...
16.05.2014
Afiq Bərdəli ATU-nun qonağı oldu.
Bu gün Ege Universiteti Tibb Fakültəsi, Uşaq sağlamlığı və Xəstəliklər uzmanı, Uşaq Genetik Xəstəlikləri uzmanı prof. Dr. Afiq Bərdəli ATU-nun qonağı olub. Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev qonaqlara ilk öncə Afiq Bərdəli haqqında ümumi məlumat verdi, onun genetika sahəsində əldə etdiyi naliyyətlərdən danışdı.
Daha ətraflı...
13.05.2014
Tələbələrimiz Nabranda konfransda iştirak edəcək
Azərbaycan Tibb Universitetinin 5 fəal tələbəsi Nabranın "Təhsil" istirahət mərkəzinə yola düşüb. V kurs tələbəsi Araz İsmayılovun rəhbərlik etdiyi qrupa Sərxan Şükürov, Humay Mehdiyeva, Günel Salmanova və Şəmsi Nuriyev daxildir.
Daha ətraflı...
12.05.2014
Gələcəyin əczaçıları imtahan verdi
Bu gün ATU-nun əczaçılıq fakültəsinin IV(buraxılış) kurs tələbələri kliniki farmokologiya fənnindən imtahan verdilər. Səkkiz qrupun qatıldığı imtahanda 68 tələbə buraxılıb.
Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32   33    34    35    36    37    38    39  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı