AZ EN
Xəbərlər
22.04.2015
ATU-nun Onkoloji klinikasında elmi konfrans keçirilib

   Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasında elmi konfrans keçirilib.

Daha ətraflı...
21.04.2015
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov yay imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb

   Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov ali məktəbin rəhbər heyəti ilə görüş keçirib. Görüşün məqsədi yaxın günlərdə başlanacaq yay imtahan sessiyasından öncəki vəziyyətlə bağlı məlumat almaq, imtahanlara hazırlıq vəziyyətini müzakirə etməkdən ibarət olub. Qeyd edək ki, son illər Azərbaycan Tibb Universitetində bütün imtahanlar insan faktoru olmadan - test üsulu ilə, kompyüterlər vasitəsilə aparılır.

Daha ətraflı...
20.04.2015
Tibb Universitetinin tələbələri «First» klub açdılar

   Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində "First” klubun açılışı olub. Tədbirdə təşkilatın sədri Tural Əzizov ATU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra “First klub”un sədri Məhəmməd Məmmədov klubun yaradılmasının məqsədi, nəzərdə tutulan işlər, gələcək planları barədə çıxış edib.

Daha ətraflı...
17.04.2015
Tibb Universitetinin təmsilçisi ANKOS-un toplantısında iştirak edib

   Bu günlərdə Türkiyənin Antalya şəhərində Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) növbəti beynəlxalq toplantısı keçirilib. Konfansda Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova da iştirak edib. 

Daha ətraflı...
17.04.2015
Saatlı sakinləri pulsuz müayinə olundu

   Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı rayonunda pulsuz tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər. 

Daha ətraflı...
16.04.2015
ATU-da Tələbə Elmi Cəmiyyətinin 39-cu konfransı keçirilib

   Konfrans öz işini 3 bölmədə davam etdirib.

Daha ətraflı...
15.04.2015
Tibb Universitetində tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib

   Müasir dövrdə gənclərin xarici dil, xüsusilə də ingilis dilini bilməsi çox önəmlidir. Dil bacarıqları  tələbələrin beynəlxalq təcrübəni daha yaxşı mənimsəməsinəəlaqələri genişləndirməsinə, konkret fənn ilə bağlı daha çox bilik əldə etməyə imkan verir. Tibb elminin daim inkişaf edən bir sahə olduğunu nəzərə alaraq ingilis dili biliklərinin ATU tələbələri üçün daha çox əhəmiyyət kəsb etdiyini deyə bilərik.  Bu məsələdə tələbələrə yardım etmək məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Ə.T.Əmiraslanovun dəstəyi nəticəsində  Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində tələbələr üçün pulsuz danışıq kursları (Conversation Club) təşkil edilib. Bu haqda  ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elşad Novruzov məlumat verib. 

Daha ətraflı...
14.04.2015
Faşizm üzərində qələbədə Azərbaycan tibb işçilərinin rolu müzakirə olunub

   Bu il mayın 9-da Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümüdür. Bu qələbənin qazanılmasında xüsusi rolu olan Azərbaycanda da, həmin tarix dövlət səviyyəsində qeyd olunacaq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı ” təsdiq edilib.

Daha ətraflı...
13.04.2015
Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müasir Peyvənd otağı yaradılıb

   Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peyvənd otağı yaradılıb. Burada xəstələrə  “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir. Onlar arasında Hepatit B, vərəm, poliomielit, göyöskürək, tetanus və digərləri var. 

 

Daha ətraflı...
10.04.2015
Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib

Əhliman Əmirasanov: Bərpa müalicəsi yetərincə vacib sahədir” Aprelin 10-da Azərbaycan Tibb UniversitetindəDayaq-hərəkət sistemi xəstəliklərinin cərrahi və bərpa yolu ilə müasir müalicəsi mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Daha ətraflı...
09.04.2015
Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi

Bu gün Azərbaycan Tibb Universiteti (ATU) əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin  konfransı keçirilib. Konfransda giriş nitqi ilə çıxış edən dosent Nərgiz Məmmədova qeyd edib ki, təhsil sahəsində fərqlənən tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması çox önəmlidir:

Daha ətraflı...
09.04.2015
Tükiyəli alim farmakologiya kafedrasında mühazirə oxudu

Gündəngünə inkişaf edən müstəqil  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca respublikamızın ali təhsil ocaqlarının da xarici ölkə universitetləri ilə əlaqələri genişlənir. Belə ki, xarici ölkələrin mütəxəssisləri  bizim  universitetlərləəməkdaşlıq etməyə maraq  göstərirlər. 

Daha ətraflı...
08.04.2015
Bu gün klinikada növbəti “Laparoskopik cərrahi bacarıqlar” kursuna start verilib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramovdan aldığımız məlumata görə, kursların məqsədi gənc cərrahlara, rezidentlərimizə təməl cərrahi bacarıqlarıöyrətmək və o təməllərini onlara başa salmaqdan ibarətdir:

 

Daha ətraflı...
06.04.2015
Fakültə tələbə elmi cəmiyyətinin konfransında

StomatologiyafakültəsininTələbəElmiCəmiyyətinin 42-cikonfransı olubKliniki və xarici dillər bölməsindən ibarət konfrans ənənəvi olaraq ATU-nun Stomatoloji Klinikasında və xarici dillər kafedrasında keçirilib.

Daha ətraflı...
04.04.2015
Kardiologiya Akademiyasının ilk toplantısı keçirildi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ürək Mərkəzinin təşəbbüsü ilə yaradılan ATUKA- nın (Azərbaycan Tibb Universiteti Kardiologiya Akademiyası) ilk elmi tədbiri keçirilib. 

Daha ətraflı...
31.03.2015
Alman professor Karsten Perka “ATU-nun fəxri qonağı” oldu

Bu gün Almaniyanın Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru, professor Karsten Perka Azərbaycan Tibb Universitetinin qonağı olub.

Daha ətraflı...
31.03.2015
31 Mart Azərbaycanlıların soyqırımı günü qeyd olunmuşdur

31 Mart 1918-ci il azərbaycanlıların soyqırımı günündən 97 il ötür. Bu münasibətlə martın 31-də Azərbaycan dili kafedrasında anım tədbiri keçirildi. Tədbirdə müəllim və tələbələr iştirak etmişlər. 

Daha ətraflı...
20.03.2015
ATU-nun Əczaçılıq fakültəsində Novruz bayramı keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. ATU rəhbərliyinin təşəbbüsü ilə paytaxt restoranlarından birində təşkil edilən bayram tədbirində Əczaçılıq fakültəsinin tərkibində olan bütün kafedraların kollektiv heyəti iştirak edib.

Daha ətraflı...
19.03.2015
Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu

Azərbaycan Tibb Universitetində əməkdaşların maddi rifahının  yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında bu gün Universitetin Böyük Elmi Şurasında   əməkdaşların əmək haqqının artırılması haqqında qəbul edilmiş qərarı xüsusi qeyd etmək lazımdır. 

Daha ətraflı...
19.03.2015
Birləşmiş Krallıqda MEDEA layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşündə ATU da təmsil olunub

Mart ayının əvvəllərində Birləşmiş Krallığın Çester Universitetində Erasmus Mundus Proqramının MEDEA layihəsi çərçivəsində partnyor universitet koordinatorlarının görüşü və 2015-2016-cı dərs ilində mübadilə proqramında iştirak edəcək namizədlərin seçim komissiyasının növbəti iclası keçirilib.

Daha ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24   25    26    27    28    29    30    31    32    33    34    35    36  
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı