AZ RU EN
Xəbərlər
30.01.2015
ATU-da 6-cı Uroonkoloji qış konqresi keçirilir

Bu gün Azərbaycan Tibb Universitetində  6-cı Uroonkoloji qış konqresi işə başlayıb. Türkiyə və Azərbaycan Səhiyyə Nazirlikləri, Azərbaycan   Tibb   Universiteti və Milli Onkologiya   Mərkəzinin    dəstəyi    ilə  keçirilən bu toplantıda mötəbər qonaqlar, yerli və xarici mütəxəssislər iştirak edir. 

Daha ətraflı...
26.01.2015
Tədris Terapevtik Klinika 2014-cü il üçün hesabat verdi

Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Tibbi Şuranın genişləndirilmiş toplantısı keçirildi. İclasda əvvəlcə klinikanın müalicə diaqnostik fəaliyyətinin yekunları haqqında hesabat dinlənildi.  

Daha ətraflı...
19.01.2015
ATU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Rektor Əhliman Əmiraslanov:  “Bu gün ağlamamalıyıq”

Bu gün Azərbaycan Tibb Universitetində 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Daha ətraflı...
16.01.2015
Qanlı 20 Yanvar faciəsindən 25 il keçir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gecədən düz 25 il keçir.

Daha ətraflı...
07.01.2015
ATU rektoru imtahanların gedişini izlədi

Bu gün rektor Əhliman Əmiraslanov ATU-da qış imtahan sessiyasının gedişi ilə tanış olub. Rektor imtahanları izləyib,  tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıb. Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər.

Daha ətraflı...
30.12.2014
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının bu il üçün yekun iclası keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin Elmi Şurasının bu il üçün yekun iclası keçirildi. İclasda Şura üzvləri, ATU rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri iştirak edirdilər. 

Daha ətraflı...
26.12.2014
ATU-da “Ana südü və əmizdirmənin əhəmiyyəti” mövzusunda təlimlər keçirilir

Bu gün  Azərbaycan Tibb Universitetində “Xoş gəldin Körpə” Ana-Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi çərçivəsində təlimlərə start verilib. Layihə Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən keçirilir. 

Daha ətraflı...
26.12.2014
Tibb Universitetində “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adlı müsabiqə keçirildi

 Bu gün Azərbaycan Tibb Universiteti tələbələri arasında “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adlı müsabiqəyə yekun vuruldu. ATU-nun Tədris Terapevtik Klinikasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə bu müsabiqənin final mərhələsi baş tutdu.

Daha ətraflı...
25.12.2014
Uşaqlarda suprakondilyar sınıqlar

Bu sınıqlar barədə ilk məlumatlar Hippokrata məxsusdur. Suprakondilyar humerus sınıqları 5-10 yaş arası uşaqlarda dirsək sınıqlarının 70%-ni təşkil edir. Bu sınıqlar daha çox açıq əl üzərinə və dirsək üzərinə yıxılma nəticəsində baş verir. Ümumiyyətlə dirsək oynağı 3 sümükdən (humerus, ulna, radius) təşkil olunmuşdur. Oynaq kompleks hərəkətə malikdir. Dirsək oynağı radiohumeral hissəsində pronatsio-supinatsio, ulnahumeral hissəsində isə fleksiya və ekstensiya hərəkətləri baş verir. Suprakondilyar sınıqlar bükmə və açma tərzində olur. 98% halda isə açma tərzində olur.

Daha ətraflı...
24.12.2014
İran nümayəndə heyəti ATU-da qonaq oldu

Dünən İran dövlətinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Rektor, akademik Əhliman Əmiraslanovla görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran XİN-in Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi, İran səhiyyə nazirliyinin dəyərləndirmə idarəsinin müdiri cənab Əkbəri iştirak ediblər.

Daha ətraflı...
22.12.2014
İtalyan professorlar ATU-nun qonağı oldu

İtaliyanın Genuya Universitetinin professorları Azərbaycan Tibb Universitetinin qonağı olub. ATU-nun professor-müəllim heyəti ilə görüş zamanı təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Daha ətraflı...
18.12.2014
ATU-nun Stomatoloji Klinikasında eCligner metoduna aid konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasında  tələbələr üçün “eCligner-diş sırasında olan əyriliklərin şəffaf koppalarla müalicəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Daha ətraflı...
16.12.2014
Tibb Universitetindən kimsəsiz uşaqlara dəstək

Valideyn himayəsindən məhrum olmuş  uşaqlar universitetin Stomatoloji Klinikasında müayinə və müalicə olundu

Daha ətraflı...
12.12.2014
Türkiyəli alimlər ATU- da elmi- praktik seminar keçirmişlər

Dekabrın 9-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, Türkiyənin “Klinik Biokimya Uzmanları” dərnəyi və “ Hipokrat” laboratoriyası ilə birgə “Laboratoriyaların akkredittasiyası və keyfiyyətə xarici nəzarət” mövzusunda elmi- praktik seminar keçirmişlər.

Daha ətraflı...
12.12.2014
ATU-da ağ ciyər köçürülməsi ilə bağlı konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan və Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə “Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib. 

Daha ətraflı...
11.12.2014
ATU-da Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvləri, universitetin professor-müəllim heyəti, ziyalılar və tələbələr iştirak ediblər. 

Daha ətraflı...
10.12.2014
Əzəm Ağayevin xatirəsi anılıb

Bu gün Azərbaycan Tibb Universitetində tanınmış alim, mərhum prorektor Əzəm Təyyar oğlu Ağayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Daha ətraflı...
09.12.2014
Tələbə-Gənclər Təşkilatının seçki-hesabat konfransı keçirildi

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə-Gənclər Təşkilatının seçki-hesabat konfransı baş tutub. Konfransda əvvəlində ATU-nun tədris işləri üzrə prorektoru ə.e.x.professor Sabir Əliyev açılış nitqi ilə qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. 

Daha ətraflı...
09.12.2014
Tədris Terapevtik Klinikanın Ürək Damar Mərkəzi 1 ilə yekun vurdu

Azərbaycan Tibb Universitetinin  Tədris Terapevtik Klinikasının nəzdindəki Ürək Damar Mərkəzinin işə başlamasından 1 il keçir. Bu bir ildə mərkəzin fəaliyyəti, qəbul edilən xəstələr və onların uğurlu müalicəsi, mərkəzin elmi nailiyyətləri haqqında mərkəzin rəhbəri  dosent  Fərid Əliyev saytımıza məlumat verib. 

Daha ətraflı...
05.12.2014
ERASMUS MUNDUS layihələri üzrə informasiya günü keçirilib

Dekabrın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Avropa Şurasının ERASMUS MUNDUS proqramının layihələri üzrə informasiya günü keçirilib.

Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30   31    32    33    34    35    36    37    38    39    40  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı