AZ RU EN
Xəbərlər
19.01.2018
ATU-nun Tədris Terapevtik Klinikasında müəlimlər üçün seminar keçirilib

Bu gün – yanvarın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və şüa terapiyası kafedrasında tədris- metodik seminar keçirilib. Məqsəd kafedranın professor-müəllim heyətinin bilik və bacarığının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. 

Daha ətraflı...
19.01.2018
Klinikamızda vitamin D rezistenli raxitlə bağlı klinik müzakirə aparılıb

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsində müalicə alan iki azyaşlı ilə bağlı klinik təhlil aparılıb.

Daha ətraflı...
19.01.2018
ATU-nun Tədris Cərrahiyyə Klinikasında online kurs keçirilib

Laparoskopik Cərrahiyyə və Korrekteal Cərrahiyyə texnikaları mövsuzundakı kursun məqsədi professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır

Daha ətraflı...
19.01.2018
Azərbaycanda təhsil alan iranlı tələbələr bəyanət verdilər

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi bəyanatla çıxış edib

 

Daha ətraflı...
18.01.2018
20 Yanvar həqiqətləri bütün dünyaya çatdırılmalıdır

ATU-da 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “20 yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirin əvvlində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Daha ətraflı...
18.01.2018
Rezidentlərin seminarı - Yan amiotrofik skleroz xəstəliyi haqqında müzakirə

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında professor-müəllim heyətinin iştirakı ilə Nevrologiya və tibbi genetika kafedrasının rezidentlərinin seminarı keçirilib.

Daha ətraflı...
18.01.2018
ATU-da bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın əməliyyat edilib

Azərbaycan Tibb Universitetində (ATU) bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın üzərində əməliyyat uğurla icra edilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, qadın ilk dəfə klinikaya 2015-ci ildə müraciət edib. O, 14 yaşından (ilk  aybaşıdan) başlayaraq, aybaşı gecikmələri (2-3 aydan bir), kişi tipli tüklənmə, saç tökülməsi, dərinin yağlanması, o cümlədən, çəki artıqlığı, halsızlıq, əzginlik, yorğunluq, yuxusuzluq, ağlağanlıq, əsəbilik, qəbizlikdən əziyyət çəkdiyini bildirib:

Daha ətraflı...
18.01.2018
Əczaçılıq texnologiyası və ifarəçiliyi kafedrasında 20 Yanvar şəhidlərinin xatirəsinin anıldı

Əczaçılıq texnologiyası və ifarəçiliyi kafedrasında da 20 Yanvar şəhidlərinin xatirəsinin anılması ilə bağlı tədbir keçirildi. Tədbiri kafedranın müdiri, professor Məhbubə Vəliyeva açaraq iştirakçısı olduğu o günlərin dəhşətlərindən ürəkağrısı ilə danışdı. Milli Azadlıq Hərəkatında və Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə universitetin tələbələrin fədəkarlığından gedən proseslərdə etdikləri fəallıqdan söhbət açdı. Ağır günlərdə tələbələrin xəstəxanalarda yaralılara necə yardım göstərdiklərini  qeyd etdi. 

Daha ətraflı...
17.01.2018
Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı t.ü.e.d. Prof.Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlrında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, mikrovaskilyar cərrahiyyənin direktoru, Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metosika da ayrıca fəsil kimi salınıb. 
Dərsliyin 20-ci fəsli Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və neçə illərdir tətbiq etdiyi xüsusi metodikadan bəhs olunur və tədris olunur.

Daha ətraflı...
17.01.2018
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 23 yaşlı gənc üzərində ağır əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 23 yaşlı gənc üzərində unikal cərrahiyyə əməliyyatı həyata keçirilib. Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri, t.e.d., Mübariz Əliyevin sözlərinə görə, 1994-cü il təvəllüdlü Nurulla Əliyev sol böyrəyin törəməsi və ikitərəfli düyünlü ur diaqnozu ilə xəstəxanaya müraciət edib. İlkin olaraq, instrumental müayinələr edilib, kompüter tomoqrafiya, MRT müayinələri aparılıb: “Sol böyrəyin törəməsi, kalsinasiya olunmuş exinokok kimi dəyərləndirildi. Və qalxanvari vəzidə kasifikasiya olunmuş, qalxanvari vəzin böyük ölçülü düyünləri aşkarlandı. Belə bir müştərək xəstəliklə, xəstəni əməliyyata hazırladıq. İlkin olaraq, xəstədə ikitərəfli strumektamiya əməliyyatı icra olundu və sonra böyrəyin laporaskopik rezeksiyasını icra etdik. Əməliyyatı ATU-nun Təsris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin professoru Baxışov Əlimərdanla birgə icra etdik”.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı