AZ EN
Xəbərlər
17.10.2014
Ukraniya Səhiyyə Nazirliyindən qonaqlar ATU-da oldu
Bu günlərdə TEMPUS MUMEENA layihəsi çərçivəsində Ukraynadan qonaqlar Azərbaycan Tibb Universitetində olublar. Nümayəndə heyətinə Ukrayna Səhiyyə Nazirliyi Dövlət Test Komissiyasının sədr müavini professor Marina Mruqa və Boqomolets adına Ukrayna Milli Tibb universitetinin informatika texnologiyaları kursunun müəllimi Lesya Voytenko daxildir.
Daha ətraflı...
16.10.2014
Amerikalı professorlar ATU-da mühazirə oxudular
Bu gün ATU-nun Tədris-Terapevtik klinikasında Terapiyanın aktual problemləri mövzusunda elmi-praktik seminar öz işinə start verib. İki gün davam edəcək seminarda Amerikalı mütəxəssislər iştirak edir.
Daha ətraflı...
13.10.2014
Tibb Universitetində Attestasiya Komissiyasının üzvləri ilə görüş keçirilib
Bu gün Azərbaycan Tibb Universitetində Rezidentlərin 2014/2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsinə dair tədbir baş tutub. Attestasiya Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən tədbiri komissiyanın sədri akademik, millət vəkili Əhliman Əmiraslanov açıb.
Daha ətraflı...
10.10.2014
ATU-nun Tədris-Terapevtik Klinikasında Tromobsit toplamağa imkan verən yeni cihaz quraşdırılıb
Bir neçə ay bundan əvvəl Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında hematologiya şöbəsi fəaliyyətə başlayıb. Bu şöbə universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü sayəsində yaradılıb.
Daha ətraflı...
08.10.2014
1400-dən çox tələbə rezidentura imtahanına qatılıb
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələrinə həsr olunan tədbir keçirilib.
Tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva iştirak ediblər.
Daha ətraflı...
08.10.2014
ATU tələbələri dünyanın aparıcı stomatoloji mərkəzində təcrübə keçəcək
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov Türkiyənin tibb sahəsində tanınmış mütəxəssisləri ilə görüşüb. Dr. İlker Erdoğan və prof. Dr. Okan Yeşilotla görüş zamanı Azərbaycan və Türkiyə arasında tibb təhsilində əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha ətraflı...
04.10.2014
Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları - Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.
Daha ətraflı...
03.10.2014
IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib
Oktyabrın 3-də "Four Seasons" otelində dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə" mövzusunda "dəyirmi masa" keçirilib.
Daha ətraflı...
30.09.2014
Tibb Universitetində növbəti əmək haqqı artımı oldu
Azərbaycan Tibb Universiteti əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir.
Daha ətraflı...
30.09.2014
Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirilib
Dünən Azərbaycan Tibb Universitetində 2014/15-ci tədris ilində Elmi Şuranın ilk toplantısı keçirildi. Toplantıda ATU rektoru, akademik Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin, YAP-ın Nəsimi rayon təşkilatının, Nəsimi rayon İcra Hakimiyyətinin təmsilçiləri, həmçinin universitetin professor-müəllim heyəti iştirak edirdi.
Daha ətraflı...
26.09.2014
“Hədəfimiz klinikada ən unikal əməliyyatların aparılmasıdır”
2013-cü il sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Daha ətraflı...
26.09.2014
Qazi Universitetinin professorları ATU-da mühazirə söylədilər
Türkiyənin Qazi Universiteti Nüvə Tibb fakültəsinin professorları təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) qonaq olublar.
Universitetin biofizika kafedrasının dosenti Dr. Ayşe G. Canseven Kurşun, İmmunologiya kafedrasının professoru Prof Ayşegül Atak Yücel, Nüklear tibb kafedrasının professoru Dr. Neşe İlgin Karabacak ATU-nun uyğun kafedralarında tələbələr və rezidentlərə mühazirə oxuyublar, həmkarları ilə təcrübə mübadiləsi aparıblar.
Daha ətraflı...
18.09.2014
Tibb Universiteti “ Bakı-2015 Avropa Oyunları” ilə əməkdaşlığa başlayır
Tədris Cərrahiyyə Klinikasında yarışlar üçün həkimlərə təlim keçiriləcək

Bu gün Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovun Bakı-2015 Avropa oyunlarının tibb direktoru xanım Pem Vedinglə görüşü baş tutub.

Daha ətraflı...
17.09.2014
Rezidentlərlə bağlı iclas keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidenturaya qəbul olunan tələbələr və kuratorların iştirakı ilə toplantı keçirilib. İclasda rezidentlərin qarşıdan gələn imtahanlarına hazırlıq, kuratorların məsuliyyətinin artırılması, bu sahədə mövcud problemlərin həlli ilə ağlı müzakirələr aparılıb.
Daha ətraflı...
15.09.2014
Tibb Universitetində “Bilik Günü” münasibətilə toplantı keçirildi
Mərasimdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bu əlamətdar günün yaranma tarixindən danışdı, tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Daha ətraflı...
12.09.2014
ATU tələbələri Almaniyada yay praktikasından qayıdıb
Azərbaycan Tibb Universitetinin tələbələri universitetini maliyyə dəstəyi ilə xarici ölkələrdə müxtəlif proqramlarda iştirak edirlər. Bu cür təlimlər tələbələrə öz bilik və bacarıqlarını daha da artırmağa, praktika qazanmağa yardımçı olur.
Daha ətraflı...
11.09.2014
Əhliman Əmiraslanov Qətər Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşdü

Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir. Onlar Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun da qonağı olublar.

Daha ətraflı...
10.09.2014
Azərbaycan Tibb Universitetində kafedralar “Tibb Şəhərciyi”nə toplaşdı
Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin "Tibb şəhərciyi"ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.
Daha ətraflı...
19.08.2014
ATU-nun nəzdinde olan 5 saylı yataqxana təmirə bağlandı
Azərbaycan Tibb Universiteti (ATU) öz tələbələrinin yaşama şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirləri görür. Artıq 3 ildir ki, hər yay ATU-nun nəzdindəki yataqxanalardan biri təmir olunur. Bu il də Tibb Universitetinin 5 saylı yataqxanası təmirə bağlanıb.
Daha ətraflı...
19.08.2014
700 bal toplayan Nicat Qasımov: ATU-nun sayəsində tibbi mütəxəssis olmağı arzulayıram
Bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən ikisi Azərbaycan Tibb Universitetinin tələbəsi olmağı seçib. Onlardan biri də Nicat Qasımovdur.
Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28   29    30    31    32    33    34    35    36  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı